Məhkəmə qərarları › İş №e-2(015)-1190/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №e-2(015)-1190/2024

13.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № e-2(015)-1190/2024 13.09.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, iddiaçı X2 Cavabdehnə qarşı “Torpaq mübahisəsi tələbi barədə” iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: X3 xx.xx.2024-cü il tarixində ərizə ilə Məhkəməyə müraciət edərək belə məzmunda xahiş etmişdir: “Yazıb sizə müraciət edərək bildirmək istərdim ki, mən ümumi 3 qrup əliləm. Mənim diz oynaqlarımın yeyilməsi nəticəsində bu vəziyyətə düşmüşəm. Getdikcə vəziyyət daha da ağırlaşır. Himayəmdə az yaşlı iki övladım var. Mənim xəstəliyimlə bağlı 2 qrup verilmiş, lakin bir müddət sonra 3 qrupa keçirilmişdim. Lakin, bu günkü vəziyyətlə bağlı ayağımda ağrılarım imkan vermir tez-tez bayıra çıxaraq normal yol getməyə. Mən tək ana kimi kirayələrdə qalıram mənzilim yoxdur, mənzil növbəsinə də götürmək istəmirlər rayon icra nümayəndələri. Mən məhkəmədən xahiş edirəm, tək ana olaraq güzəştli mənzil növbəsinə məni və iki qız övladlarımı qeydiyyata götürməklə cavabdehin üzərinə sərəncam vermək öhdəliyi qoyaraq qərar verməyinizi xahiş edirəm.” Aşağıda göstərilənlərə görə Məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilərək geri qaytarılmalıdır. İddiaçı X3 Cavabdehnə qarşı “Torpaq mübahisəsi tələbi barədə” xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəsinə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-1115/2024 nömrəli qərardadı ilə iddiaçı X2 Cavabdehnə qarşı “Torpaq mübahisəsi tələbi barədə” iddia ərizəsinin qəbul edilməsindən imtina edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-1115/2024 nömrəli qərardadından şikayət vermişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-1115/2024 nömrəli qərardadı ilə iddiaçı X3 tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda məhkəmənin icraatında hazırki iddia ilə eyni məzmunlu olan, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair mülki iş üzrə qərardaddan şikayətin baxılması mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri eyni tərəflər arasında eyni, eyni predmet barəsində eyni əsaslar üzrə mübahisəyə dair digər məhkəmənin icraatında iş olduğu halda, analoji iddia ərizəsinin icraata götürülməsini istisna edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 153.2.4, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X2 Cavabdehnə qarşı “Torpaq mübahisəsi tələbi barədə” iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddiaçı iddia ərizəsi ilə aidiyyət qaydalarına riayət etməklə inzibati məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar