Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-1035/2024 18.11.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, audio və video yazı aparmaqla dair baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı – "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 8984,37 manat, mediasiya xərci kimi ödənilmiş 55 manat və dövlət rüsumu kimi ödənilmiş 60 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixli X5 əsasən “Baş satıcı” vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixli X5 əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “X6 haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2022-ci il tarixli 666 saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehlə bağlanmış “X6 haqqında” Müqavilnin 1-ci bəndinin tələblərinə görə, cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə görə, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Birinci inventarizasiva yoxlaması: İddiaçı MMC-nin “Planlı inventarizasiyanın aparılması haqqında” xx.xx.2022-ci il tarixli 783 saylı Əmrindən göründüyü kimi “Oba - Şüvəlan 3” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2021-ci il -xx.xx.2022-ci il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 6198,54 manat məbləğində maddi ziyan vurulası (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin öz əlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, cavabdeh sayımda tam olaraq iştirak etmiş, saydan miqdarlara görə cavabdehlik daşıdığını etiraf etmişdir. İkinci inventarizasiya yoxlaması: İddiaçı MMC-nin “Planlı inventarizasiyanın aparılması haqqında” xx.xx.2022-ci il tarixli, 2143 saylı Əmrindən göründüyü kimi, “Oba - Şüvəlan 3” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2022-ci il - xx.xx.2022-ci il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 4262,34 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin öz əlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, cavabdeh sayımda tam olaraq iştirak etmiş, sayılan miqdarlara görə cavabdehdik daşıdığını etiraf etmiş, əskik gələn mallarla tanış olmuşdur. Üçüncü inventarizasiya yoxlaması: İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2022-ci il tarixli, 2351 saylı Əmrindən göründüyü kimi, “Oba - Şüvəlan 3” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvil alan administratorların) bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2022-ci il - xx.xx.2022-ci il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 2460,43 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. İnventarizasiya yoxlamalarının nəticələri ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalaması üçün cavabdehə xəbərdarlıq məktubları göndərilsə də, cavabdeh müvafiq sənədləri imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəfindən müvafiq İmtina Aktları tərtib edilmişdir. Cəmiyyətin xx.xx.2023-cü il tarixli Maliyyə Arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 8984,37 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, sonuncu prosesdən sonra aralarında barışıq sazişi haqqında danışmışlar, lakin Fəxri son anda razılaşmadan imtina etmişdir. Fəxri ümumi borcundan 2500 manat ödəməyi öhdəsinə götürsəydi, onlar iddianın təmin edilməməsini xahiş edəcəkdilər. Hətta bununla bağlı razılıq aktı tərtib edilmişdir. Hazırda cavabdehin 8984,37 manat borcu varmış. Həmçinin bildirdi ki, cavabdeh 1500 manat borcunun olduğunu etiraf edərək iddia müddətinin ötürülməsini istisna etmişdir. Bu səbəbdən də iddia müddətinin tədbiq edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək bildirdi ki, iddia müddətinin tətbiqinə dair etiraz ərizəsi və vəsatət ilə məhkəməyə müraciət etmiş və izahatında göstərmişdir ki, iddiaçı tərəfindən verilən iddia müddəti ötürülmüşdür. Belə ki, o, Oba Market” MMCnin iddiasını qanuni və əsaslı hesab etmir. Çünki əgər İddiaçı MMC-nin iddiasında haqlı olduğunu fərz etsək belə iddia müddəti ötürülmüşdür. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-7-ci bəndlərinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 3-cü bəndinə əsasən fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsindən sitat: “...qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər....” “Mediasiya haqqında” AR Qanununun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X3 iştirak etməlidirlər. “Mediasiya haqqında” AR Qanununun 35-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən(arayış və ya protokol) bərpa olunmuş hesab olunur. Mənim İddiaçı MMC ilə aramda olan əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə xitam edilmiş, iddiada göstərilən yoxlamalarla bağlı müvafiq inventarizasiyaların yekun aktları xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə tərtib edilərək möhürlə təsdiqlənmiş, yekun maliyyə arayışı xx.xx.2023-cü il tarixdə verilmiş, mediasiya müraciəti xx.xx.2023-cü il tarixdən verilməklə mediasiya arayışı xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, məhkəməyə verilən iddia ərizəsinin icraatının mümkünlüyü barədə qərardad isə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Həmin tarixlərdən göründüyü kimi İddiaçı MMC iddiasında irəli sürdüyü mübahisəli vəziyyətin ona məlum olduğu gün yoxlamalarla bağlı müvafiq inventarizasiyaların yekun aktlarının təsdiqləndiyi xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixləri, habelə MMC-yə nəzərən müsbət halda yekun maliyyə arayışı verildiyi xx.xx.2023-cü il tarix hesab oluna bilər. Lakin, İddiaçı MMCnin mediasiya müraciəti xx.xx.2023-cü il tarix olmaqla iddia müddətinin hüdudlarını ən azı 02 ay pozur. AR MPM-nin 130-cu maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. AR MPMnin 184.4-cü maddəsinə əsasən işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. AR MPM-nin 184.5-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin vəsatətləri əsaslandırılmalıdır. Hakim işin baxılmasını yubatmaq məqsədilə verilmiş vəsatətləri rədd edir. Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikası ƏM-nin 296-cı maddəsinin 5-7-ci bəndləri, AR Mülki Məcəlləsinin 375, AR MPM-nin 130, 184.4, 184.5 və “Mediasiya haqqında” AR Qanununun 28.1, 35-ci maddəsini rəhbər tutaraq xahiş Etmişdir ki, qeyd olunan iddia üzrə iddia müddətinin ötürülməsi ilə əlaqədar İddiaçının iddia ərizəsində bildirdiyi tələbləri tamamilə təmin edilməsin. Əlavə olaraq bildirmişdir ki, onunla «Oba Market” MMC arasında olan “aktivlər üzrə inventarizasiya nəticələrinə dair” aktı imzalayarkən səbəb göstərə bilməməyi ilə bağlı qeyd etmişdir ki, bu onun «Oba Market” MMC–yə olan borcunu təsdiq edən akt deyil. Belə ki, adından göründüyü kimi “aktivlər üzrə inventarizasiya nəticələrinə dair” aktdır. Həmin aktda da hansı məhsullar üzrə artıqların, hansı məhsullar üzrə də əskiklərin olduğu qeyd edilmişdir. Yəni konkret olaraq borcla bağlı hər hansı bir qeyd yoxdur. Yalnız cədvəlin yuxarı hissəsində “inventarizasiyanın nəticəsinə əsasən” nəyin artıq, nəyin əskik gəldiyi qeyd olunmuşdur. Yaranmış əskiklik mağazanın təmirə bağlanması ilə əlaqədar yaranmışdır. Belə ki, mğaza təmirə bağlanan zaman mallar tam sayılmamışdır. Mağazanın təmiri xx.xx.2022-ci ildə başa çatmış, həmin zaman mallar mağazaya geri qaytarılarkən əskiklik sayılmışdır. Hesab edir ki, İddiaçı MMC–nin ona qarşı 8959,41 manat məbləğində maddi ziyanın ödənilməsi barədə iddia müddəti ötürüldüyü səbəbindən onun tərəfindən verilən iddia rədd olunmalıdır. İddiaçı «Oba Market” MMC–nin ona qarşı 8984,37 manat məbləğində maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia müddəti tədbiq edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, Cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuşdur. - İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, Cavabdeh “Baş satıcı” vəzifəsinə keçirilmişdir. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli X5 əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “X6 haqqında” müqavilə bağlanmışdır. - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 666 saylı Əmri ilə Cavabdeh işdən azad edilmişdir. - İddiaçı MMC-nin “Planlı inventarizasiyanın aparılması haqqmda” xx.xx.2022-ci il tarixli 783 saylı Əmrindən görünür ki, “Oba - Şüvəlan 3”mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdeh “administrator” olduğu mağazada xx.xx.2021-ci il-xx.xx.2022-ci il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən Cavabdeh Cəmiyyətə 6198,54 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş Cavabdeh öz əlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən görünür ki, Cavabdeh sayımda tam olaraq iştirak etmiş, sayılan miqdarlara görə cavabdehlik daşıdığını etiraf etmişdir. - İddiaçı MMC-nin “Planlı inventarizasiyanın aparılması haqqında” xx.xx.2022-ci il tarixli, 2143 saylı Əmrindən görünür ki, “Oba - Şüvəlan 3” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdeh “administrator” olduğu mağazada xx.xx.2022-ci il-xx.xx.2022-ci il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən Cavabdeh Cəmiyyətə 4262,34 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş Cavabdeh öz əlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən görünür ki, Cavabdeh sayımda tam olaraq iştirak etmiş, sayılan miqdarlara görə cavabdehlik daşıdığını etiraf etmiş, əskik gələn mallarla tanış olmuşdur. - İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqmda” xx.xx.2022-ci il tarixli, 2351 saylı Əmrindən görünür ki, “Oba - Şüvəlan 3” mağazasmda administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olaıı inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvil alan administratorların) bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdeh “administrator” olduğu mağazada xx.xx.2022-ci ilxx.xx.2022-ci il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən Cavabdeh Cəmiyyətə 2460,43 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. - Cəmiyyətin xx.xx.2023-cü il tarixli Maliyyə Arayışından görünür ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 8984,37 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli X3 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair 28 iyul 2023-cü il tarixdə Bakı 4 saylı Mediasiya təşkilatına müraciət etmişdir. İMŞ üçün ərizənin tarixi xx.xx.2023-cü ildir. İMŞ-nin keçirilmə tarixi xx.xx.2023-cü il tarix müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə X3 iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. - İddia müddətinin tətbiqi barədə ərizədən görünür ki, cavabdeh tərəf iş üzrə xx.xx.2024-cü il tarixli vəsatəti və xx.xx.2024-cü il tarixli etiraz ərizəsi ilə iddia müddətinin tətbiq edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh “satıcıkassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixli X5 əsasən “Baş satıcı” vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixli X5 əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “X6 haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2022-ci il tarixli 666 saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. 18 aprel 2022-ci il, 10 oktyabr 2022-ci il və 03 noyabr 2022-ci il tarixdə cavabdehin Oba–Shuvelan 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində iddiaçıya zərər vurması müəyyən edilmiş, 18 aprel 2022-ci il, 10 oktyabr 2022-ci il və 03 noyabr 2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 8984,37 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Bu qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı ona maddi ziyan vurulması ilə əlaqədar hüququnun ona məlum olduğu vaxtdan bir il ərzində məhkəməyə müraciət etmək hüququ olmuşdur. İşdə iştirak edən şəxslərin izahatları, işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, 18 aprel 2022-ci il, 10 oktyabr 2022-ci il və 03 noyabr 2022-ci il tarixlərindən iddiaçı hüquqlarının pozulduğunu bilmişdir. Göründüyü kimi, iddiaçı ona maddi ziyanın vurulmasını 18 aprel 2022-ci il, 10 oktyabr 2022-ci il və 03 noyabr 2022-ci il (sonuncu inventarizasiya aktı ilə) tarixlərdə artıq bilirmiş, yəni iddiaçı hüqununun pozulmasını 18 aprel 2022-ci il, 10 oktyabr 2022-ci il və 03 noyabr 2022-ci ildə bildiyi halda, xx.xx.2023-cü il tarixdə Mediasiya təşkilatına müraciət etmiş, mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə X3 iştirak edilməməsi barədə arayış tərtib edilmiş, mövcud iddia ərizəsi ilə məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 18 aprel 2022-ci il inventarizasiya aktı üzrə 18 aprel 2022-ci il tarixdə, 10 oktyabr 2022-ci il inventarizasiya aktı üzrə 10 oktyabr 2022-ci il tarixdə və 03 noyabr 2022-ci il inventarizasiya aktı üzrə 03 noyabr 2022-ci il tarixdə iddia müddətinin axımı başladığından, iddia müddəti müvafiq olaraq 18 aprel 2023cü il, 10 oktyabr 2023-cü il və 03 noyabr 2023-cü il tarixdə bitmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələb üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın mediasiya xərci kimi ödənilmiş 55 manat və dövlət rüsumu kimi ödənilmiş 60 manat məbləğində pulun cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilməlidir. Buna görə də iddianın qeyd edilən hissəsi də təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(016)-1035/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-1035/2024
18.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver