Məhkəmə qərarları › İş №e-2(015)-155/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-155/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-155/2025 25.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X17 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsələrindən tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : "xxxx" ASC məhkəməyə müraciət edərək, X6 vərəsəsi və digər vərəsələr X7 və X9 qanuni nümayəndəsi Cavabdeh xx.xx.2023-cü il tarixli BPM**********50 saylı kredit müqaviləsinə əsasən 15000 manat əsas borc, 81,15 manat faiz borcu olmaqla, cəmi 15081,15 manat kredit borcunun, 135,25 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X12 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli BPM**********50 saylı Kredit müqaviləsinə əsasən ona illik 17.9 %-lə, 48 ay müddətinə 15000 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2023-cü il tarixdə borclu X12 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X12 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********50 saylı Kredit müqaviləsinə əsasən nağd kredit üzrə 15000 manat əsas, 81,15 manat faiz borcu olmaqla cəmi 15081,15 manat borcu yaranmışdır. Ağstafa RİHB-nın Qıraq Kəsəmən kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli AZ-İİ № 299936saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ağstafa rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli 2V-392 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X4 qalmış mirasa Cavabdeh, X7 və X10 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X1 vərəsələri Cavabdeh, X7 və X10 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı təşkilat hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirib iddianın təmin olunmasını xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı "xxxx" ASC ilə mərhum X11 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********50 saylı kredit müqaviləsinə əsasən ona illik 17,9 % olmaq şərtilə 48 ay müddətinə 15000 manat kredit verilmişdir. X15 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ağstafa rayonu Notariat Ofisinin xx.xx.2024cü il tarixli 222 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X8 adına vərəsəlik işi açılmış və arvadı Cavabdeh, qızları X2 və X3 xx.xx.2023-cü il tarixdə 2V-392 saylı reyestrlə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Lakin cavabdeh mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş materiallarında olan 01 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Elçin Yaqubəliyevin vəfat etdiyi tarixdən sonra iddiaçı təşkilata ödənilməmiş 15000 manat əsas borc, 81,15 manat faiz borcu olmaqla, cəmi 15081,15 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. İş materiallarından görünür ki, X15 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ağstafa rayonu Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 222 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X8 adına vərəsəlik işi açılmış və arvadı Cavabdeh, qızları X2 və X3 xx.xx.2023-cü il tarixdə 2V-392 saylı reyestrlə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Məhkəmə hesab edir ki, X11 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən, ondan qalmış mirası vərəsəsi olan Cavabdeh qəbul edərək vərəsəlik şəhadətnaməsi aldığından, o, X8 kreditor qarşısında olan borcunu birgə borclu kimi tam ödəməyə borcludur. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 135,25 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, "xxxx" ASC ilə X11 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********50 saylı kredit müqaviləsinə əsasən ona illik 17,9 % olmaq şərtilə 48 ay müddətinə 15000 manat kredit verilməsi, X15in xx.xx.2023-cü il tarixdə vəfat etməsi, Ağstafa rayonu Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 222 saylı məktubuna əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X8 adına vərəsəlik işinin açılması, onun qanun üzrə vərəsəsi olan cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, onun kreditor qarşısında olan borcunu birgə borclu kimi tam ödəməyə borclu olması, lakin cavabdehin mərhum X5 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatacaq miras payı həcmində miras qoyanın iddiaçı təşkilat qarşısında olan öhdəliyini icra etməməsi, Elçin Yaqubəliyevin vəfat etdiyi tarixə iddiaçı təşkilata ödənilməmiş 15000 manat əsas borc, 81,15 manat faiz borcu olmaqla, cəmi 15081,15 manat borcunun qalması sübuta yetirildiyindən iddia təmin edilməli, Cavabdeh 15000 manat əsas borc, 81,15 manat faiz borcu olmaqla, cəmi 15081,15 manat borc, 135,25 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 15000 manat əsas borc, 81,15 manat faiz borcu olmaqla, cəmi 15081,15 manat borc, 135,25 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar