Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-57/2025 07.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X39 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlaka dair ölçü işlərinin aparılmasına icazə verilməsi və şərait yaradılması” tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlaka dair ölçü işlərinin aparılmasına icazə verilməsi və şərait yaradılması vəzifəsinin qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X14 məxsus Ağsu rayonunun Xatman kəndində yerləşən fərdi yaşayış evinə daxil olmağa və ölçmə işlərini aparılmasına Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və həmin əraziyə daxil olmağa əngəl yaradan hərəkətlərin ona qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 55/2024saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtinaya dair hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair mülki iş üzrə verdiyi apellyasiya şikayəti təmin olunmuş və Ağsu Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(016)-486/2022 nömrəli qətnaməsi xx.xx.2016-cı ildə vəfat etmiş mərhum X14 məxsus Ağsu rayonunun Xatman kəndində yerləşən fərdi yaşayış evinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtinaya dair notariat ofisinin xüsusi notariusunun hərəkətinin qanunsuz hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtinaya dair hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2016-cı ildə vəfat etmiş anası X14 məxsus Ağsu rayonunun Xatman kəndində yerləşən fərdi yaşayış evinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtinaya dair Şamaxı Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X23 hərəkəti qanunsuz hesab edilmişdir. Qətnamə qanun qüvvəsini almış və icra edilməsi üçün Ağsu rayon İcra və Provasiya İdarəsinə göndərilmişdir. Həmin idarə tərəfindən xx.xx.2024-cü ildə icraata başlamaq barədə qərar qəbuledilmiş, iş icra məmuru X18 həvalə edilmişdir. Lakin cavabdeh miras əmlaka dair vərəsəlik hüququna dair şəhadlətnamənin verilməsinə əngəl yaradaraq onun və bu ərazidə ölçmə işləri aparmaq istəyən dövlət qurumu əməkdaşlarının həmin əraziyə daxil olmalarına imkan verməmiş, nəticədə o, hazırki vaxta kimi qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə ala bitlməmişdir. Onu da qeyd etmişdir ki, cavabdehin bu hərəkətləri son nəticədə onun mülkiyyət hüquqlarının pozulmasına xidmət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclası zamanı cavabdehlə əlaqə saxlanılan zaman cavabdeh məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə və ölçü işlərinin aparılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şamaxı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli, № 3005 saylı məktubundan görünür ki, xx.xx.2016-cı ildə vəfat etmiş X11 qalmış miras üzrə xx.xx.2024cü il tarixdə 8V-235 nömrəli reyestrlə qeyd edilmiş vərəsəlik işi açılmışdır. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ömərov Ağadadaş Babaş oğlu ilə X24 arasında xx.xx.1948-ci ildə nikah qeyd edilmişdir. - Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, AZ-İ № 762910 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydlər kitabında № 19 nömrə ilə qeyd edilmişdir. - Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, AZ-İ № 958253 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ömərov Ağadadaş Babaş oğlu xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydlər kitabında №14 nömrə ilə qeyd edilmişdir. - Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2013-cü il tarixli, AZ-İ № 628964 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.2013cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydlər kitabında № 945 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Torpağın Mülkiyyətinə Verilməsinə dair JN-002F, KOD 40911058 nmrəli şəhadətnamənin surətindən görünür ki, Ağsu rayonu, Xatman kəndində yerləşən, sahəsi 0,40 ha olan fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı X12 mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Kalva kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-cü il tarixli, 5-34- 19/2-3-154/2024 saylı arayışından görünür ki, İddiaçı anası X25 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Mərhum ölən günə kimi Ağsu rayonu, Xatman kəndində qeydiyyatda olmuşdur. Mərhumun vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır. 1. X4 qızı, 2. X7 qızı, 3. Oğlu-Cavabdeh, 4. X27 oğlu, 5. X8 qızı, 6. X20 oğlu, 7. X29 oğlu. - X1 Şamaxı regional “Asan xidmət” mərkəzində Notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli və Ağsu Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, mərhum X6 rayon, Xatman kəndində yerləşən fərdi yaşayış evi üzrə X15 adına Kalva kənd ə/dairəsi üzrə Ağsu RİH-nin xx.xx.2013-cü il tarixli 2V-03 nömrəli reyestrlə qeyd edilmiş vəsiyyətnamə qoymuşdur. Vəsiyyətnamə ilə əlaqədar Ağsu rayonunun Xatman kəndində yerləşən bütün əmlak üzrə ona çatası məcburi pay hüququndan əl çəkmişdir. - X2 Şamaxı regional “Asan xidmət” mərkəzində Notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli və Ağsu Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, mərhum X6 rayon, Xatman kəndində yerləşən fərdi yaşayış evi üzrə X15 adına Kalva kənd ə/dairəsi üzrə Ağsu RİH-nin xx.xx.2013-cü il tarixli 2V-03 nömrəli reyestrlə qeyd edilmiş vəsiyyətnamə qoymuşdur. Vəsiyyətnamə ilə əlaqədar Ağsu rayonunun Xatman kəndində yerləşən bütün əmlak üzrə ona çatası məcburi pay hüququndan əl çəkmişdir. - Cavabdeh Şamaxı regional “Asan xidmət” mərkəzində Notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli və Ağsu Rayon Məhkəməsinə təqdim edilmiş ərizəsindən görünür ki, mərhum X6 rayon, Xatman kəndində yerləşən fərdi yaşayış evi üzrə X15 adına Kalva kənd ə/dairəsi üzrə Ağsu RİH-nin xx.xx.2013-cü il tarixli 2V-03 nömrəli reyestrlə qeyd edilmiş vəsiyyətnamə qoymuşdur. Vəsiyyətnamə ilə əlaqədar Ağsu rayonunun Xatman kəndində yerləşən bütün əmlak üzrə ona çatası məcburi pay hüququndan əl çəkmişdir. - X3 Şamaxı regional “Asan xidmət” mərkəzində Notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli və Ağsu Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, mərhum X6 rayon, Xatman kəndində yerləşən fərdi yaşayış evi üzrə X15 adına Kalva kənd ə/dairəsi üzrə Ağsu RİH-nin xx.xx.2013-cü il tarixli 2V-03 nömrəli reyestrlə qeyd edilmiş vəsiyyətnamə qoymuşdur. Vəsiyyətnamə ilə əlaqədar Ağsu rayonunun Xatman kəndində yerləşən bütün əmlak üzrə ona çatası məcburi pay hüququndan əl çəkmişdir. - X13 Şamaxı regional “Asan xidmət” mərkəzində Notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli və Ağsu Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizələrindən görünür ki, mərhum X6 rayon, Xatman kəndində yerləşən fərdi yaşayış evi üzrə X15 adına Kalva kənd ə/dairəsi üzrə Ağsu RİH-nin xx.xx.2013-cü il tarixli 2V-03 nömrəli reyestrlə qeyd edilmiş vəsiyyətnamə qoymuşdur. Vəsiyyətnamə ilə əlaqədar Ağsu rayonunun Xatman kəndində yerləşən bütün əmlak üzrə ona çatası məcburi pay hüququndan əl çəkmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-41/2- 3026/2024 saylı məktubundan görünür ki, mərhum X19 məxsus Ağsu rayonu, Xatman kəndində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən fərdi yaşayış evinə Ağsu rayon Texniki İnventarlaşma Bürosu tərəfindən 2000-ci ildə tərtib edilmiş texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, investar nömrəsi 480 olan, fərdi yaşayış fonduna daxil olan ümumi sahəsi 101,2 m2 olan 2 otaqlı mənzil, o cümlədən, yaşayış sahəsi 30,4ha, kməkçi sahəsi 62,4 ha olan fərdi yaşayış sahəsi X16 mülkiyyətindədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən vətəndaş İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli, 3- 21-3-41/2-1285/2024 saylı cavab məktubundan görünür ki, Ağsu rayonu, Xatman kəndi ərazisində yerləşən X14 məxsus 0,40 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququnun qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli ********** saylı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsində baxılmışdır. Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı bildirilir ki, ərizənin icrasını təmin etmək məqsədilə yuxarıda qeyd olunan ünvanda fərdi yaşayış evi Ərazi İdarəsinin əməkdaşları tərəfindən müayinə olunmalıdır. Məlumat üçün bildirilir ki, qeydiyyat üçün təqdim olunmuş sənədlər əsasında Ərazi İdarəsinin mütəxəssisləri daşınmaz əmlakın yerləşdiyi ərazidə olmuşlar. Fərdi yaşayış evi və torpaq sahəsi mübahisəli olduğuna görə çöl-ölçmə işləri aparılmasına şərait yaradıılmamışdır. Torpaq sahəsinin və fərdi yaşayış evinin münayinəsinə şərait yaradıldıqdan sonra müraciətinizə qanunamüvafiq qaydada yenidən baxıla bilər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının mərhum valideynlərindən miras qalmış Ağsu rayonu, Xatman kəndində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə alınmamışdır. Həmin fərdi yaşayış evinin dövlət reyestr xidmətində qeydə alınması üçün daşınmaz əmlaka dair texniki sənədlərin tərtib edilməsi üçün ölçü işlərinin aparılması üçün Cavabdeh şərait yaratmamışdır. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 6.1.1.2-ci maddəsinə əsasən fərdi yaşayış evinin dövlət reyestr xidmətində qeydə alınması üçün digər sənədlərlə yanaşı daşınmaz əmlaka dair texniki sənədlər (pasport və plan ölçü) də verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özləninin qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Məhkəmə iddiaçının qanunla qorunan hüquqlarını, eləcə də maraqlarını qorumaq və pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə hesab edir ki, cavabdehin üzərinə Ağsu rayonunun Xatman kəndində yerləşən fərdi yaşayış evinə dair sənədlərin tərtibi ilə bağlı ölçü işlərinin aparılmasına şərait yaratması və mane olmaması vəzifəsi qoyulmalıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.7-ci maddəsinə əsasən Mülki qanunvericiliyin prinsiplərindən biri mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılmasıdır. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməli, Cavabdeh tərəfindən X14 məxsus Ağsu rayonunun Xatman kəndində yerləşən fərdi yaşayış evinə daxil olmağa və ölçmə işlərinin aparılmasına yaradılmış maneə aradan qaldırılmalı, həmin əraziyə daxil olmağa əngəl yaradan hərəkətlərin edilməsi Cavabdeh qadağan edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən X14 məxsus Ağsu rayonunun Xatman kəndində yerləşən fərdi yaşayış evinə daxil olmağa və ölçmə işlərinin aparılmasına yaradılmış maneə aradan qaldırılsın, həmin əraziyə daxil olmağa əngəl yaradan hərəkətlərin edilməsi Cavabdeh qadağan edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(016)-57/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-57/2025
07.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver