Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-939/2025 21.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X11 Natiq oğlunun sədrliyi, İclas katibi X3, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 5980,49 manat, mediasiya xərci kimi ödənilmiş 50 manat və məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixli X7 əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “X10 haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2024-cü il tarixli 80-x saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. Tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin 5.1-ci bəndinə əsasən bu Əmək Müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış X10 haqqında Müqavilənin 1-ci bəndinə əsasən, maddi məsul şəxs ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. 3.3-cü bəndinə əsasən, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Əmək Müqaviləsinin tərkib hissəsi olan X1 1.1-ci bəndinə əsasən administrator anbarın, satış zalının əskiksiz olmasına nəzarət etməlidir; 2.6-cı bəndinə əsasən tabeliyində çalışan əməkdaşlardan vəzifə funksiyalarının icra edilməsini, Cəmiyyətin prosedur və qaydalarına əməl edilməsini tələb etməlidir; 3.2-ci bəndinə əsasən sayım zamanıəskik gələnməhsullara görə məsuliyyət daşımalıdır; 3.6-cı bəndinə əsasən əmək qanunvericiliyi və vəzifə təlimatı ilə nəzərdə tutulmuş vəzifələrin icra edilməməsi və lazımi səviyyədə icra edilməməsinə görə məsuliyyət daşımalıdır; 3.8-ci bəndinə əsasən maddiməsuliyyət müqaviləsiçərçivəsində öhdəsində olan vəsaitlərə görə məsuliyyət daşımalıdır. İnventarizasiya yoxlaması üzrə: İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2024-cü il tarixli, 1534 saylı Əmrindən göründüyü kimi, “Oba – Binəqədi 9” mağazasında administrator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2024-cü il - xx.xx.2024-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 8376,57 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Cavabdeh inventarizasiya yoxlamasında şəxsən iştirak etsə də, inventarizasiya yoxlamasının nəticələri ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələri ilə bağlı izahat verməsi və müvafiq sənədləri imzalaması üçün cavabdehə xəbərdarlıq məktubları göndərilsə də, cavabdeh ziyanla bağlı izahat verməkdən və müvafiq sənədləri imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəflər arasında bağlanmış “X10 haqqında Müqavilə”nin 3.3-cü bəndinə müvafiq olaraq İmtina Aktlarını tərtib etmişlər. Bununla belə, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AT/247 saylı İcazəyə (lisenziyaya) əsasən fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru-auditoru X5 tərəfindən cavabdehin administrator kimi çalışdığı “ObaBinəqədi 9” mağazasındaərzaq və qeyriərzaq mallarının əskikgəlməsinin audit yoxlaması aparılmış və cavabdehin öhdəliyində olan maddiyatdan 8376,58 manat məbləğ dəyərində məhsulun əskikgəlməsi müəyyən edilmişdir. Cəmiyyətin xx.xx.2025-ci il tarixli Maliyyə Arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 5980,49 manat təşkiledir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəməyə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirlər ki, iddia tələbi təmin edilməlidir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında izahat verərək bildirmişdir ki, o, Oba marketdə vəzifəsi artırıldıqdan sonra administrator vəzifəsinə təyin edilmişdi. Orada işlədiyi vaxtda işçi sayı həddsiz az olub. Onun cəmi bir qadın işçisi olub, onunla böyük və ən çox gəlişli-gedişli yerdə işləmək heçdə asan deyildi. Onların işlədiyi market ən çox müştəri sayı olan və ən problemli ərazidə yerləşmişdir. Onun bir işçi ilə orada olan hərşeyi həll etməyi və bütün kor bucaqları görərək oğurluğun qarşısını almağı mümkün deyilmiş. Onların marketində oğurluq hədsiz çox olurmuş, o, oğurluq hadisələri barəsində və işçinin az olması barədə də şikayətini hər zaman rəsmi şəkildə etmişdir. Dəfələrlə olub ki, o özü kameradan vətəndaşı oğurluq edərkən tutaraq ona oğurladığı məhsulun ödənişini etdirmişdir. Məsələn bir dəfə bir qadın müştəri aldığı məhsulu kassada ödənişini etmədən keçirmək istəyirmiş. Bu hələ onun gördükləri və qarşısını aldıqlarıdır, mütləqdir ki, onun görmədiyi nə qədər belə hadisələr baş vermişdir. O, hər səfərində bu barədə Oba marketlər şəbəkəsinə məlumat vermişdir. Daha sonra o, icazəli olduğu günlərdə yeni işçilər gətirmişdirlər ki, o, gəldikdən sonra həmin şəxsləri oğurluq edərkən tutub məlumat vermiş və həmin şəxslər aktlaşdırılaraq işdən azad olunmuşdurlar. İndi niyə bütün kəsrlər onun üstündə qalıb bilmir. O, vəzifəsini düzgün idarə etmiş və dəfələrlə qida borusunun işləmədiyi, kameraların işləmədiyi, işçi sayının az olması barədə məlumat vermişdir. Məlumat verməyilə bağlı olan sənədləri də məhkəməyə təqdim etmişdir. Oğurluq hadisələri ilə bağlı aidiyyəti hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, cavabdehin də hazırlıq iclasında verdiyi izahatı dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh İddiaçı MMC-də satış Departamentinə satıcı-kassir vəzifəsinə işə qəbul olunmasını xahiş etmişdir. - Cavabdeh İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli, 187/İQ saylı əmrindən görünür ki, xx.xx.2023-cü il tarixdən etibarən satıcı-kassir vəzifəsinə qəbul edilmiş, əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla təyin edilmişdir. - Cavabdeh tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdən satış şöbəsində Administrator vəzifəsinə keçirilməsinə və əmək haqqının dəyişdirilməsinə etiraz etmir. - xx.xx.2024-cü il tarixli, 15 saylı əmrindən görünür ki, xx.xx.2024-cü il tarixdən Cavabdeh administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 390 manat təşkil etmişdir. - Cavabdeh tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdən onun əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. - İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli, 80-x saylı əmrindən görünür ki, cavabdehlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. - xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlardan görünür ki, Cavabdeh iddiaçıya vurduğu yekun ziyan məbləğinin 5980,49 manat müəyyən edilməsi qeyd edilmişdir. - 16.08.2024-cü il və xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı MMC Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdir. - İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli, 904 nömrəli “Təbii itki normalarının tətbiqi haqqında” əmrindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixində administrator vəzifəsində çalışmış Cavabdeh Yalçın oğluna aid aşkarlanan yekun nəticələrə “Təbii itki normaları” tətbiq edilməsi məqsədi ilə əmr edilmişdir ki, İddiaçı MMCnin mağazalarında keçirilən intentarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin “Təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh Yalçın oğlundan tələb olunsun, “Təbii itki norması” satış dövriyyəsinin 0,6% faizi müəyyən edilsin, Daxili Nəzarət Departamenti və Ümumi işlər şöbəsi bu əmrdən irəli gələn məsələləri həll ediməsini təmin etsin. - İddiaçı MMC-nin İdarə heyətinin sədri N.Y.İbrahimova tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli imtina aktından görünür ki, xx.xx.2024-cü il tarixdə maddi məsul şəxs Cavabdeh Yalçın oğlu öhdəsində olan ticari malların yoxlanılması məqsədi ilə inventarizasiya prosesinə dəvət edilməsinə və İnsan Resurslarına təqdim olunan faktiki yaşayış ünvanına xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, müvafiq aktları təsdiqləməkdən imtina etmişdir. Odur ki, maddi məsul şəxs Cavabdeh Yalçın oğlunun iştirakı olmadan İnventarizasiya aparıb, nəticəsini müvafiq qaydada aktlaşdırmışdırlar. - Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə cəmi 5980,49 manat ödənilməmiş borcu vardır. Məhkəmə iclasında tərəflərin izahatından və iş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, həmin tarixdən satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixli, 15 saylı əmri ilə administrator vəzifəsinə keçirilmişdir. Cavabdeh əmək müqaviləsi (kontraktı) üzrə öhdəliklərini yerinə yetirməməyə görə vurulmuş ziyanın ödənilməsinə dair öhdəlik götürmüşdür. xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə imzalanmış X10 haqqında müqavilənin 3-cü bəndinə əsasən maddi-məsul şəxsin təqsiri üzündən işəgötürənə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün bir sıra hərəkətlər həyata keçirilərək, dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilmiş, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib edilmiş, işçiyə ziyanı könüllü surətdə icra etməkdən yayınarsa işəgötürənin qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə qarşısında ziyanın ödənilməsini təmin etmək məqsədilə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Cavabdeh əmək müqaviləsi (kontraktı) üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə İddiaçı MMC-nin əmlakına 5980,49 manat məbləğində ziyan vurulmuş, hazıradək vurulmuş ziyanın ödənilməsnə dair üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Araşdırma zamanı həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında əmək müqaviləsinə (kontraktına) xitam verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə X10 haqqında müqavilə bağlandığından cavabdeh vurduğu maddi ziyana görə X10 daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsinin “ç” bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq - əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri sırasındadır. 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqiaktlarda göstərilmiş qaydada qarşılıqlı maddiməsuliyyət daşıyırlar. 192.1-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyiandan başlayır. 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199.1-ci maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X10 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 200.1-ci maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X10 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən X10 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 iyul 2023-cü il tarixli Qərarında formalaşmış hüquqi mövqe: Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192.2-ci maddəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iş üzrə iddiaçı olan İddiaçı MMC-də işçi olduğundan və onlar arasında X10 barədə yazılı müqavilə bağlandığından cavabdeh işəgötürən İddiaçı MMC-yə vurduğu maddi ziyana görə X10 daşıyır. Buna görə də cavabdeh işəgötürən İddiaçı MMC-yə vurduğu maddi ziyanı, vurduğu ziyanın faktiki həcminə uyğun olaraq tam ödəməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbnin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən ona 5980,49 manat məbləğində ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, cavabdeh də həmin ziyanı qismən qəbul etsədə, buna səbəb kimi mağazada baş vermiş oğurluqları göstərmiş, lakin bunu təsdiq edən sübutları (mağazadan oğurluq olmasına dair akt tərtib edilməsi, buna dair hər hansı quruma və ya hüquq mühafizə orqanlarına müraciət edilməsi və s) məhkəməyə təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilmiş, lakin cavabdeh bunun əksini sübut edə bilməmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-in: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, cavabdehin maddi məsul şəxs olub X10 haqqında müqaviləyə müvafiq olaraq işəgötürən İddiaçı MMC-yə vurduğu maddi ziyana görə X10 daşımalı olması və Cavabdeh işəgötürən İddiaçı MMC-yə maddi ziyan vurması işin materialları ilə tam şəkildə sübuta yetirildiyindən iddia təmin edilməli, Cavabdeh 5980,49 manat məbləğində pul vəsaiti İddiaçı MMC xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən Cavabdeh mediasiya xərci kimi ödənilmiş 50 manat və məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 5980,49 manat, mediasiya xərci kimi ödənilmiş 50 manat və məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(016)-939/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-939/2025
21.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver