Məhkəmə qərarları › İş №e-2(015)-1082/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №e-2(015)-1082/2024

23.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № e-2(015)-1082/2024 23.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, iddiaçı X1 Cavabdehnə qarşı “Torpaq mübahisəsi tələbinə dair” iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: X2 xx.xx.2024-cü il tarixində ərizə ilə Məhkəməyə müraciət edərək belə məzmunda xahiş etmişdir: “Yazıb sizdən xahiş edirəm ki, tək ana kimi iki azyaşlı övladımı nəzərə alaraq məni güzəştli mənzil növbəsinə götürüb sərəncam verməkdən ötrü ərizəmi nəzarətə götürməyinizi xahiş edirəm.” Aşağıda göstərilənlərə görə Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 149.2.3-cü maddəsinə görə iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi göstərilməlidir. Lakin iddiaçı T.N.İsmayılova iddia ərizəsində tələbini göstərməmişdir. İddia əriəsində qeyd olunmuş “ərizəmi nəzarətə götürməyinizi xahiş edirəm” məzmunlu ifadədən T.N.İsmayılovanın nə barədə qərar çıxarılmasını tələb etdiyi aydın deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinə görə iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Yəni sənədlər siyahısı iddia ərizəsinin məzmununa dair qanunun müəyyən etdiyi tələblərdən biridir. Lakin, hazırkı iddia ərizəsində sənədlər siyahısı göstərilməmiş, bununla da iddia ərizəsinin məzmununa dair qanunun tələbi pozulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən Məhkəmə qərara aldı: İddiaçı X1 Cavabdehnə qarşı “Torpaq mübahisəsi tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar