Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-149/2025 03.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X2 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva Ulduzə Mütdəlif qızının katibliyi, iddiaçı Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 və Cavabdeh iştirakları ilə, İddiaçı Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 may 2024-cü il tarixli, 02/03377 nömrəli operativ lizinq müqaviləsinə əsasən 800 (səkkiz yüz) manat borc, 1 ədəd TC-5050 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 6070 (altı min yetmiş) manat dəymiş maddi ziyanın əvəzi və 88,70 (səksən səkkiz manat, yetmiş qəpik) manat dövlət rüsumunun, cəmi 6958,70 (altı min doqquz yüz əlli səkkiz manat, yetmiş qəpik) manat məbləğində pulun alınaraq İddiaçı ASC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 29 may 2024-cü il tarixli, 02/03377 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd TC-5050 markalı taxılyığan kombayn Cavabdeh istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 5500 (beş min beş yüz) manat öhdəlikdən 4700 (dörd min yeddi yüz) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 800 (səkkiz yüz) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmış, iddiaçı dəfələrlə yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Bundan başqa, lizinq alanın 29 may 2024-cü il tarixli, 02/03377 nömrəli müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş TC-5050 markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 6070 (altı min yetmiş) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikaların tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 6070 (altı min yetmiş) manat müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehin arasında bağlanmış müqaviləyə əsasən 5500 manat öhdəlikdən cavabdeh tərəfindən 4700 manat ödəniş edilmiş və 800 manat məbləğində borc qalmışdır. Daha sonra cavabdeh tərəfindən tələb olunan qalıq qalmış 800 manat məbləğində borc tam şəkildə Cəmiyyətə ödənilmiş, lakin dəymiş ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh 3500 manat dəyərində kombayna məxsus olan yanacaq nasosunun tərəfindən alınaraq İddiaçı ASC-yə verildiyini bildirdiyindən o, aidiyyəti şəxslərlə araşdırma aparmış, lakin qeyd edilən nasosun İddiaçı ASC-yə verilməsi öz təsdiqini tapmamışdır. Odur ki, qeyd olunanların nəzərə alınıb Cavabdeh dəymiş zərərin əvəzi olaraq 6070 (altı min yetmiş) manat məbləğində pulun alınaraq İddiaçı ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bidirdi ki, tərəfindən İddiaçı ASC-yə tələb olunan 800 manat məbləğində ödəniş edilmiş, eyni zamanda 3500 manat məbləğində olan yanacaq nasosu alaraq İddiaçı ASC-yə təhvil vermişdir. Lakin nasosu İddiaçı ASC-yə verməsinə dair heç bir akt tərtib olunmamış və ona heç bir sənəd verilməmişdir. Dəymiş ziyanla bağlı qalan borcu isə ödəməkdən imtina etmir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 may 2024-cü il tarixli, 02/03377 saylı “kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilənin surətindən görünür ki, 1 ədəd TC-5050 markalı, 2014-cü il buraxılışlı, 001224994, ********* zavod nömrəsi, **-BA-*** dövlət qeydiyyat nişanlı taxılyığan kombayn Cavabdeh istifadəsinə verilmişdir. 29 may 2024-cü il tarixli iltizamın surətindən məlum olur ki, Cavabdeh 1 ədəd TC- 5050 markalı, 2014-cü il buraxılışlı, 001224994, ********* zavod nömrəsi, **-BA-*** dövlət qeydiyyat nişanlı taxılyığan kombayn Yevlax RN-nin Ağdaş rayon bölməsindən təhvil alarkən 5500 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüş və öz imzası ilə təsdiq etmişdir. “Texnika istifadəyə verilərkən” 02/03377 saylı, 29 may 2024-cü il tarixli müqaviləyə əlavə edilən 29 may 2024-cü il tarixli, 02/03377 nömrəli aktın surətindən məlum olur ki, İddiaçı ASC-nin Yevlax RN-nın Ağdaş rayon bölməsinin istifadəsində olan 1 ədəd TC-5050 markalı taxılyığan kombayn saz vəziyyətdə mexanizator Cavabdeh təhvil verilmişdir. “Texnika rayon bölməsinə geri qaytarılarkən” tərtib edilən 24 sentyabr 2024-cü il tarixli, 02/03377 nömrəli aktın surətindən məlum olur ki, İddiaçı ASC-nin Yevlax RN-nın Ağdaş rayon bölməsinin istifadəsində olan 1 ədəd TC-5050 markalı taxılyığan kombayn nasaz vəziyyətdə mexanizator Cavabdeh tərəfindən Yevlax RN-nın Ağdaş rayon bölməsinin rəhbəri X1 təhvil verilmişdir. 24 sentyabr 2024-cü il tarixli qüsur aktının surətindən görünür ki, 1 ədəd TC-5050 markalı taxılyığan kombayn nasaz vəziyyətdə mexanizator Cavabdeh tərəfindən Yevlax RN-nın Ağdaş rayon bölməsinin rəhbəri X1 təhvil verilərkən müayinə olunmuş və texnikanın mühərriyinin üst qapağı, qayışları, pərvanəsi, yağ və su boruları, elektrik naqillləri, hidravik borular, yanacaq nasosu, kondisionerin kompressoru və borularının yanıb sıradan çıxması müəyyən olunmuşdur. İddiaçı ASC tərəfindən verilmiş arayışın surətindın görünür ki, TC-5050 NEW HOLLAND markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ümumi məbləğ 6070 (altı min yetmiş) manat təşkil edir. 09 oktyabr 2024-cü il tarixli maliyyə arayışının surətindən məlum olur ki, borclu Cavabdeh 29 may 2024-cü il tarixli, 02/03377 nömrəli müqavilə üzrə 5500 manat borcdan 4700 manat ödəniş etmiş, 800 manat məbləğində borc isə ödənilməmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi İddiaçı ASC tərəfindən verilmiş 09 oktyabr 2024-cü il tarixli 3-22-13/2-M-16-308/2024 saylı pretenziyanın surətindən görünür ki, Cavabdeh ümumilikdə 6870 manat borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. Mədaxil qəbzindən görünür ki, İddiaçı ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 88,70 (səksən səkkiz manat, yetmiş qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29 may 2024-cü il tarixli, 02/03377 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd TC-5050 markalı taxılyığan kombayn saz vəziyyətdə Cavabdeh istifadəyə verilmiş, Cavabdeh müqaviləyə əsasən 5500 manat ödəmək üçün öhdəlik götürmüş, o, borcundan 4700 manat, daha sonra 800 manat məbləğində ödəniş etmişdir. 1 ədəd TC-5050 markalı taxılyığan kombayna istifadə zamanı 6070 (altı min yetmiş) manat məbləğində ziyan dəymiş və cavabdeh tərəfindən kombaynın işlək vəziyyətə gətirilməsi üçün dəymiş ziyan ödənilməmişdir. Hazırda iddiaçı cavabdehdən 1 ədəd TC-5050 markalı taxılyığan kombaynın təmir edilməsi üçün 6070 (altı min yetmiş) manat məbləğində dəymiş zərəri tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 6070 (altı min yetmiş) manat, 88,70 (səksən səkkiz manat, yetmiş qəpik) manat dövlət rüsumu, cəmi 6158,70 (altı min bir yüz əlli səkkiz manat, yetmiş qəpik) manat məbləğində pul alınaraq iddiaçı Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 6070 (altı min yetmiş) manat, 88,70 (səksən səkkiz manat, yetmiş qəpik) manat dövlət rüsumu, cəmi 6158,70 (altı min bir yüz əlli səkkiz manat, yetmiş qəpik) manat məbləğində pul alınaraq iddiaçı Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №e-2(014)-149/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-149/2025
03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver