Məhkəmə qərarları › İş №e-2(017)-1564/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1564/2024

30.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1564/2024 30.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi ilə, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «Ağcabədi Rayon Mərkəzi Xəstəxanası» X2rşı əmrin etibarsız hesab edilməsi və işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaşı İddiaçı cavabdeh «Ağcabədi Rayon Mərkəzi Xəstəxanası» X2rşı onun işdən çıxarılması barədə əmrin ləğv edilməsi, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında əvvəlki vəzifəsinə (tibb bacısı) bərpa olunması, xx.xx.2024-cü il tarixli onun məcbur qalaraq imzaladığı işdən çıxmağına dair ərizəsinin etibarsız hesab edilməsinə və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iddianı müdafiə edərək çıxışında göstərdi ki, İddiaçı 28 fevral 2005-ci il tarixdə Bakı şəhəri 01 saylı tibb məktəbini bitirmiş, xx.xx.2005-ci il tarixdən 2011-ci il tarixə qədər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında tibb qeydiyyatçısı kimi fəaliyyətə başlamışdır. Daha sonra xx.xx.2011-ci il tarixdən etibarən isə həmin xəstəxananın terapiya şöbəsinə böyük tibb bacısı vəzifəsinə təyin edilmişdir. Öz işlərində məsuliyyətli olmuş və hər hansı əmək intizamı pozuntusuna yol verməmişdir. xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə müvafiq dəyişiklik olunaraq terapiya şöbəsinin böyük tibb bacısı vəzifəsindən azad olunmuş və başqa şöbəyə təyin olunmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdən həmin xəstəxananın terapiya şöbəsindən xəsatələrə qulluq edən kiçik tibb bacısı vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz razılığı əsas gətirilərək işdən azad olunmuşdur. Hesab edir ki, onu məcbur olaraq lakin öz razılığı əsasında ifadəsi əsas gətirilərək işdən azad olunmağı tam olaraq əsassızdır. Cavabdeh tərəf əslində işdən azad olunma səbəbini şifahi olaraq onunla əsaslandırmışdır ki, onun diplomu işlədiyi xəstəxanada tutduğu vəzifədə çalışmaq üçün yararlı deyil. Hesab edir ki, əgər təhsil aldığı müəssənin diplomu xəstəxanada tibb bacısı işləmək üçün yararlı deyildirsə və çalışdığı xəstəxanada uyğun vəzifəni icra etmirdisə, o zaman o, 16 il həmin sözü gedən xəstəxanada böyük tibb bacısı vəzifəsində necə çalışmış və bütün bunlar rəsmi şəkildə əmək kitabçasında necə qeydə alınıb. Əmək müqaviləsinə xitam verildiyi günə qədər o, nöqsansız şəkildə işini tam olaraq icra etmiş və xəstələrin rəğbətini qazanmışdır. Hal-hazırda işsiz qalıbdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddiaçının işdən çıxarılması barədə əmrin ləğv edilməsi, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında əvvəlki vəzifəsinə (tibb bacısı) bərpa olunması, xx.xx.2024-cü il tarixli iddiaçının məcbur qalaraq imzaladığı işdən çıxmağına dair ərizəsinin etibarsız hesab edilməsinə və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh “Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının” direktoru Təranə Məmmədova məhkəməyə məktub göndərərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 28 fevral 2005-ci il tarixdə 01 saylı tibb məktəbini bitirmiş, xx.xx.2005-ci il tarixdən 2011-ci il tarixə qədər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında tibb qeydiyyatçısı kimi fəaliyyətə başlamışdır. Daha sonra xx.xx.2011-ci il tarixdən etibarən isə həmin xəstəxananın terapiya şöbəsinə böyük tibb bacısı vəzifəsinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə müvafiq dəyişiklik olunaraq terapiya şöbəsinin böyük tibb bacısı vəzifəsindən azad olunmuş və başqa şöbəyə təyin olunmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdən həmin xəstəxananın terapiya şöbəsindən xəsatələrə qulluq edən kiçik tibb bacısı vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsini “a” bəndinə əsasən öz raziliği əsas gətirilərək işdən azad olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş BB-İİ 052544 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı 1 saylı tibb məktəbinin “mamaçılıq işi” ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 24 aprel 2024-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X1 direktoru Təranə Məmmədovaya ərizə təqdim edərək ailə vəziyyəti ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X4 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli, 18-1-23/3-1-378/2024 saylı əmrinin surətindən görünür ki, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X1 Terapiya şöbəsində xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən 24 aprel 2024-cü il tarixdən xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 12 may 2023-cü il tarixli, 3-28/2-3166/2023 saylı məktubun təsdiqlənmiş surətindən görünür ki, orta ixtisas tibb təhsili haqqında diplomu yoxlanarkən İddiaçı 1 nömrəli Tibb Kollecində təhsil almadığı və ona BB-İİ 052544 nömrəli diplomun verilmədiyi aşkar olunmamış və məsələni araşdırmaq üçün məlumat Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materialları ilə və məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, “Ağcabədi Rayon Mərkəzi” Xəstəxanasında Terapiya şöbəsində xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsində işləyən İddiaçı 24 aprel 2024-cü il tarixdə öz ərizəsinə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən 24 aprel 2024-cü il tarixdən xitam verilmişdir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 12 may 2023-cü il tarixli, 3-28/2- 3166/2023 saylı məktubun təsdiqlənmiş surətindən görünür ki, orta ixtisas tibb təhsili haqqında diplomu yoxlanarkən İddiaçı 1 nömrəli Tibb Kollecində təhsil almadığı və ona BB-İİ 052544 nömrəli diplomun verilmədiyi aşkar olunmamış və məsələnin araşdırmaq üçün məlumat Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 360-cı maddəsində göstərilir ki, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki prosessual qanunveriliciyin öyrənilən normalarının tələbindən göründüyü kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, zəruri sübutları əldə etmək imkanı olmadıqda isə həmin sübutları əldə etmək barədə vəsatətlə məhkəməyə müraciət etməlidir. Belə ki, mülki işin məhkəmə tədqiqi zamanı iddiaçının nümayəndəsi və vəkili yalnız Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X4 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli, 18-1-23/3-1- 378/2024 saylı əmrinin qanunsuz olmasını, iddiaçı tərəfindən işdən çıxarılması barədə verilmiş ərizənin təzyiq altında yazılmasını, diplomun saxta olması barədə araşdırmaların heç bir nəticəsinin olmadığını bildirməklə kifayətlənmişdir. Cavabdeh tərəf isə iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları, həmçinin Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X4 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli, 18-1-23/3-1-378/2024 saylı əmrinin qanuni olduğunu sübuta yetirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qanuni və əsaslı, habelə mahiyyəti üzrə düzgün olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X4 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli, 18-1-23/3-1-378/2024 saylı əmrinin yalnız formal mülahizələrə görə ləğv edilməsinə əsaslar yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia ərizəsi təmin edilməməli, İddiaçı cavabdeh «Ağcabədi Rayon Mərkəzi Xəstəxanası» X2rşı əmək müqaviləsinə xitam verilməsi barədə 24 aprel 2024-cü il tarixli, 18-1-23/3-1-378/2024 saylı əmrin ləğv edilməsi, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı cavabdeh «Ağcabədi Rayon Mərkəzi Xəstəxanası» X2rşı əmək müqaviləsinə xitam verilməsi barədə 24 aprel 2024-cü il tarixli, 18-1-23/3-1-378/2024 saylı əmrin ləğv edilməsi, xx.xx.2024-cü il tarixli onun məcbur qalaraq imzaladığı işdən çıxmağına dair ərizəsinin etibarsız hesab edilməsi, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar