Məhkəmə qərarları › İş №e-2(014)-96/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-96/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-96/2024 20.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “yaranmış borc məbləğinin, dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “yaranmış borc məbləğinin, dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2023-cü il 26 aprel tarixli, 02/02844 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd CLAAS Dominator-130 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 6000 (altı min) manat öhdəlikdən 3400 (üç min dörd yüz) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 2600 (iki min altı yüz) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilələrin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Lizinq alanın 2023-cü il 26 aprel tarixli 02/02844 nömrəli müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş CLAAS Dominator-130 markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 870 (səkkiz yüz yetmiş) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikaların tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, CLAAS Dominator-130 markalı taxılyığan kombaynın tam bərpası üçün - cəmi 870 (səkkiz yüz yetmiş) manat dəymiş maddi ziyan hesablanmışdır. Göstərilənlərə əsasən 2023-cü il 26 aprel tarixli 02/02844 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2600 (iki min altı yüz) manat borcun, 1 ədəd CLAAS Dominator-130 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 870 (səkkiz yüz yetmiş) manat dəymiş maddi ziyanın və 54,70 (əlli dörd manat, yetmiş qəpik) manat dövlət rüsumunun, cəmi 3524,70 (üç min beş yüz iyirmi dörd manat, yetmiş qəpik) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iş çoxluğu ilə məhkəmə iclaslarında iştirak edə bilmirlər və işə onların iştirakları olmadan baxılaraq təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddianı qəbul edir. Belə ki, onun İddiaçı ASC-yə 2600 manat borcu var, texnikaya 870 manat məbləğində maddi ziyanın dəymişdir. O, Aqroservislə razılıq əldə etməyə çalıır, texnika yenidən ona veriləcəyi təqdirdə borcunu bütövlüklə ödəyəcəkdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə 26 aprel 2023-cü il tarixli, 02/02844 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd CLAAS Dominator-130 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İşin materiallarında olan 26 aprel 2023-cü il tarixli, 02/02844 nömrəli aktdan görünür ki, İddiaçı ASC-nin Yevlax RN-nin Ağdaş rayon bölməsinin istifadəsində olan CLAAS Dominator-130 modelli, 2018-ci il buraxılışlı, 016371 zavod nömrəsi, **-AB-*** dövlət qeydiyyat nişanlı taxılyığan kombayn saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İşin materiallarında olan 16 avqust 2023-cü il tarixli, 02/02844 nömrəli aktdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-nin Yevlax RN-nin Ağdaş rayon bölməsinin istifadəsində olan CLAAS Dominator-130 modelli, 2018-ci il buraxılışlı, 016371 zavod nömrəsi, **-AB-*** dövlət qeydiyyat nişanlı taxılyığan kombayn nasaz vəziyyətdə geri qaytarılmışdır. İşin materiallarında olan 16 avqust 2023-cü il tarixli qüsur aktından görünür ki, 26 aprel 2023-cü il tarixli, 02/02844 nömrəli müqaviləyə əsasən mexanizator Cavabdeh Akt 1 əsasında saz vəziyyətdə icarəyə verilmiş, həmin texnikanı 16 avqust 2023-cü il tarixdə parka qəbul edərkən keçirilən texniki baxış zamanı nasazlıqlar aşkar edilmiş və nasaz vəziyyətdə Ağdaş RB-nə təhvil verilmişdir. İşin materiallarında olan 26 aprel 2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh CLAAS Dominator-130 modelli, 2018-ci il buraxılışlı, 016371 zavod nömrəsi, **-AB-*** dövlət qeydiyyat nişanlı taxılyığan kombayn Yevlax RN-nin Ağdaş rayon bölməsindən təhvil alarkən 6000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüş və öz imzası ilə təsdiq etmişdir. İşin materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 17 oktyabr 2023-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən 3470 manat borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan arayışın surətindən görünür ki, Dominator-130 CLAAS markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olanaca xərc ümumilikdə 870 manat təşkil edir. İşin materiallarında olan 31 oktyabr 2023-cü il tarixli maliyyə arayışın surətindən görünür ki, Cavabdeh 26 aprel 2023-cü il tarixli, 02/02844 nömrəli lizinq müqaviləsi üzrə borcu İddiaçı ASC-yə 2600 manat təşkil edir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 54,70 (əlli dörd manat, yetmiş qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 aprel 2023-cü il tarixli, 02/02844 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd CLAAS Dominator-130 markalı taxılyığan kombayn ona istifadəyə verilmiş, Cavabdeh müqaviləyə əsasən 6000 manat öhdəlikdən 3400 manat ödəniş etmiş, 2600 manat borcu qalmış, bundan başqa kombayn bölməyə təhvil verilərkən baxış keçirilmiş və nəticədə texnikaya 870 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehdən 2600 manat borcun və dəymiş zərərin əvəzi olan 870 manat pulun geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “yaranmış borc məbləğinin, dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 2600 (iki min altı yüz) manat borc, 1 ədəd CLAAS Dominator- 130 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 870 (səkkiz yüz yetmiş) manat dəymiş maddi ziyan və 54,70 (əlli dörd manat, yetmiş qəpik) manat dövlət rüsumunun, cəmi 3524,70 (üç min beş yüz iyirmi dörd manat, yetmiş qəpik) manat məbləğ alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “yaranmış borc məbləğinin, dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2600 (iki min altı yüz) manat borc, 1 ədəd CLAAS Dominator-130 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 870 (səkkiz yüz yetmiş) manat dəymiş maddi ziyan və 54,70 (əlli dörd manat, yetmiş qəpik) manat dövlət rüsumunun, cəmi 3524,70 (üç min beş yüz iyirmi dörd manat, yetmiş qəpik) manat məbləğ alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar