Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № e-2(015)-1146/2025 18.06.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Ağstafa şəhər Bələdiyyəsinə qarşı ilkin sənədləşdirmələrin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Ağstafa şəhər Bələdiyyəsinə qarşı ilkin sənədləşdirmələrin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa bələdiyyəsinin mülkiyyətinə verilmiş xx.xx.2023-cü il tarixli, **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmin çıxarışın verilməsi üçün əsas olan bütün sənədləşmələrin etibarsız hesab edilməsi, Cavabdeh1 ilə Ağstafa Bələdiyyəsi arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 13 oktyabr 2023-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Məlum olduğu kimi qanunvericiliyə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə alınmış məlumatlara əsasən, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(015)-11/2025 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Ağstafa şəhər Bələdiyyəsinə, üçüncü şəxslər Ağstafa Rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Ağstafa bələdiyyəsi arasında bağlanılmış 01 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş 13 oktyabr 2023-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin iddia tələbi qismən təmin edilərək Ağstafa bələdiyyəsi ilə Cavabdeh1 arasında Ağstafa rayon Notariat Ofisində bağlanılmış xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh1 adına olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)-919/2025 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(015)- 11/2025 saylı qətnaməsi qismən ləğv edilərək yeni qətnamə çıxarılmış və iddia rədd edilmişdir. İş üzrə iddiaçı tərəfindən həmin qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə kassasiya şikayəti ilə kassasiya instansiyası məhkəməsinə müraciət etmədən yenidən başqa məhkəmə prosesində mübahisələndirilmiş, Ağstafa rayon Bələdiyyəsi arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş 13 oktyabr 2023-cü il tarixli çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair birinci instansiya, apellyasiya instansiyası məhkəmələrinin qətnamələri olduğundan hazırkı iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina edilməli, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 153, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1 və Ağstafa şəhər Bələdiyyəsinə qarşı ilkin sənədləşdirmələrin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina edilsin. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(015)-1146/2025
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №e-2(015)-1146/2025
18.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver