Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-254/2025 06.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Aidə Binyamin qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul məbləğinin tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul məbləğinin tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü il 29 may tarixli 02/03380 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3700,00 (üç min yeddi yüz) manat borcun və 57,00 (əlli yeddi) manat dövlət rüsumunun, cəmi: 3757,00 (üç min yeddi yüz əlli yeddi) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2024-cü il 29 may tarixli 02/03380 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd taxılyığan kombayn Class Dominator-130 ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 5000,00 (beş min) manat öhdəlikdən 1300,00 (bir min üç yüz) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 3700,00 (üç min yeddi yüz) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, lizinq müqaviləsi cavabdehlə bağlanmışdır. Ona görə də cavabdeh X2 2024-cü il 29 may tarixli 02/03380 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3700,00 (üç min yeddi yüz) manat borcun və 57,00 (əlli yeddi) manat dövlət rüsumunun, cəmi: 3757,00 (üç min yeddi yüz əlli yeddi) manat pul vəsaitinin alınaraq İddiaçı ASC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan 29 may 2024-cü il tarixli, 02/03380 saylı “kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə”nin surətindən görünür ki, 1 ədəd taxılyığan kombayn Class Dominator-130 Cavabdeh istifadəsinə verilmişdir. İşin materiallarında olan 09 oktyabr 2024-cü il tarixli maliyyə arayışının surətindən məlum olur ki, borclu Cavabdeh 3700 manat borcu vardır. İşin materiallarında olan texnika istifadəyə verilərkən 29 may 2024-cü il tarixli, 02/03380 saylı müqaviləyə əlavə edilən 29 may 2024-cü il tarixli, 02/03380 saylı aktın surətindən məlum olur ki, İddiaçı ASC-nin Yevlax RN-nın Ucar rayon bölməsinin istifadəsində 1 ədəd taxılyığan kombayn Class Dominator-130 saz vəziyyətdə mexanizator Cavabdeh təhvil verilmişdir. İşin materiallarında olan 29 may 2024-cü il tarixli iltizamın surətindən məlum olur ki, Cavabdeh 1 ədəd taxılyığan kombayn Class Dominator-130 Yevlax RN-nin Ucar rayon bölməsindən təhvil alarkən 5000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüş və öz imzası ilə təsdiq etmişdir. İşin materiallarında olan AR Kənd Təsərrüfatı Nazirliyi İddiaçı ASC tərəfindən verilmiş 10 oktyabr 2024-cü il tarixli 3-22-13/2-A-16-313/2024 saylı pretenziyanın surətindən məlum olur ki, Cavabdeh 3700 manat borcunu qısa zaman ərzində İddiaçı ASC-yə ödəmədiyi halda, əmələ gəlmiş borcun və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 57 (əlli yeddi) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29 may 2024-cü il tarixli, 02/03380 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd taxılyığan kombayn Class Dominator-130 ona saz vəziyyətdə istifadəyə verilmiş, Cavabdeh müqaviləyə əsasən 5000 manat ödəmək üçün öhdəlik götürmüş, 1300,00 (bir min üç yüz) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 3700,00 (üç min yeddi yüz) manat borcu vardır. Lakin borcundan heç bir ödəniş etməmişdir. Hazırda iddiaçı cavabdehdən 3700 manat borcun geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul məbləği” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 3700 (üç min yeddi yüz) manat borc, 57 (əlli yeddi) manat dövlət rüsumunun, cəmi 3757 (üç min yeddi yüz əlli yeddi) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul məbləğinin” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 3700 (üç min yeddi yüz) manat borc, 57 (əlli yeddi) manat dövlət rüsumunun, cəmi 3757 (üç min yeddi yüz əlli yeddi) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-254/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-254/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver