Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-88/2025 17.02.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X12 Natiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1859 ((bir min səkkiz yüz əlli doqquz) manat dəymiş maddi ziyanın və 38,59 (otuz səkkiz manat əlli doqquz qəpik) manat dövlət rüsumunun, cəmi 1897,59 (bir min səkkiz yüz doxsan yeddi manat, əlli doqquz qəpik) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmış 2024-ci il 26 aprel tarixli 07/03140 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Bildiririk ki, müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn bölməyə təhvil verilərkən baxış keçirilmiş və nəticədə texnikaya 1859,00 (bir min səkkiz yüz əlli doqquz) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün1859,00 (bir min səkkiz yüz əlli doqquz) manat dəymiş maddi ziyan hesablanmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəmə baxış iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış icasında iddianı qəbul etdiyini, qüsurun hazırda olduğunu, lakin nasazlığın aradan qaldırılması üçün tədbir gördüklərini bildirmişdir. Qısa müddət ərzində kombaynda olan nasazlıq aradan qaldırılacaqdır. Cavabdeh tərəf xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 07/03140 nömrəli operativ lizinq müqaviləsindən və ona əlavələrdən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayını ona istifadəyə verilmişdir. - Texnika istifadəyə verilərkən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 07/03140 nömrəli akt 1№-dən görünür ki, İddiaçı ASC-nin Qobustan RN-nin Ağsu rayon bölməsinin istifadəsində olan Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayını saz vəziyyətdə mexanizator Cavabdeh təhvil verilmişdir. - Texnika rayon bölməsinə geri qaytarılarkən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 07/03140 nömrəli akt 2№-dən görünür ki, texnikanın arxa şinlərindən biri partlayaraq yararsız vəziyyətə düşmüşdür. - xx.xx.2024-cü il tarixli Qüsur aktından görünür ki, həqiqətən Hacıqədirli kənd sakini, mexanizator Cavabdeh müqavilə əsasında operativ lizinqə verilmiş (müqavilə №07/03140) taxılyığan kombaynın bölməyə təhvil-təslimi zamanı aşağıdakılar müəyyən edildi və Qobustan RN-nin Ağsu rayon bölməsinin rəhbəri X3 təhvil verildi: 2014-cü il buraxılışlı, 06/L-002 inventar nömrəli, 561322 zavod (şassi) nömrəli, Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın klapanı qırılıb düşmüş və porşenli zədələnmiş, qalovka qəlpə alıb, nəticədə mühərrik yararsız vəziyyətə düşmüşdür, arxa şinlərindən biri partlayaraq yararsız vəziyyətə düşmüşdür. - İddiaçı ASC-nin idarə heyətinin sədri M.Veysəlov tərəfindən tərtib edilmiş SR- 2045 Sampo markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə arayışdan görünür ki, Qobustan RN-nin Ağsu rayon bölməsi ilə mexanizator X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 07/03140 nömrəli müqavilə əsasında müvəqqəti olaraq onun istifadəsinə verilmiş 561322 şassi nömrəli SR-2045 Sampo markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər aşağıdakılardır: 1 ədəd porşen 362 manat, 1 ədəd gilz 216 manat, 1 ədəd silindrlər başlığı 700 manat, 1 ədəd xaricetmə klapanı 77 manat, 2 ədəd klapan kipkəci 14 manat, 1 ədəd araqatı dəsti 40 manat, 1 ədəd arxa şin 350 manat, işçilik haqqı 100 manat, cəmi 1859 manat təşkil edir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 07/03140 nömrəli operativ lizinq müqaviləsi bağlanmış və 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayını ona istifadəyə verilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətlərdə, müqavilənin şərtlərinə uyğun olaraq texnikanı saz vəziyyətdə geri qaytarmağı öhdəsinə götürmüş, müqavilənin bağlandığı tarixdə də müqavilənin predmeti olan texnikanı akta imza etməklə tam saz vəziyyətdə İddiaçı ASC-dən təhvil almışdır. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh operativ lizinq müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 386.1, 424.5, 425.1, 427.3, 442, 443.1, 448.1, 747, 1096 və 1097-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 01 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1859 (bir min səkkiz yüz əlli doqquz) manat dəymiş maddi ziyan və 38,59 (otuz səkkiz manat əlli doqquz qəpik) manat dövlət rüsumu, cəmi 1897,59 (bir min səkkiz yüz doxsan yeddi manat, əlli doqquz qəpik) manat məbləğ Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 01 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1859 (bir min səkkiz yüz əlli doqquz) manat dəymiş maddi ziyan və 38,59 (otuz səkkiz manat əlli doqquz qəpik) manat dövlət rüsumu, cəmi 1897,59 (bir min səkkiz yüz doxsan yeddi manat, əlli doqquz qəpik) manat məbləğ Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(016)-88/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-88/2025
17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver