Məhkəmə qərarları › İş №e-2(015)-1961/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-1961/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-1961/2025 03.02.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 vərəsəsi Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ölmüş şəxsin vərəsəsindən tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : Təsviri hissə:

1. "xxxx" ASC cavabdeh X2 vərəsəsi Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ölmüş şəxsin vərəsəsindən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********76 saylı Kredit Müqaviləsinə əsasən 3037.99 manat əsas, 4.86 manat vəfat etdiyi tarixə faiz borcu olmaqla, cəmi 3042.85 manat borc və ödənilmiş 50.43 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X3 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli BPM**********76 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə 4500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğlərini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2024-cü il tarixdə borclu X3 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********76 saylı Kredit Müqaviləsinə əsasən 3037.99 manat əsas, 4.86 manat vəfat etdiyi tarixə olan faiz borcu olmaqla cəmi 3042.85 manat borcu yaranmışdır. Ağstafa rayon Notariat ofisinin xx.xx.2025-ci il tarixli 608 saylı cavab məktubundan görünür ki, X1 qalmış mirasla bağlı Cavabdeh ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X2 vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət edilmişdir.

a) İşə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar məhkəmənin mövqeyi:

2. Ağstafa Rayon Məhkəməsində "xxxx" ASC-nin cavabdeh X2 vərəsəsi Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ölmüş şəxsin vərəsəsindən tutulması tələbinə dair iddiası üzrə tələb edilən məbləğ 5000 manatdan az olduğundan, mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmiş, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Ağstafa Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır.

3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

4. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

5. Bu səbəbdən məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işə iddiaçının təqdim etdiyi sənədlər əsasında baxılmalı və işin həllinə dair iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır.

Əsaslandırıcı hissə: b)Mülki işin materialları:

6. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X3 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli BPM**********76 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə 4500 manat məbləğində kredit verilmişdir.

7. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********76 saylı kredit müqaviləsinə əsasən 3037.99 manat əsas, 4.86 manat vəfat etdiyi tarixə faiz borcu olmaqla, cəmi 3042.85 manat borcu yaranmışdır.

8. İş materiallarında görünür ki, X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.

9. İş materiallarında olan Ağstafa rayon Notariat ofisinin xx.xx.2025-ci il tarixli 608 saylı saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X2 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

10. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin vərəsəsinin "xxxx" ASC-yə 3037.99 manat əsas, 4.86 manat vəfat etdiyi tarixə faiz borcu olmaqla cəmi 3042.85 manat məbləğində borcu yaranmışdır.

11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda cavabdehə mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilmişdir.

12. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 50,43 manat dövlət rüsumu ödənilmişdir.

c) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. "xxxx" ASC ilə X3 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli BPM**********76 saylı Kredit Müqaviləsinə əsasən ona 24 ay müddətinə 4500 manat məbləğində kredit verilmişdir. Lakin xx.xx.2024-cü il tarixdə borclu X3 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********76 saylı X5 əsasən 3037.99 manat əsas, 4.86 manat vəfat etdiyi tarixə faiz borcu olmaqla cəmi 3042.85 manat borcu yaranmışdır. Ağstafa rayon Notariat ofisinin xx.xx.2025-ci il tarixli 608 saylı cavab məktubundan görünür ki, X1 qalmış mirasla bağlı Cavabdeh ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X2 vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit və zaminlik müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehlər üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır və bu səbəbdən iddiaçı qarşısında cavabdehlik daşıyırlar, iddiaçının isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

20. Həmin Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

21. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

22. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.

23. İş materiallarından görünür ki, X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Həmçinin, Ağstafa rayon Notariat ofisinin xx.xx.2025-ci il tarixli 608 saylı cavab məktubundan görünür ki, X1 qalmış mirasla bağlı Cavabdeh ərizəsi əsasında vərəsəlik işi açılmışdır.

24. Məhkəmə hesab edir ki, X3 xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən, ondan qalmış mirası vərəsəsi olan həyat yoldaşı Cavabdeh qəbul etdiyindən, o, Cavabdeh kreditor qarşısında olan borcunu tam ödəməyə borcludur.

25. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 50,43 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 vərəsəsi Cavabdeh xx.xx.2023-cü il tarixli BPM**********76 saylı kredit müqaviləsinə əsasən 3037.99 manat əsas, 4.86 manat vəfat etdiyi tarixə faiz borcu olmaqla, cəmi 3042.85 manat borc və ödənilmiş 50,43 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.

28. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

32. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh X2 vərəsəsi Cavabdeh xx.xx.2023-cü il tarixli BPM**********76 saylı kredit müqaviləsinə əsasən 3037,99 (üç min otuz yeddi manat doxsan doqquz qəpik) manat əsas, 4,86 (dörd manat səksən altı qəpik) manat vəfat etdiyi tarixə faiz borcu olmaqla cəmi 3042,85 (üç min qırx iki manat səksən beş qəpik) manat borc və ödənilmiş 50,43 (əlli manat qırx üç qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar