Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-11/2025 03.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Ağstafa şəhər Bələdiyyəsinə, üçüncü şəxslər Ağstafa Rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh2, Ağstafa şəhər Bələdiyyəsinə, üçüncü şəxslər Ağstafa Rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Ağstafa rayon Bələdiyyəsi arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş 13 oktyabr 2023-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İş üzrə İddiaçı vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində Ağstafa rayon Bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanılmış 01 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 13 oktyabr 2023-cü il tarixli çıxarışın ləğv edilməsi, Ağstafa şəhər Bələdiyyəsinin əməlinə hüquqi qiymət verilməsi və cinayət tərkibinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi barədə müvafiq qərardad çıxarılmasını xahiş etmişdir.
3. Qanunvericiliyə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi).
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı müsabiqə və hərracın nəticələri, bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş icraatdadır. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aşağıdakı qeyd edilən tələblərin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 tərəfindən Cavabdeh2 alqı-satqı yolu ilə satılmış ünvan 1 ünvanında 0.01774 ha torpaq sahəsi barədə keçirilən müsabiqə və hərracın nəticələri, bağlanmış 01 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 13 oktyabr 2023-cü il tarixli çıxarışı ləğv edilməlidir. Məhkəmə araşdırması dövründə əldə edilmiş sənədlərdən məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi Cavabdeh1 tərəfindən müsabiqə və hərrac yolu ilə deyil, notarial qaydada alqı-satqı yolu ilə Cavabdeh2 satılmışdır. Bu səbəbdən də iddia tələbinin dəyişdirilməsinə zərurət yaranmışdır.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
5. Məhkəmə iclasında İddiaçı vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirdi ki, Ağstafa rayon Bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməli və onun əsasında verilmiş 13 oktyabr 2023-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, mübahisəli torpaq sahəsi iddiaçıya Ağstafa rayon Bələdiyyəsi tərəfindən satılmışdır. İddiaçı Bakı şəhərində yaşadığı üçün cavabdeh həmin evdə yaşamış, heç bir problem olmamışdır. Lakin cavabdeh məhkəməyə 2021-ci ildə müraciət etmiş, qiyabi icraat qaydasında qətnamə qəbul edilmiş, icraya yönəldilmiş, iddiaçının təsadüfən bunlardan xəbəri olmuş, onun ərizə verməsi nəticəsində qiyabi qətnamə ləğv edilmişdir.
6. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 494/2024 saylı qətnaməsinin surətindən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(015)-1083/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni “Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 19 fevral 2004-cü il tarixdə bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməmişdir. Qiyabi qətnamə Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qismən ləğv edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2024-cü il tarixli 2(104)-494/2024 nömrəli qərardadı ilə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən, Cavabdeh2 iddianın təmin olunmamasını xahiş etdi.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər Ağstafa şəhər Bələdiyyəsinə, üçüncü şəxslər Ağstafa Rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.
8. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsini rəhbər tutaraq işə nümayəndələrin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır.
9. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
10. İş materiallarında olan 19 fevral 2004-cü il tarixli 172 saylı Cavabdeh1 sərəncamından görünür ki, Ağstafa şəhər sakini İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ağstafa şəhəri Azadlıq küçəsində təsdiq edilmiş situasiya planına əsasən 141,6 kv.m torpaq sahəsi ayrılmışdır.
11. İş materiallarında olan 05 oktyabr 2007-ci il tarixli aktdan görünür ki, Ağstafa şəhər sakini İddiaçı Cavabdeh1ndən aldığı 141,6 kv.m torpaq sahəsində tikinti işləri aparılması məqsədəmüvafiq hesab edilmişdir.
12. İş materiallarında olan 08 oktyabr 2007-ci il tarixli sərəncamdan görünür ki, Ağstafa şəhər sakini İddiaçı Cavabdeh1ndən aldığı 141,6 kv.m torpaq sahəsində mağaza binasının tikintisinə icazə verilmişdir.
13. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(015)-1083/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 19 fevral 2004-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 19 fevral 2004-cü il tarixli 172 saylı sərəncamı və xx.xx.2007-ci il tarixli 49 nömrəli uçot qeydiyyatının etibarsız hesab edilməsi qət edilmişdir.
14. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-494/2024 saylı qətnaməsinin surətindən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(015)-1083/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni “Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 19 fevral 2004-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməmişdir. Eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2024-cü il tarixli 2(104)-494/2024 nömrəli qərardadı ilə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(015)-1083/2023 nömrəli qətnaməsi “Cavabdeh1 19 fevral 2004-cü il tarixli 172 saylı sərəncamı və xx.xx.2007-ci il tarixli 49 nömrəli uçot qeydiyyatının etibarsız hesab edilməsi” hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
15. İş materiallarında olan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)- 3018/2024 saylı qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-494/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,01774 ha olan torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır.
17. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Ağstafa rayon Bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,01774 ha olan torpaq sahəsi ünvan 4 ünvanı Cavabdeh2 satılmışdır.
18. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,01774 ha olan torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır.
19. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli, 10/5772 saylı ekspert rəyindən görünür ki, 13 oktyabr 2023-cü il tarixli çıxarışla Cavabdeh2 mülkiyyətinə verilmiş ünvan 6nda olan 0.01774 ha torpaq sahəsi ünvan 5lan həyatyanı sahəsinin daxilində yerləşir. ünvan 6nda olan 0.01774 ha torpaq sahəsinin üzərində 37,8 kv.m-ə qədər ölçüdə qeyri-yaşayış tikilisi mövcuddur və Cavabdeh2 istifadəsindədir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 20.Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 19 fevral 2004-cü il tarixli 172 saylı sərəncamı əsasında cavabdeh İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ağstafa şəhəri Azadlıq küçəsində təsdiq edilmiş situasiya planına əsasən 72 kv.m torpaq sahəsi ayrılmış və bu barədə müvafiq uçot qeydiyyatı aparılmışdır. Həmin sərəncam və uçot qeydi əsasında da 19 fevral 2004-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış və Ağstafa şəhəri Azadlıq küçəsində yerləşən 72 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün İddiaçı satılmışdır. X3 və Cavabdeh2 cavabdehlər İddiaçı və Ağstafa rayon bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh1 xx.xx.2004-cü il tarixli 172 saylı qərarının və xx.xx.2007-ci il tarixli 49 nömrə ilə uçot qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(015)-1083/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 19 fevral 2004-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 19 fevral 2004-cü il tarixli 172 saylı sərəncamı və xx.xx.2007- ci il tarixli 49 nömrəli uçot qeydiyyatının etibarsız hesab edilməsi qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-494/2024 saylı qətnaməsinin surətindən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(015)-1083/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni “Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 19 fevral 2004-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissədə ləğv edilmiş, eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2024-cü il tarixli 2(104)-494/2024 nömrəli qərardadı ilə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(015)-1083/2023 nömrəli qətnaməsi “Cavabdeh1 19 fevral 2004-cü il tarixli 172 saylı sərəncamı və xx.xx.2007- ci il tarixli 49 nömrəli uçot qeydiyyatının etibarsız hesab edilməsi” hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməmiş, Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)- 3018/2024 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 494/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı cavabdehlər Cavabdeh2 ilə Ağstafa rayon Bələdiyyəsi arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş 13 oktyabr 2023-cü il tarixli çıxarışın ləğv edilməsini xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
21. Məhkəmə ilk öncə iddia tələbinin 01 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 13 oktyabr 2023-cü il tarixli çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
23. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
24. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
25. İşin müəyyən olunmuş və faktiki hallarından, həmçinin iş materiallarında olan məhkəmə aktlarından göründüyü kimi 19 fevral 2004-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı arasındakı alqı-satqı müqaviləsi ilk öncə Ağstafa Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(015)-488/2021 saylı qiyabi qətnaməsi ilə etibarsız hesab edilmiş, həmin qətnamə icra olunduqdan sonra mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh1 adına qeydiyyata alınmış, bundan sonra xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Ağstafa rayon Bələdiyyəsi həmin torpaq sahəsini Cavabdeh2 satmış, sonuncu isə öz adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış almışdır. Ağstafa Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli 2(015)-1083/2023 saylı qərardadı ilə Ağstafa Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(015)-488/2021 saylı qiyabi qətnaməsi ləğv edilmiş və iş təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Göründüyü kimi, müvafiq sənədləşmələr ləğv edilmiş qiyabi qətnamə əsasında aparılmışdır.
26. Bundan başqa, iş materiallarında olan məhkəmə aktlarından göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli RX seriyalı ******* №-li çıxarışla Ağstafa şəhəri Heydər Əliyev küçəsi ev 53 mənzil 1-də yerləşən mənzil 1/3 hissədə X1, 1/6 hissədə İddiaçı və ½ hissədə X2 adına qeydə alınmışdır. Məhkəmə tərəfindən həmin ünvanın 01 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş 13 oktyabr 2023-cü il tarixli çıxarışda göstərilmiş torpaq sahəsinin ünvanı ilə eyni olması barədə xüsusi ekspertiza təyin edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/5772 saylı ekspert rəyi ilə 13 oktyabr 2023-cü il tarixli çıxarışla Cavabdeh2 mülkiyyətinə verilmiş ünvan 6nda olan 0.01774 ha torpaq sahəsi ünvan 5lan həyatyanı sahəsinin daxilində yerləşməsi müəyyən edilmişdir.
27. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Ağstafa şəhər Bələdiyyəsi tərəfindən mübahisəli torpaq sahəsinin Cavabdeh2 satılması zamanı digər şəxslərin, o cümlədən iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur.
28. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
29. Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
31. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
32. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
33. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
34. Göründüyü kimi, Ağstafa Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(015)-488/2021 saylı qiyabi qətnaməsi icra olunduqdan sonra mübahisəli torpaq sahəsi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh1 adına qeydiyyata alınmış, bundan sonra xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Ağstafa rayon Bələdiyyəsi həmin torpaq sahəsini Cavabdeh2 satmış, sonuncu isə öz adına xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış almışdır. Ağstafa Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli 2(015)-1083/2023 saylı qərardadı ilə icra olunmuş 13 oktyabr 2021-ci il tarixli 2(015)- 488/2021 saylı qiyabi qətnamə ləğv edilmişdir. Həmçinin, xx.xx.2016-cı il tarixli RX seriyalı ******* №-li çıxarışla Ağstafa şəhəri Heydər Əliyev küçəsi ev 53 mənzil 1-də yerləşən mənzil 1/3 hissədə X1, 1/6 hissədə İddiaçı və ½ hissədə X2 adına qeydə alınmışdır. Məhkəmə tərəfindən həmin ünvanın 01 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş 13 oktyabr 2023-cü il tarixli çıxarışda göstərilmiş torpaq sahəsinin ünvanı ilə eyni olması barədə xüsusi ekspertiza təyin edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/5772 saylı ekspert rəyi ilə 13 oktyabr 2023-cü il tarixli çıxarışla Cavabdeh2 mülkiyyətinə verilmiş ünvan 6nda olan 0.01774 ha torpaq sahəsi ünvan 5lan həyatyanı sahəsinin daxilində yerləşməsi müəyyən edilmişdir. Yəni, xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Ağstafa rayon Bələdiyyəsi tərəfindən mübahisəli torpaq sahəsinin Cavabdeh2 satılması zamanı digər şəxslərin, o cümlədən iddiaçının qanunla qorunan mülkiyyət hüquqları və Mülki Məcəllənin tələbləri pozulmuşdur. Bu səbəbdən Cavabdeh1 ilə Cavabdeh2 arasında Ağstafa rayon Notariat Ofisində bağlanılmış xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi etibarsız hesab edilməlidir.
35. Məhkəmə eyni zamanda hesab edir ki, Cavabdeh2 adına olan mübahisələndirilən çıxarış Ağstafa şəhər Bələdiyyəsi ilə Cavabdeh2 arasında Ağstafa rayon Notariat Ofisində bağlanılmış xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında verildiyindən və həmin müqavilə məhkəmə tərəfindən etibarsız hesab edildiyindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir.
36. Məhkəmə iddia tələbinin Ağstafa şəhər Bələdiyyəsinin əməlinə hüquqi qiymət verilməsi və cinayət tərkibinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi barədə müvafiq qərardad çıxarılması hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
38. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Hazırki mülki işə baxılarkən Ağstafa şəhər Bələdiyyəsinin və ya digər şəxslərin hər hansı bir hərəkətində və ya hərəkətsizliyində cinayət əlamətlərinin olması aşkar edilmədiyindən və öz təsdiqini tapmadığından iddia həmin hissədə təmin oluna bilməz.
39. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər
43. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu və iş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci iddiaçı tərəfindən ödənildiyindən, ekspertiza tədqiqatı nəticəsində yaranmış ekspertiza xərci olan 100 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Ağstafa şəhər Bələdiyyəsindən müştərək qaydada tutularaq tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməlidir.
Nəticə hissəsi:
45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağstafa şəhər Bələdiyyəsi ilə Cavabdeh2 arasında Ağstafa rayon Notariat Ofisində bağlanılmış xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi etibarsız hesab edilsin və onun əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Ağstafa şəhər Bələdiyyəsindən müştərək qaydada tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Heyran Mürsəlova