Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-65/2025 13.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X51 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İddiaçı, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs5, X9, Maraqlı şəxs2, Maraqlı şəxs4 nümayəndəsi İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Əlimərdan oğlunun iştirakları ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Maraqlı şəxs3, Maraqlı şəxs5, X18, Maraqlı şəxs2, Maraqlı şəxs4, Şamaxı regional Maraqlı şəxs1 cəlb edilməklə Cavabdeh Əlimərdan oğluna qarşı “miras əmlakdan vərəsəlik paylarının müəyyən edilməsi və bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək miras əmlak olan Ağsu rayonu, Bico kəndində yerləşən ümumi paylı mülkiyyətdə olan 0,18 ha həyətyanı sahəsində mərhum atası X19 aid payın və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin vərəsələr arasında bölünməsi və miras əmlak üzərində hər bir vərəsənin payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdırlar ki, anası X20 xx.xx.1998-ci il tarixdə, atası X26 isə xx.xx.2007-ci ildə vəfat etmişlər. Valideynləri vəfat edənə qədər Ağsu rayonu, Bico kəndində yerləşən atasına məxsus evdə yaşamışlar. Həmin fərdi yaşayış evinə dair atasının adına texniki pasport da verilmişdir. X46 Komissiyasının qərarı ilə fərdi yaşayış evinin yerləşdiyi 0,18 ha torpaq sahəsi ümumi paylı mülkiyyət olaraq atası X13, qardaşı Maraqlı şəxs5 və qardaşının ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Hazırda atasından miras qalan əmlak ümumi paylı mülkiyyətdə olan 0,18 ha həyətyanı torpaq sahəsində atası X19 aid pay və həmin torpaq sahəsində olan fərdi yaşayış evidir. Ailədə 7 övlad, yəni 4 bacı və 3 qardaş olmuşlar. Bacılarından ikisi X22 və Şirəliyeva (Kərimova) Kəklik Əlmərdan qızı vəfat etmişdir, digər övladlar isə sağdırlar. Vəfat edən bacılarından X10 övladı olmamış, Şirəliyeva (Kərimova) Kəklik Əlmərdan qızının isə iki övladı var. Atasının vəfatından sonra miras əmlak faktiki olaraq vərəsələr tərəfindən qəbul edilmiş, lakin miras əmlakın hüquqmüəyyənedici sənədləri tam olmadığı üçün vərəsəlik qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə müəyyən edilməmişdir. Sonradan vərəsələrdən o, Maraqlı şəxs3 və Maraqlı şəxs6 ərizə ilə Şamaxı regional Maraqlı şəxs1ndə olan notariat ofisinə müraciət edərək, atası X11 miras qalmış daşınmaz əmlaka dair vərəsəlik hüququ əsasında onlara çatası paylarının verilməsini xahiş etmişlər. Sonradan qardaşı Cavabdeh da notariata müraciət edərək, ona da miras əmlakdan payın verilməsini xahiş etmişdir. Lakin, o və digər vərəsələr Cavabdeh atasından miras qalmış əmlakdan payın verilməsinə etiraz etmişlər. Vərəsələr arasında mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olduğu üçün Şamaxı regional Maraqlı şəxs1 notariat ofisinin notariusu Orxan Ağayevin xx.xx.2024-cü il tarixli qərarı ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Onun və digər vərəsələrin Cavabdeh atasından miras qalmış əmlakdan payın verilməsinə etiraz etməsinə səbəb o olmuşdur ki, atası sağlığında Cavabdeh torpaq sahəsi və evin bir hissəsindən pay ayırıb vermişdir. Ona görə də o və digər vərəsələrin Cavabdeh atasından miras qalmış əmlakdan payın verilməsinə etiraz edirlər. Odur ki, atasından miras qalmış əmlakın vərəsələr arasında bölünməsi ilə bağlı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. İddiaçı, həmçinin mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs5, X9, Maraqlı şəxs2, Maraqlı şəxs4 nümayəndəsi İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, atasının vəfatından sonra mübahisə predmeti olan evdə heç bir övlad yaşamamış, lakin torpaq sahəsinə daim baxmışlar, hətta qohumları onların nəzarəti altında həyətdəki ağaclara daim qulluq etmişdir. Hazıradək həmin əmlakla bağlı tərəflər arasında mübahisə olmadığı üçün vərəsəliklə bağlı müraciət etməmişlər. Hazırda müraciət etmələrinin səbəbi cavabdehin həyətin darvazasını satması olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh Əlimərdan oğlu məhkəmə iclasında iddia ərizəsi ilə razı olmadığını, bu səbəbdən də təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, o, həmin evdə yaşayır və onun niyyəti darvazanı satmaq yox təmir etmək olmuşdur. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək iddianı qəbul etdiyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs5, X18, Maraqlı şəxs2, Maraqlı şəxs4, Şamaxı regional Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Ağsu rayonu, Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli nikah haqqında arayışın surətindən görünür ki, X30 ilə X14 xx.xx.1948-ci il tarixdə nikaha daxil olmuşlar və nikah kitabın 24-cü səhifəsində müvafiq qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan grünür ki, qeydiyyat nmrəsi ********** nömrəli, qeydiyyat tarixi xx.xx.2024-cü il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********51 olan, ümumi sahəsi 0,18 ha olan, Ağsu rayonu, Bico kəndində yerləşən torpaq sahəsi Maraqlı şəxs5 mülkiyyətindədir. - Ağsu rayonu, Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, Az-İİ № 372582 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1998-ci il tarixdə vəfat etmiş və qeydlər kitabında 09 nömrə ilə qeyd edilmişdir. - Ağsu rayonu, Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Az-İİ № 247630 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2007-ci il tarixdə vəfat etmiş və qeydlər kitabında 05 nömrə ilə qeyd edilmişdir. - Notariat əməliyyatı aparmaqdan imtina haqqında xx.xx.2024-cü il tarixli, 1147 nömrəli qərarın surətindən görünür ki, miras qoyan X19 məxsus olmuş Ağsu rayonu, Bico kəndində yerləşən torpaq sahəsinə dair İddiaçı, Maraqlı şəxs3 və X15 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. - Kürdəmir rayonu, Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli, 8AZ-İ № 251179 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1977-ci il tarixdə vəfat etmişdir. - Ağsu rayonu, Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, Az-İ № 920566 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və qeydlər kitabında 125 nömrə ilə qeyd edilmişdir. - Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, X7 iki övladı vardır. Oğlu Maraqlı şəxs2, qızı Maraqlı şəxs4. - Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X33 xx.xx.1987-ci il tarixdə Ağsu rayonu Bico kəndində anadan olmuşdur və bu barədə doğum akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmişdir. X24, X3r. Doğum şəhadətnaməsi 1AZ-İ № 455641. - Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Maraqlı şəxs2 xx.xx.1992-ci il tarixdə Ağsu rayonu Bico kəndində anadan olmuşdur və bu barədə doğum akt qeydləri kitabında 20 nömrə ilə qeyd edilmişdir. X24, X3r. Doğum şəhadətnaməsi AZ-İ № 459396. - Maraqlı şəxs3 Əlmərdan oğlu tərəfindən məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, iddianı qəbul edir, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qətnamə qəbul edilməsini xahiş edir. - İddiaçı tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsində yerləşən ev yaşayış üçün yararsızdır. Orada yaşayış üçün hər hansı şərait yoxdur. Video çəkilişdə evin şüşəbəndinin əksər şüşələrinin qırıq olması, evin ətrafına vurulmuş dirəklərin sökülməsi, həyətdə ancaq ağacların qalması müşahidə edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-917/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)- 246/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdehlər İddiaçı Əlmərdan qızı, X23 və X21 qarşı evə köçürülmə, evdən çıxarılma, evin yardımçı və həyətyanı sahəsindən, kommunal xidmətlərindən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh Ağsu rayonu, Bico kəndində yerləşən atası X17 miras qalmış və özünün təsərrüfatı ilə bitişik olmaqla eyni dam örtüyü altında yerləşən fərdi yaşayış evinə köçürülməsi, evin yardımçı və həyətyanı sahəsindən kommunal xidmətlərindən iddiaçı Cavabdeh istifadəsinə cavabdehlər İddiaçı Əlmərdan qızı, X23 və X27 tərəfindən edilən maneə aradan qaldırılması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X26 və X20 ailə qurmuşlar, onların birgə nikahından yeddi övladları olmuşdur. X20 xx.xx.1998-ci il tarixdə, X26 isə xx.xx.2007-ci ildə vəfat etmişlər. Onlar vəfat edənə qədər Ağsu rayonu, Bico kəndində yerləşən X19 məxsus evdə yaşamışlar. Həmin fərdi yaşayış evinə dair X13 adına texniki pasport da verilmişdir. X46 Komissiyasının qərarı ilə fərdi yaşayış evinin yerləşdiyi 0,18 ha torpaq sahəsi ümumi paylı mülkiyyət olaraq X13, övladı Maraqlı şəxs5 və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. X4 miras qalan əmlak ümumi paylı mülkiyyətdə olan 0,18 ha həyətyanı torpaq sahəsidir. X1 və Şirəliyeva (Kərimova) Kəklik Əlmərdan qızı vəfat etmişdir, digər övladlar isə sağdırlar. Vəfat edən bacılarından X10 övladı olmamış, Şirəliyeva (Kərimova) Kəklik Əlmərdan qızının isə iki övladı var. X13 vəfatından sonra miras əmlak faktiki olaraq vərəsələr tərəfindən qəbul edilmiş, lakin miras əmlakın hüquqmüəyyənedici sənədləri tam olmadığı üçün vərəsəlik qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə müəyyən edilməmişdir. Sonradan vərəsələrdən İddiaçı, Maraqlı şəxs3 və Maraqlı şəxs6 ərizə ilə Şamaxı regional Maraqlı şəxs1ndə olan notariat ofisinə müraciət edərək, ataları X11 miras qalmış daşınmaz əmlaka dair vərəsəlik hüququ əsasında onlara çatası paylarının verilməsini xahiş etmişlər. Sonradan qardaşı Cavabdeh da notariata müraciət edərək, ona da miras əmlakdan payın verilməsini xahiş etmişdir. Lakin İddiaçı və digər vərəsələr Cavabdeh atasından miras qalmış əmlakdan payın verilməsinə etiraz etmişlər. Vərəsələr arasında mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olduğu üçün Şamaxı regional Maraqlı şəxs1 notariat ofisinin notariusu Orxan Ağayevin xx.xx.2024-cü il tarixli qərarı ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bundan sonra İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tədqiqi zamanı proses iştirakçılarının izahatlarından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, miras qoyan şəxs X26 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra mübahisə predmeti olan evdə heç kim yaşamamış, ev baxımsız vəziyyətə düşmüş, yaşamaq üçün yararlı olmamış, iddiaçı və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər əmlakla maraqlanmış, hətta qohumları onların nəzarəti altında həyətdəki ağaclara daim qulluq edilmişdir. Hazıradək həmin əmlakla bağlı tərəflər arasında mübahisə olmadığı, həmçinin miras əmlakın hüquqmüəyyənedici sənədləri tam olmadığı (daşınmaz əmlaka dair çıxarış xx.xx.2024-cü il tarixdə verilmişdir) üçün vərəsəliklə bağlı müraciət edilməmişdir. Hazırda cavabdehlə iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər arasında mübahisə yarandığından, həmçinin qeyd edilən həyətin darvazasını cavabdehin satmaq istəyi hazırki tələblə məhkəməyə müraciət edilməsinə səbəb olmuşdur. Azərbayсan Respublikası Mülki Məсəlləsinin (bundan sonra MM) 1151-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İş materiallarını tədqiq edərkən Ağsu rayonu, Bico kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X13 (ümumi birgə mülkiyyət) mülkiyyəti olduğu, fərdi yaşayış evinin isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Ağsu rayonu, Bico kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi (ümumi birgə mülkiyyət) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X13 mülkiyyəti olduğundan həmin torpaq sahəsi miras əmlakı kütləsidir, fərdi yaşayış evi isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmadığı, yəni hüquq müəyyən edici sənədi olmadığı üçün o miras əmlakın kütləsinə daxil edilmir. Bu səbəbdən məhkəmə bu hissədə belə qənaətə gəlir ki, iddia bu hissədə qismən, yəni Ağsu rayonu, Bico kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinə aid hissədə təmin edilməlidir. İddiaçı iddia ərizəsində onun və digər vərəsələrin Cavabdeh atasından miras qalmış əmlakdan payın verilməsinə etiraz etmələrinə səbəb kimi atasının sağlığında Cavabdeh torpaq sahəsi və evin bir hissəsindən pay ayırıb verməsi olduğunu qeyd etmişdir. MM-in 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Məhkəmə araşdırması zamanı X13 öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından heç kimə vəsiyyət etməsi müəyyən edilməmişdir. MM-in 1159.1.1-сi maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). MM-in 1160-сı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. İş materiallarından görünür ki, X13 - 7 övladı vardir. Onlar İddiaçı, Cavabdeh Əlimərdan oğlu, Maraqlı şəxs3, Maraqlı şəxs5, X18, X22 və Şirəliyeva (Kərimova) Kəklik Əlimərdan qızıdır. X5 xx.xx.1975-ci il tarixdə və Şirəliyeva (Kərimova) Kəklik Əlmərdan qızı xx.xx.2018-ci il tarixdə vəfat etmişlər. X10 övladları yoxdur. Şirəliyeva (Kərimova) Kəklik Əlmərdan qızının iki övladı vardır: Maraqlı şəxs2 və Maraqlı şəxs4dır. Göründüyü kimi X6 Əlimərdan Alcan oğlundan əvvəl, Şirəliyeva (Kərimova) Kəklik Əlmərdan qızı isə sonra ölmüşdürlər. Məhkəmə araşdırması zamanı xx.xx.2018-ci il tarixdə ölən Şirəliyeva (Kərimova) Kəklik Əlmərdan qızının vərəsəlik işinin açılıbaçılmaması və onun övladlarının hazırkı miras əmlakla bağlı miras əmlakdan imtina etmələrinə dair hər hansı sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Həmin Məcəllənin 1253.2-ci maddəsinə əsasən Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 fevral 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər. Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Məhkəmə iddiaya vərəsələrin dairəsinin müəyyən edilməsi baxımından qiymət verərək hesab edir ki, X6 Əlimərdan Alcan oğlundan əvvəl öldüyünə görə miras qoyanın vərəsəsi siyahısına daxil edilmir. xx.xx.2018-ci il tarixdə ölmüş Şirəliyeva (Kərimova) Kəklik Əlmərdan qızı isə miras qoyandan sonra öldüyünə və X11 qalmış mirası qəbul etməkdən imtina etmədiyinə görə o, birinci növbə vərəsələr siyahısına daxildir. X2 birinci növbə vərəsələri İddiaçı, Cavabdeh Əlimərdan oğlu, Maraqlı şəxs3, Maraqlı şəxs5, X18 və Şirəliyeva (Kərimova) Kəklik Əlimərdan qızıdır. MM-in 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə tədqiqi zamanı miras qoyanın öldüyü məqamda sağ olmuş övladları – İddiaçı, Cavabdeh Əlimərdan oğlu, Maraqlı şəxs3, Maraqlı şəxs5, X18 və Şirəliyeva (Kərimova) Kəklik Əlimərdan qızının, o cümlədən onun övladlarının miras qalmış əmlakı qəbul etməməkləri, pay istəməməkləri barədə notarial qaydada ərizə vermələri, yəni onların iradə ifadəsinin müəyyən edilməsi, bununla bağlı notariat işinə hər hansı bir sənəd əlavə olunması aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın həmin maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Göstərilənlərə əsasən Məhkəmə belə qənaətə gəlir ki, Ağsu rayonu, Bico kəndində yerləşən torpaq sahəsi miras qoyan X13 mülkiyyətində (ümumi birgə mülkiyyət) olduğundan, iddiaçı, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X26 vəfat edən günə qədər qeyd edilən mübahisə predmeti olan əmlakdan istifadə edərək ondan qalmış mirası qəbul etdiklərindən, həmçinin X26 öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından heç kimə vəsiyyət etmədiyindən iddia vərəsələrin əhatə dairəsi hissəsində də qismən təmin edilməli, bütün vərəsələr bərabər pay almalıdırlar. Bundan başqa Şamaxı regional Maraqlı şəxs1ndə Ədliyyə Nazirliyinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1147 saylı qərardan görünür ki, Notariat Əməliyyatı Aparmaqdan X48 əsasən İddiaçı, X12 və Maraqlı şəxs3 adına xx.xx.2024-cü il tarixdə notariat ofisində vərəsəlik işi açılmış, tərəflər arasında mübahisə olduğu, həmçinin mərhumun övladları mirasın qəbulu müddətini ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı, cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mərhum X13 övladlarıdır. Ağsu rayonu, Bico kəndində yerləşən daşınmaz əmlak Əlimərdan Kərimova məxsus olmuş və onun xx.xx.2007-ci il tarixdə ölümündən sonra miras qalmışdır. Miras qoyanın birinci növbədə vərəsəsi olan iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmüşlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, mərhum X11 qalmış miras əmlak iddiaçı, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər arasında miras əmlakla bağlı hər hansı mübahisə olmaması səbəbindən vərəsəlik işi ilə bağlı aidiyyəti quruma rəsmi müraciət etməmişlər, lakin onlar tərəfindən miras əmlak faktiki qəbul olunmuş, onlar mərhumun ölümündən sonra və hazırda da, əmlaka sahiblik və idarə edirlər. Məhkəmə hesab edir ki, Ağsu rayonu, Bico kəndində yerləşən torpaq sahəsi miras qoyan X13 mülkiyyətində olduğundan, iddiaçı, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X26 vəfat edən günə qədər qeyd edilən mübahisə predmeti olan əmlakdan istifadə edərək ondan qalmış mirası qəbul etdikləri, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədikləri sübuta yetirilir. Belə ki, MM-in: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 1145-сi maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. MM-in mirasın qəbulundan imtina və onun nəticələrindən bəhs edən normaları isə aşağıdakı kimidir. MM-in 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mirasın qəbulundan imtina vərəsələrin tam sərbəstliyi şəraitində həyata keçirilir. Ümumiyyətlə, mirasın qəbulundan imtina vərəsələrin mirasın açıldığı yer üzrə notariat kontoruna rəsmi ərizə təqdim etməsilə reallaşdırılmalıdır. İstər mirasın qəbulu, istərsə də ondan imtina ilə əlaqədar ərizədəki imzaların həqiqiliyi başqa notariat kontorunda və ya qanunla nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq olunmaqla da mirasın açıldığı yer üzrə notariat kontoruna göndərilə bilər. Bu ərizənin müvafiq notariat kontoruna daxil olduğu vaxtdan asılı olmayaraq, ərizədəki imzanın həqiqiliyinin təsdiq olunduğu gün miras əmlakın qəbulu və ya onun qəbulundan imtina vaxtı hesab edilməlidir. Vərəsələr mirasın qəbulundan qanun və ya vəsiyyət üzrə vərəsələr dairəsinə daxil olan şəxslərin, həmçinin dövlətin xeyrinə imtina edə bilərlər. Vərəsələr dairəsinə daxil olmayan kənar şəxslərin, məhkəmə qərarı ilə ləyaqətsiz vərəsə sayılan və ya vəsiyyətnamə ilə birbaşa vərəsəlik hüququndan məhrum edilən şəxslərin xeyrinə mirasdan imtinaya yol verilmir. Mülki Məcəllədə mirasdan imtina etmək üçün üç aylıq müddət müəyyənləşdirilib. Mirasa sahibliyə və ya onu idarə etməyə faktiki başlamış vərəsələr isə mirasın qəbulu üçün müəyyən edilmiş vaxt ərzində ondan imtina edə bilərlər. Deməli, belə hallarda vərəsələrin miras əmlakın qəbul olunmasından 6 ay müddətində də imtina etməsi mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli yuxarıda qeyd edilən qərarında isə qeyd edilmişdir ki, “qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.” “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinin 1-ci bəndində qeyd edilir ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. 55-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. 55-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. 55-ci maddəsinin 3-cü bəndində qeyd edilir ki, Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı ilə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarına təminat verməklə yanaşı, bu hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir, lakin hər hansı hüquq və azadlıqların məhdudlaşdırılmasını dövlət tərəfindən güdülən məqsədə mütənasib olması ilə şərtləndirir. Eyni hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Beləliklə, Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilənin əsaslandırılması üçün üç meyar müəyyən etmişdir: müdaxilənin hüquqi əsası olmalıdır; müdaxilə ictimai maraqlara cavab verməlidir; müəyyən edilmiş qayda əldə ediləcək məqsədə mütənasib olmalıdır. Odur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Həmin Plenum qərarı ilə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakının bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. MM-in 1301-cü maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Məhkəmə araşdırması zamanı miras qoyanların öldüyü məqamda sağ olmuş övladları - İddiaçı, Cavabdeh Əlimərdan oğlu, Maraqlı şəxs3, Maraqlı şəxs5, X18 və Şirəliyeva (Kərimova) Kəklik Əlimərdan qızı, o cümlədən onun övladları miras qalmış əmlakı qəbul etməməkləri və pay istəməməkləri barədə notarial qaydada ərizə verməmişlər, yəni onların mirasdan imtinaya dair iradə ifadəsi müəyyən edilməmişdir. Məhkəmə işin bütün faktiki müəyyən edilən hallarına qiymət verərək hesab edir ki, iddiaçının, cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin mərhum Əlimərdan Kərimovdan miras qalmış Ağsu rayonu, Bico kəndində yerləşən miras əmlaka Əlimərdan Kərimovun ölümündən sonra və hazırda da, sahiblik və idarə etməsi faktı sübuta yetirildiyindən iddia bu qismən hissədə təmin edilməli, onların hər birinin miras əmlak üzərində payı müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin miras əmlaka vərəsəlik hüquqları tanınmalı, onların miras əmlakdakı payları miras qoyanın bərabər pay hüquqlu vərəsələrinin sayına müvafiq olaraq 1/30 hissədə muəyyən edilməli, Şirəliyeva (Kərimova) Kəklik Əlimərdan qızı xx.xx.2018-ci il tarixdə öldüyündən və onun vərəsələri olduğundan ona aid 1/30 hissədə pay açıq saxlanılmalıdır. Qanunverciliyin tələblərinə əsasən açıq qalmış miras payının həmin hissəsi üzrə ölmüş şəxsin vərəsələri miras əmlakdan ölmüş şəxsə məxsus payı əldə etmək üçün aidiyyəti orqana müraciət edə bilərlər. Beləliklə, məhkəmə bütün yuxarıda qeyd olunanlara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Ağsu rayonu Bico kəndində yerləşən 0,18 ha torpaq sahəsinin xx.xx.2007-ci ildə vəfat etmiş mərhum X19 aid 6/30 hissəsinə İddiaçı, Cavabdeh Əlimərdan oğlunun, Maraqlı şəxs3, Maraqlı şəxs5, X9 və Şirəliyeva (Kərimova) Kəklik Əlimərdan qızının vərəsəlik hüququ tanınmalı, X11 miras qalmış Ağsu rayonu Bico kəndində yerləşən 0,18 ha torpaq sahəsinə İddiaçı 1/30 hissədə payı, Cavabdeh Əlimərdan oğlunun 1/30 hissədə payı, Maraqlı şəxs3 1/30 hissədə payı, Maraqlı şəxs5 1/30 hissədə payı, X9 1/30 hissədə payı müəyyən edilməli, Şirəliyeva (Kərimova) Kəklik Əlimərdan qızının 1/30 hissədə payı açıq saxlanılmalı, iddia qalan hissədə təmin edilməməlidır. MPM-in: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağsu rayonu Bico kəndində yerləşən 0,18 ha torpaq sahəsinin xx.xx.2007-ci ildə vəfat etmiş mərhum X19 aid 6/30 hissəsinə İddiaçı, Cavabdeh Əlimərdan oğlunun, Maraqlı şəxs3, Maraqlı şəxs5, X9 və Şirəliyeva (Kərimova) Kəklik Əlimərdan qızının vərəsəlik hüququ tanınsın. X11 miras qalmış Ağsu rayonu Bico kəndində yerləşən 0,18 ha torpaq sahəsinə İddiaçı 1/30 hissədə payı, Cavabdeh Əlimərdan oğlunun 1/30 hissədə payı, Maraqlı şəxs3 1/30 hissədə payı, Maraqlı şəxs5 1/30 hissədə payı, X9 1/30 hissədə payı müəyyən edilsin, Şirəliyeva (Kərimova) Kəklik Əlimərdan qızının 1/30 hissədə payı açıq saxlanılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(016)-65/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-65/2025
13.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver