Məhkəmə qərarları › İş №e-2(014)-1547/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1547/2025

22.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1547/2025 22.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Aidə Binyamin qızının katibliyi, İddiaçı vəkili Vəkil Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-yə vurduğu 11174,58 (on bir min bir yüz yetmiş dörd manat əlli səkkiz qəpik) manat məbləğində maddi ziyanın, hüquqi yardımın alınmasına görə ödənilmiş 2500 (iki min beş yüz) manat pulun, auditor xidmətlərinin alınması üçün ödənilmiş 885 (səkkiz yüz səksən beş) manat pulun və 60 (altmış) manat mediasiya xərclərinin, cəmi 14619,58 (on dörd min altı yüz on doqquz manat əlli səkkiz qəpik) manat məbləğində vəsaitin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edəsinizqətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2023-cü ildən fəaliyyətə başlamış, Respublika ərazisinə mineral gübrələrin idxalı və satışı ilə məşğul olan, vergi orqanında qeydiyyatdan keçmiş hüquqi şəxsdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 mart 2024- cü il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh Ağdaş rayonu ərazisində onlayn satış üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Bağlanmış əmək müqaviləsinin 5.1ci bəndinə əsasən, tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericilikdə müəyyən edilmiş qaydada maddi, habelə mənəvi məsuliyyət daşıyır. Eyni zamanda, tərəflər arasında 27 mart 2024-cü il tarixli “Tam maddi məsuliyyət haqqında” 1 nömrəli müqavilə də imzalanmış və bu müqaviləyə görə, cavabdeh əmanət olunan əmlakın çatışmazlığı üçün tam maddi məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan başqa isə, tərəflər arasında 27 mart 2024-cü il tarixli “Kommersiya sirrinin qorunması haqqında” Müqavilə də imzalanmışdır. Cavabdehə xx.xx.2024-cü il tarixindən xx.xx.2024cü il tarixinədək olan dövr ərzində 084, 085, 086, 089, 097, 101 və 103 nömrəli təhviltəslim aktlarına əsasən, ümumilikdə 100,010.00 kq və 250.00 litr həcmində, 4 çeşiddə mineral gübrələr təhvil verilmişdir. Təhvil-təslim aktlarında təhvil alan şəxs – Cavabdeh və onun nümayəndəsi (oğlu) Səbuhi Hüseynovun imzası var. Bundan əlavə əməliyyatların düzgünlüyünün yoxlanılması üçün xx.xx.2024-cü il tarixdə Cəmiyyətin nümayəndəsi Elşən Rəsulovun və Cavabdeh imzaları ilə təsdiqlənmiş 13/24 nömrəli “X1” imzalanmışdır. xx.xx.2024-cü il tarixində cavabdehin anbar qalıqlarının sayımı aparılmış və cavabdehə təhvil verilmiş mallarda külli miqdarda çatışmazlıqlar aşkar edilmişdir. Belə ki, Cəmiyyətə məxsus Tapagro portalında olan qalıq mallarla cavabdehin öhədliyində olan Ağdaş anbarında faktiki mal qalıqları üst-üstə düşməmiş, “Ammonium Nitrat – “Nevinnomısk Azot” adlı məhsulda 10,759.00 kq, “Karbamid – “Sicar Karbamid” adlı məhsulda 5,975.00 kq və “Nitroammofoska (NPK 16-16-16) – Minudobreniya”” adlı məhsulda isə 2,894.00 kq çatışmazlıq olduğu tərəflərin imzası ilə təsdiqlənmişdir. Daxili audit zamanı çatışmazlığın cavabdehin qanunsuz hərəkətləri nəticəsində meydana gəldiyi müəyyən olunmuşdur. Cavabdehin ünvanına xx.xx.2024-cü il tarixli 1410/2024 nömrəli Xəbərdarlıq məktubu göndərilmiş, vurulmuş maddi ziyanın ödənilməsi tələb olunmuş, məktub xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin vurulmuş ziyan cavabdeh tərəfindən bundan sonra da tam şəkildə ödənilməmişdir. Bundan sonra iddiaçının xx.xx.2024-cü il tarixli, 11/07 nömrəli Əmri ilə “işçinin təqsirli hərəkəti nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, şifahi və yazılı xəbərdarlıq bildirilməsinə baxmayaraq ziyanın aradan qaldırılmaması” səbəbindən barəsində hüquqi tədbir görülməsi qərara alınmışdır. Göstərilən əmrin surəti də məlumat üçün cavabdehə göndərilmiş və xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən alınmışdır. Lakin, bundan sonra da Cavabdeh iddiaçıya vurduğu ziyanı geri qaytarmamışdır. Buna görə də, tərəflərindən Cavabdeh fəaliyyət dövrünün araşdırılması üçün Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən xx.xx.2023-cü il tarixli, AT/282 saylı icazəyə əsasən fəaliyyət göstərən "xxxx" MMC kənar auditor kimi dəvət edilmiş və yoxlama açılmışdır. "xxxx" MMC-nin audit yoxlamasının yekun nəticəsi olaraq Cavabdeh işlədiyi müddət ərzində İddiaçı MMC-yə ümumilikdə 11174,58 (on bir min bir yüz yetmiş dörd manat əlli səkkiz qəpik) manat məbləğində maddi ziyan vurduğu aşkar olunmuşdur. Beləliklə, cavabdeh əmək müqaviləsi, maddi məsuliyyət müqaviləsi və əmək qanunvericiliyinə əsasən üzərinə götürdüyü öhdəlikləri düzgün şəkildə yerinə yetirməmişdir. Vurulmuş zərərin miqdarı xx.xx.2024-cü il tarixli “Anbar qalıqlarının sayımının nəticələri haqqında” Aktı və xx.xx.2025-ci il tarixli Auditor Hesabatı ilə təsdiqlənir. Bununla bağlı bildiririk ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın qaytarılması ilə bağlı İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 017 nömrəli “Hüquq xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə əsasən xidmət haqqı kimi 2500 (iki min beş yüz) manat ödənilmişdir. Eləcə də cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın müəyyən edilməsi üçün İddiaçı MMC ilə"xxxx" MMC arasında bağlanmış “Auditor xidməti göstərilməsi barədə” xx.xx.2024-cü il tarixli, M-28319 nömrəli Müqaviləyə əsasən 885 (səkkiz yüz səksən beş) manat xidmət haqqı ödənilmişdir. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iddia tələbinə uygun izahat verərək bildirdi ki, İddiaçı 2023-cü ildən fəaliyyətə başlamış, Respublika ərazisinə mineral gübrələrin idxalı və satışı ilə məşğul olan, vergi orqanında qeydiyyatdan keçmiş hüquqi şəxsdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 mart 2024- cü il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh Ağdaş rayonu ərazisində onlayn satış üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Bağlanmış əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən, tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericilikdə müəyyən edilmiş qaydada maddi, habelə mənəvi məsuliyyət daşıyır. Eyni zamanda, tərəflər arasında 27 mart 2024-cü il tarixli “Tam maddi məsuliyyət haqqında” 1 nömrəli müqavilə də imzalanmış və bu müqaviləyə görə, cavabdeh əmanət olunan əmlakın çatışmazlığı üçün tam maddi məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan başqa isə, tərəflər arasında 27 mart 2024-cü il tarixli “Kommersiya sirrinin qorunması haqqında” Müqavilə də imzalanmışdır. Cavabdehə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr ərzində 084, 085, 086, 089, 097, 101 və 103 nömrəli təhvil-təslim aktlarına əsasən, ümumilikdə 100,010.00 kq və 250.00 litr həcmində, 4 çeşiddə mineral gübrələr təhvil verilmişdir. Təhvil-təslim aktlarında təhvil alan şəxs – Cavabdeh və onun nümayəndəsi (oğlu) Səbuhi Hüseynovun imzası var. Bundan əlavə əməliyyatların düzgünlüyünün yoxlanılması üçün xx.xx.2024-cü il tarixdə Cəmiyyətin nümayəndəsi Elşən Rəsulovun və Cavabdeh imzaları ilə təsdiqlənmiş 13/24 nömrəli “X1” imzalanmışdır. xx.xx.2024-cü il tarixində cavabdehin anbar qalıqlarının sayımı aparılmış və cavabdehə təhvil verilmiş mallarda külli miqdarda çatışmazlıqlar aşkar edilmişdir. Belə ki, Cəmiyyətə məxsus Tapagro portalında olan qalıq mallarla cavabdehin öhədliyində olan Ağdaş anbarında faktiki mal qalıqları üst-üstə düşməmiş, “Ammonium Nitrat – “Nevinnomısk Azot” adlı məhsulda 10,759.00 kq, “Karbamid – “Sicar Karbamid” adlı məhsulda 5,975.00 kq və “Nitroammofoska (NPK 16-16-16) – Minudobreniya”” adlı məhsulda isə 2,894.00 kq çatışmazlıq olduğu tərəflərin imzası ilə təsdiqlənmişdir. Daxili audit zamanı çatışmazlığın cavabdehin qanunsuz hərəkətləri nəticəsində meydana gəldiyi müəyyən olunmuşdur. Cavabdehin ünvanına xx.xx.2024-cü il tarixli 1410/2024 nömrəli Xəbərdarlıq məktubu göndərilmiş, vurulmuş maddi ziyanın ödənilməsi tələb olunmuş, məktub xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin vurulmuş ziyan cavabdeh tərəfindən bundan sonra da tam şəkildə ödənilməmişdir. Bundan sonra iddiaçının xx.xx.2024-cü il tarixli, 11/07 nömrəli Əmri ilə “işçinin təqsirli hərəkəti nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, şifahi və yazılı xəbərdarlıq bildirilməsinə baxmayaraq ziyanın aradan qaldırılmaması” səbəbindən barəsində hüquqi tədbir görülməsi qərara alınmışdır. Göstərilən əmrin surəti də məlumat üçün cavabdehə göndərilmiş və xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən alınmışdır. Lakin, bundan sonra da Cavabdeh iddiaçıya vurduğu ziyanı geri qaytarmamışdır. Məhsullar nisyə verilirdi, Xatirə xanım qaytaracağını bildirsə də, qaytarmırdı. Cavabdeh tərəf mediasiya prosesinə də getməmişdir. Cavabdehin oğlu mediasiya təşkilatına gedərək hər ay 500 manat ödəyəcəyini bildirmişdir. Lakin heç bir ödəniş olunmamışdır. Təşkilat anbarı icraəyə götürmüşdü, hazırda anbarda heç bir məhsul yoxdur. Məhkəmə aktından sonra Xatirə xanımın işinə xitam veriləcəkdir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razıdır, iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 mart 2024-cü il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh Ağdaş rayonu ərazisində onlayn satış üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Bağlanmış əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən, tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericilikdə müəyyən edilmiş qaydada maddi, habelə mənəvi məsuliyyət daşıyır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 mart 2024-cü il tarixli “Tam maddi məsuliyyət haqqında” 1 nömrəli müqaviləyə əsasən, cavabdeh əmanət olunan əmlakın çatışmazlığı üçün tam maddi məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında 27 mart 2024-cü il tarixli “Kommersiya sirrinin qorunması haqqında” Müqavilə imzalanmışdır. 28 mart 2024-cü il tarixli, 084 saylı, 085 saylı, 086 saylı, 1 aprel 2024-cü il tarixli 089 saylı, 09 aprel 2024 –cü il tarixli 097 saylı, 16 aprel 2024-cü il tarixli 101 saylı və 20 aprel 2024-cü il tarixli 103 saylı təhvil-təslim aktlarında təhvil alan şəxs – Cavabdeh və onun nümayəndəsi (oğlu) Səbuhi Hüseynovun imzası var. Bundan əlavə əməliyyatların düzgünlüyünün yoxlanılması üçün xx.xx.2024-cü il tarixdə Cəmiyyətin nümayəndəsi Elşən Rəsulovun və Cavabdeh imzaları ilə təsdiqlənmiş 13/24 nömrəli “X1” imzalanmışdır. xx.xx.2024-cü il tarixində cavabdehin anbar qalıqlarının sayımı aparılmış və cavabdehə təhvil verilmiş mallarda külli miqdarda çatışmazlıqlar aşkar edilmişdir. 14 oktyabr 2024-cü il tarixli 1410/2024 saylı xəbərdarlıqdan görünür ki, İddiaçı 12364.06 manat zərər vurulmuşdur və bu günə kimi edilən şifahi xəbərdarlıqlara baxmayaraq həmin ziyan cəmiyyətə ödənilməmişdir. Qeyd edilən pulun qısa vaxt ərzində (5 iş günü) ödənilmədiyi təqdirdə, vurulan ziyana görə müvafiq olaraq hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 11/07 nömrəli Əmri ilə “işçinin təqsirli hərəkəti nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, şifahi və yazılı xəbərdarlıq bildirilməsinə baxmayaraq ziyanın aradan qaldırılmaması” səbəbindən barəsində hüquqi tədbir görülməsi qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş 19 dekabr 2024-cü il tarixli 16 saylı arayışdan görünür ki, İddiaçı MMC-də onlayn satış üzrə mütəxəssis vəzifəsində işləyən Cavabdeh işlədiyi dövrdə ona təhvil verilmiş “Ammonium Nitrat – “Nevinnomısk Azot” adlı məhsul dəyəri 0.58 AZN, “Karbamid – “Socar Karbamid” 0.485 AZN, “Nitroammofoska (NPK 16-16-16) – Minudobreniya”” adlı məhsul 0.79 AZN və Cyperhard 20 EC / Deva Aqro 17 AZN-dir. 19 dekabr 2024-cü il tarixli M-28319 saylı auditor xidməti göstərilməsi barədə müqavilədən görünür ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın müəyyən edilməsi üçün 885 (səkkiz yüz səksən beş) manat xidmət haqqı ödənilmişdir. xx.xx.2024-cü il tarixli MVAUqBH1 saylı və MVUJF1C2 ödəniş tapşırıqlarından görünür ki, İddiaçı Kapital Bank ASC-nin hesabına 885 manat pul köçürmüşdür. Vurulmuş zərərin miqdarı xx.xx.2024-cü il tarixli “Anbar qalıqlarının sayımının nəticələri haqqında” Aktı və xx.xx.2025-ci il tarixli Auditor Hesabatı ilə təsdiqlənir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın qaytarılması ilə bağlı İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 017 nömrəli “Hüquq xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə əsasən xidmət haqqı kimi 2500 (iki min beş yüz) manat ödənilmişdir. 28 iyun 2025-ci il tarixli, MŞQ/MT035-2025-310 nömrəli ilkin Mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı vəkili Vəkil qızı ilkin Mediasiya Sessiyasında iştirak etmiş, lakin Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Bundan başqa İddiaçı vəkili Vəkil ilkin Mediasiya Sesiyasında (İMS) iştirak edilməsi barədə 60 manat mediasiya xərci ödəmişdir. Məhkəmə hesab edir ki, İddiaçı 2023-cü ildən fəaliyyətə başlamış, Respublika ərazisinə mineral gübrələrin idxalı və satışı ilə məşğul olan, vergi orqanında qeydiyyatdan keçmiş hüquqi şəxsdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 mart 2024- cü il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh Ağdaş rayonu ərazisində onlayn satış üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr ərzində 084, 085, 086, 089, 097, 101 və 103 nömrəli təhvil-təslim aktlarına əsasən, ümumilikdə 100,010.00 kq və 250.00 litr həcmində, 4 çeşiddə mineral gübrələr təhvil verilmişdir. Təhvil-təslim aktlarında təhvil alan şəxs – Cavabdeh və onun nümayəndəsi (oğlu) Səbuhi Hüseynovun imzası var. Bundan əlavə əməliyyatların düzgünlüyünün yoxlanılması üçün xx.xx.2024-cü il tarixdə Cəmiyyətin nümayəndəsi Elşən Rəsulovun və Cavabdeh imzaları ilə təsdiqlənmiş 13/24 nömrəli “X1” imzalanmışdır. xx.xx.2024-cü il tarixində cavabdehin anbar qalıqlarının sayımı aparılmış və cavabdehə təhvil verilmiş mallarda külli miqdarda çatışmazlıqlar aşkar edilmişdir. Belə ki, Cəmiyyətə məxsus Tapagro portalında olan qalıq mallarla cavabdehin öhədliyində olan Ağdaş anbarında faktiki mal qalıqları üst-üstə düşməmiş, “Ammonium Nitrat – “Nevinnomısk Azot” adlı məhsulda 10,759.00 kq, “Karbamid – “Sicar Karbamid” adlı məhsulda 5,975.00 kq və “Nitroammofoska (NPK 16-16-16) – Minudobreniya”” adlı məhsulda isə 2,894.00 kq çatışmazlıq olduğu tərəflərin imzası ilə təsdiqlənmişdir. Daxili audit zamanı çatışmazlığın cavabdehin qanunsuz hərəkətləri nəticəsində meydana gəldiyi müəyyən olunmuşdur. Cavabdehin ünvanına xx.xx.2024-cü il tarixli 1410/2024 nömrəli Xəbərdarlıq məktubu göndərilmiş, vurulmuş maddi ziyanın ödənilməsi tələb olunmuş, məktub xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin vurulmuş ziyan cavabdeh tərəfindən bundan sonra da tam şəkildə ödənilməmişdir. Bundan sonra iddiaçının xx.xx.2024-cü il tarixli, 11/07 nömrəli Əmri ilə “işçinin təqsirli hərəkəti nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, şifahi və yazılı xəbərdarlıq bildirilməsinə baxmayaraq ziyanın aradan qaldırılmaması” səbəbindən barəsində hüquqi tədbir görülməsi qərara alınmışdır. Göstərilən əmrin surəti də məlumat üçün cavabdehə göndərilmiş və xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən alınmışdır. Lakin, bundan sonra da Cavabdeh iddiaçıya vurduğu ziyanı geri qaytarmamışdır. Hazırda iddiaçı cavabdehdən həmin borcun tutulmasını tələb edir. Bundan başqa məhkəmə iddia tələbinin vəkilə ödənilən 2500 (iki min beş yüz) manat hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən həmin ödənişlərə dair müqavilələr və qəbzlər məhkəməyə təqdim olunduğundan iddia həmin hissədə əsaslıdır və təmin olunmalıdır. Həmçinin, məhkəmə iddia tələbinin auditor xidmətlərinin alınması üçün ödənilmiş 885 (səkkiz yüz səksən beş) manat pul hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən auditor xidmətlərinin keçirilməsi həm 19 dekabr 2024-cü il tarixli M-28319 saylı auditor xidməti göstərilməsi barədə müqavilə, həm də ödəniş qəbzi məhkəməyə təqdim olunduğundan iddia həmin hissədə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsi). Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə, məhkəmə hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyası zamanı ödədiyi 60 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu surətdə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 11174,58 (on bir min bir yüz yetmiş dörd manat, əlli səkkiz qəpik) manat məbləğində maddi ziyan, hüquqi yardımın alınmasına görə ödənilmiş 2500 (iki min beş yüz) manat pul, auditor xidmətlərinin alınması üçün ödənilmiş 885 (səkkiz yüz səksən beş) manat pul və 60 (altmış) manat mediasiya xərcləri olmaqla, cəmi 14619,58 (on dörd min altı yüz on doqquz manat, əlli səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 11174,58 (on bir min bir yüz yetmiş dörd manat, əlli səkkiz qəpik) manat məbləğində maddi ziyan, hüquqi yardımın alınmasına görə ödənilmiş 2500 (iki min beş yüz) manat pul, auditor xidmətlərinin alınması üçün ödənilmiş 885 (səkkiz yüz səksən beş) manat pul və 60 (altmış) manat mediasiya xərcləri olmaqla, cəmi 14619,58 (on dörd min altı yüz on doqquz manat, əlli səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar