Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-967/2022 06.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı qızının iştirakı ilə, İddiaçı cavabdeh “Ağdaş şəhər 2 saylı körpələr evi-uşaq bağçası" və 3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «əmək münasibətləri üzrə mübahisələr, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi» tələbinə dair işə 06 sentyabr 2022-ci il tarixdə Ağdaş rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ağdaş şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «əmək münasibətləri üzrə mübahisələr, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ağdaş şəhər 2 saylı uşaq bağçası” tərəfindən istifadə edilməmiş məzuniyyətə görə 1236.17 manat kompensasiya, mediasiya xərci olaraq ödənilmiş 50 manat rüsum, əmək haqqı kartından Kapital Bankdan əldə etdiyi hesabdan çıxarış üçün ödənilmiş 10 manat rüsum, kompensasiyanın vaxtında ödənilməməsi səbəbindən əlavə olaraq əldən çıxmış fayda, yəni hər gecikdirilmiş gün üçün (işdən azad edilmək barədə əmrin və əmək kitabçasının verdiyi 3 may 2021-ci il tarixdən, mediasiya təklifinin tərəfə göndərildiyi xx.xx.2022-ci il tarixədək) 1% məbləğində (12.36 man*328 gün) yəni 4054.08 azn, ümumilikdə 5350.25 manat məbləğin “Ağdaş şəhər 2 saylı uşaq bağçası”nın müdiri Cavabdeh tutularaq ona məxsus olan 4169-7414-2147-1887 nömərli Kapital Bank kartına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1986-cı ildə Ağdaş rayonunda anadan olmuş və hal-hazırda həmin rayonda yaşayır. xx.xx.2011-ci ildən 49 nömrəli əmrlə əmək müqaviləsi əsasında “Ağdaş şəhər 2 saylı uşaq bağçası”da gözətçi kimi əmək fəaliyyətinə başlamışdır. Əmək funksiyaları iş günlərində 08:00-dan 18:00-dək, qeyri iş günlərində gün boyu obyekti mühafizə etmək olmuşdur. xx.xx.2021-ci il tarixinədək həmin vəzifədə çalışmışdır. İşlədiyi dövrdə bağçının müdirinə bir neçə dəfə şifahi məzuniyyət üçün müraciət etsə də, həmin vəzifəni tək icra etməyi səbəbiylə məzuniyyət hüququndan istifadə edə bilməyinin mümkünsüzlüyü ona bağça müdiri tərəfindən bildirilmişdir. 30 aprel 2021-ci il tarixdə “Ağdaş şəhər 2 saylı uşaq bağçası”-nın müdiri Cavabdeh ərizə ilə müraciət edərək işdən azad olunmağını xahiş etmişdir. Ərizə ilə müraciət etdiyi gün baxçanın müdiri Gülarə xanıma son haqq hesabı ödənilməsi barədə xatırlatma etsə də, Gülarə xanım gözətçi üçün məzuniyyət nzərdə tutulmadığından bunun mümkün olmayacağını bildirmişdir. “Ağdaş şəhər 2 saylı uşaq bağçası”-nın müdiri Cavabdeh xx.xx.2021-ci il tarixli 13 saylı əmri ilə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində (yəni tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi) əsasən işdən azad edilmişdir. İşdən azad edildiyi gün əmək kitabçası ona təqdim edilsə də, AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin (Əmək müqaviləsinə xitam verilməsi barədə işə götürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) tələbinə baxmayaraq heç bir ödəniş həyata keçirilməmişdir. xx.xx.2021-ci il tarixdə “Ağdaş şəhər 2 saylı uşaq bağçası”-nın tabe olduğu, Ağdaş rayon İcra Hakimiyyətinin Şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər Paşayevə ərizə ilə müraciət edərək AR Əmək Məcəlləsinin 144.2-ci maddəsinin (2.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.) tələbinə əsasən istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsinin təmin etməsini xahiş etmişdir. Buna baxmayaraq xx.xx.2021-ci il tarixdə ona məxsus əmək haqqı kartına (kart nömərsi **********471887) 123.99 azn əmək haqqı və kompensasiya birlikdə hesablanaraq mədaxil edilmişdir. “Ağdaş şəhər 2 saylı uşaq bağçası”-da işlədiyi dövrlərdə bilavasitə tabe olduğu Ağdaş rayon İcra Hakimiyyətinin Şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Azər Paşayevə növbəti dəfə, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə məsələylə əlaqədar yazılı şəkildə müraciətlər etsə də, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə əmək münasibətlərinə dövlət nəzarətini həyata keçirən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə müraciət etmişdir. Müraciətinin araşdırılması ilə əlaqədar həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də Əmək Məcəlləsinin tələbləri “Ağdaş şəhər 2 saylı uşaq bağçası”-nın müdiri Cavabdeh tərəfindən pozulub. Bununla əlaqədar olaraq Cavabdeh AR inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilərək barəsində ******* saylı inzibati protokol tərtib edilmiş və ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və ona “Ağdaş şəhər 2 saylı uşaq bağçası” tərəfindən əlavə olaraq 1236.17 manat məbləğində vəsaitin ödənilməli olduğu müəyyən edilmişdir. Bundan sonra o “Ağdaş şəhər 2 saylı uşaq bağçası”-da işlədiyi dövrdə birbaşa tabe olduğu Ağdaş rayon İcra Hakimiyyətinə ödənişin həyata keçirilməsində köməklik göstərilməsi məqsədiylə ərizə ilə müraciət etsə də, Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən məsələylə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək məhkəmə prosesi getdiyi dövrdə cavabdeh “Ağdaş şəhər 2 saylı körpələr evi” tərəfindən xx.xx.2022ci il tarixdə 1236.17 manat əvəzinə müəyyən səbəblərdən yanlış hesablanaraq 654.97 manat miqdarında pul məbləğinin onun hesabına mədaxil edildiyini qeyd edərək iddia tələbinin həcminin azaldılmasını bildimiş, Ağdaş şəhər 2 saylı uşaq bağçası” tərəfindən istifadə edilməmiş məzuniyyətə görə 1236.17 manat kompensasiyanın ödənilməmiş hissəsi 581.2 AZN, mediasiya xərci olaraq ödənilmiş 50 manat rüsum, əmək haqqı kartından Kapital Bankdan əldə etdiyi hesabdan çıxarış üçün ödənilmiş 10 manat rüsum, kompensasiyanın vaxtında ödənilməməsi səbəbindən əlavə olaraq əldən çıxmış fayda, yəni hər gecikdirilmiş gün üçün (işdən azad edilmək barədə əmrin və əmək kitabçasının verdiyi 3 may 2021-ci il tarixdən, mediasiya təklifinin tərəfə göndərildiyi xx.xx.2022-ci il tarixədək) 1% məbləğində (12.36 man*328 gün) yəni 4054.08 azn, ümumilikdə 4695.28 manat məbləğin “Ağdaş şəhər 2 saylı körpələr evi”-uşaq bağçasından tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. AR MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iddia tələbinin həcminin azaldılmasına dair ərizəni mümkün hesab etmişdir. İddiaçı qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Ağdaş şəhər 2 saylı körpələr evi-uşaq bağçasına və 3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin və şəxsin məhkəmə iclasına gəlməməsinin üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli 03/H-5-094 saylı məktubun surətindən məlum olur ki, İddiaçı işdən azad ediləndən sonra əvvəlki illər ərzində istifadı etmədiyi əmək məzuniyyətinə görə kompensasiya ödənişi barədə daxil olmuş ərizənizə rayon İcra Hakimiyyətində baxılmış, kompensasiya tələbi ilə bağlı hüquqlarının bərpa olunması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, “Ağdaş şəhər 2 saylı uşaq bağçası”-nın İddiaçı tərəfindən təsvir edildiyi kimi, “əmək münasibətlərindən əmələ gələn–istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsinə dair” mübahisəsi üzrə xx.xx.2022 tarixində 15.00 saatlarında keçirilən ilkin mediyasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. “Ağdaş şəhər 2 saylı uşaq bağçası”-nın müdiri Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə xx.xx.2022-ci il tarixində şəxsən tərəfindən məlumatlandırılmışdır. İddiaçı ilkin mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya ya dair xərci təkbaşına ödədi. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli ərizənin surətindən məlum olur ki, İddiaçı Ağdaş Rayon İcra Hakimiyyətinin Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X4 ərizə ünvanlayaraq, o 2011-2021-ci illər ərəfəsində “ünvan vəzifəsində çalışmışdır. Çalışdığı 10 il ərzində əmək məzuniyyətindən istifadə etməmişdir. 2021-ci ilin may ayının 3-dən etibarən ərizə ilə işdən azad edilmişdir. Müvafiq qanunvericiliyə əsasən işlədiyi 10 ilə müvafiq olaraq “son haqq hesab” və yaxudda istifadə edilməyən əmək məzuniyyətləri üçün kompensasiya ödənilməsini təmin edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Ağdaş şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 235 saylı məktubdan məlum olur ki, sizi işə götürən tərəfindən iləd bir dəfə məzuniyyət hüququnuz vardır. Lakin müstəsna hallrda əvəzləyici olmadıqda işəgötürən tərəfindən əmrlə məzuniyyət bu ildən o biri ilə keçirilə bilər. Bütün hallarda işə götürən tərəfindən habelə siizn adınıza məzuniyyət olmamışdır. Hörmətli vətəndaş özünüz də şifahi və ya yazılı şəkildə bir dəfə də olsa nümayəndəliyə və mərkəzləşdirilmiş mühasibatlığa fikir bildirməmisiniz. Razılığınız olmadığı halda işəgötürən sizi məcburi işlədə bilməz. Məzuniyytə çıxmasanızda əmək haqqınızı hər ay almısınız. Bütün bunlara baxmayaraq sizin hansı səbəbdən məzuniyyət almamağınızın səbəbi araşdırılır. Qanun çərçivəsində sizə köməklik etməyə çalışacayıq. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Ucar regional ərazi şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********6 saylı məktubun surətindən məlum olur ki, siz 03 may 2021-ci il traixdə Əmək Məcəlləsinin 68.2 a) bəndinə əsasən işdən azad edilmisiniz. İşdən çıxan zaman sizə 165.67 manat son haqq-hesab hesablanıb ödənilib. Lakin xx.xx.2011xx.xx.2020-ci illərin məzuniyyətindən istifadı etmədiyiniz üçün son haqq-hesabınızı verərək həmin illəri nəzərə almayıblar. Həmin illər üçün sizə 1616.40 manat son haqqhesab hesablanıb. Hesablanmış 1616.40 manat son haqq-hesabınızdan məcburi tutulmalar çıxıldıqdan sonra 1236.17 manat sizə çatacaq pul qalır. Son haqq hesabınızı düzgün hesablayıb vermədikləri üçün körpələr evi uşaq bağçasının müdiri Cavabdeh barəsində İXM-nin 192.4 maddəsinə görə İnzibati tənbeh vermə haqqında MN0646955 nömərli qərar qəbul edildi. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş şəhər 2 saylı uşaq bağçası”-nın müdiri Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən məlum olur ki, İddiaçı ona qarşı qaldırdığı son haqq-hesabın verilmsi barədə mülki iş üzrə cavabdeh qismində göstərilsə də, o həmin sözügedən iş üzrə cavabdeh qismində tanına bilməz. O 2 saylı körpələr evi uşaq bağçasının müdiri vəzifəsinə 11 yanvar 2021-ci il tarixdə təyin olunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə öz ərizəsi ilə işdən çıxarılarkən ona işdən çıxarılması barədə əmr və əmək kitabçası verilərkən son haqq-hesabın verilməsi üçün Ağdaş rayon İcra Nümayəndəliyi baş mühasibi Fəzail Xəlilovun vəzifəsi olduğundan həmin əmr icra olunması üçün aidiyyatı üzrə Fəzail Xəlilova göndərilmişdir.AR prezidentinin 2012-ci ilin yanvar ayında verdiyi sərəncamın qərarın əsasən, işçiyə son haqqı-hesabın verilməsi Bağçanın müdirinə aid deyil. Həmin şəhərin İcra Nümayəndəliyinin vəzifə və səlahiyyətlərinə aiddir. Hal-hazırda AR Prezidentinin 20 dekabr 2021-ci il tarixli qərarına əsasən məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeçiliyinə verilmişdir. Ona görə də hazırki mülki iş üzrə cavab verməli şəxs o deyildir. Yuxarıda göstərilənlərə əsasən onun hazırki mülki iş üzrə cavabdeh qismində iştirakına xitam verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 06 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və 30 noyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, xx.xx.2021-ci il tarixli MN1052027 saylı protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq işçinin əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nətcəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntusuna yol verildiyinə görə Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Xətanı törətdiyinə görə barəsində 700 (yeddi yüz) manat inzibati cərimə tənbeh növü tədbiq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il traixli 406 saylı məktubdan məlum olur ki, Ağdaş RİHB-nın Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin tabeliyində olan 2 nömrəli körpələr evi uşaq bağçasının sabiq gözətçisi İddiaçı ilə xx.xx.2021-ci il tarixə AR Əmək Məcəlləsinin 68.2 (a) bəndinə ərizəsinə əsasən bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra ona may ayında 2 iş gününə görə 16 manat əmək haqqı və xx.xx.2020-xx.xx.2021-ci iş ilinə görə 149.67 manat, cəmi 165.67 manat son haqq-hesab hesablanmış həmin məbləğdən 123.99 manat ələ çatan məbləğ İddiaçı Kapital bankın Ağdaş filialındakı kart hesabına köçürülmüşdür. 2 nömərli körpələr evi-uşaq bağçasının sabiq gözətçisi İddiaçı istifadə etmədiyi xx.xx.2011xx.xx.2020-ci iş illərinin əmək məzuniyyətinə görə hesablanmış kompensasiyanın cəmi məbləği 1616.40 manatdır. Hesablanmış 1616.40 manat kompensasiya məbləğindən məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğ 1236.17 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X5 Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli X2 “Ağdaş şəhər 2 saylı uşaq bağçası”-nın müdiri Cavabdeh verdiyi izahatdan məlum olur ki, o 11 yanvar 2021-ci il tarixdən Ağdaş şəhər 2 saylı uşaq bağçası körpələr evinə müdir vəzifəsinə işə qəbul edilmişdir. Bağçada gözətçi vəzifəsində işləyən İddiaçı yazdığı ərizəsinə əsasən əmək müqaviləsinə əmək məcəlləsinin 68.2.a maddəsinə əsasən xitam verilmişdir. İşçi işdən çıxan gün əmək kitabçasını almışdır.Ona 2021-ci ilin may ayı üçün 16 manat istifadə etmədiyi xx.xx.2020-xx.xx.2021 dövr üçün məzuniyyətə görə kompensasiya cəmi 123.99 manat son haqq hesab hesablanıb ödənilmişdir.İddiaçı DƏM-ə etdiyi müraciətə görə araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2011-xx.xx.2020 dövr dövr üçün hər bir iş ili üçün olmaqla 9 il əmək məzuniyyətindən istifadə etməmişdir.O işə yeni qəbul olduğu və keçmiş müdiri Mikayılova Sevil işçini 9 il məzuniyyətə buraxmamışdır.Onun bundan məlumatl olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Əmək müqaviləsindən məlum olur ki, Ağdaş şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri X1 Elgün Akif oğlunu gözətçi vəzifəsində işə qəbul etmişdir. Ağdaş şəhər 2 saylı körpələr evi-uşaq bağçası ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı tərəfindən “Ağdaş şəhər 2 saylı uşaq bağçası”-nın müdiri Cavabdeh xx.xx.2021-ci il tarixdə vermiş olduğu ərizədən məlum olur ki, 2 may 2021-ci il tarixindən etibarən onu işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli Əmək Müqaviləsin xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınamsına dair məlumatdan məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi “xx.xx.2021” tarixli “xxxxxxx0002X0” nöməli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhər 2 saylı uşaq bağçası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli əmrdən məlum olur ki, İddiaçı bağçanın 1aklad gözətçisi xx.xx.2021-ci il tarixdən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2 (a) bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin tabeliyində olan 2 nömrəli körpələr evi uşaq bağçasının sabiq gözətçisi İddiaçı son haqq-hesabının hesablanması cədvəlindən məlum olur ki, xx.xx.2021-ci il tarixə AR Əmək Məcəlləsinin 68.2 (a) bəndinə ərizəsinə əsasən bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra ona may ayında 2 iş gününə görə 16 manat əmək haqqı və xx.xx.2020-xx.xx.2021-ci iş ilinə görə 149.67 manat, cəmi 165.67 manat son haqq-hesab hesablanmış həmin məbləğdən 123.99 manat ələ çatan məbləğ hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin tabeliyində olan 2 nömrəli körpələr evi uşaq bağçasının sabiq gözətçisi İddiaçı 2011-2020-ci illərinə görə kompensasiyanın hesablanması cədvəlindən məlum olur ki, İddiaçı istifadə etmədiyi xx.xx.2011-xx.xx.2020ci iş illərinin əmək məzuniyyətinə görə hesablanmış kompensasiyanın cəmi məbləği 1616.40 manatdır. Hesablanmış 1616.40 manat kompensasiya məbləğindən məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğ 1236.17 manatdır. Beləliklə məhkəmədə aydın oldu ki, İddiaçı xx.xx.2011-ci ildən 49 nömrəli əmrlə əmək müqaviləsi əsasında “Ağdaş şəhər 2 saylı uşaq bağçası”da gözətçi kimi əmək fəaliyyətinə başlamışdır. xx.xx.2021-ci il tarixinədək həmin vəzifədə çalışmışdır. İşlədiyi dövrdə bağçının müdirinə bir neçə dəfə şifahi məzuniyyət üçün müraciət etsə də, həmin vəzifəni tək icra etməyi səbəbiylə məzuniyyət hüququndan istifadə edə bilməyinin mümkünsüzlüyü ona bağça müdiri tərəfindən bildirilmişdir. 30 aprel 2021-ci il tarixdə “Ağdaş şəhər 2 saylı uşaq bağçası”-nın müdiri Cavabdeh ərizə ilə müraciət edərək işdən azad olunmağını xahiş etmişdir. Ərizə ilə müraciət etdiyi gün baxçanın müdiri Gülarə xanıma son haqq hesabı ödənilməsi barədə xatırlatma etsə də, Gülarə xanım gözətçi üçün məzuniyyət nəzərdə tutulmadığından bunun mümkün olmayacağını bildirmişdir. Bu əmrin surəti işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) tələbinə baxmayaraq heç bir ödəniş həyata keçirilməyib. xx.xx.2021-ci il tarixdə “Ağdaş şəhər 2 saylı uşaq bağçası”-nın tabe olduğu, Ağdaş rayon İcra Hakimiyyətinin Şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər Paşayevə ərizə ilə müraciət edərək AR Əmək Məcəlləsinin 144.2-ci maddəsinin (2.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.) tələbinə əsasən istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsinin təmin etməsini xahiş etmişdir. Buna baxmayaraq xx.xx.2021-ci il tarixdə ona məxsus əmək haqqı kartına (kart nömərsi **********471887) 123.99 azn əmək haqqı və kompensasiya birlikdə hesablanaraq mədaxil edilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş RİHB-nın Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin tabeliyində olan 2 nömrəli körpələr evi uşaq bağçasının sabiq gözətçisi İddiaçı 2011-2020-ci illərinə görə kompensasiyanın hesablanması cədvəlindən məlum olur ki, İddiaçı istifadə etmədiyi xx.xx.2011-xx.xx.2020ci iş illərinin əmək məzuniyyətinə görə hesablanmış kompensasiyanın cəmi məbləği 1616.40 manatdır. Hesablanmış 1616.40 manat kompensasiya məbləğindən məcburi tutulmalar çıxıldıqdan sonra ələ çatan məbləğ 1236.17 manatdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 60 və 71ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. AR Əmək Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin ikinci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 289-cu maddəsinə əsasən fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. Həmin Məcəllənin 290.2-cı maddəsinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Həmin Məcəllənin 292-ci maddəsinin birinci bəndinə əsasən işçi bu Məcəllənin 288ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin 4-cü bəndinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 172-ci maddəsinin beşinci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 442.öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 449.1.Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2.Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3.Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4.Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 445.7.Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, “Ağdaş şəhər 2 saylı uşaq bağçası” tərəfindən istifadə edilməmiş məzuniyyətə görə 581.2 manat kompensasiya, mediasiya xərci olaraq ödənilmiş 50 manat rüsum, əmək haqqı kartından Kapital Bankdan əldə etdiyi hesabdan çıxarış üçün ödənilmiş 10 manat rüsum, 3 may 2021-ci il tarixdən mediasiya təklifinin tərəfə göndərildiyi xx.xx.2022-ci il tarixədək illik beş faiz olmaqla (0,1693 man*328 gün) yəni 55.53 azn məbləğində faiz, ümumilikdə 696.73 manat pul “Ağdaş şəhər 2 saylı körpələr evi-uşaq bağçası”ndan tutularaq İddiaçı məxsus olan 4169- 7414-2147-1887 nömərli Kapital Bank kartına ödənilməli, iddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və quymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu” haqqında AR qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Mediasiya haqqında AR qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü bəndində göstərilir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutların qəbul edilməməsinin səbəbləri orada aydın şəkildə izah edilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X7rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia qismən təmin edilsin. “Ağdaş şəhər 2 saylı uşaq bağçası” tərəfindən istifadə edilməmiş məzuniyyətə görə 581.2 manat kompensasiya, mediasiya xərci olaraq ödənilmiş 50 manat rüsum, əmək haqqı kartından Kapital Bankdan əldə etdiyi hesabdan çıxarış üçün ödənilmiş 10 manat rüsum, 3 may 2021-ci il tarixdən mediasiya təklifinin tərəfə göndərildiyi xx.xx.2022-ci il tarixədək illik beş faiz olmaqla (0,1693 man*328 gün) yəni 55.53 AZN məbləğində faiz, ümumilikdə 696.73 manat pul “Ağdaş şəhər 2 saylı körpələr evi-uşaq bağçası”ndan tutularaq İddiaçı məxsus olan 4169-7414-2147-1887 nömərli Kapital Bank kartına ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçının ödəməkdən azad edildiyi 60 manat dövlət rüsumunun 15 manatı cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev
Məhkəmə qərarları › İş №e-2(014)-967/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-967/2022
06.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver