Məhkəmə qərarları › İş №e-2(014)-595/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-595/2025

10.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-595/2025 10.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi Məhkəmə iclаsının kаtibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cаvаbdеh Cavabdeh direktoru X6, onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cаvаbdеh Cavabdehnə qаrşı «əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı» tələbinə dаir işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cаvаbdеh Cavabdehnə qаrşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad edilməsi ilə bağlı Cavabdeh 29 dekabr 2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi, ödənilmiş mediasiya xərcinin alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə 01 aprel 2025-ci il tarixdə məhkəmə iclasına iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh 09 dekabr 2024-cü il tarixli 169 saylı, 29 dekabr 2024-cü il tarixli, 184 saylı əmrlərinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməyi, məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi, ödənilmiş mediasiya xərcinin alınıb ona qaytarılması, işə götürən barəsində xüsusi qərar çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdehndə müəllim kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Məktəbə yeni direktor təyin olunan E.Qafarova gəldiyi bir gündən onunla və qızı ilə münaqişə yaratmış, 29 dekabr 2024-cü ildə onu işdən çıxardığını şifahi şəkildə bildirərək məktəbdən qovub çıxarmışdır. 30 dekabr 2024-cü il tarixdə isə onun ünvanına aşağıdakı məzmunda məktub göndərmişdir: “Cavabdeh rəhbərliyi bildirir ki, siz 29 dekabr 2024-cü il tarixindən işdən azad edilmiş, Cavabdeh sizinlə son haqq hesab etmişdir. İşdən azad edilməyi haqqında əmri, əmək kitabçanızı sizə təqdim etmək üçün çağırıldığınızda məktəbin binasını – iş yerini məlumat vermədən tərk etdiyiniz məlum olmuşdur. Sizə təqdim olunacaq sənədləri götürməyi üçün məktəbin binasına yaxınlaşmağı xahiş olunur.” 13 yanvar 2025-ci il tarixdə cavabdehə əmrin surətinin verilməsi üçün müraciət etsə də hazirki müddətə qədər əmrin surəti ona təqdim olunmamışdır. X26 Xidmətinə olan müraciətinə də baxmayaraq hazırki müddətə qədər əmrin surətini əldə edə bilməmişdir. Ona əmrin surəti, əmək kitabçası və son haqq hesab verilməmişdir. İddiаçı İddiaçı izahatında bildirdi ki, o, qanunsuz olaraq işdən azad edilmişdir. xx.xx.2024-cü il tarixdə ona töhmət verildiyi bildirilsə də onun bu əmrdən məlumatı olmamışdır. Onun işdən çıxarılmasına səbəb guya xx.xx.2024-cü il tarixdə məktəbdə xuliqanlıq etməsi olmuşdur, lakin Polis şöbəsi tərəfindən qəbul olunmuş həmin qərar ləğv olunmuşdur. Onun Elmira müəllimə ilə problemi dərsddə iştirak etməyən tələbələrə qayıb yazması səbəbindən yaranmışdır. O, 25 ilin müəlliməsidir, heç vaxt bu məsuliyyəti üzərinə götürüb, dərsdə iştirak etməyən tələbəyə qayıb yazmaya bilməz. Elmira müəllimə mütəmadi olaraq onu və qızını hər hansı bir mübahisə yaranmasına təhrik etsə də, o, özünü cilovlayır. Xuliqanlıqda ittiham olunması da Elmira müəllimə tərəfindən yaradılmış oyun idi. Onun barəsində verilmiş əmrlərin heç biri ona təqdim olunmamış, ev ünvanına bir konvert göndərilmiş, həmin konvertdə də məktub olmuşdur. O, pedaqoji şuranın iclasında iştirak etməmiş, həmkarların iclasında iştirak etmiş, onu işdən çıxmağa dair ərizə yazmağa məcbur etmişlər, lakin o, həmin ərizəni yazmamışdır. Həmkarların iclası xx.xx-2024-cü il tarixdə olsa da qərarı xx.xx.2024-cü ildə qəbul olunub. Əmrin verilməsinə səbəb olmuş qərar ləğv olunduğundan Cavabdeh 29 dekabr 2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Nemət qızı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, 09 dekabr 2024-cü il tarixli əmrin qəbul olunmasından onların məlumatı olmamış, çünki həmin əmr iddia tələbi ilə məhkəməyə müraciət edildikdən sonra, eyni zamanda iddiaçının işdən azad olunmasına səbəb olan Ağdaş rayon Polis Şöbəsinin qərarı ləğv olunduqdan sonra qəbul olunmuşdur. Çünki iddiaçı ilə cavabdeh arasında mübahisə xx.xx.2024-cü ildə baş verib və cavabdeh polisə şikayət edib, sonradan polisin qəbul etdiyi qərar ləğv olunduqda cavabdeh formal olaraq töhmətlə bağlı əmr verib, bunun təsdiqi kimi məhkəməyə şahidlər dəvət etsələr də cavabdehin şahidləri həmişəki kimi bir-biri ilə ziddiyyətlə ifadələr verirlər. xx.xx.2024-cü ildə iddiaçıya töhmət verilməzdən əvvəl onun izahatı alınmalı, verilmiş töhmətin bir nüsxəsi iddiaçıya verilməli idi. Lakin bu hərəkətlərin edilməsinə dair mötəbər sübutlar təqdim olunmamışdır. Həmkarlariclası düzgün keçirilməmiş, xx.xx.2024-cü ildə həmkarların iclası keçirilir və qərar qəbul olunur, lakin bütün həmkarlar üzvləri və sədr həmin qərarın 1-4gündən sonra qəbul olunduğunu bildirmişlər. Əmrlərinin məzmununa baxıb, şahidləri dindirdikdə məlum olur ki, hər iki əmrin əsasını xx.xx.2024-cü ildə tərəflər arasında baş vermiş mübahisə təşkil edir, bu da bir şəxsin bir əmələ görə iki dəfə tənbeh almasına əbəb olur. Odur ki, qeyd etdiklərini nəzərə alıb iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cаvаbdеh Cavabdeh direktoru X18 izahatında bildirdi ki, o, həmin məktəbə direktor təyin olunduğu ilk gündən iddiaçı onunla yola getmir, bir ara yaxşı yola getsələr də, iddiaçı sonradan onu hədələməyə başlamış, ona verilən tapşırıqları icra etməmiş, sinif otaöının qapısını açdıqda tələbələrin yanında onunla aqresiv danışmışdır. xx.xx.2024-cü il tarixdə qəbul olunan əmr elanlar lövhəsinə asılıb, iddiaçı da həmin əmri cırıb. İddiaçı heç vaxt heç bir mövzuda izahat verməyib. Pedaqoji şura iclasını o, çağırmış, 35 nəfər iştirak edib, Dürdanə müəllimə həmişəki kimi gəlməmiş, həmin iclasın gündəliyi “məktəbin ixtisas fənn müəllimi İddiaçı Firudun qızının ƏM-nin 70-ci maddəsinin ç) bəndinə əsasən işdən azad edilməsi”olmuşdur. Bütün iştirakçılar müəllimənin işdən azad olunmasına dair səs vermişlər. Əmr kitabının tikilib möhürlənməməsinə səbəb işçinin səhlənkarlığı olmuşdur. İddia tələbi əsassızdır, təmin olunmamasını xahiş edir. Cаvаbdеh Cavabdeh direktoru X6 vəkili Vəkil2 bildirdi ki, mülki iş üzrə İddiaçı Firudin qızı iddia tələbi irəli sürərək, ona töhmət verilməsi ilə bağlı Cavabdeh 09 dekabr 2024- cü il tarixli 169 saylı əmrinin və onun işdən çıxarılması ilə bağlı 29 dekabr 184 nömrəli əmrin ləğv edilməsini, əvvəlki işinə bərpa edilməsini, məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməsini, ödənilmiş mediasiya xərcinin alınıb ona qaytarılmasını və işə götürən barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilən iddia tələbləri aşağıda göstərilənlərə əsasən qanunsuz və əsassızdır. İddia ərizəsi Azərbaycan Respublikası MPM -nin 149.2.3- cü madəsinə əsasən tərtib edilməmişdir. Qeyd edilən qanun normasına əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları tətqiq edən sübutların siyahısı və s. göstərilməlidir. İddiaçı tərəf əvvəlcə mübahisələndirilən əmrin ona verilmədiyini göstərərək heç bir əsaslandırma etmədiyini bildirsə də, sonradan mübahisələndirilən əmrlə bağlı bütün sənədlər elektron məhkəmə sistemində yerləşdirilsə də iddiaçı tərəf yenə də heç bir əsaslandırma etməmişdir. Töhmət verilməsi ilə bağlı əmrin ləğv edilməsi tələbi qanunsuz və əsassız olmaqla yanaşı, iddia müddəti ötürülməklə irəli sürülmüşdür. Və cavabdeh tərəf olaraq məhz həmin mübahisə ilə bağlı, tələbin qanunsuz və əsassız olmaqla yanaşı iddia müddətinin ötürülməsi ilə iddia tələbi irəli sürüldüyündən həmin tələb rədd edilməlidir. İddiaçı töhmət alması ilə bağlı məsələ Pedoqoji Şuranın 24 oktyabr 2024-cü il tarixli iclasında müzakirə olunmuşdur. İddiaçı tərəf töhmətlə bağlı əmrin nömrəsinin 168 yazılmasını mübahisələndirir. Əslində, töhmətlə bağlı əmrin nömrəsi 169-dur. Cavabdeh elanlar lövhəsində əmrin nömrəsi 169 yazılmışdır və iddiaçı da məhz 169 nömrəli əmri mübahisələndirmişdir. Töhmətlə bağlı əmrin nömrəsinin yanlışlıqla 168 yazılması yalnız 12 dekabr 2024-cü il tarixli aktda vardır. Hansı ki, həmin aktda yazılmışdır ki, aktı tərtib edirik ondan ötrü ki, məktəbin ixtisas fənn müəllimi İddiaçı Firudin qızına həqiqətən 168 nömrəli əmr verilmişdir. Həmin əmrin icrası Kadrlar üzrə mütəxəssis X11 tapşırılmışdır. Lakin Dürdanə müəllimə əmrlə tanış edilməsinə baxmayaraq imza etməkdən imtina etmişdir. Əmr elanlar lövhəsində yerləşdirilmişdir. Odur ki, aktı imzalarımızla təstiq edirik. İddiaçı Firudin qızı töhmətlə bağlı əmrdən məlumatlı olmamasını bildirsə də, məhkəmənin sualına şahid X23 bildirdi ki, elanlar lövhəsində həmin töhmət yerləşdirilmişdir, Dürdanə müəllimə həmin töhməti elanlar lövhəsindən cırmışdır. Elanlar lövhəsindən töhmət əmrinin İddiaçı Firudin qızı tərəfindən cırılmasını şahidlərdən X12, X13 şəxsən özləri gördüklərini təsdiq etsələr də, digər şahidlər (Habil Abdulxalıqov istisna olmaqla) də bununla bağlı məlumatlı olduqlarını məhkəməyə bildirdilər. İddiaçı tərəf məhkəməyə vəsatətlə müraciət edərək Habil Abdulxalıqovun və Sevinc Həmidovanın şahid qismində dindirilməsini xahiş etmişlər və vəsatət təmin edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfdən şahid qismində izahat verən Habil Abdulxalıqov bütün məsələləri təhrif edilmiş qaydada bildirdi (Həmkarlar İttifaqının iclasında Elmira Qafarovanın iştirak etməsi, İddiaçı isə iştirak etməməsi). Bu hal onu göstərir ki, iddiaçı tərəf Habil Abdulxalıqovun məhkəmə şahid qismində dindirilməsi və verdiyi izahatlarla bağlı qabaqcadan planlaşdırılmışdır. İddiaçı tərəfin digər şahidi olan Sevinc Həmidova barəsində isə bildirir ki, hamıya bəllidir ki, Sevinc Həmidova seçki ilə bağlı ezam olunduğundan mübahisə edilən hadisələrin iştirakçısı olmamışdır. İddiaçının işdən azad edilməsi ilə bağlı verilmiş əmr qanuni və əsaslıdır. Belə ki, məhkəmə iclasında bütün şahidlər, hətta Habil Abdulxalıqov da bildirdi ki, artıq uzun müddətdir ki, o cümlədən keçmiş direktorların vaxtında da İddiaçı iş rejimini qalmaqalla keçirir, heç bir işçilərlə yola getmir, hamını təhqir edir, şantaj və hədələrlə məşğuldur. Məhkəmə prosesinə sədrlik edən hakimin şahidlərə belə sualı olmuşdur ki, İddiaçı dərs yükü hamıdan çoxdur, ola bilərmi ki, digər müəllimlər buna görə İddiaçı qarşı qərəzlidirlər? Əslində, İddiaçı dərs yükü yalnız, hazırkı direktor E.Qafarovanın işlədiyi müddətdə hamıdan artıq olmuşdur. Əvvəlki tədris dərs illərində İddiaçı dərs yükü aşağı olmuşdur və əvvəlki tədris illərindən başlayaraq davam edən münasibət olaraq İddiaçı kollektiv ilə qalmaqal yaşamışdır. İddiaçı Firudin qızının işdən çıxarılması ilə bağlı Pedoqoji Şuranın 24 dekabr 2024-cü il tarixli iclası keçirilmiş, iclasda İddiaçı sonadək olmasa da həmişəki kimi iclasın yarısınadək iştirak etmişdir. Bütün Kollektivin səs çoxluğu ilə İddiaçı Firudin qızının işdən azad edilməsinə dair imza etmişlər. Pedoqoji Şuranın 24 dekabr 2024- cü il tarixli Qərarı ondan ibarət olmuşdur ki, İddiaçı Firudin qızının ƏM -nin 70- ci maddəsinin "Ç" bəndi ilə işdən azad olunması barədə Həmkarlar İttifaqına məktub ünvanlansın. 25 dekabr 2024-cü il tarixdə Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmişdir. Komitənin üzvləri bütün vədə çalışmışlar ki, İddiaçı Firudin qızını intizama dəvət etsinlər və kollektivlə qalmaqal yaşamasın, etik davranış qaydalarına əməl etsin, heç kimi şantaj etməsin, heç kimi hədələməsin, rəhbərliyin qanuni göstərişlərinə əməl etsin. Eyni zamanda, İddiaçı Firudin qızının işini itirmək təhlükəsi yarana biləcəyini, işsiz qala biləcəyini də ona xatırlatmışlar. İddiaçı ona bir gün vaxt verilməsini desə də, elə həmin gün "nə bilirsiz edin, mən öz bildiyimi edəcəyəm " deyərək yenə də xoşagəlməz və qəbul edilməz iddiaları ilə mövqe nümayiş etdirmişdir. Həmkarlar İttifaqı Komitəsinin iclasında İddiaçı iştirak etmədiyini deyir və Habil Abdulxalıqov da bunu təstiq edir. X27 Komitəsinin digər üzvləri şahid qismində izahat verərək bildirdilər ki, İddiaçı Firudin qızı iştirak etmişdir. İddiaçı Həmkarlar İttifaqı Komitəsinin haqlı iradlarını qəbul etmədiyindən 25 dekabr 2024-cü il tarixli iclasının qərarı belə olmuşdur : İddiaçı Firudin qızı ƏM -nin 70- ci maddəsinin "ç" bəndi ilə işdən azad edilsin. O ki, qaldı Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin "1-4 gün arası ona vaxt verildi "ifadəsi, İddiaçı Firudin qızının 29 dekabr 2024-cü il tarixli əmrlə işdən azad edilməsi ilə bağlı məlumatdır. Məhz, həmin məsələ ilə bağlı şahidlər izahat verərkən iddiaçının vəkili çox yüksək səslə və şahidlərə psixoloji təsir göstərmək fikri ilə verilən cavabları qəbul etmək istəmir və verilən düzgün cavabları kölgə altına almaq üçün əlindən nə gəlirsə onu da etməkdən çəkinmir. Məhkəmə iclasında iştirak edən şahidlər Soltanova Zülfiyyə, X19, X14, X23, X12, X13, X20, X38, X1, X21, X15 İddiaçı Firudin qızının neqativ, müəllim adına, kollektiv üzvü adına yaraşmayan əməlləri barəsində müfəssəl və tam həqiqət olaraq izahat verdilər. Bəzi dəqiq məlumatlarda ( gün, ay, saat, iclasların adı və s. bu kimi məlumatlar) "xatırlamıram" demələri o demək deyildir ki, həmin şahidlər yalan izahat verirlər və ya tarixləri səhf demələri (qarışdırmaları) da onların izahatlarının "həqiqəti əks etdirmir " anlamını verə bilməz. Çünki, həqiqətən də İddiaçı Firudin qızının qalmaqalları o dərəcədə çox və davamlıdır ki, həmin halları xronoloji ardıcıllıqla yadda saxlamaq mümkün deyildir. Cavabdeh əsas kollektivi qadındır və ailə, uşaq sahibidirlər. İddiaçı Firudin qızının yuxarıda sadalanan, o cümlədən hər birinin şərəf və ləyaqətini alçaldacaq hərəkətlərə yol verməsinə qarşı, həmin şəxslərin hüquqi müstəvidə öz müdafiələrini həyata keçirməmələri onların qadın, ana, həyat yoldaşı, eyni zamanda iş yüklərinin (ev və işdə) ağır olmaları ilə səbəblidir. Eyni zamanda, milli mentalitetimizə uyğun olaraq "bəlkə düzəldi" prinsipi də hadisələrin kulminasiya nöqtəsində artıq 29 dekabr 2024-cü il tarixli işdən azad edilməsi ilə bağlı əmrin verilməsinə səbəb olmuşdur. İddiaçı Firudin qızına verilmiş töhmət haqlı əmrdir. Yusifovanın işdən azad edilməsi ilə bağlı verilmiş əmr qanuni və əsaslıdır. İddiaçı əməlləri getdikcə kriminallaşmaqda olduğundan vaxtında o, işdən azad edilmişdir. İddiaçı direktor E.Qafarova saysız-hesabsız güzəştlər etmişdir. İddiaçı 10 qanunsuz əməlindən biri aktlaşdırılmışdır. Cavabdeh direktoru E.Qafarova barəsində xüsusi qərar çıxarılması tələbi də qanunsuz və əsassızdır. Beləliklə, bütün yuxanda göstərilənlərə əsaslanaraq Ağdaş Rayon Məhkəməsinin e-2(014)-595/2025 saylı mülki iş üzrə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, 2006-cı il tarixdən həmin məktəbdə işləyir. Həmkarların üzvüdür. 2024-cü ilin dekabr ayınadək sədri olmuşdur. Sədr olduğu müddətdə sənədləşmələri özü aparmışdır. Həmkarların qeydiyyat kitabı vardır. Sevinc xanım, o, Gülbəniz xanım və Xəyalə xanım olmaqla həmkarların 5 üzvü vardır. İclası sədr yığır. Dürdanə müəllimin iclasını da onlar yığmışdır. İclas yığılan zaman müdir dedi ki, həmin müəllimə ilə işləyə bilmir. O, dəfələrlə təklif etmişdir ki barışın biryerdə işləyin. Dürdanə müəllimə barışmaq istəmədiyini demişdir. xx.xx.2024-də həmkarlar iclası yığıldı, barışmaları üçün onlara bir gün vaxt vermişlər. 09 dekabr 2024-cü il tarixdə həmkarların iclası olmayıb. Həmin gün Sevinc müəllimə iclasda olmayıb, Elmira müəllimə də həmin iclasda olub, çünki iclas onun otağında keçirilib. Dürdanə müəllimə həmin iclasa yazılı şəkildə dəvət olunmayıb. Onun töhmət əmri barədə eşidib, lakin həmin əmr elanlar lövhəsinə vurulmayıb, vurulsa idi o, bilərdi, hər gün həmin lövhəyə baxır. Məhkəmə iclasında şahid qismində dindirilən X24 ifadə verərək bildirdi ki, əmr kitablarını o, işləyir, iddiaçı barəsində olan əmrləri kitaba o, işləmiş, sistemdə isə Ləman xanım icra etmişdir. Dürdanə xanıma töhmət verilmişdir. Həmin töhmət lövhədən asılmış, lakin kimin asdığını bilmir. O, həmin əmri Dürdanəyə verdi, lakin Dürdanə oxuyub, götürmədi. Əmr verməzdən əvvəl Dürdanənin izahatı alınmamışdır. xx.xx.2024-cü ildə baş vermiş mübahisəni eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X25 ifadə verərək bildirdi ki, o, aktlar və əmrlər yazır, verilən sənədləri sistemə işləyir. Dürdanə xanıma töhmət verilən gün, əmri yazılmış, Dürdanə müəlliməni tanış edib, Şəhla xanımla birlikdə lövhəyə asmışlar. Aktdakı imza ona məxsusdur, əmr ilə Dürdanə xanım tanış oldu, lakin tanış olmasına dair imza atmadı. Məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadə verərək bildirdi ki, o, 2000-ci ildən həmkarların üzvü olmuşdur. 5 üzvdən ibarətdir həmkarlar. O seçki ilə əlaqədar olaraq 2024-cü ilin noyabr ayından seçki məzuniyyətinə getmiş və 2025-ci ilin fevral ayında qayıtmışdır. Həmkarların xx.xx.2024-cü il tarixli iclasında iştirak edə bilməmişdir. onun əvəzinə Mirəvəz müəllim iştirak etmişdir. Dürdanə müəllimə onunla etik olmayan sözlərlə danışdığına görə hazırda onunla küsülüdür. İclas tam heyət olmasa keçirilə bilməz. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, Dürdanə xanım ilə 3 ildir ki, danışmır. İclas vaxtı Dürdanə xanım onu təhqir etdi. Dürdanə xanım məktəbə qayıtsa şəxsən o özü onunla çalışmaq istəmir. Dürdanə xanım uşaqları təhqir edir, tələbələrə, müəllimlərə şər atır və 3 ildir ki bu hal davam edir. Dürdanə xanıma neçə dəfə düzgün hərəkət etmədiyini bildirmişdir. Həmkarların üzvü deyildir. xx.xx.2024-cü ildə söz söhbət olan vaxt o, dərsdə olmuş, qapını örtüb dərsinə davam etmişdir. Onun dərsi pozulmamışdır. Pedaqoji şuranın iclas zamanı səsvermə oldu, o, da əl qaldıraraq Dürdanə xanımın getməyinə razı olduğunu bildirdi. Həmin iclasda Dürdanə müəllimə iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadə verərək bildirdi ki, o, 8 aydır həmin məktəbdə işləyir. O, həm həmkarların, həm də pedaqoji şuranın iclaslarında iştirak edir. Bütün iclaslar səs-küylü keçir. xx.xx.2024-cü ildə Dürdanə xanım Elmira xanıma çiyin atmış, ona nalayiq sözlər demişdir. Həmin hadisəni o, tələbələrdən eşitmişdir. 09 dekabr 2024-cü il tarixli həmkarların iclasında Dürdanə xanım iştirak etməmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən iclasda Dürdanə xanımın işdən azad olunması müzakirə olunmuşdur. Həmin iclasda o, Habil müəllim, Gülbəniz müəllimə, Mirəvəz müəllim və Dürdanə müəllimə iştirak etmişlər. O, da 2024-cü ilin noyabr ayından 2025-ci ilin fevral ayınadək seçki məzuniyyətində olmuşdur. Həmin gün qərar qəbul etməmişlər tərəflərə barışmaları üçün 1 gün vaxt vermişlər. 4 gündən sonra xx.xx.2024-cü il tarixdə Dürdanə xanım işdən azad olunmasına dair protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü ildə o, səslər eşidən zaman dəhlizə çıxmış və Dürdanə xanımın qızını içəri salmağa çalışdığını görmüşdür. Dürdanə xanım Elmira müəlliməyə dedi ki, onun qolundan heç bir kişi tuta bilməz, yalnız Elmira müəllimənin qolundan tuta bilərlər. İddiaçı özü hər kəslə qışqıraraq danışır, qeyri-etik ifadələr işlədir, hətta ona da tələbə vaxtı qeyri-etik ifadələr işlətmişdir. Elmira müəllimədən özü xahiş etmişdir ki, onu da şahidlər siyahısına əlavə etsin. Pedaqoji şurada iştirak etmişdir. İclasda səs verərək Dürdanə xanımın işdən çıxarılmasını istəmişdir. Dürdanə müəllimə həmin iclasda iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X23 ifadə verərək bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə dərsdə olan zaman Dürdanə xanımın səsinə çölə çıxmışdır. O yalnız Dürdanə xanımın səsini eşitmişdir. Dürdanə xanım işdən çıxmamışdan əvvəl Pedaqoji şuranın iclası olmuşdur. Sonuncu iclas Dürdanə xanımın nizam-intizamı pozmasına dair işdən çıxması ilə bağlı olmuşdur. İclasın nəticəsində Dürdanə xanım işdən çıxarılmışdır. Məktəbin lövhəsində məktəbə aid şəkillər olurdu. Həmin lövhədə Dürdanə xanımın töhmətini görmüşdür. Dürdanə xanım həmin töhməti cırıb atmışdır. Dürdanə xanıma verilən əmr nizam-intizami pozduğuna görə olmuşdur. Akt tərtib olunan zaman Dürdanə xanım orada yox idi. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək bildirdi ki, o 2 ildir Peşə məktəbində işləyir. Dürdanə xanım jurnalı cırmasını bildirərək ona şər atmışdır. Dərs dediyi zaman Polis şöbəsi onu izahat verməsi üçün çağırmışdır. xx.xx.2024-cü il tarixdə keçirilən pedaqoji şuranın iclasında Dürdanə xanımın işdən çıxıb-çıxmaması ilə bağlı səsvermə olmuşdur. O da işdən çıxarılmasına dair imza atmışdır. Dürdanə xanıma iclas olması ilə bağlı xəbərdarlıq olunmuş, lakin gəlməmişdir. Dürdanə xanımın 2024-cü ilin dekabr ayının axırlarında töhmət əmri götürüb cırmasını görmüşdür. xx.xx.2024-cü ildə mübahisə baş verərkən o, məktəbdə olmamış, hadisəni uşaqlardan eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixli hadisə ilə bağlı daha əvvəl də şahidlik etmiş, onun açarı evdə qalmışdır. Direktor açara ehtiyacı olmadığını bildirib, onun qapısını açmaq istədikdə, Dürdanə xanım dəhlizə çıxmış, Elmira xanım ona dərs vaxtı dəhlizdə olmasının səbəbni soruşduqda, aralarında mübahisə yaranmış, Dürdanə Elmira xanıma 2 dəfə çiyin atmışdır, Elmira xanım büdrəmişdir. 24 dekabr 2024-cü il tarixdə o, pedaqoji şuranın iclasında iştirak etmişdir. İclasın gündəliyi Dürdanə xanımın nizam-intizamı pozması ilə bağlı olmuş, Dürdanə xanımın işdən çıxıb-çıxmaması ilə bağlı səs vermə keçirilmiş və o, çıxmasına səs vermişdir. Elanlar lövhəsində asılmış töhmət əmrini Dürdanə xanım xx.xx.2025-ci il tarixdə səhər saat 08.35-də götürüb cırmasını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X38 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə o, dərsdə olarkən Dürdanə müəllimin yüksək səsi gəlmiş, dəhlizə çıxdıqda Elmira müəllimə onlara içəri girmələrini bildirmişdir. Elmira müəllimə ona Dürdanə xanımın qolundan tutub içəri salmasını bildirmiş, Dürdanə xanım ”heç bir kişi mənim qolumdan tuta bilməz, kişilər ancaq sənin qolundan tuta bilər” demişdir. Dürdanə xanıma verilən töhmət davranışlarına görə olmuşdur. Həmin töhməti lövhədə görmüşdür. Sonradan töhmət lövhədən götürülmüşdür. Pedaqoji şuranın sonuncu iclası Dürdanə xanımın davranışı ilə bağlı olmuşdur. Dürdanə xanım həmin iclasda iştirak etmişdir. O, heç bir şey üçün səs verməmişdir, səs-vermə olmamışdır, həmin gün qərara gəlmişlər ki, həmkarlar yığışsın qərar qəbul etsin. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, o, xx.xx.2024-cü ildə məktəbin direktoru tərəfindən həmkarların sədri təyin olunmuşdur. xx.xx.2024-cü il tarixdə həmkarların iclası oldu, iclasda o, Sevda (katib), Habil, Ruslan və Mirəvəz iştirak etmişlər, Sevinc seçkidə olmuşdur. Həmin iclasda Dürdanə iştirak edib və onlara barışmaları üçün 1 gün vaxt verilib. 2 gündən sonra Dürdanə barışmaq istəmədiyini dedi. xx.xx.2024-cü hadisə ilə bağlı xx.xx.2024-cü il tarixdə töhmət verilmişdi, həmin töhmətə görə həmkarlar iclası olmamışdır. Sənədləşmə işləri onun tərəfindn aparılır. Dürdanə xanım iclasa çağırılsa da gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X21 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə 2-ci mərtəbədə dərsdə olarkən, səs-küy eşitmiş, lakin dərsi qoyub yuxarıya çıxmamış. Söz-söhbət Dürdanə xanımın davranışlarına görə olmuşdur. Dürdanə xanım davranışlarına görə xəbərdar olunmuşdur və ona töhmət verilmişdir. Dürdanə xanım töhməti özü cırmışdır. Dürdanə nizam-intizamı pozduğu üçün pedaqoji şuranın iclası oldu, Dürdanə xanım gəldi, lakin həmin iclasda sona qədər oturmadı. xx.xx.2024-cü il tarixdə iclasda hadisə olduğuna görə 1 gün vaxt verildi, iclas qaldı xx.xx.2024-cü il tarixə. Hadisə xx.xx.2024-cü il tarixə qədər uzandı. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə hadisə olmuşdur. O, Elmira xanımın ağlamağını görüb ona dərman vermişdir. Dürdanə xanım dəfələrlə söz-söhbət yaradıb, dəfələrlə təhqirlər etmişdir. Dürdanə xanımın işdən çıxması ilə bağlı səs-vermə oldu. Onlar da səs verdilər ki Dürdanə xanım işdən çıxsın. Dürdanə xanıma töhmət verilmişdi, həmin töhmət lövhədən asılmışdı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli 169 saylı əmrin surətindən görünür ki, Cavabdeh “Əməliyyatçı-mühasib” qrupununun ixtisas fənn müəliimi və digər ixtisas qruplarında “Sahibkarlıq” dərslərini tədris edən İddiaçı Firudin qızı müəssisədaxili intizam qaydalarını ciddi şəkildə pozur, əmək funksiyasını yerinə yetirərkən ciddi nöqsanlara yol verir, Rəhbərliyin qanuni göstərişlərinə əməl etmir, Pedaqoji Şura iclaslarında iştirak etmir, əmək funksiyasına daxil olan qiymətləndirmə materiallarının təsdiqini həyata keçirmədən qiymətləndirmə prosesini yerinə yetirir. Məktəb heyətinin qarşısında təklikdə müəssisə rəhbərinə etik davranış qaydalarına məhəl qoymadan qeyri-sağlam davranışlar nümayiş etdirərək təhqirlər edir. Əmək Məcəlləsinin 10-cu maddəsinin b) bəndini, Əmək Məcəlləsinin 11-ci maddəsinin c) bəndini, AR Prezidentinin 2023-cü il 24 iyun tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş AR-nın ELM və Təhsil Nazirliyinin kollegiyasının qərara aldığı “Təhsilverənlərin etik davranış qaydalar”nın 2.3. hissəsinin 2.6.1 və 2.6.2. bəndlərini, 2.7 hissəsinin 2.7.1.bəndini, 3-cü hissəsinin 3.3. və 3.5. bəndlərini kobud şəkildə mütəmadi olaraq pozmuşdur. Göstərilən hallarla bağlı dəfələrlə Pedaqoji Şura iclaslarında xəbərdarlıq olunmasına və Həmkarlar Təşkilatının konservativyönümlü tövsiyələrinə əhəmiyyət verməmişdir. Qeyd olunanları nəzərə alaraq: 1) AR-nın Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən İddiaçı Firudun qızına töhmət elan edilməsi, 2) işçinin nəzərinə çatdırılsın ki, gələcəkdə belə hallar təkrar baş verdikdə qanunverciliyə əsasən ona qarşı daha ciddi tədbirlər görüləcəyi, 3) işçi əmrin mətni ilə tanış edilməsi, 4) töhmət barədə əmrin çıxarışı İddiaçı Firudun qızının şəxsi işinə tikilmləsi, 5) əmrin icrasına nəzarət kadrlar üzrə mütəxəssis X11 tapşırılması əmr edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 dekabr 2024-cü il tarixli X18, X24 və X25 tərəflərindən imzalanmış aktın surətindən görünür ki, məktəbin ixtisas fənn müəllimi İddiaçı Firudun qızına həqiqətən 168 saylı töhmət əmri verilmişdir. Həmin əmrin icrası Kadrlar üzrə mütəxəssis X11 tapşırılmışdır. Lakin Dürdanə müəllim əmrlə tanış edilməsinə baxmayaraq imza etməkdən imtina etmişdir. Əmr elanlar lövhəsində yerləşdirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 34/313-62/2-31361/2024 saylı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə AR DİN-in “102” Xidməti-Zəng xidmətinə və Ağdaş rayon Polus şöbəsinə etmiş olduqları müraciətlərinə baxılmış, müraciətləri əsasında Ağdaş şəhər ünvan 3 ünvanında yaşayan İddiaçı barəsində xx.xx.2024-cü il tarixdə AR İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilərək 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR Elm və Təhsil Nazirliyi Peşə təhsili üzrə X37 Peşə məktəbi X31 24 dekabr 2024-cü il tarixli 11 saylı protokolun surətindən görünür ki, Məktəbin ixtisas fənn müəllimi İddiaçı Firudun qızının ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə işdən azad edilməsi. Məktəbin direktoru gündəlikdə duran məsələni açıq elan edərək çıxışına başladı. 9 dekabr 2024-cü il tarixdə 169 nömrəli əmrlə ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən töhmət verilməsi barədə heyəti məlumatlandırdı. Qeyd olundu ki, Cavabdeh “Əməliyyatçı- mühasib” qrupunun ixtisas fənn müəllimi və digər ixtisas qruplarında “Sahibkarlıq” dərslərini tədris edən İddiaçı Firudun qızı müəssisədaxili intizam qaydalarını ciddi şəkildə pozur, əmək funksiyasını yerinə yetirərkən ciddi nöqsanlara yol verir. Rəhbərliyin qanuni göstərişlərini yerinə yetirmir, Pedaqoji Şura iclaslarında iştirak etmir, əmək funksiyasına daxil olan qiymətləndirmə materiallarının təsdiqini həyata keçirmədən qiymətləndirmə prosesini yerinə yetirir. Məktəb heyətinin qarşısında, təklikdə müəssisə rəhbərinə etik davranış qaydalarına məhəl qoymadan qeyri-sağlam davranışlar nümayiş etdirərək təhqirlər edir. Əmək Məcəlləsinin 10-cu maddəsinin b) bəndini. Əmək Məcəlləsinin 11-ci maddəsinin c) bəndini, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyun tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərara aldığı “Təhsilverənlərin etik davranış qaydaları”nın 2.3. hissəsinin 2.3.1. bəndini, 2.4. hissəsinin 2.4.1. və 2.4.2. bəndlərini, 2.6. hissəsinin 2.6.1. və 2.6.2. bəndlərini, 2.7. hissəsinin 2.7.1. bəndini, 3-cü hissəsinin 3.3. və 3.5. bəndlərini kobud şəkildə mütəmadi olaraq pozmuşdur. Göstərilən hallarla bağlı dəfələrlə Pedaqoji Şura iclaslarında xəbərdarlıq olunmasına və Həmkarlar Təşkilatının konservativyönümlü tövsiyələrinə əhəmiyyət vermədiyi üçün bu intizam tənbehinə cəlb olunduğu bildirildi. Direktor davamında dedi: “ Təəssüflə qeyd etmək istəyirəm ki, verilən intizam tənbehindən nəticə çıxarmayan İddiaçı Firudun qızı öz hərəkətlərinə davam etmişdir. Dürdanə müəllimə pedaqoji fəaliyyətində ciddi nöqsanlara yol verir.” Bu zaman direktorun sözünü kəsərək İddiaçı Firudun qızı dedi: “ Bu məktəbdə yeganə düzgün işləyən və savadlı müəllimə mənəm. Heç kim məndə nöqsan tapa bilməz.” Direktor ixtisas qruplarında Dürdanə müəllimənin keçirdiyi təlim nəticəsi qiymətləndirmələrinin yoxlayarkən səhvlərə yol verdiyini aşkarladığını qiymətləndirmə vərəqlərini göstərərək nümayiş etdirdi. Davamında direktor xatırlatdı ki, 2 dekabr tarixində İddiaçı Firudun qızı onun üzərinə hücum çəkərək məktəbin koridorunda çiyni ilə itələdiyi və nalayiq ifadələrlə, şəxsiyyəti alçaldan, şərəf və namusa toxunacaq sözlərlə təhqir etdiyi üçün Polisin 102 zəng xidmətinə müraciət etmişdir. Müraciətə Ağdaş rayon Polis şöbəsi tərəfindən baxılaraq xx.xx.2024-cü il tarixli 34/31362/2-31361/2024 saylı məktubla cavablandırılmışdır. Məktubun məzmununda İddiaçı Firudun qızının Azərbaycan Respublikası İXM- nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilərək 50 manat cərimələndiyi öz əksini tapmışdır. Qeyd olunanların təhsilverən adına yaraşmadığını, artıq İddiaçı Firudun qızının etik davranış qaydalarını kobud şəkildə pozduğunu qeyd edən direktorun sözünü kəsən İddiaçı Firudun qızı bildirmişdir: “ Sən özün get davranış qaydası öyrən, məni və qızımı dəfələrlə döymüsən, döyməyə də davam edirsən. Ustalarla əlbir olub camaatın uşaqlarının pullarını yığırsan.” X29 sual verdi: İddiaçı Firudun qızının ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə işdən azad olunmasına etiraz edənlər əlini qaldırsın. Heç kim etiraz etmədiyi üçün iclas bağlı elan olundu. Qərar:1. İddiaçı Firudun qızının ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə işdən azad olunması barədə Həmkarlar ittifaqına məktub ünvanlansın. 2 cavab məktubuna əsasən rəhbərlik tərəfindən qərar qəbul edilərək əmrləşdirilsin. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi Peşə Təhsili Üzrə X37 Peşə Məktəbi Həmkarlar İttifaqı Komitəsinin 25 dekabr 2024-cü il tarixli iclasının 7 saylı protokolunun surətindən görünür ki, İddiaçı ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə işdən azad edilməsi gündəlikdə olan məsələ olmuş, Həmkarlar İttifaqı Komitəsinin üzvü məktəbin psixoloqu Həmidova Sevinc seçki məzuniyyətində olduğu üçün iştirak etməmiş, İddiaçı da razılığı alnaraq məktəbin ağsaqqal müəllimlərindən olan Məsumi Mirəvəz iclasda iştirak etmişdir. İclası Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin sədri Gülbəniz Səfərova açaraq bildirdi: - “Çalışdığımız müəssisənin rəhbəri X9 çiyninizlə itələmiş, fiziki və sözlü şiddətə məruz qoyaraq, şəxsiyyətinə, şərəf və ləyaqətinə toxunan təhqiramiz ifadələr səsləndirmiş, Azərbaycan milli-mənəvi dəyərlərinə, mentalitetinə və təhsilverənlərin etik davranış qaydalarına zidd olaraq nalayiq ifadələr işlətmisiniz. Təəssüf ki, bu kimi hallar məktəbin daxilində artmağa başlayıb. Bu hadisələrdə artıq Dürdanə müəllimənin adı mütəmadi çəkilməkdədir. Dəfələrlə şifahi xəbərdarlıqlara baxmayaraq Dürdanə müəllimə öz davranışlarında düzəlişlər etməmişdir. -“Mən heç vaxt heç kimi təhqir etməmişəm, əksinə Elmira müəllimə məni və qızımı hər zaman bu məktəbdə döymüş və söymüşdür”-deyərək İddiaçı Firudun qızı fikir bildirmişdir. -“Deyilənlər böyük ittihamlardır. Biz heç birimiz Elmira müəllimənin sizə şiddət göstərməsi hallarına şahid olmamışıq, sizin bu ittihamları irəli sürməyə hər hansı bir əsasınız və ya sübutunuz varmı?”- deyə komitə üzvü Ruslan Rüstəmov sual verdi. Dürdanə onun ağzından çıxan sözlərin elə sübut olduğunu bildirərək heç bir əsaslı fakt göstərmədi. Həmkarlar İttifaqı Komitəsinin üzvü - məktəbin ağsaqqal müəllimlərindən olan Məsumi Mirəvəz iclasda iştirak edərək belə bir təklif irəli sürdü. Mirəvəz müəllim dedi:-“Əziz, Dürdanə müəllimə bəlkə baş verənlərin üzərindən bir xətt çəkərək rəhbərliklə xoşagəlməz halları aradan qaldırmaq üçün bir cəhd edəsiniz. “Təhsilverənlərin etik davranış qaydalar’nın 2.6.2. bəndində də göstərilir ki, təhsilverən etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmalı və ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. Bu həm də bizim vəzifə borcumuzdur.” Abdulxalıqov Habil əlavə etdi:-“Dürdanə müəllimə, direktor Qafarova Elmira bir rəhbər kimi hər zaman tədris və təlim-tərbiyə məsələlərində bizə öz qanuni və haqlı iradlarını bildirdikdə, biz də iradları qəbul etmişik. Bu onun vəzifə borcudur. Siz də işlə bağlı məsələlərdə emosianal olmaq əvəzinə daha professional davranmalı, qərəzli mülahizələrdən yayınmalısınız.” Hacıyeva Sevda müəllimə də Dürdanə müəlliməyə etdiyi əməlin qanunsuz olduğunu izah etməyə çalışsa da qətiyyən onu dinləmədi. İddiaçı təəssüf ki, israrla öz iddialarını davam edərək heç bir iradı qəbul etməyərək, Elmira Qafarovanın ünvanına xoş olmayan fikirlər söylədi. Aydın oldu ki, İddiaçı etdiyi əməllərdən peşiman deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR Elm və Təhsil Nazirliyi Peşə Təsili üzrə X37 Peşə Məktəbi tərəfindən verilmiş 28 dekabr 2024-cü il tarixli 184 saylı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surətindən görünür ki, Cavabdehndə ixtisas fənn müəllimi kimi fəaliyyət göstərən İddiaçı Cavabdeh inzibati binasında olarkən məktəbin direktoru X10 qarşı etdiyi fiziki və sözlü şiddətə görə Ağdaş rayon Polis Şöbəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli 34/31362/2-31361/2024 saylı məktuba əsasən AR İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilərək 50 manat cərimələnmişdir. Qeyd olunan məktub rəhbər tutularaq Cavabdeh ixtisas fənn müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən 29 dekabr 2024-cü il tarixində ləğv edilməsi və Cavabdeh (Elmira Qafarova) son haqq hesab aparılmasının təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli MŞQ/MT035-2024-0037 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmişdir. X22 mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyası üçün 50 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı tərəfindən X26 Xidmətinə ünvanlanmış ərizənin surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli məktubuna əsasən işdən çıxarıldığı barədə məlumat almışdır. Ancaq əmrin surəti əmək kitabçasın əsli ona verilməmişdir. Halbu ki, AR Əmək Məcəlləsinin 83.3-cü maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhrü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məcəlləsinin 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. İşə götürənin verdiyi pozuntularla əlaqədar tədbirlə görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Mərkəzi Aran regional şöbəsi tərəfindən verilmiş 07 fevral 2025-ci il tarixli 3-17-5/2-Y-11419/2025 saylı İddiaçı ünvanladığı məktubdan görünür ki, müraciətiniz ilə bağlı ətraflı məlumat verməyinizə və əmək haqqı üzrə bank hesabınızdan çıxarışı təqdim etməyiniz məqsədi ilə ünvanınıza xx.xx.2025-ci il tarixli 3-17- 5/2-Y-6209/2025 saylı məktub göndərilmişdir. Lakin araşdırma dövründə siz xidmətin Mərkəzi Aran regional şöbəsinə gəlməmisiniz. “Vətəndaşların müraciətləri haqqında” ARnın Qanunun 7.9-cu maddəsinin tələblərinə uyğun olaraq müraciətləriniz baxılması ilə bağlı sizə dair müvafiq sənədlərin təsdiq edilmiş surətinin X26 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə təqdim olunmasının təmin edilməsi üçün tərəflərindən Cavabdeh ünvanına (Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsi küçəsi ev 27) xx.xx.2025-ci il tarixli 3-17- 5/2-6210/2025 nömrəli məktub göndərilmiş, lakin tələb olunan sənədlər təqdim olunmamışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” alt sisteminə baxış zamanı sizinlə Cavabdeh rəhbərliyi arasında bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə 184 nömrəli əmrlə AR-nın Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinjə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda)əsasən xitam verildiyi məlum olmuşdur. Odur ki, tələb olunan sənədlər təqdim edildiyi təqdirdə araşdırmanın nəticəsi barədə sizə əlavə məlumat veriləcəkdir. Müraciətinizdə qeyd etdiyiniz məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(014)-82/2025 saylı qərarından görünür ki, İddiaçı Firdun qızının şikayətinin təmin edilməsi, Ağdaş rayon polis Şöbəsinin İTB-nin sahə rəisi X8 11 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və İddiaçı Firdun qızının barəsində AR İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh direktoru X18 tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixdə əmrə münasibətdə iddia müddətinin tətbiqi barədə xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Firudin qızının nümayəndəsi R. Nemətli xx.xx.2025- ci il tarixdə , Ağdaş Rayon Məhkəməsinin icratında olan e-2(014)- 595/2025 saylı mülki iş üzrə iddia tələbinin həcmini artıraraq 09 dekabr 2024- cü il tarixli 169 nömrəli töhmətin ləğv edilməsini xahiş etmişdir. İddiaçı Firudin qızına töhmət verilməsinə dair 09 dekabr 2024- cü il tarixli əmr elanlar lövhəsində 12 dekabr 2024- cü il tarixdə yerləşdirilmişdir və həmin əmrlə D. Yusifova tanış olmuşdur. Belə ki, elanlar lövhəsində sözügedən əmrlə tanış olduqdan sonra həmin əmri cırıb tullamışdır. Lakın , həmin tarixdən sonra, iddiaçı D. Yusifova həmin əmri mübahisələndirməmişdir. Və yuxarıda qeyd etdiyim kimi, sözügedən əmr xx.xx.2025- ci il tarixdə iddia müddəti ötürülməklə mübahisələndirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində( Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır) nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bundan başqa ,onu da Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, İddiaçı Firudin qızına töhmət verilməsi ilə bağlı 09 dekabr 2024- cü il tarixli 169 nömrəli əmr qanuni və əsaslıdır.İddiaçı Firudin qızının qanunsuz əməllərinə dəfələrlə güzəşt edildikdən, eyni zamanda o, intizama dəvət edildikdən sonra həmin əmr haqlı olaraq X3 verilmişdir. xx.xx.2025- ci il tarixdə İddiaçı Firudin qızının nümayəndəsi R. Nemətlinin mübahisələndirdiyi 09 dekabr 2025- ci il tarixli əmr qanuni və əsaslı olduğundan, o cümlədən iddia müddətini ötürməklə irəli sürüldüyündən iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 189.1-ci maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Həmin Məcəllənin 189.3-cü maddəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh tərəfindən 09 dekabr 2024-cü il tarixli 169 saylı əmrə əsasən İddiaçı töhmət verilsə də, həmin töhmət verilərkən İddiaçı izahatı alınmamış, həmin töhmətdə İddiaçı Pedaqoji Şura iclaslarında xəbərdarlıq olunması və Həmkarlar Təşkilatının konservativyönümlü tövsiyələr verilməsi göstərilsə də cavabdeh tərəfi buna dair sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda qəbul olunmuş əmrin surətini İddiaçı verilməsinə, İddiaçı imza etməkdən imtina etməsinə dair məhkəməyə akt təqdim etsə də həmin aktın hansı kitabda, nə vaxt və hansı nömrə ilə qeydə alınmasına dair sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəfi həmin əmrin elanlar lövhəsinə asıldığını qeyd etsə də tərəflərindən məhkəməyə təqdim olunmuş şahidlər ifadələrində əmrin lövhəyə asılması barədə ziddiyyətli ifadələr vermişlər. Daha sonra, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi Peşə Təhsili Üzrə X37 Peşə Məktəbi Həmkarlar İttifaqı Komitəsinin 25 dekabr 2024-cü il tarixli iclasının 7 saylı protokolu tərtib olunarkə çoxsaylı pozuntulara yol verilmişdir. Belə ki, həmin protokolda iclasda iştirak edən şəxslərin sayı 6 nəfər göstərilsə də çahid ifadələri ilə Sevinc Həmidovanın həmin gün seçki ilə əlaqədar məzuniyyətdə olduğu məlum olmuşdur. Bundan başqa həmkarların sədri və üzvləri ifadələrində 25.12.25-ci il tarixdə iclas olsa da həmin gün qərar qəbul olunmadığını, tərəflərə barışmaları üçün vaxt verildiyini və qərarın 2-3 gün sonra qəbul edildiyini bildirmişlər. Həmçinin, məhkəmə iclasında müəyyən olundu ki, AR Elm və Təhsil Nazirliyi Peşə Təsili üzrə X37 Peşə Məktəbi tərəfindən verilmiş 28 dekabr 2024-cü il tarixli 184 saylı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsinə əsas olan Ağdaş rayon polis Şöbəsinin İTB-nin sahə rəisi X8 11 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(014)-82/2025 saylı qərarına əsasən ləğv edilmiş və İddiaçı Firdun qızının barəsində AR İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Həmin qərar isə 09 aprel 2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bundan başqa, məhkəmə iclasında şahidlərin ifadələri, iddiaçı və cavabdeh tərəfinin izahatları ilə müəyyən olundu ki, Cavabdeh tərəfindən 09 dekabr 2024-cü il tarixli 169 saylı əmrə əsasən İddiaçı verilmiş töhmətin və AR Elm və Təhsil Nazirliyi Peşə Təsili üzrə X37 Peşə Məktəbi tərəfindən verilmiş 28 dekabr 2024-cü il tarixli 184 saylı əmrə əsasən əmək müqaviləsinin ləğv edilməsinin əsasını xx.xx.2024-cü il tarixdə tərəflər arasında baş vermiş mübahisə təşkil etmiş, bununla da İddiaçı bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilmişdir. Bundan başqa, məhkəmə cavabdeh tərəfin 09 dekabr 2024-cü il tarixli əmrə münasibətdə iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəf İddiaçı həmin əmr barədə məlumatlandırılmasını sübut edə bilmədiyindən cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi təmin edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları rəhbər tutaraq hesab edir ki, Cavabdeh 09 dekabr 2024-cü il tarixli 169 saylı və 28 dekabr 2024-cü il tarixli, 184 saylı əmrləri ləğv edilməli, İddiaçı Cavabdehndə ixtisas fənn müəllimi vəzifəsinə bərpa edilməli, İddiaçı məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməli, eyni zamanda ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınıb iddiaçıya qaytarılmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71- ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Bundan başqa məhkəmə hesab edir ki, cavabdehdən 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 09 dekabr 2024-cü il tarixli 169 saylı və 28 dekabr 2024-cü il tarixli 184 saylı əmrləri ləğv edilsin. İddiaçı Cavabdehndə ixtisas fənn müəllimi vəzifəsinə bərpa edilsin. İddiaçı məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci cavabdehdən alınıb iddiaçıya qaytarılsın. İddia qalan hissədə təmin olunmasın. Cavabdehdən 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş Rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar