Məhkəmə qərarları › İş №e-2(014)-466/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-466/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-466/2024 15.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakimi Sultanov Cavid Rizvan oğlunun, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən 24 (iyirmi dörd) ay müddətinə nağd və qeyri nağd şəkildə istifadə olunmaqla 120 000 (bir yüz iyirimi min) ABŞ dolları məbləğində və ya bu miqdarda ekvivalent olan və tələb edilən digər valyuta növündə kredit xətti açılmış, bu kredit müqaviləsinin təminatı kimi ipoteka saxlayan “X9” ASC Bakı filialı adından X5 ilə ipoteka qoyan İddiaçı və borc alan Cavabdeh arasında Sumqayıt şəhər 3 saylı notariat kontorunda 3M/1074 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, “X9” ASC-nin Bakı filialı ilə borc alan arasında bağlanmış 30 oktyabr 2015-ci il tarixli 01 saylı kredit müqaviləsi və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrlə əlaqədar olaraq Dövlət rüsumunun ödənilməsi haqqında məlumat borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək ipoteka qoyan, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 19 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə (Reyestr nömrəsi **********37-11301) ********** qeydiyyat nömrəsi ilə qeydə alınan Seria RX№0710078 saylı hüquqların dövlət qeydiyyat haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən bağ evini ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsindən görünür ki, torpaq sahəsi 0,12 ha, ümumi sahəsi 511.7 kv.m təşkil edən bağ evinə "xxxx" MMC ekspertləri tərəfindən baxış keçirilmiş və banka təqdim edilən xx.xx.2015-ci il tarixli ekspert rəyinə əsasən Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən bağ evinin likvid dəyəri 280 000 AZN (iki yüz səksən min manat) məbləğində qiymətləndirilmişdir. Bank tərəfindənCavabdeh kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmişdir. Cavabdehkredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuşur. "xxxx" ASC tərəfindən məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə “X9” ASC-nin iddiası qismən təmin edilərək ödəniş gününə qüvvədə olan məzənnə ilə 119923,34 (yüz on doqquz min doqquz yüz iyirimi üç dollar otuz dörd sent) ABŞ dolları məbləğində əsas borc, 4502,10 (dörd min beş yüz iki dollar on sent) ABŞ dolları məbləğində faiz borcu, 40 (qırx) ABŞ dolları məbləğində cərimə, cəmi 124465,44 (yüz iyirimi dörd min dörd yüz altmış beş dollar qırx dörd sent) ABŞ dolları, 30 (otuz) manat məbləğində dövlət rusumu və bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu (dövlət rüsumu və bank xidmət haqqı) Cavabdeh alınaraq “X9” ASC-yə ödənilməsi, tələb İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinə yönəldilməsi, Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinin ilkin satış qiyməti 235000 (iki yüz otuz beş min) manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ödəniş gününə olan məzənnə ilə 124465,44 (yüz iyirimi dörd min dörd yüz altmış beş dollar qırx dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, 30 (otuz) manat məbləğində dövlət rusumu və bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu (dövlət rüsumu və bank xidmət haqqı) “X9” ASC-yə ödənilməsi, Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinə tutma yönəldikdən və həmin əmlak satıldıqdan 1 (bir) ay sonra İddiaçı və X4 torpaq sahəsi və üzərində yerləşən bağ evindən çıxarılması qət edilmişdir. Qeyd edək ki, İddiaçının əri X2 bankdan götürülməsinəzərdə tutulan məbləğdən qat-qat artıq həcmdə kredit götürüldüyünü bank əməkdaşının telefon zəngi vasitəsilə öyrəndikdən sonra bu barədə şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmiş və faktla bağlı cinayət işi açılmışdır. Sumqayıt ŞPİ-də araşdırılmış cinayət işi üzrə hər iki şəxs təqsirli hesab edilmiş və barələrində qətimkan tədbiri seçilmişdir. Lakin daha sonra cinayət işinə xitam verilmişdir. Məhkəmənin nəzərəinə çatdırırıq ki, ipoteka predmeti olan əmlakİddiaçı mülkiyyətinda olan əmlak olduğundan və həmin əmlakın bankın mülkiyyətinə keçməsi riski yarandığından iddiaçı cavabdehin banka olan borcunun bir hissəsini “X9” ASC-ə ödəmişdir. Sübut qismində məhkəməyə təqdim ediləcək FJB**********847 nömrəli və FJB**********217 nömrəli qəbzlərdən də görünür ki, İddiaçı Cavabdeh xeyrinə 53 800 USD (əlli üç min səkkiz yüz ABŞ dolları) və 5 200 USD (beş min iki yüz ABŞ dolları) məbləğində pulu "xxxx" ASC-ə ödəmişdir. Cavabdeh 59 000 ABŞ dolları (manat ekvivalenti: 100 300.00 AZN (yüz min üç yüz manat) məbləğində pulun reqres qaydasında və məhkəməyə müracət etmək üçün ödənilən 391 AZN (üç yüz doxsan bir manat) məbləğdə dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 izahat verərək iddia tələbinin əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 19 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə (Reyestr nömrəsi **********37-11301) ********** qeydiyyat nömrəsi ilə qeydə alınan Seria RX№0710078 saylı hüquqların dövlət qeydiyyat haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 511.7 kv.m təşkil edən ev İddiaçı mülkiyyətindədir. İşin materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 511.7 kv.m təşkil edən ev "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, “X9” ASC-nin iddiası qismən təmin edilərək ödəniş gününə qüvvədə olan məzənnə ilə 119923,34 (yüz on doqquz min doqquz yüz iyirimi üç dollar otuz dörd sent) ABŞ dolları məbləğində əsas borc, 4502,10 (dörd min beş yüz iki dollar on sent) ABŞ dolları məbləğində faiz borcu, 40 (qırx) ABŞ dolları məbləğində cərimə, cəmi 124465,44 (yüz iyirimi dörd min dörd yüz altmış beş dollar qırx dörd sent) ABŞ dolları, 30 (otuz) manat məbləğində dövlət rusumu və bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu (dövlət rüsumu və bank xidmət haqqı) Cavabdeh alınaraq “X9” ASC-yə ödənilməsi, tələb İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinə yönəldilməsi, Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinin ilkin satış qiyməti 235000 (iki yüz otuz beş min) manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ödəniş gününə olan məzənnə ilə 124465,44 (yüz iyirimi dörd min dörd yüz altmış beş dollar qırx dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, 30 (otuz) manat məbləğində dövlət rusumu və bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu (dövlət rüsumu və bank xidmət haqqı) “X9” ASC-yə ödənilməsi, Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinə tutma yönəldikdən və həmin əmlak satıldıqdan 1 (bir) ay sonra İddiaçı və X4 torpaq sahəsi və üzərində yerləşən bağ evindən çıxarılması qət edilmişdir. İşin materiallarında olan FJB**********847 saylı, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh "xxxx" ASC-yə olan kredit borcuna 53800 (əlli üç min səkkiz yüz) ABŞ dolları kredit ödənişi etmişdir. İşin materiallarında olan FJB**********217 saylı, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh "xxxx" ASC-yə olan kredit borcuna 5200 (beş min iki yüz) ABŞ dolları kredit ödənişi etmişdir. İşin materiallarında olan iddia ərizəsinin dövlət rüsumun ödənilməsi haqqında məlumat bölməsindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 391 (üç yüz doxsan bir) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 19 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə (Reyestr nömrəsi **********37-11301) ********** qeydiyyat nömrəsi ilə qeydə alınan Seria RX№0710078 saylı hüquqların dövlət qeydiyyat haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 511.7 kv.m təşkil edən ev İddiaçı mülkiyyətindədir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 511.7 kv.m təşkil edən ev "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən “X9” ASC-nin iddiası qismən təmin edilərək ödəniş gününə qüvvədə olan məzənnə ilə 119923,34 (yüz on doqquz min doqquz yüz iyirimi üç dollar otuz dörd sent) ABŞ dolları məbləğində əsas borc, 4502,10 (dörd min beş yüz iki dollar on sent) ABŞ dolları məbləğində faiz borcu, 40 (qırx) ABŞ dolları məbləğində cərimə, cəmi 124465,44 (yüz iyirimi dörd min dörd yüz altmış beş dollar qırx dörd sent) ABŞ dolları, 30 (otuz) manat məbləğində dövlət rusumu və bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu (dövlət rüsumu və bank xidmət haqqı) Cavabdeh alınaraq “X9” ASC-yə ödənilməsi, tələb İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinə yönəldilməsi, Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinin ilkin satış qiyməti 235000 (iki yüz otuz beş min) manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ödəniş gününə olan məzənnə ilə 124465,44 (yüz iyirimi dörd min dörd yüz altmış beş dollar qırx dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, 30 (otuz) manat məbləğində dövlət rusumu və bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu (dövlət rüsumu və bank xidmət haqqı) “X9” ASC-yə ödənilməsi, Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinə tutma yönəldikdən və həmin əmlak satıldıqdan 1 (bir) ay sonra İddiaçı və X4 torpaq sahəsi və üzərində yerləşən bağ evindən çıxarılması qət edilmişdir. Bundan sonra İddiaçı Cavabdeh "xxxx" ASC-yə olan kredit borcuna 17 aprel 2023-cü il tarixdə 53800 (əlli üç min səkkiz yüz) ABŞ dolları və 25 iyul 2023-cü il tarixdə 5200 (beş min iki yüz) ABŞ dolları kredit ödənişi etmişdir. Hazırda iddiaçı Cavabdeh 59 000 ABŞ dolları (manat ekvivalenti: 100300 AZN (yüz min üç yüz manat) məbləğində pulun reqres qaydasında və məhkəməyə müracət etmək üçün ödənilən 391 AZN (üç yüz doxsan bir manat) məbləğdə dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Eyni Məcəllənin 509.3-cü maddəsinə əsasən kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 59000 (əlli doqquz min) ABŞ dolları (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) pul və 391 (üç yüz doxsan bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 59000 (əlli doqquz min) ABŞ dolları (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) pul və 391 (üç yüz doxsan bir) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar