Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1097/2024 30.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Ağcabədi regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə qarşı miras payınmüəyyən edilməsi tələbinə dair mülki işə Ağcabədi şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Ağcabədi regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 onun əri olduğunu, X1 mərhum ərinin birinci arvadı olmasını və xx.xx.2009 cu il tarixdə vəfat etdiyini, 24 oktyabr 2012-ci il tarixdə o, X5 ilə rəsmi nikaha girməklə ailə qurduqlarını, birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X8 adlı bir oğlan uşağnın olmasını, əri Akif Xanlarovun 07 yanvar 2020 ci il tarixdə ölməsini, ərinin ölümündən sonra miras qalmış Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsinin 5/1 hissəsini və 5/1 hissəsinin 4/1 hissəsindən istifadə etdiyini, ərinin yas mərasimini onun tərəfindən verildiyini bildirib, mərhum əri X2 miras qalmış JN 211A nömrəli (Kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsinin 5/1 hissəsini və 5/1 hissəsinin 4/1 hissəsindən ibarət miras qalmış əmlakdan onun və azyaşlı oğlu X4 payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, iddianı müdafiə etdiyini, himayəsində azyaşlı uşaq olduğundan məhkəmə iclasına gələ bilməyəcəyini və işə onun iştrakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədn xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini Anar Süleymanov poçt vasitəsilə məhkəməyə məktub göndərərək, mülki işə baş idarənin nümayəndəsinin iştrakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-211A kod 60812038 nömrəli şəhadətnamənin surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarına əsasən X7, X6, Cavabdeh2, X9 və Cavabdeh3 Ağcabədi rayonunun Poladlı kəndi ərazisində 0.12 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı 24 oktyabr 2012-ci il tarixdə rəsmi nikah bağlamışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2013-cü iıl tarixdə anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 07 yanvar 2020-ci il tarixdə birinci biliar serroz xəstəliyindən ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən Sağ qalan arvadın (ərin) birgə mülkiyyətdə paya hüququ sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən mirasda məcburi pay anlayışıvəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququnun əmələ gəldiyi an-məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın həcminin müəyyənləşdirilməsi- məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilərək İddiaçı mərhum əri X2 miras qalmış JN-211A kod 60812038 nömrəli, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağcabədi rayon Poladlı kəndində yerləşən 0.12 hektar torpaq sahəsinin 1/5 hissəsini və 1/5 hissəsinin ¼ hissəsindən ibarət miras qalmış əmlakdan İddiaçı və azyaşlı uşağı X4 payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı mərhum əri X2 miras qalmış JN-211A kod 60812038 nömrəli, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağcabədi rayon Poladlı kəndində yerləşən 0.12 hektar torpaq sahəsinin 1/5 hissəsini və 1/5 hissəsinin ¼ hissəsindən ibarət miras qalmış əmlakdan İddiaçı və azyaşlı uşağı X4 payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №e-2(017)-1097/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1097/2024
30.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver