Məhkəmə qərarları › İş №e-2(014)-1727/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1727/2023

13.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1727/2023 13.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Ağdaş rayon Notariat ofisinə qarşı miras əmlakın faktiki qəbul olunmasının müəyyən edilərək miras əmlakda payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Ağdaş rayon Notariat ofisinə qarşı miras əmlakın faktiki qəbul olunmasının müəyyən edilərək miras əmlakda payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X57 ilə 07 oktyabr 1952-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikah münasibətlərindən üç övladları, yəni xx xxxxxx 1971-ci il təvəllüdlü Cavabdeh1, xx xxx 1972-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxx 1974-cü il təvəllüdlü Cavabdeh3 doğulmuşdur. X36 07 sentyabr 1933-cü ildə doğulmuş, valideynləri X26 və X4 olmuşdur. Ərinin atası X26 01 iyun 1964-cü ildə, anası X4 isə 08 mart 1977-ci ildə ölmüşdür. X36 29 iyun 2007-ci il tarixdə miokardın işemiyası səbəbindən ölmüşdür. Mərhum əri öldüyü günə kimi iddiaçı, oğlu Cavabdeh2 və onun ailəsi ilə birgə Ağdaş rayonu, Qolqəti kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Ərinin dəfn xərcini özü çəkmişdir. Əri öldükdən sonra ondan miras qalmış Ağdaş rayonu, Qolqəti kəndində yerləşən fərdi yaşayış evində iddiaçı, həmçinin oğlu Cavabdeh2 və ailəsi yaşamışdır. Qızı Cavabdeh1 atası ölərkən artıq evli idi,digər oğlu Cavabdeh3 isə atası ölərkən Bakı şəhərində kirayədə öz ailəsi ilə birgə yaşayırdı. Mərhum əri Qədir Qədirovdan miras əmlak kimi bu daşınmaz əmlaklar qalmışdır, yəni miras kütləsinə daxil olan əmlaklar bunlardır: 1) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,3250 ha hissəsi; 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,36 ha hissəsi; 3) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçının, X38 və Cavabdeh3 ümum birgə mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 0,24 ha yaşayış məntəqələrinin torpaq sahəsinin mərhum X46 aid 1/3 hissəsi; 4) Mərhum X36nun adına verilmiş texniki pasporta əsasən Ağdaş rayonu, Qolqəti kəndində yerləşən fərdi yaşayış evi (Qeyd: fərdi yaşayış evi dövlət reyestrində qeydə alınmasa da, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ona “gözlənilən” mülkiyyət hüququ olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3. bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4. bənddə isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportların mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir) Mərhum əri ölən günə onun birinci növbə vərəsələri kimi, iddiaçı və cavabdehlər qalmışdır. Qeyd etdiyi kimi, mərhum ərinin valideynləri ondan öncə ölmüşlər. Mərhum ərindən qeyd etdiyi miras qalmış əmlaklar iddiaçının və oğlu Cavabdeh2 tərəfindən miras kimi faktik olaraq qəbul edilmişdir. Belə ki, məhrum ərindən miras qalmış fərdi yaşayış evində onun ölümünə qədər və onun ölümündən sonra da iddiaçı və oğlu Cavabdeh2 ailəsi ilə birgə yaşamışdır və hal-hazırda da yaşayırlar. Miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahələri isə iddiaçının və oğlu Cavabdeh2 tərəfindən istifadə edilərək əkilib-becərilmişdir. Hətta iddiaçının gəliri hesabına fərdi yaşayış evi Qədir Qədirovun ölümündən sonra əsaslı təmir edilmişdir. Miras qalmış əmlaka dair əmlak və torpaq vergisi də iddiaçı və Cavabdeh2 tərəfindən ödənilmişdir. Digər övladları Dilşad və Azər miras əmlaka sahiblik etməmişlər, həmin əmlakı idarə etməmişlər, mirası qəbul etmələri barədə notariat orqanına müraciət etməmişlər, yəni miras qalmış əmlakı nə faktiki, nə də ki, rəsmi qəbul etməmişlər. Hətta miras əmlakın qəbulundan imtina etmişlər və bu barədə notariat qaydasında təsdiq edilmiş ərizələri mövcuddur. Belə olan halda Dilşad və Azər miras əmlakdan pay almaq hüququnu itirmişlər. Mülki Məcəllənin vərəsəlik hüququndan bəhs edən normalarına əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır. Fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Bir daha nəzərə çatdırım ki, mərhum Qədir Qədirovdan qeyd edilən miras qalmış əmlak iddiaçı və Cavabdeh2 tərəfindən faktik olaraq qəbul edələrək, istifadə edilmiş və idarə edilmişdir. Keçən müddət ərzində oğlu Cavabdeh2la hər hansı bir problemi olmamışdır. Lakin son bir ildir ki, Cavabdeh2la çox təəssüf edərək bildirmişdir ki, onun günahı ucbatından ailədaxili problemlər yaşamağa başlamışdır. O, oğlu Cavabdeh2la aralarında ailədaxili problemlər yaşamadan öncə hesab etmişdir ki, mərhum ərindən miras qalmış əmlak tərəflərindən faktiki olaraq qəbul edildiyi üçün notariat orqanına müraciət etməyə gərək yoxdur. Çünki bir ziyalı müəllimə kimi bilirdi ki, mirasın qəbulunun iki yolu vardır bir qeyri-rəsmi, yəni faktik qəbul, ikincisi isə rəsmi, yəni notariat vasitəsi ilə qəbul. Onlar faktik olaraq qəbul etdiyimiz üçün və son bir ilə qədər aralarında hər-hansı bir ixtilaf olmadığı üçün, digər iki övladı, yəni Dilşad və Azər miras paydan imtina etdikləri üçün MM-in 1248.1-ci maddəsinə əsasən müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər müddəasını rəhbər tutumuşdur. Eyni zamanda notariat orqanına miras əmlakın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət ərizndə müraciət etməsə də, miras qoyanın ölümündən əvvəl, həmçinin onun ölümündən sonra miras əmlakda yaşamaqla faktiki olaraq həmin əmlaka sahiblik etdiyindən, yəni mirası faktiki olaraq qəbul etdiyindən notariat orqanına miras əmlakın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində müraciət etməməyi üzrlü hesab edilməlidir. Oğlu olan Cavabdeh2la aralarında ailədaxili mübahisələr yarandığı üçün mirasın qəbulu ilə bağlı Ağdaş rayon Notariat ofisinə müraciət etmiş, lakin Ağdaş rayon Notariat ofisi tərəfindən miras əmlakın bölgüsü ilə bağlı Cavabdeh2la aralarında mübahisə olduğu üçün imtina edilərək miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçının, X38 və Cavabdeh3 ümum birgə mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 0,24 ha yaşayış məntəqələrinin torpaq sahəsindən mərhum X38 1/3 hissədə payının müəyyən edilməsi; 29 iyun 2007-ci il tarixdə ölmüş X32 miras qalmış Ağdaş rayonu, Qolqəti kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən edilərək ½ (ikidə bir) hissədə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X46 məxsus 0,3250 ha hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən olunaraq ½ (ikidə bir) hissədə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,36 ha hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən edilərək ½ (ikidə bir) hissədə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçının, X38 və Cavabdeh3 ümum birgə mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 0,24 ha yaşayış məntəqələrinin torpaq sahəsinin mərhum X46 aid 1/3 hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsinin müəyyən edilərək ½ (ikidə bir) hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Ağdaş rayon Notariat ofisində rəsmiləşdirilmiş ərizə ilə müraciət edərək mərhum X36nun ölümündən sonra ondan miras qalmış fərdi yaşayış evindən, evi yerləşdiyi 0,24 hektar həyətyanı, müvafiq olaraq 1,44 hektar və 1,30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ona çatası paylarından həmin iddiaçılara çatası paylarından imtina etmişlər. Qanunvericiliyin tələbinə görə qanun üzrə vərəsə miras qalmış əmlakdan imtina etdiyi halda, ona çatası pay digər vərəsələr arasında bərabər bölünür. Həmin cavabdehlər mərhum Qədir Qədirovdan onlara çatası paylarından imtina etdiklərinə görə qeyd ediləm miras əmlaklarda onun payları artmışdır. Ona görə də hazırki iş üzrə iddia tələbinin həcminin artırılmasına zərurət yaranmışdır. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 onlara çatası paylarından imtina etdikləri nəzərə alınmaqla 29 iyim 2007-ci ildə ölmüş X32 miras qalmış Ağdaş rayonu, Qolqəti kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə payı mərhumun arvadı olduğundan ½ hissə olduğu nəzərə alınmaqla 6/8 hissədə (1/2:4=1/8, 1/8x2=2/8, 1/2+2/8=6/8), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X46 məxsus 0,3250 ha hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən olunaraq həmin torpaq sahəsində payı 1/2 hissədə, yəni 0,1625 hektar olduğu nəzərə alınmaqla 0,24375 hektar hissədə (0,3250:2=0,1625, 0,1625:4=0,04625, 0,04625x2=0,08125, 0,1625+0,08125=024375), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,36 ha hissəsində miras əmlak kimi faktiki qəbul edilməsinin müəyyən edilərək həmin torpaq sahəsində payım ½ hissədə, yəni 0,18 hektar olduğu nəzərə alınmaqla 0,27 hektar (0,36:2=0,18, 0,18:4=0,045, 0,45x4=0,9, 0,18+0,09=0,27). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçının X38 və Cavabdeh3 ümum birgə mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 0,24 ha yaşayış məntəqələrinin torpaq sahəsinin mərhum X46 aid 1/3 hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsinin müəyyən edilərək 1/3 hissəsində payının ½ (1/3:2=1/6) hissəsi nəzərə alınmaqla 7/24 hissədə (1/6:4=1/24, 1/24x2=2/24, 1/6+2/24=7/24) hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq iddia tələbinin artırılmasına dair ərizənin xahiş etdi hissəsində texniki səhvə yol verilərək "0,24 ha yaşayış məntəqələrinin torpaq sahəsində mərhum X38 payının 1/3 hissədə müəyyən edilməsi, ona aid 1/3 hissəsinin miras əmlak kimi tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilərək 1/3 hissəsində payını 1/2 (1/3:2=1/6) hissəsi nəzərə alınmaqla 7/24 hissədə (1/6:4=1/24, 1/24x2=2/24, 1/6+2/24=7/24) hissədə paylarının müəyyən edilməsi" əvəzinə "0,24 ha yaşayış məntəqələrinin torpaq sahəsinin mərhum X46 aid 1/3 hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsinin müəyyən edilərək 1/3 hissəsində payını 1/2 (1/3:2=1/6) hissəsi nəzərə alınmaqla 7/24 hissədə (1/6:4=1/24, 1/24x2=2/24, 1/6+2/24=7/24) hissədə paylarımın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi" kimi yazılmışdır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh3 onlara çatası paylarından imtina elədikləri nəzərə alınmaqla 29 iyun 2007-ci il tarixdə ölmüş X32 miras qalmış Ağdaş rayonu, Qolqəti kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə payı mərhumun arvadı olduğundan 1/2 hissə olduğu nəzərə alınmaqla 6/8 hissədə (1/2:4=1/8, 1/8x2=2/8, 1/2+2/8=6/8), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X46 məxsus 0,3250 ha hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən olunaraq həmin torpaq sahəsində payım 1/2 hissəsə, yəni 0,1625 hektar olduğu nəzərə alınmaqla 0,24375 hektar hissədə (0,3250:2=0,1625, 0,1625:4=0,04625, 0,04625x2=0,08125, 0,1625+0,08125=0.24375), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,36 ha hissəsində miras əmlak kimi faktiki qəbul edilməsinin müəyyən edilərək həmin torpaq sahəsində payın ½ hissədə, yəni 0,18 hektar olduğu nəzərə alınmaqla 0,27 hektar (0,36:2=0,18, 0,18:4=0,045, 0,45x4=0,9, 0,18+0,09=0,27), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçının X38 və Cavabdeh3 ümumi birgə mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 0,24 ha yaşayış məntəqələrinin torpaq sahəsində mərhum X38 payının 1/3 hissədə müəyyən edilməsi, ona aid 1/3 hissəsinin miras əmlak kimi tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilərək 1/3 hissəsində payını 1/2 (1/3:2=1/6) hissəsi nəzərə alınmaqla 7/24 hissədə (1/6:4=1/24, 1/24x2=2/24, 1/6+2/24=7/24) hissədə paylarnın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan 07 oktyabr 1969-cu il tarixdə Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş AЗ-İ № 135639 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X57 ilə X18 074 oktyabr 1969-cu il tarixdə 53 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Qədirov, arvada Qədirova soyadı verilmişdir. İşin materiallarında olan 20 yanvar 1950-ci il tarixdə Ağdaş rayon Zaks bürosu tərəfindən verilmiş ИЕ № 307086 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X57 07 sentyabr 1933-cü il tarixdə Ağdaş rayonunda doğulmuş, atası X26, anası isə X2r. İşin materiallarında olan 22 avqust 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışın surətindən görünür ki, X18 xx xxxxxx 1952-ci il tarixdə doğulmuş, atası X14, X33r. İşin materiallarında olan 9 fevral 1971-ci il tarixdə Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən verilmiş АЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 30 fevral 1971-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, atası X58, anası isə İddiaçıdır. İşin materiallarında olan 19 may 1972-ci il tarixdə Ağdaş rayonu Qolqəti kənd soveti tərəfindən verilmiş İ-ЖГ № 365428 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxx 1972-ci il tarixdə Ağdaş rayonu, Qolqəti kəndində doğulmuş, atası X58, anası isə İddiaçıdır. İşin materiallarında olan 17 iyun 1974-cü il tarixdə Ağdaş rayonu Qolqəti kənd soveti tərəfindən verilmiş İİ-ЖГ № 442118 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx xxxx 1974-cü il tarixdə Ağdaş rayonu, Qolqəti kəndində doğulmuş, atası X58, anası isə İddiaçıdır. İşin materiallarında olan 22 sentyabr 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 825/1 saylı arayışın surətindən görünür ki, X26 01 iyun 1964-cü il tarixdə Ürək qüsuru səbəbindən ölmüşdür. İşin materiallarında olan 22 sentyabr 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 825 saylı arayışın surətindən görünür ki, X4 08 mart 1977-ci il tarixdə Miokard infarktı səbəbindən ölmüşdür. İşin materiallarında olan 16 fevral 2023-cü il tarixdə Ağdaş rayon Qolqəti kənd İ/N tərəfindən verilmiş AZ-İİ № 297068 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X58xx.xx.2007-ci il tarixdə Miokardın işemiyası səbəbindən ölmüşdür. İşin materiallarında olan 15 avqust 2023-cü il tarixdə Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-32- 12/2-369/2023 saylı arayışdan görünür ki, 2007-ci il tarixdə ölmüş mərhum X58 ölən gündən sonra həmin fərdi yaşayış evində arvadı 1952-ci il təvəllüdlü İddiaçı, oğlu 1972-ci il təvəllüdlü Cavabdeh2, gəlini 1973-cü il təvəllüdlü X34, nəvələri 2001-ci il təvəllüdlü X52 və 2002-ci il təvəllüdlü X47 yaşamışdır. İşin materiallarında olan 15 avqust 2023-cü il tarixdə Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-32- 12/2-368/2023 saylı arayışdan görünür ki, 2007-ci il tarixdə ölmüş mərhum X58 ölən günə kimi Ağdaş rayonu, Qolqəti kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində arvadı 1952-ci il təvəllüdlü İddiaçı, qızı 1971-ci il təvəllüdlü Cavabdeh1, oğlu 1972-ci il təvəllüdlü Cavabdeh2 və oğlu 1974-cü il təvəllüdlü Cavabdeh3 vərəsələri ilə birgə yaşamışdır. İşin materiallarında olan 15 avqust 2023-cü il tarixdə Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-32- 12/2-367/2023 saylı arayışdan görünür ki, Ağdaş rayonu, Qolqəti kənd sakini 1952-ci il təvəllüdlü İddiaçı ailə tərkibi - əri 2007-ci il tarixdə ölmüş X58, qızı 1971-ci il təvəllüdlü Cavabdeh1, oğlu 1972-ci il təvəllüdlü Cavabdeh2 və oğlu 1974-cü il təvəllüdlü Cavabdeh3 ibarətdir. İşin materiallarında olan 15 avqust 2023-cü il tarixdə Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-32- 12/2-366/2023 saylı arayışdan görünür ki, 2007-ci il tarixdə ölmüş mərhum X38 1-ci dərəcələri vərəsələri - arvadı 1952-ci il təvəllüdlü İddiaçı, qızı 1971-ci il təvəllüdlü Cavabdeh1, oğlu 1972-ci il təvəllüdlü Cavabdeh2 və oğlu 1974-cü il təvəllüdlü Cavabdeh3dur. İşin materiallarında olan15 avqust 2023-cü il tarixdə Ağdaş rayon Qolqəti Bələdiyyəsi tərəfindən verilmiş 35 saylı arayışın surətindən görünür ki, mərhum yoldaşı X58 öldükdən sonra, yəni xx.xx.2007-ci il tarixdən sonra mərhum Qədir Qədirovun və qeyrilərinin ümumi mülkiyyətində Ağdaş rayonu, Qolqəti kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən və həyətyanı torpaq sahəsindən İddiaçı və Cavabdeh2 istifadə edərək, idarə etmişlər. Həmçinin torpaq sahələrinə dair torpaq və əmlak vergisi İddiaçı və Cavabdeh2 tərəfindən ödənilmişdir. İşin materiallarında olan15 avqust 2023-cü il tarixdə Ağdaş rayon Qolqəti Bələdiyyəsi tərəfindən verilmiş 30 saylı arayışın surətindən görünür ki, İddiaçı mərhum əri 2007-ci il tarixdə ölmüş və həmin ildən hal-hazırki ilə kimi mərhumun adına olan 0,68 ha pay torpağından mərhumun arvadı İddiaçı istifadə edir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, Ağdaş rayonu, Qolqəti kəndi ünvanında yerləşən 1,44 hektar kənd təsərrüfatlı təyinatlı torpaqlar X9 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Eyni zamanda torpaq sahəsi X58, X19, Cavabdeh1 və X9 ümumi birgə mülkiyyətindədir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, Ağdaş rayonu, Qolqəti kəndi ünvanında yerləşən 1,30 hektar kənd təsərrüfatlı təyinatlı torpaqlar X9 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Eyni zamanda torpaq sahəsi X19, Cavabdeh1, X58 və X9 ümumi birgə mülkiyyətindədir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron Çıxarışdan görünür ki, Ağdaş rayonu, Qolqəti kəndi (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 0,24 hektar yaşayış məntəqələrinin torpaqları İddiaçı mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 188 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Eyni zamanda torpaq sahəsi İddiaçı, X58 və Cavabdeh3 ümumi birgə mülkiyyətindədir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron Çıxarışdan görünür ki, Ağdaş rayonu, Qolqəti kəndi ünvanında yerləşən 1,4399 hektar kənd təsərrüfatı təyinatlı torpaqları İddiaçı mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Eyni zamanda torpaq sahəsi İddiaçı, X58, Cavabdeh1 və Cavabdeh3 ümumi birgə mülkiyyətindədir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron Çıxarışdan görünür ki, Ağdaş rayonu, Qolqəti kəndi ünvanında yerləşən 1,302 hektar kənd təsərrüfatı təyinatlı torpaqları İddiaçı mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Eyni zamanda torpaq sahəsi İddiaçı, X58, Cavabdeh1 və Cavabdeh3 ümumi birgə mülkiyyətindədir. İşin materiallarında olan Cavabdeh1tərəfindən Ağdaş rayon Notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron ərizənin surətindən görünür ki, atası X38 xx.xx.2007-ci il tarixdə öldüyünü, onun ölümündən sonra miras qalmış əmlakı nə notariusa ərizə veməklə. Nə də faktiki olarq qəbul etmədiyini, vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığını, mirasın qəbul edilmə müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün müraciət etmək məqsədi olmadığını bildirmişdir. İşin materiallarında olan Cavabdeh3 tərəfindən Ağdaş rayon Notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron ərizənin surətindən görünür ki, atası X38 xx.xx.2007-ci il tarixdə öldüyünü, onun ölümündən sonra miras qalmış əmlakı nə notariusa ərizə veməklə. Nə də faktiki olarq qəbul etmədiyini, vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığını, mirasın qəbul edilmə müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün müraciət etmək məqsədi olmadığını bildirmişdir. İşin materiallarında olan Ağdaş rayon Notariat ofisinin 12 avqust 2023-cü il tarixli, № 574 saylı məktubundan görünür ki, mirasın bölgüsündə vərəsələr arasında mübahisə mövcuddur. Mirasın bölüşdürülməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İşin materiallarında olan Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 03/15228 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli, ********** saylı ərizəsinə və xx.xx.2023-cü il tarixli, ********** saylı müqaviləyə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən, mülkiyyətində olan torpaq sahəsi üçün xx.xx.2023-cü il tarixdə qiymətləndirilmə işi aparılmış, Ağdaş rayonu, Qolqəti kəndi ərazisində yerləşən 0,24 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 4500 manat təşkil edir. İşin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, B № 039670 saylı torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-121A saylı, xx.xx.2006-cı il tarixli Şəhadətnaməyə əsasən İddiaçı xüsusi mülkiyyətinə Ağdaş rayonu, Qolkqəti kəndindən 0,24 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar verilmişdir. X1 Təranə Əziz qızı ilə xx.xx.1993-cü ildə nikahlarını akt qeydləri kitabında 232 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Əsədov, arvada Əsədova soyadı verilmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə “X24” AQİS-dən verilmiş Çıxarışda görünür ki, X27 xx.xx.1969-cu ildə doğulmuş, atası X39, anası X5r. X6 Fərqanə Əziz qızı ilə xx.xx.1993-cü ildə nikahlarını akt qeydləri kitabında 91 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə “X24” AQİS-dən verilmiş Çıxarışda görünür ki, X40 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə “X24” AQİS-dən verilmiş Çıxarışda görünür ki, X41 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan xx.xx.2020-ci il tarixli vəsiyyətnamədən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan X10 ölən günə kimi özünə məxsus olan bütün əmlakını, o cümlədən istənilən Daşınar və Daşınmaz əmlaklarını ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı vəsiyyət etmişdir. İşin materiallarında olan Daxili İşlər Nazirliyi BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X15 şəhəri, M.İsayev küçəsi 49/5 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Daxili İşlər Nazirliyi BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X7 rayonu, Qazıqumlaq kəndi ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Daxili İşlər Nazirliyi BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X11 şəhəri, Nəsimi küçəsi ev 19 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyi BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş Çıxarışda görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X11 şəhəri, Nəsimi küçəsi ev 14 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyi BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş Çıxarışda görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X8 rayonu, Qarabucaq kəndi ünvanında qeydiyyatdadır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyi BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş Çıxarışda görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X13 şəhəri, Nəsimi küçəsi ev 15 ünvanında qeydiyyatdadır. İşin materiallarında X21 təqdim etdiyi və atası X22, ona da anası X3 miras qaldığını bildirdiyi xalçanın fotoşəkili vardır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən Ağdaş rayonu, Qolqəti kəndi ünvanında yerləşən 1,44 hektar kənd təsərrüfatlı təyinatlı torpaqlar X58, X19, Cavabdeh1 və X9 ümumi birgə mülkiyyətinə verilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən Ağdaş rayonu, Qolqəti kəndi ünvanında yerləşən 1,30 hektar kənd təsərrüfatlı təyinatlı torpaqlar X19, Cavabdeh1, X58 və X9 ümumi birgə mülkiyyətinə verilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron Çıxarışa əsasən Ağdaş rayonu, Qolqəti kəndi (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 0,24 hektar yaşayış məntəqələrinin torpaqları İddiaçı, X58 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahələrinin 4 mülkiyyətçisindən biridir. Vərəsələrdən Cavabdeh1 və Cavabdeh3 oğlu notarial ərizə yazaraq öz hüquqlarından imtina etmişdirlər. Cavabdeh1 hazırda uzun müddətdir ki, Azərbaycanda yaşamır. X3 miras qalmış torpaq sahəsi və yaşayış evi onun vəfatından dərhal sonra qalan əşyalara və evin özünə sahiblik etməklə İddiaçı və Cavabdeh2 tərəfindən faktiki qəbul edilmişdir. Cavabdeh2 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə və ya notariusa şifahi və ya yazılı formada iddia tələbi ilə bağlı fikrini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Eyni Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Ağdaş rayonu, Qolqəti kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə İddiaçı payının 6/8 hissədə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X46 məxsus 0,3250 ha hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən olunaraq həmin torpaq sahəsində İddiaçı payının 1/2 hissədə, yəni 0,1625 hektar olduğu nəzərə alınmaqla 0,24375 hektar hissədə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,36 ha hissəsində miras əmlak kimi faktiki qəbul edilməsinin müəyyən edilərək həmin torpaq sahəsində İddiaçı payının 1/2 hissədə, yəni 0,18 hektar olduğu nəzərə alınmaqla 0,27 hektar, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı, X38 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 0,24 ha yaşayış məntəqələrinin torpaq sahəsinin mərhum X46 aid 1/3 hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsinin müəyyən edilərək 1/3 hissəsində İddiaçı payının 1/2 hissəsi nəzərə alınmaqla 7/24 hissədə hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş rayonu, Qolqəti kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə İddiaçı payının 6/8 hissədə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X46 məxsus 0,3250 ha hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən olunaraq həmin torpaq sahəsində İddiaçı payının 1/2 hissədə, yəni 0,1625 hektar olduğu nəzərə alınmaqla 0,24375 hektar hissədə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,36 ha hissəsində miras əmlak kimi faktiki qəbul edilməsinin müəyyən edilərək həmin torpaq sahəsində İddiaçı payının 1/2 hissədə, yəni 0,18 hektar olduğu nəzərə alınmaqla 0,27 hektar, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı, X38 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 0,24 ha yaşayış məntəqələrinin torpaq sahəsinin mərhum X46 aid 1/3 hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsinin müəyyən edilərək 1/3 hissəsində İddiaçı payının 1/2 hissəsi nəzərə alınmaqla 7/24 hissədə hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar