Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-336/2025 24.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılma yolu ilə kənar şəxsin torpaq mülkiyyətçisinin mülki hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılma yolu ilə kənar şəxsin torpaq mülkiyyətçisinin mülki hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 avqust 2024–cü il tarixdə o Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Ağdaş rayonunun Qarağan Şıxlar kəndi ərazisində 2.0601 ha torpaq sahəsi almışdır. Qeyd edilən torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olması faktı xx.xx.2024-cü il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışla təsdiq olunur. 14 noyabr 2024-cü il tarixdə o “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək İdarənin elektron uçot xəritəsinə əsasən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada dəqiqləşdirilməsini və göstərilməsini xahiş etmişdir. Bununla bağlı 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisi İ. Hacıyev tərəfindən ona torpaq sahəsinə naturada baxış keçirilərək, torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatları elektron uçot xəritəsinə əsasən ona göstərilmişdir. Baxış nəticəsində məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinin təxminən 5x200 metr hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. Bundan sonra o dəfələrlə cavabdehdən onun torpaq sahəsindən çıxmasını tələb etsə də bunun heç bir müsbət nəticəsi olmamışdır. Hər dəfə ondan torpağından cıxması barədə tələbinə cavabdehin reaksiyası bu olmuşdur ki, bu torpaq onundur. Çox müzakirələrdən sonra o belə qərara gəldi ki, məsələ ilə bağlı məhkəməyə müraciət edərək, mübahisəni məhkəmə qaydasında həll edər və cavabdehi torpaq sahədən məcburi çıxartsın. Cavadeh Cavabdeh ona məxsus olan Ağdaş rayonu, Qarağan Şıxlar kəndi ərazisində yerləşən 2.0601 hektar torpaq sahəsinin zəbt edilmiş hissəsindən məcburi çıxarılmasına, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat, hüquqi yardıma görə ödədiyi 320 (üç yüz iyirmi) manat pulun və işə baxılması ilə əlaqədar olan məsrəflər cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə müraciət edərək, iş üzrə mübahisənin aradan qalxdığını, buna görə də mülki işin baxılmamış saxlanmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 12 saylı qərarının 5.1-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə dəyişiklik edilmiş və göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 170, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılma yolu ilə kənar şəxsin torpaq mülkiyyətçisinin mülki hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-336/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-336/2025
24.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver