Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № e-2(016)-119/2024 23.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB X1 İstismar İdarəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi» tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İB X1 İstismar İdarəsi ilə onun arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə müvafiq xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K-225/2023 nömrəli əmrin ləğv edilməsini, onun Ağsu RQİİ-nin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz təsərrüfatına nəzarətçi vəzifəsinə bərpa olunmasını, məcburi işburaxma müddəti üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla onun cavabdeh tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbindən imtina etdiyini bildirmiş və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. MPM-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddiadan imtina etməsi barədə məhkəməyə ərizə təqdim etdiyindən və bu imtina məhkəmə tərəfindən qəbul olunduğundan, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh İB X1 İstismar İdarəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi» tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(016)-119/2024
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №e-2(016)-119/2024
23.01.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver