Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1767/2024 23.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X2 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva Ulduzə Mütdəlif qızının katibliyi, iddiaçı Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 may 2024-cü il tarixli, 02/03378 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2000 (iki min) manat borc və 40 (qırx) manat dövlət rüsumunun, cəmi 2040 (iki min qırx) manat məbləğində pulun alınaraq İddiaçı ASCnin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 29 may 2024-cü il tarixli, 02/03378 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn Cavabdeh istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 7000 (yeddi min) manat məbləği ödəməli olduğu halda, həmin texnikanın istifadəsinə görə 5000 (beş min) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 2000 (iki min) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, hazırda Cavabdeh İddiaçı ASC-yə 2000 manat məbləğində borcu qalmışdır və həmin borcun geri qaytarılması tələb olunur. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bidirdi ki, tərəfindən İddiaçı ASC-yə 2000 manat məbləğində ödəniş edilmiş, lakin həmin məbləğ texnikanın təmir edilməsinə xərclənmişdir. İddiaçı ASC-yə 2000 manat məbləğində ödəniş etməli olduğunu bilir və buna görə də iddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadə verərək bildirdi ki, Cavabdeh tərəfindən hissə-hissə olmaqla ümumilikdə 5000 manat ödəniş edilmiş və həmin məbləğ müqavilə üzrə Cavabdeh borcundan silinmişdir. Cavabdeh daha sonra 2000 manat ödəniş etmiş, lakin o, həmin məbləği texnikanın təmiri üçün ehtiyyat hissələrinə xərcləmişdir. Hazırda Cavabdeh İddiaçı ASC-yə 2000 manat məbləğində borcu qalmışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 may 2024-cü il tarixli, 02/03378 saylı “kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilənin surətindən görünür ki, 1 ədəd Sampo Rosenlew SR-2065 markalı, 2020-ci il buraxılışlı, G48385,0000040 zavod nömrəsi, **-BA- *** dövlət qeydiyyat nişanlı taxılyığan kombayn Cavabdeh istifadəsinə verilmişdir. 29 may 2024-cü il tarixli iltizamın surətindən məlum olur ki, Cavabdeh Sampo Rosenlew SR-2065 markalı, 2020-ci il buraxılışlı, G48385,0000040 zavod nömrəsi, **-BA- *** dövlət qeydiyyat nişanlı taxılyığan kombayn Yevlax RN-nin Ağdaş rayon bölməsindən təhvil alarkən 7000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüş və öz imzası ilə təsdiq etmişdir. “Texnika istifadəyə verilərkən” 02/03378 saylı, 29 may 2024-cü il tarixli müqaviləyə əlavə edilən 29 may 2024-cü il tarixli, 02/03378 nömrəli aktın surətindən məlum olur ki, İddiaçı ASC-nin Yevlax RN-nın Ağdaş rayon bölməsinin istifadəsində olan Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn saz vəziyyətdə mexanizator Cavabdeh təhvil verilmişdir. “Texnika rayon bölməsinə geri qaytarılarkən” tərtib edilən 14 avqust 2024-cü il tarixli 02/03378 nömrəli aktın surətindən məlum olur ki, İddiaçı ASC-nin Yevlax RN-nın Ağdaş rayon bölməsinin istifadəsində olan Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn saz vəziyyətdə mexanizator Cavabdeh tərəfindən Yevlax RN-nın Ağdaş rayon bölməsinin rəhbəri Şahid təhvil verilmişdir. 07 oktyabr 2024-cü il tarixli maliyyə arayışının surətindən məlum olur ki, borclu Cavabdeh 29 may 2024-cü il tarixli, 02/03378 nömrəli müqavilə üzrə 7000 manat borcdan 5000 manat ödəniş etmiş, 2000 manat məbləğində borc isə ödənilməmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi İddiaçı ASC tərəfindən verilmiş 20 sentyabr 2024-cü il tarixli 3-22-13/2-M-16-249/2024 saylı pretenziyanın surətindən görünür ki, Cavabdeh 2000 manat 1300 manat borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. Mədaxil qəbzindən görünür ki, İddiaçı ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 40 (qırx) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29 may 2024-cü il tarixli, 02/03378 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2065 markalı, 2020-ci il buraxılışlı, G48385,0000040 zavod nömrəsi, **-BA-*** dövlət qeydiyyat nişanlı taxılyığan kombayn Cavabdeh saz vəziyyətdə istifadəyə verilmiş, Cavabdeh müqaviləyə əsasən 7000 manat ödəmək üçün öhdəlik götürmüş, lakin borcundan 5000 manat ödəniş etmiş, 2000 manat məbləğində borcu isə ödəniş etməmişdir. Hazırda iddiaçı cavabdehdən 2000 manat borcun geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 29 may 2024-cü il tarixli, 02/03378 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2000 (iki min) manat borc və 40 (qırx) manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2040 (iki min qırx) manat məbləğində pul alınaraq iddiaçı Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 29 may 2024-cü il tarixli, 02/03378 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2000 (iki min) manat borc və 40 (qırx) manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2040 (iki min qırx) manat məbləğində pul alınaraq iddiaçı Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №e-2(014)-1767/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1767/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver