Məhkəmə qərarları › İş №e-2(016)-950/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-950/2024

27.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-950/2024 27.09.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağabəyli Kamran Uğur oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış müddətə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış müddətə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılmağı barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, iddiaçının əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməyi və məcburi işburaaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olub. İddiaçı 2008-2012-ci illərdə Sumqayıt Müəllimlər instutunun Tarix və Coğrafiya fakültəsində ali təhsil alıb. xx.xx.2013-cü il tarixdə “Engin LTD" MMC-yə Merçendayer vəzifəsinə təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Soyuq satış üzrə ticarət nümayəndəsi vəzifəsinə keçirilmişdir. xx.xx.2014-cii il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən xüsusi müştərilər üzrə ticarət nümayəndəsi vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən satış üzrə sahə meneceri vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən xüsusi müştərilər üzrə sahə meneceri vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Aparıcı sahə meneceri vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən satış üzrə sahə meneceri vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Aparıcı satış nümayəndəsi vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən satış nümayəndəsinin assisenti vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Aparıcı satış nümayəndəsi vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”a” bəndinə əsasən (öz təşəbbüsü ilə) tutuduğu vəzifədən azad edilmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən "xxxx" MMC-yə Aparıcı satış nümayəndəsi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”a” bəndinə əsasən ( öz təşəbbüsü ilə) tutuduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə 104/22 saylı, xx.xx.2022-ci il tarixli əmr əsasında Cavabdeh MMC-in satış şöbəsinin meneceri vəzifəsində işləməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsi üzrə iddiaçıya həvalə edilmiş əmək funkisyalarını vicdanla yerinə yetirməməsi, eləcə də ona həvalə olunan vəzifədən suiistifadə edərək cavabdeh MMC-yə məxsus məhsulu mənimsəyib, şirkətə maddi ziyan vurması səbəbi göstərilərək işdən azad edilmiş və cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. “AZGRANATA" MMC iddiaçının işdən xaric olunmasına səbəb kimi əmək müqaviləsi üzrə ona həvalə edilmiş əmək funkisyalarını vicdanla yerinə yetirməmiş, eləcə də ona həvalə olunan vəzifədən sui-istifadə edərək cavabdeh MMC-yə məxsus məhsulu mənimsəyib, şirkətə maddi ziyan vurmasını göstərmişdir. İddiaçı bu günə qədər bir neçə yerdə, fərqli vəzifələrdə işləmişdir. Bu günə qədər işlədiyi heç bir yerdən iddiaçının öz iş öhdəliklərini yerinə yetirməməyinə və ya vəzifədən sui-istifadə etməsinə dair heç bir şikayət və ya narazılıq olmamışdır. İddiaçının işdən çıxarılmağı barədə əmr əsaslandırılmayıb və işdən azad edilərkən, qanunvericiliyin tələbləri gözlənilməyib, alternativ tənbeh tədbirlərinin tətbiqi imkanı araşdırılmayıb. Yuxarıda qeyd olunanlara əsasən, işdən çıxarılmağını tamamilə qanunsuz və əsassız hesab etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə müraciət edərək qarşı tərəflə barışıq danışıqlarının müsbət nəticə vermədiyini, iddia tələbini müdafiə etdiklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir. 03 sentyabr 2024-cü il tarixdə məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil göstərmişdir ki, İddiaçı 13 iyul 2022-ci il tarixdən Cavabdeh MMC-də satış meneceri vəzifəsində çalışır. 2023-cü ildə işdən çıxarılmışdır. Onun işdən azad edilməsi barədə əmrində şirkətə ziyan vurması qeyd edilsədə məbləğg göstərilməmişdir. Bundan başqa əgər şirkətə deyildiyi kimi ziyan vurulmuşdursa niyə bu barədə hüquq mühafizə orqanlarına məlumat verilməmişdir. İddiaçı həmin şirkətdə işlədiyi müddətdə müəsisəyə ziyan vurmamış, nə də intizam pozuntusuna yol verməyərək cəza almamışdır. Yazılan əmr qanunsuz və əsassızdır. Cavabdehin nümayəndəsinin qeyd etdiyi kimi iddia müddətini ötürməmişlər. İddia müddətinin ötürülməsi ilə bağlı tətbiqi prosesi müdiasiyaya kimidir. 30 yanvar 2024-cü ildə Şəki 1 saylı Mediasiya təşkilatına müraciət edilmişdir və həmin vaxtdan müddət dayanmışdır. Ondan sonra da məhkəməyə müraciət edilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 03 sentyabr 2024-cü il tarixdə məhkəmə iclasında iştirak edən İddiaçı göstərmişdir ki, ona qarşı olan iddalar əsassızdır. Veysəloğlu şirkəti müştərilər üçün hədiyyələr istəmiş və ona razılıq vermişdir. Audit iddia edir ki, Veysəloğlu şirkəti tərəfindən mağazalara çatası hədiyyələr çatdırılmayıb. Hədiyyələrin verilməsi barədə aktın nüxsəsində bütün qeydlər aparılıb. Məhsulu verəndə ödəniş rəsmi qaydada həyata keçirildiyindən orada hec bir mənimsəmədən söhbət gedə bilməz. Heç bir müştəri mal və ya hədiyyənin çatmaması barədə bildirməmişdir. Auditlər satış nöqtələrində onun iştirakı olmadan üzləşmə ediblər. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, audit hesabatlarında hədiyyələrin müştərilərə çatmadığı qeyd olunmuşdur. Müştərilər də onlara hədiyyə verilmədiyini bildirmişlər. İddiaçı müştərilərə bildirib ki, onlara gələn malların içərisində ona çatası malları götürəcəkdir və həmin malları da götürmüşdür. Bu barədə müştərilər özləri məlumat veriblər. Ümumilikdə 39000 manat mənimsəmə olmuşdur. Baş verən qanun pozuntusu ilə bağlı prokurorluğa müraciət edilmiş, hazırda da məsələnin araşdırılması yönündə işlər gedir. Qeyd edilən nöqsanlarla bağlı iddiaçı işdən çıxaırlıb. İddiaçı iddia ərziəsini qaldırarkən iddia müddətini ötürmüşdür. Çünki iddiaçı 12 yanvar 2024-cü il tarixində işdən azad edilmiş və həmin gün onunla son haqq hesab edilmişdir. Həmin gündən bu günədək 6 təqvim ayı keçmişdir. İşçinin hüququnun pozulduğunu aşkar etdiyi gün həmin gün hesab edilir. Odur ki, iş üzrə müddətin ötürülməsinə üzürlü səbəblər olmadığına görə iddiaçının iddia ərizəsinə iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC-nin 13 iyul 2022-ci il tarixli, 104/22 saylı əmri ilə İddiaçı "xxxx" MMCnin satış şöbəsinin ərazi inkişaf meneceri vəzifəsinə təyin edilmişdir. - "xxxx" MMC-nin 12 yanvar 2024-cü il tarixli, 009/24 saylı əmri ilə "xxxx" MMC-nin satış şöbəsinin ərazi inkişaf meneceri vəzifəsində işləyən İddiaçı ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndində sadalanan hal) əmək funksiyasını pozduğu üçün tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. - "xxxx" MMC-nin Daxili Təftiş şöbəsinin mütəxəssisləri tərəfindən "xxxx" MMC-nin Veysəloğlu şirkətinə qarşıladığı marketinq xərcləri ərazilər üzrə müştərilərə faktiki təqdim olunub-olunmamasına dair xx.xx.2023-cü il tarixdə Bakı şəhərində tərtib edilmiş aktdan görünür ki, yoxlanılan dövrdə razi üzrə 56 ticarət obyektində təftiş aparılmış "xxxx" şirkət tərəfindən qarşılanmış marketinq xərclərinin uçot məlumatlarına əsasən əskik gələn məbləğ 43736,95 manat təşkil edir. - "xxxx" MMC-nin direktoru A.Vahabov tərəfindən "xxxx" MMC-nin ərazi inkişaf meneceri vəzifəsində çalışmış İddiaçı cəmiyyətdə işlədiyi dövr ərzində fəaliyyətinə dair 19 mart 2024-cü il tarixli müstəqil audit hesabatından görünür ki, aparılmış audit yoxlaması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı cəmiyyətdə ərazi inkişaf meneceri vəzifəsində işləyərkən cəmiyyət ilə bağlamış olduğu Əmək müqaviləsinə, imzalamış olduğu X6 X3 və imzalayaraq tanış olduğu ərazi inkişaf menecerinin vəzifə təlimatları haqqında ümumi müddəalar barədə tanış olduğu qeyd olunan sənədlərdəki öhdəliklərinin heç birinə əməl etməmiş və nəticədə cəmiyyətə 39334,29 manat məbləğində ziyan dəymişdir. - Azərbaycan Respublikasının Baş Prokurorluğu Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsi tərəfindən "xxxx" MMC-nin İdarə heyətinin sədrinə xx.xx.2024-cü il tarixdə ünvanlanmış 2-2-174/2-085944/2024 saylı məktubdan görünür ki, "xxxx" MMC-nin inkişaf meneceri İddiaçı qanunsuz hərəkətləri barədə müraciətlə bağlı cinayətin törədilməsini təsdiq edən sənədlər əlavə edilmədiyindən müraciət geri qaytarılmaqla, zəruri sənədlər əlavə edildikdən sonra yenidən Baş Prokurorluğa müraciət etmək hüquqları izah edilmişdir. - xx.xx.2024-cü il tarixli X1 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı qanunsuz əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair xx.xx.2024-cü il tarixdə Şəki 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. İMŞ üçün ərizənin tarixi xx.xx.2024-cü ildir. İMŞ-nin keçirilmə tarixi xx.xx.2024-cü il tarix müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə X1 iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. - İddia müddətinin tətbiqi barədə ərizədən görünür ki, cavabdeh tərəf iş üzrə iddia müddətinin tətbiq edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMCnin 13 iyul 2022-ci il tarixli, 104/22 saylı əmri ilə cəmiyyətin satış şöbəsinin ərazi inkişaf meneceri vəzifəsinə təyin edilmiş, "xxxx" MMC-nin 12 yanvar 2024-cü il tarixli, 009/24 saylı əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndində sadalanan hal) əmək funksiyasını pozduğu üçün tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Əmək kitabçası və digər sənədlər iddiaçıya təqdim edilmişdir. İddiaçı tərəf xx.xx.2024-cü il tarixdə Mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2024-cü il tarixdə X1 iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Bundan 02 (iki) ay 25 (iyirmi beş) gün sonra məhkəmədə “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış müddətə görə əmək haqqının ödənilməsi” tələbi ilə iddia qaldırmışdır Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış müddətə görə əmək haqqının ödənilməsi” tələbi ilə iddia qaldırmışdır və məhkəmə iclasında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişlər. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin 12 yanvar 2024-cü il tarixli, 009/24 saylı əmri ilə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını pozduğu üçün tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı əmək kitabçası və digər sənədləri almış və bundan sonra xx.xx.2024-cü il tarixdə Mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə X1 iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı işə bərpa tələbi ilə 01 aylıq iddia müddətini ötürdükdən sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə (işdən çıxarıldıqdan 05 ay 15 gün, X1 iştirak edilməmə barədə arayış tərtib edildikdən 02 ay 25 gün sonra) müraciət etdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdiyindən, iddia tələbi “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa” hissəsində haqlı olaraq rədd edilmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin “məcburi buraxılmış müddətə görə əmək haqqının ödənilməsi” hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, iddianın məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barəsində hissəsi törəmə hüquq münasibəti olub, işə bərpa barəsində iddia tələbindən aslıdır. Buna görə də məhkəmə hesab edir ki, iddianın işə bərpa barəsində hissəsi rədd edilməli olduğundan, işə bərpa edilməli olmayan iddiaçının iş buraxması məcburi hesab edilə bilməz və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilə bilməz. Odur ki, iddianın məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barəsində hissəsi də rədd edilməlidir. Beləliklə, məhkəmə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış müddətə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in: 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış müddətə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar