Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-162/2025 26.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X6 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən məcburi çıxarılma, süni maneələrə və qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən məcburi çıxarılma, süni maneələrə və qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən adına verilmiş **********84 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 01 may 2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünə əsasən xüsusi mülkiyyətində olub ünvan 2i ərazisində yerləşən 1.4808 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması, həmin torpaq sahəsindən istifadəsinə yaradılan süni maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, notariat ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında ünvan 2i ərazisində bir-biri ilə yanaşı sərhəddə yerləşən ümumi sahəsi 1,4808 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 17 yanvar 2024-cü il tarixdə notariat ofisində rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satın almış, həmin torpaq sahəsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində xüsusi mülkiyyət hüququ əsasında adına qeydiyyata aldırmış və bu barədə ona **********84 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 01 may 2024-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünə dair sənəd verilmişdir. Torpaq sahəsinin alqı-satqısı və adına qeydə alınan zamanlar həmin idarənin əməkdaşları tərəfindən torpaq sahəsinin koordinat nöqtələri müəyyən edilərək ona tanıdılmışdır. O, torpaq sahəsini öz adına qeydə aldırdıqdan sonra həmin torpaq sahəsindən istifadə etmək istədikdə Cavabdeh onu həmin sahəyə buraxmayaraq həmin 1.4808 hektar torpaq sahəsinin ona məxsus olduğunu, torpaq sahəsinin ona səhv göstərildiyini, uzun müddətdir həmin torpaq sahəsindən özünün istifadə etdiyini və bundan sonra da edəcəkyini bildirmişdir. Bundan sonra o, yedidən 17 saylı Yevlax Ərazi idarəsinə ərizə ilə müraciət edərək, xüsusi mülkiyyətində olan 1.4808 hektar torpaq sahəsinə yenidən baxış keçirilərək ərazinin sərhədlərinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilərək naturada ona tanıdılmasını xahiş etmişdir. 17 saylı Yevlax Ərazi idarəsinin mütəxəssisləri tərəfindən həmin torpaq sahəsinə təkrarən baxış keçirilmiş, lakin cavabdeh torpaq sahəsinin ona məxsus olmasını bəhanə edərək, ərazinin sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin edilmiş və mövcud faktiki ölçüləri müəyyən edilərək ona göstərilməsinə imkan verməmişdir. Bununla da, cavabdeh həmin idarənin mühəndisi tərəfindən ərazidə ölçmə işlərinin aparılmasına süni maneələr yaratmış və bu barədə ona idarə tərəfindən 14 oktyabr 2024-cü il tarixli, 3-21-3-35/2-A-00xxxx/2024 saylı məktub verilmişdir. O, torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında adına qeydə alındığını bu barədə adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və torpaq sahəsinin planı və ölçüsünü, eləcə də idarənin qeyd edilən məktubunu cavabdehə göstərdikdə cavabdeh bütün bunları saxta yollarla aldığını bildirmişdir. Göründüyü kimi cavabdeh onun xüsusi mülkiyyətində olan torpaq sahəsini özbaşına zəbt edərək, onu həmin əraziyə buraxmır. Bununla da, qanunsuz hərəkətləri ilə onu xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində hüquqlarını istəyinə uyğun həyata keçirmək hüququndan məhrum etmişdir. Cavabdehə dəfələrlə özbaşına zəbt edərək istifadə etdiyi torpaq sahəsindən könüllü çıxmasını və onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən istəyinə uyğun istifadə etməklə törətdiyi qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş və tələb etsə də, cavabdeh torpaq sahəsindən könüllü çıxmaq istəmir. Cavabdeh xüsusi mülkiyyətində olan həmin torpaq sahəsini özbaşına tutaraq istifadə etməklə mülkiyyətçi kimi qanunla qorunan hüquqlarını pozur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, o, alqı-satqı müqaviləsi əsasında ünvan 2i ərazisində yerləşən 1,4808 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almış və həmin torpaq sahəsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində xüsusi mülkiyyət hüququ əsasında adına qeydiyyata aldırmış və bu barədə ona **********84 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 14 yanvar 2024-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, torpaq sahəsinin planı və ölçüsünə dair sənəd verilmişdir. O, torpaq sahəsini öz adına qeydə aldırdıqdan sonra həmin torpaq sahəsindən istifadə etmək istəyərkən Cavabdeh onu həmin sahəyə buraxmayaraq qeyd olunan 1.4808 hektar torpaq sahəsinin ona məxsus olduğunu, torpaq sahəsinin ona səhv göstərildiyini, uzun müddətdir həmin torpaq sahəsindən özü istifadə etdiyini və istifadəyə davam edəcəyini bildirmişdir. Bundan sonra o, məsələni araşdırmaq məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş və həmin idarənin əməkdaşları torpaq sahəsinə baxış keçirdikdən sonra xüsusi mülkiyyətində olan 1.4808 hektar torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatlarının naturada ona tanıdılmasını xahiş etmiş, həmin idarənin mütəxəssisi tərəfindən torpaq sahəsinə naturada baxış keçirilmiş və uçot məlumatlarında qeydə alınmış torpaq sahələri ilə faktiki istifadəsində olan torpaq sahəsi arasında uyğunsuzluq olması müəyyən edilmişdir. Naturada tanıdılacaq torpaq sahəsi başqa şəxsin, yəni cavabdehin istifadəsində olduğundan, torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatlarının tanıdılmasının mümkün olmamasına dair ona məktub verilmişdir. O, dəfələrlə Cavabdeh ona məxsus torpaq sahəsindən çıxmasını, onun istifadəsinə yaratdığı süni maneələrin aradan qaldırılmasını tələb və xahiş etsə də, cavabdeh öz qanunsuz hərəkətlərinə davam edərək, torpaq sahəsindən çıxmır, qeyd olunan torpaq sahəsindən istifadə etməsinə süni maneələr yaradır. Hazırda həmin torpaq sahəsindən istifadə edə bilmir. Odur ki, qeyd olunanları nəzərə alıb həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması və cavabdehin torpaq sahəsindən çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, 1996-cı ildə torpaq islahatı aparılmış, ona və ailə üvzlərinə torpaq sahəsi verilmiş, o da həmin torpaq sahəsini almışdır. Torpaq sahələri ölçülmüş və sahiblərinə verilmişdir. O, həmin torpaq sahəsini 2016-cı il tarixdə Məmmədovlar ailəsindən almış, lakin 2020-ci il tarixdə rəsmiləşdirmiş və 0.94 hektar torpaq sahəsinin özünə məxsus olmasına dair sənədlər almışdır. O, özünə məxsus torpaq sahəsindən istifadə etmiş, müxtəlif ağaclar əkmişdir. İddiaçı torpaqla bağlı iddia qaldırdıqdan sonra onunla qonşuluqda olan vətəndaş onun torpaq sahəsinin bir hissəsinin onun tərəfindən istifadə olunduğunu bildirmiş, o da artıq olan torpaq sahəsini qonşusuna vermiş, yenə də istifadəsində 0.94 hektar torpaq sahəsi qalmışdır. İddiaçı xüsusi mülkiyyətində olan 1.4808 hektar torpaq sahəsinə girməməsi, iş görməsinə maneələr törətməsinə dair iddiası tamamilə yalandır. 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndələri tərəfindən torpağı ölçmə işləri aparılarkən onun tərəfindən heç bir maneə törədilməmişdir. Tərəfindən İddiaçı məxsus torpaq sahəsi zəbt edilməmişdir. Qeyd olunanları nəzərə alıb iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, İddiaçı ərizə ilə 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək, ünvan 2i ərazisində yerləşən, **********84 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 1.4808 hektar torpaq sahəsini elektron uçot xəritəsinə əsasən döngə nöqtələrinin koordinatlarının naturada dəqiqləşdirilməsi və göstərilməsini xahiş etmişdir. Ərizəyə əsasən 17 yanvar 2024-cü il tarixdə tərəfindən ünvan 2i ərazisində **********84 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 1.4805 hektar torpaq sahəsinə tərəfindən naturada baxış keçirilən zaman uçot məlumatlarında qeydə alınmış torpaq sahələri ilə faktiki İddiaçı istifadəsində olan torpaq sahəsi arasında uyğunsuzluq olması müəyyən edilmişdir. Naturada tanıdılacaq torpaq sahəsi başqa şəxsin istifadəsində olduğundan, torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatlarının tanıdılması mümkün olmamışdır. Hər iki dövlət aktında qeyd olunan torpaq sahəsi eyni ərazidir. Lakin vətəndaşlar yanlış torpaq sahələrindən istifadə ediblər. Hazırda İddiaçı məxsus torpaq sahəsinin 0.15 hektar hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahid ifadəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 2ində yerləşən 1.4808 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 198 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində 01 may 2024-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 2ində yerləşən 0.9430 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində 07 aprel 2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 14 oktyabr 2024-cü il tarixli məktubun surətindən görünür ki, ərazi idarəsinin mühəndisi sözügedən torpaq sahəsində olmuş, ölçü işləri aparılan zaman qonşular arasında yaranan mübahisə ilə bağlı torpaq sahəsinin naturada tanıdılması mümkün olmamışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli, 09 aprel 2024-cü il tarixli elektron çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə ünvan 2indən 1.4808 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 07 aprel 2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Ağdaş rayon notariat ofisinin, 4Ə-14, 08 yanvar 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 xüsusi mülkiyyətinə ünvan 2indən 0.943 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçınün xüsusi mülkiyyətində olan ünvan 2i ünvanında olan ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1.4808 hektar torpaq sahəsinin 0.15 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan torpaq sahəsinin 0.15 ha hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18 avqust 2025-ci il tarixli, 10/3751 nömrəli ekpsert rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisin rəyində qeyd edilir ki, İddiaçınün xüsusi mülkiyyətində olan ünvan 2i ünvanında olan ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1.4808 hektar torpaq sahəsinin 0.15 hektar hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisin rəyində qeyd edilir ki, iddiaçıya məxsus olan torpaq sahəsinin 0.15 hektar hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir. ********** və ********** nömrəli mədaxil qəbzlərinin surətlərindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün ümumilikdə 101 (bir yüz bir) manat dövlət rüsumu ödəmiş və bunun üçün 80 (səksən) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən ünvan 2ində yerləşən 1.4808 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 198 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində 01 may 2024-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Buna baxmayaraq Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 0.15 hektar hissəsindən qanunsuz istifadə edir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 18 avqust 2025-ci il tarixli, 10/3751 nömrəli ekpsert rəyi ilə müəyyən olunur ki, 01 may 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş ünvan 2ində yerləşən 1.52 hektar torpaq sahəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. Həmin torpaq sahəsinin 0.15 hektar hissəsi hazırda Cavabdeh qanunsuz sahiblik və istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-cimaddəsinəəsasənsahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cümaddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, mübahisə predmeti olan 1.4808 hektar torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətində olmasını, Cavabdeh heç bir hüququ olmadan həmin torpaq sahəsinin 0.15 ha hissəsindən istifadə etməsini və həmin hissəyə qeyri-qanuni sahiblik etməsini, nəticədə iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsini, bununla da iddiaçının mülkiyyət hüququnun pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən **********84 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 01 may 2024-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətinə verilmiş ünvan 2i ərazisində yerləşən 1.4808 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.15 ha hissəsindən Cavabdeh məcburi qaydada çıxarılmalı və süni maneələrə son qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyi üçün iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən **********84 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 01 may 2024-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətinə verilmiş ünvan 2i ərazisində yerləşən 1.4808 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.15 ha hissəsindən Cavabdeh məcburi qaydada çıxarılsın və süni maeələrə son qoyulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №e-2(014)-162/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-162/2025
26.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver