Məhkəmə qərarları › İş №e-2(016)-1181/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-1181/2025

18.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-1181/2025 18.11.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1876,33 manat məbləğində əsas borcun və mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 04 sentyabr 2024-cü il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2024-xx.xx.2024-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 1876,33 (bir min səkkiz yüz yetmiş altı manat 33 qəpik) manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu1876.33 (min səkkiz yüz yetmiş altı manat 33 qəpik) manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqi əsaslarla iddia təmin olunmalıdı; Aşağıdaki sənədlərə əsaslanırıq: 1) xx.xx.2024-cü il tarixli, 247 saylı təhviltəslim aktı. 2) xx.xx.2024-cü il tarixli vurulmuş zərərin təsdiqlənməsi barədə Akt. İddiaçı MMC məhkəməyə elektron ərizə ilə müraciət edərək baxış iclaslarını iştirakları olmadan keçirərək iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul edir, onun maaşı, benzin pulu ödənilmədiyi üçün onun əvəzi olaraq həmin pulu götürmüşdür, maaşını verdikləri təqdirdə götürdüyü malların pulunu ödəməyə razıdır. Hazırda borcunu ödəyə bilmir. İdddianın təmin edilməsinə etiraz etmir, lakin borcu maaşını verdikdə ödəməyə imkanı vardır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 sentyabr 2024-cü il tarixli müddətsiz əmək müqaviləsinə əsasən, Cavabdeh İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində işləməyə başlamış və aylıq 400 manat əmək haqqı müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixdə imzalanmış tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, işçi Cavabdeh əmək münasibətləri prosesində İşəgötürən tərəfindən ona istifadəyə verilmiş, İşəgtürənə məxsus əmlakın (avadanlığın) və maddi sərvətlərin salamatlığının təmin olunması üçün öz üzərinə öhdəliklər götürmüşdür. - xx.xx.2024-cü il tarixli vurulmuş zərərin təsdiqlənməsi barədə Aktdan görünür ki, Cavabdeh öz vəzifə səlahiyyətlərinin icrası zamanı şəxsi mənimsəmə edərək nəticədə İddiaçı MMC-yə 1876,33 manat maddi zərər vurmuşdur. - xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixdə, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 557 saylı əmrlə, əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir. - 18.03.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh borcun ödənilməsi ilə bağlıq xəbərdarlıq məktubu göndərmişdir. - 30.06.2025-ci il tarixli Mediasiya arayışından görünür ki, İddiaçı MMC tərəfindən 50 manat ödənilmişdir. Məhkəmə iclasında cavabdehin izahatından və iş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, həmin tarixdən satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh əmək müqaviləsi (kontraktı) üzrə öhdəliklərini yerinə yetirməməyə görə vurulmuş ziyanın ödənilməsinə dair öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixlərdə imzalanmış tam maddi məsuliyyət haqqında müqavilənin 3-cü bəndinə əsasən maddiməsul şəxsin təqsiri üzündən işəgötürənə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün bir sıra hərəkətlər həyata keçirilərək, dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilmiş, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib edilmiş, işçiyə ziyanı könüllü surətdə icra etməkdən yayınarsa işəgötürənin qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə qarşısında ziyanın ödənilməsini təmin etmək məqsədilə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Cavabdeh əmək müqaviləsi (kontraktı) üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə İddiaçı MMC-nin əmlakına 1876,33 manat məbləğində ziyan vurulmuş, hazıradək vurulmuş ziyanın ödənilməsinə dair üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Araşdırma zamanı həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında əmək müqaviləsinə (kontraktına) xitam verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixlərdə tam maddi məsuliyyət haqqında müqavilə bağlandığından cavabdeh vurduğu maddi ziyana görə tam maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsinin “ç” bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq - əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri sırasındadır. 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqiaktlarda göstərilmiş qaydada qarşılıqlı maddiməsuliyyət daşıyırlar. 192.1-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyiandan başlayır. 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199.1-ci maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 200.1-ci maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 iyul 2023-cü il tarixli Qərarında formalaşmış hüquqi mövqe: Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192.2-ci maddəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən ona 1876,33 manat məbləğində ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, cavabdeh də həmin ziyanı qəbul edərək buna səbəb kimi əmək haqqının verilməməsi olduğunu bildirmişdir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iş üzrə iddiaçı olan İddiaçı MMC-də işçi olduğundan və onlar arasında tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlandığından cavabdeh işəgötürən İddiaçı MMC-yə vurduğu maddi ziyana görə tam maddi məsuliyyət daşıyır. Buna görə də cavabdeh işəgötürən İddiaçı MMC-yə vurduğu maddi ziyanı, vurduğu ziyanın faktiki həcminə uyğun olaraq tam ödəməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, cavabdehin maddi məsul şəxs olub tam maddi məsuliyyət haqqında müqaviləyə müvafiq olaraq işəgötürən İddiaçı MMC-yə vurduğu maddi ziyana görə tam maddi məsuliyyət daşımalı olması və Cavabdeh işəgötürən İddiaçı MMC-yə maddi ziyan vurması işin materialları ilə tam şəkildə sübuta yetirildiyindən iddia təmin edilməli, Cavabdeh 1876,33 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən Cavabdeh mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1876,33 manat məbləğində pul vəsaiti və mediasiya xərci kimi ödənilmiş 50 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar