Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1076/2024 06.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı reqress qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı reqress qaydasında 2022-ci ilin iyul ayından 2024-cü ilin mart ayına kimi ondan tutulmuş 1608 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" ASC-dən kredit götürmüşdür. Həmin vaxt "xxxx" ASC ilə onun arasında zaminlik müqaviləsi bağlanmış və o, Cavabdeh zamin durmuşdur. Cavabdeh "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, kredit borcunu ödəməkdən yayınmışdır. Bundan sonra, bank tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli 2(060)- 19610/2016 saylı qətnaməsinə əsasən Cavabdeh, X3 və ondan müştərək qaydada cəmi 7311,26 manat və 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən 2022-ci ilin iyul ayından 2024-cü ilin aprel ayına kimi onun təqaüdündən 1608 manat pul tutularaq "xxxx" ASC-yə ödənilmişdir. Hazırda da onun təqaüdündən pul tutulması davam edir. Həmin pulu cavabdehdən tələb etsə də, cavabdeh həmin pulu ona ödəməkdən yayınmışdır. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli 2(060)-19610/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh, İddiaçı və X3 müştərək qaydada 6200,52 manat əsas borc, 1060,74 manat faiz borcu, 50 manat cərimə, cəmi 7311,26 manat və 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş LPO "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh öhdəliklərinin icrasını təmin etmək üçün zamin İddiaçı tərəfindən 2022-ci ilin iyul ayından 2024-cü ilin aprel ayına kimi 1608,17 manat pul LPO "xxxx" ASC-yə ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. İş materiallarından göründüyü kimi Cavabdeh "xxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq "xxxx" ASC-dən kredit götürmüşdür. Həmçinin "xxxx" ASC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh zamin durmuşdur. Cavabdeh "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən bank tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli 2(060)-19610/2016 saylı qətnaməsinə əsasən Cavabdeh, X3 və İddiaçı müştərək qaydada cəmi 7311,26 manat və 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən 2022-ci ilin iyul ayından 2024-cü ilin aprel ayına kimi İddiaçı təqaüdündən 1608 manat pul tutularaq "xxxx" ASC-yə ödənilmişdir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 1608 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh kredit borcuna görə İddiaçı tərəfindən 2022-ci ilin iyul ayından 2024-cü ilin aprel ayına kimi ödənilmiş 1608 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. İş materiallarında olan 83440 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Cavabdeh əlavə olaraq 36 manat 80 qəpik dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh kredit borcuna görə İddiaçı tərəfindən 2022-ci ilin iyul ayından 2024-cü ilin aprel ayına kimi ödənilmiş 1608 (bir min altı yüz səkkiz) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh əlavə olaraq 36 (otuz altı) manat 80 (səksən) qəpik dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-1076/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1076/2024
06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver