Məhkəmə qərarları › İş №e-2(014)-585/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-585/2024

12.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-585/2024 12.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı ezamiyyə xərci qismində ödənilmiş pul məbləğinin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı ezamiyyə xərci qismində ödənilmiş pul məbləğinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı Azərbaycan Respublikasında müxtəlif təyinatlı malların iri həcmli yük avtomobilləri ilə quru yollarla daşınması fəaliyyətini həyata keçirir. Cavabdeh İddiaçı işçisidi. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixliəmək müqaviləsinə (kontrakt) əsasən Cavabdeh həmin tarixdə cəmiyyətə sürücü vəzifəsinə (peşəsinə) işə qəbul edilmişdir. Həmin əmək müqaviləsində işçi olaraq Cavabdeh əmək funksiyaları göstərilmişdir. Rəhbərlik tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi həmin funksiyalardandır. Həmçinin İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli tam maddiməsuliyyət haqqında müqaviləyə əsasən Cavabdeh görüləcək işi layiqincə yerinə yetirməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü tarixdə daxil olmuş sifarişə əsasən mallar Sumqayıt şəhərindən sifarişçidən götürülərək Gürcüstan Respublikasının ərazisindən keçməklə Türkiyə Respublikasının İstanbul şəhərinə çatdırılmalı idi. Həmin sifarişin icrası Cavabdeh həvalə edilmiş, bütün sənədləşmə işləri aparılmış, yol vərəqələri, gömrük sənədləri və sair sənədlər toplanılaraq sürücüyə təhvil verilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixli, 304/1 nömrəli xarici ölkəyə yüklərin daşınması üçün işçilərin ezam edilməsi barədə əmr imzalanmışdır. Həmin əmrdən göründüyü kimi İddiaçı işçisi Cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Bakı şəhərindən Türkiyə Respublikasına 15 (on beş ) təqvim günü müddətinə ezam edilməsi, işçinin ezamiyyə xərcləri (yemək xərcləri) əvəzinə hər gün üçün 90 manat olmaqla, 15 təqvim günü və hər gün üçün 90 manat olmaqla, 5 təqvim günü mehmanxana xərcinin şirkətin hesabına ödənilməsi, avtonəqliyyat vasitəsinin yük daşınma zamanı tranzit ölkə olaraq Gürcüstan Respublikasının ərazisindən keçdiyi üçün tranzit kartının alınması məqsədilə şirkətin xalis mənfəət hesabına həmin işçinin kart hesabına 400 manat vəsaitin ödənilməsi əmr edilmişdir. Həmin əmr əsasında xx.xx.2023cü il tarixli, 2622 nömrəli ödəniş tapşırığından və hesabdan çıxarışdan göründüyü kimi həmin tarixdə Cavabdeh hesabına ezamiyyə xərci qismində 1000 (bir min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan başqa həmin əmr əsasında xx.xx.2023-cü il tarixli, 2624 nömrəli ödəniş tapşırığından və hesabdan çıxarışdan göründüyü kimi həmin tarixdə Cavabdeh hesabına sair xərc qismində 400 (dörd yüz) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan sonra sürücü – Cavabdeh idarə etdiyi dövlət qeydiyyat nişanlı 99HU818/99ZD507 olan nəqliyyat vasitəsi ilə sifarişçinin ünvanına gələrək daşınması tapşırılan malı yük maşınına yükləmiş, lazımi sənədləri və ezamiyyə xərclərini götürmüş, lakin avtomobili yüklü vəziyyətdə yaşadığı Ağdaş rayonu Yuxarı Ləki kəndində yolun kənaraında saxlayaraq nəqliiyat vəsitəsini qoyub gederək yükü unvanına çatdırmaqdan imtina etmiş və tapşırığı icra etməmişdir. Bununla da Cavabdeh onunla İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixliəmək müqaviləsi və xx.xx.2023-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilələrin şərtlərinə əməl etməmiş və öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Buna görə də İddiaçı tərəfindən Cavabdeh ona həmin sifarişin icrası məqsədilə ezamiyyə xərci qismində ödənilmiş 1000 (bir min) manat və sair xərc qismində ödənilmiş 400 (dörd yüz) manat olmaqla, cəmi 1400 (bir min dörd yüz) manat məbləğində pulun geri qaytarılması tələb edilmiş, lakin cavabdeh pulun qaytarılmasından imtina etmişdir. Buna görə də hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh ezamiyyə xərci qismində ödənilmiş 1000 (bir min) manat, sair xərc qismində ödənilmiş 400 (dörd yüz) manat, mediasiya ödənişi qismində ödənilmiş 60 (altmış) manat, cəmi 1460 (bir min dörd yüz altmış) manat məbləğində pulun alınıb İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını, şirkətin ona pul verməli olduğunu, lakin pulunu vermədiklərini, o da ona təhkim edilmiş avtomobili təhvil verərək işdən çıxdığını, iddiaçıya borcunun olmadığını bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC qarşısında tam maddi məsuliyyət götürmüşdür. İşin materiallarında olan xərc cədvəlindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh bank hesabına 400 manat miqdarında sair xərci pulu hesablanmışdır. İşin materiallarında olan xərc cədvəlindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh bank hesabına 1000 manat miqdarında ezamiyyə xərci pulu hesablanmışdır. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh bank hesabına 2023-cü ilin dekabr ayı üzrə 1000 manat miqdarında ezamiyyə xərci ödənilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh bank hesabına 2023-cü ilin dekabr ayı üzrə 3100 manat miqdarında ezamiyyə xərci ödənilmişdir. İşin materiallarında olan ilkin mediyasiya sessiyasından iştirak edilməməsi barədə 21 fevral 2024-cü il tarixli, MŞŞ/MT00239/2024 seriyalı arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin Cavabdeh ilkin mediasiya sessiyasının davam etdirilməsinə razılıq verməmişdir. İddiaçı MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasının xərci olan 60 manat pulu ödəmişdir. İşin materiallarında olan 29 dekabr 2023-cü il tarixli, 304/1 saylı əmrin surətindən görünür ki, İddiaçı işçisi Cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Bakı şəhərindən Türkiyə Respublikasına 15 (on beş ) təqvim günü müddətinə ezam edilməsi, işçinin ezamiyyə xərcləri (yemək xərcləri) əvəzinə hər gün üçün 90 manat olmaqla, 15 təqvim günü və hər gün üçün 90 manat olmaqla, 5 təqvim günü mehmanxana xərcinin şirkətin hesabına ödənilməsi, avtonəqliyyat vasitəsinin yük daşınma zamanı tranzit ölkə olaraq Gürcüstan Respublikasının ərazisindən keçdiyi üçün tranzit kartının alınması məqsədilə şirkətin xalis mənfəət hesabına həmin işçinin kart hesabına 400 manat vəsaitin ödənilməsi əmr edilmişdir. İşin materiallarında olan 22 may 2024-cü il tarixli arayişdən görünür ki, İddiaçı MMC-nin hesabında Cavabdeh bank hesabına 400 manat miqdarında sair xərci və 1000 manat miqdarında ezamiyyə xərci pulu köçrülmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixliəmək müqaviləsinə (kontrakt) əsasən cəmiyyətə sürücü vəzifəsinə (peşəsinə) işə qəbul edilmişdir. Həmin əmək müqaviləsində işçi olaraq Cavabdeh əmək funksiyaları göstərilmişdir. Rəhbərlik tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi həmin funksiyalardandır. Həmçinin İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən Cavabdeh görüləcək işi layiqincə yerinə yetirməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü tarixdə daxil olmuş sifarişə əsasən mallar Sumqayıt şəhərindən sifarişçidən götürülərək Gürcüstan Respublikasının ərazisindən keçməklə Türkiyə Respublikasının İstanbul şəhərinə çatdırılmalı idi. Həmin sifarişin icrası Cavabdeh həvalə edilmiş, bütün sənədləşmə işləri aparılmış, yol vərəqələri, gömrük sənədləri və sair sənədlər toplanılaraq sürücüyə təhvil verilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixli, 304/1 nömrəli xarici ölkəyə yüklərin daşınması üçün işçilərin ezam edilməsi barədə əmr imzalanmışdır. Həmin əmrdən göründüyü kimi İddiaçı işçisi Cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Bakı şəhərindən Türkiyə Respublikasına 15 (on beş ) təqvim günü müddətinə ezam edilməsi, işçinin ezamiyyə xərcləri (yemək xərcləri) əvəzinə hər gün üçün 90 manat olmaqla, 15 təqvim günü və hər gün üçün 90 manat olmaqla, 5 təqvim günü mehmanxana xərcinin şirkətin hesabına ödənilməsi, avtonəqliyyat vasitəsinin yük daşınma zamanı tranzit ölkə olaraq Gürcüstan Respublikasının ərazisindən keçdiyi üçün tranzit kartının alınması məqsədilə şirkətin xalis mənfəət hesabına həmin işçinin kart hesabına 400 manat vəsaitin ödənilməsi əmr edilmişdir. Həmin əmr əsasında xx.xx.2023cü il tarixli, 2622 nömrəli ödəniş tapşırığından və hesabdan çıxarışdan göründüyü kimi həmin tarixdə Cavabdeh hesabına ezamiyyə xərci qismində 1000 (bir min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan başqa həmin əmr əsasında xx.xx.2023-cü il tarixli, 2624 nömrəli ödəniş tapşırığından və hesabdan çıxarışdan göründüyü kimi həmin tarixdə Cavabdeh hesabına sair xərc qismində 400 (dörd yüz) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan sonra sürücü – Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi ilə sifarişçinin ünvanına gələrək daşınması tapşırılan malı yük maşınına yükləmiş, lazımi sənədləri və ezamiyyə xərclərini götürmüş, lakin avtomobili yüklü vəziyyətdə yaşadığı Ağdaş rayonu Yuxarı Ləki kəndində yolun kənaraında saxlayaraq nəqliiyat vəsitəsini qoyub gederək yükü unvanına çatdırmaqdan imtina etmiş və tapşırığı icra etməmişdir. Bununla da Cavabdeh onunla İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixliəmək müqaviləsi və xx.xx.2023-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilələrin şərtlərinə əməl etməmiş və öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Buna görə də İddiaçı tərəfindən Cavabdeh ona həmin sifarişin icrası məqsədilə ezamiyyə xərci qismində ödənilmiş 1000 (bir min) manat və sair xərc qismində ödənilmiş 400 (dörd yüz) manat olmaqla, cəmi 1400 (bir min dörd yüz) manat məbləğində pulun geri qaytarılması tələb edilmiş, lakin cavabdeh pulun qaytarılmasından imtina etmişdir. Hazırda iddiaçı qalan pulun geri qayatarılmasını tələb edir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. İşin faktiki halları ilə iddiaçının 1400 manat pul vəsaitinin cavabdehdə olması müəyyən edilmişdir. Yəni cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının pul vəsaitini özündə saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ezamiyyə xərci qismində ödənilmiş 1000 (bir min) manat, sair xərc qismində ödənilmiş 400 (dörd yüz) manat, mediasiya ödənişi qismində ödənilmiş 60 (altmış) manat, cəmi 1460 (min dörd yüz altmış) manat məbləğində pul alınıb İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ezamiyyə xərci qismində ödənilmiş 1000 (bir min) manat, sair xərc qismində ödənilmiş 400 (dörd yüz) manat, mediasiya ödənişi qismində ödənilmiş 60 (altmış) manat, cəmi 1460 (min dörd yüz altmış) manat məbləğində pul alınıb İddiaçınə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar