Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-75/2025 16.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X7 və Cavabdeh8 qarşı miras qalmış fərdi yaşayış evində və miras qoyanla ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində vərəsələrin paylarının müəyyən edilərək bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X7 və Cavabdeh8 qarşı miras qalmış fərdi yaşayış evində və miras qoyanla ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində vərəsələrin paylarının müəyyən edilərək bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 23 avqust 1965–ci ildə Ağdaş rayonunda Cavabdeh2 Məhəmmədəli oğlunun və X6 ailəsində anadan olmuşdur. İddiaçının valideynləri ölüm anınadək ünvan 1 ünvanında yaşamışlar. Atası Cavabdeh2 Məhəmmədəli oğlu xx.xx.1996-cı ildə, anası X12 isə xx.xx.1997–ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra yuxarıda qeyd olunan ünvanda ona məxsus 0,0688 ha (faktiki 0,854 ha) həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 38,5 kv.m.- yaşayış sahəsi 32,7 kv.m., yardımçı (köməkçi) sahəsi 5,9 kv.m. olan fərdi yaşayış evi anasının X8, X1na, qardaşı Cavabdeh7, qardaşı X3, bacısı Cavabdeh5, bacısı Cavabdeh4, bacısı Cavabdeh3 və ona miras qalmışdır. Yuxarıda qeyd edilən fakt bu iddia ərizəsinə qoşulan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDKR–nin 17 saylı ərazi idarəsi tərəfindən verilmiş, Reyestr nömrəsi **********95-10301, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakin Dövlət reyestrindən Çıxarışla, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X5 Bürosu tərəfindən verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportla və digər sənədlərlə təsdiqlənir. X1 xx.xx.2024-cü ildə vəfat edib. Bu iddia tələbi üzrə cavabdehlər olan Cavabdeh6 Əlyəddin oğlu və Cavabdeh1 onun 1-ci növbəli vərəsələridirlər Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDKR–nin 17 saylı ərazi idarəsi tərəfindən verilmiş, Reyestr nömrəsi **********95-10301, qeydiyyat nömrəsi ********** olan Daşınmaz əmlakin Dövlət reyestrindən Çıxarışa əsasən atamdan miras qalmış fərdi yaşayış evinə məxsus 0,0688 ha (faktiki 0,854 ha) həyətyanı torpaq sahəsi eyni zamanda bu iddia tələbi üzrə cavabdelər olan Cavabdeh7, Cavabdeh2, Cavabdeh8, Cavabdeh6, Cavabdeh1 Muxtar qızının, mərhum qardaşı X4 və onun ümumi birgə mülkiyyətindədir. Miras qalmış evin və həmin evin yerləşdiyi, miras qoyanla birgə mülkiyyətdə olan 0,0688 hektar (faktiki 0,854 ha) həyətyanı torpaq sahəsinin bölüşdürülməsi barədə vərəsələr və mülkiyyətçilər arasında mübahisə olduğundan miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı Ağdaş rayon notariat ofisinə etdiyim müraciətə cavab olaraq 09 avqust 2024-cü ildə Ağdaş rayon notariat ofisinin notariusu A.Salehov məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Odur ki, 1996-cı ildə Ağdaş şəhərində vəfat etmiş Cavabdeh2 Məhəmmədəli oğlundan X8, ondan isə irsi transmissiya əsasında bu iddia tələbi üzrə cavabdehlər olan Cavabdeh6 Əlyəddin oğlunun atası olan 2024-cü ildə vəfat etmiş X2, Cavabdeh7, X3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və iddiaçıya miras qalmış ünvan 1 ünvanında 0,0688 ha (faktiki 0,854 ha) həyətyanı torpaq sahəsində yerləşən Cavabdeh2 Məhəmmədəli oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydiyyata alınmış, ümumi sahəsi 38,5 kv.m. yaşayış sahəsi 32,7 kv.m., yardımçı (köməkçi) sahəsi 5,9 kv.m. fərdi yaşayış evində və miras qoyanla ümumi birgə mülkiyyətdə olan 0,0688 ha (faktiki 0,854 ha) həyətyanı torpaq sahəsində vərəsələrin payları (hansı miqdarda pay almalı olduqları) kəsrlə, yaxud faizlə müəyyən edilərək, onların arasında bərabər şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək qeyd olunan iş üzrə iddia ərizəsi məhkəməyə təqdim olunduqdan sonra o basa düşmüş ki, onun iddia ərizəsinin nəticəvi - xahiş hissəsində yanlışlığa yol vermişdir. Tavtologiyadan qaçmaq (uzaq olmaq) xatirinə hazırda o iddia tələbini dəqiqləşdirməyi qərara almış və bu məqsədlə onun iddia ərizəsinin nəticəvi hissəsini “1996-cı ildə Ağdaş şəhərində vəfat etmiş Cavabdeh2 Məhəmmədəli oğlundan X8, ondan isə irsi transmissiya əsasında bu iddia tələbi üzrə cavabdehlər olan Cavabdeh6 Əlyəddin oğlunun atası olan 2024-cü ildə vəfat etmiş X2, Cavabdeh7, X3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və ona miras qalmış ünvan 1 ünvanında 0,0688 ha (faktiki 0,854 ha) həyətyanı torpaq sahəsində yerləşən Cavabdeh2 Məhəmmədəli oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydiyyata alınmış, ümumi sahəsi 38,5 kv.m. - yaşayış sahəsi 32,7 kv.m., yardımçı (köməkçi) sahəsi 5,9 kv.m. fərdi yaşayış evində və miras qoyanla ümumi birgə mülkiyyətdə olan 0,0688 ha (faktiki 0,854 ha) həyətyanı torpaq sahəsində vərəsələrin payları (hansı miqdarda pay almalı olduqları) kəsrlə müəyyən edilərək, onların arasında bərabər şəkildə bölünsün” məzmununda təsvir olunmuş kimi, buna qədər məhkəməyə təqdim etdiyi sənədlər əsasında baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahatlar verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Əvvəlki məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh7 izahatlar verərək iddianın təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cavabdeh2 Məhəmmədəli oğlunun xüsisu mülkiyyətində ünvan 1 ünvanında ümumi sahəsi 38,5 kv.m olan fərdi yaşayış evi üzrə payı tam, həmin yaşayış evinin yerləşdiyi 0,0688 hektar torpaq sahəsi isə Cavabdeh2 Məhəmmədəli oğlu, Cavabdeh7, Cavabdeh2, Cavabdeh8, Cavabdeh6, Cavabdeh1 Muxtar qızı, İddiaçı, Əlyəddin İsmayıl oğlunun və onun ümumi birgə mülkiyyətindədir. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Ağdaş RPŞ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qurupunun kartotekası ilə xx.xx.1953-cü ildə Ağdaş şəhərində anadan olmuş qardaşınız X7 xx.xx.1980-ci il tarixə qədər ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. İşin materiallarında olan 05 dekabr 2012-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X12 isə xx.xx.1997-ci il tarixdə “beyinə qan sızma” nəticəsində ölmüşdür. İşin materiallarında olan 06 noyabr 2023-cü il tarixdə Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üztrə nümayəndəliyi tərəfindən verilmiş 1136-3 nömrəli arayışdan görünür ki, ünvan 4 ünvanda İddiaçı qıznın anası mərhum X12, xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. (xx.xx.2012-ci il tarixli AZ-İ № 586363 saylı ölüm haqqında şəhadətnamə). Mərhumun aşağıdakı varisləri qalmışdır.
1. Cavabdeh2 Məhəmmədəli oğlu - mərhumun əri - (vəfat edib)
2. X7 - mərhumun oğlu - (xx.xx.1953)
3. Cavabdeh7 - mərhumun oğlu - (xx.xx.1954)
4. X11 - mərhumun oğlu - (xx.xx.1956)
5. Cavabdeh5 - mərhumun qızı - (xx.xx.1958)
6. Cavabdeh4 - mərhumun qızı - (xx.xx.1959)
7. Cavabdeh3 - mərhumun qızı - (xx.xx.1962)
8. İddiaçı - mərhumun qızı - (xx.xx.1965) İşin materiallarında olan 06 noyabr 2023-cü il tarixdə Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1136-1 nömrəli arayışdan görünür ki, X12 vəfat etdiyi günədək (xx.xx.2012-ci il tarixli AZ-İ № 586363 saylı ölüm haqqında şəhadətnamə) ünvan 4 ünvanda yaşamışdır. İşin materiallarında olan 13 sentyabr 1965-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı 23 avqust 1965-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, atası Cavabdeh2 Məhəmmədəli oğlu və anası X10r. İşin materiallarında olan Ağdaş rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 09 avqust 2024-cü il tarixdə verilmiş məktubdan görünür ki, xx.xx.1996-cı il tarixdə vəfat etmiş atanız Cavabdeh2 Məhəmmədəli oğlundan miras qalmış Ağdaş şəhəri, İ.Millətoğlu küçəsi, 5-ci dalan, ev 5 (Yeni qaydalarla: AZ 0300, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən sizə çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edilmişdir. Müəyyən edilmişdir ki, mirasın bölgüsündə digər vərəsələrlə aranızda mübahisə mövcuddur. Bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanlara əsasən mirasın bölüşdürülməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edilə bilər. Məhkəməyə ünvanlanmış iş üzrə Cavabdeh4 ərizəsindən görünür ki, ona miras qalmış payı İddiaçı bağışlayır. Məhkəməyə ünvanlanmış iş üzrə Cavabdeh6 ərizəsindən görünür ki, ona miras qalmış torpağın bölüşdürülməsinə razı deyildir. Məhkəməyə ünvanlanmış iş üzrə Cavabdeh3 ərizəsindən görünür ki, ona miras qalmış torpağın bölüşdürülməsinə razı deyildir. Beləliklə, məhkəmə iclasında aşağıdakılar müəyyən olundu: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Cavabdeh2 Məhəmmədəli oğlunun xüsisu mülkiyyətində ünvan 1 ünvanında ümumi sahəsi 38,5 kv.m olan fərdi yaşayış evi üzrə payı tam, həmin yaşayış evinin yerləşdiyi 0,0688 hektar torpaq sahəsi isə Cavabdeh2 Məhəmmədəli oğlu, Cavabdeh7, Cavabdeh2, Cavabdeh8, Cavabdeh6, Cavabdeh1 Muxtar qızı, İddiaçı, Əlyəddin İsmayıl oğlunun və onun ümumi birgə mülkiyyətindədir. İddiaçının atası Cavabdeh2 Məhəmmədəli oğlu 27 noyabr 1996-cı il tarixdə, anası X12 isə 14 iyul 1997-ci il tarixdə ölmüşlər. Hazırda iddiaçı 1996-cı ildə Ağdaş şəhərində vəfat etmiş Cavabdeh2 Məhəmmədəli oğlundan X8, ondan isə irsi transmissiya əsasında cavabdehlər Cavabdeh6 Əlyəddin oğlunun atası olan 2024-cü ildə vəfat etmiş X2, Cavabdeh7, X3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və İddiaçı miras qalmış ünvan 1 ünvanında 0,0688 ha (faktiki 0,854 ha) həyətyanı torpaq sahəsində yerləşən Cavabdeh2 Məhəmmədəli oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydiyyata alınmış, ümumi sahəsi 38,5 kv.m. yaşayış sahəsi 32,7 kv.m., yardımçı (köməkçi) sahəsi 5,9 kv.m. fərdi yaşayış evində və miras qoyanla ümumi birgə mülkiyyətdə olan 0,0688 ha (faktiki 0,854 ha) həyətyanı torpaq sahəsində vərəsələrin payları (hansı miqdarda pay almalı olduqları) kəsrlə, yaxud faizlə müəyyən edilərək, onların arasında bərabər şəkildə bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Eyni Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 1996-cı ildə Ağdaş şəhərində vəfat etmiş Cavabdeh2 Məhəmmədəli oğlundan X8, ondan isə irsi transmissiya əsasında cavabdehlər Cavabdeh6 Əlyəddin oğlunun atası olan 2024-cü ildə vəfat etmiş X2, Cavabdeh7, X3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və İddiaçı miras qalmış ünvan 1 ünvanında 0,0688 ha həyətyanı torpaq sahəsində yerləşən Cavabdeh2 Məhəmmədəli oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydiyyata alınmış, ümumi sahəsi 38,5 kv.m. fərdi yaşayış evində 1/7 və miras qoyanla ümumi birgə mülkiyyətdə olan 0,0688 ha həyətyanı torpaq sahəsində vərəsələrin hər birinin 1/56 hissədə payları müəyyən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. 1996-cı ildə Ağdaş şəhərində vəfat etmiş Cavabdeh2 Məhəmmədəli oğlundan X8, ondan isə irsi transmissiya əsasında cavabdehlər Cavabdeh6 Əlyəddin oğlunun atası olan 2024-cü ildə vəfat etmiş X2, Cavabdeh7, X3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və İddiaçı miras qalmış ünvan 1 ünvanında 0,0688 ha həyətyanı torpaq sahəsində yerləşən Cavabdeh2 Məhəmmədəli oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydiyyata alınmış, ümumi sahəsi 38,5 kv.m. fərdi yaşayış evində 1/7 və miras qoyanla ümumi birgə mülkiyyətdə olan 0,0688 ha həyətyanı torpaq sahəsində vərəsələrin hər birinin 1/56 hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Cavid Sultanov