Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-405/2025 13.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 7033,77 manat məbləğində borc, 60 manant məbləğində mediasiya xərci və iddia qaldırılarkən ödənilmiş 41 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 dekabr 2022-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçındə satıcı-kassir vəzifəsinə qəbul edilmişdir. 03 aprel 2023-cü il tarixli, 64 saylı əmrlə Cavabdeh “OBA Market» Məhdud Məsuliyyətli Cəmiyyətində administrator vəzifəsinə keçirilmiş və həmin tarixdə İddiaçı ilə Cavabdeh arasında tam maddi məsuluyyət haqqında müqavilə imzalanmışdır. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 16 oktyabr 2023-cü il və 11 mart 2024-cü il tarixlərində İddiaçı MMCnin OBA Ağcabədi mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. 16 noyabr 2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3581,27 manat, 11 mart 2024-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən isə yekun ziyan məbləği 5177,72 manat təşkil edir. Sözügedən inventarizasiya yoxlamaları şəxsən Cavabdeh iştirakı ilə keçirilmiş, inventarizasiyanın nəticələrinə dair yekun aktlara, üzləşmənin nəticələrinə və iltizamnaməyə imza atmaqla kəsr gələn mallarla vurduğu ziyanıetiraf etmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 7033,77 manat borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 7033,77 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin 25 oktyabr 2024-cü il tarixində mediasiya təklifi göndərilmiş, lakin heç bir barışıq əldə edilməmişdir. Bundan sonra borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınmışdır. Ona görə də 7033,77 manat məbləğində borcun, 60 manant məbləğində mediasiya xərcinin və iddia qaldırılarkən ödənilmiş 41 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 05 dekabr 2022-ci il tarixli əmək müqaviləsindən və 05 dekabr 2022-ci il tarixli 655 saylı əmrin çıxarışından görünür ki, Cavabdeh 05 dekabr 2022-ci il tarixdə İddiaçındə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 03 aprel 2023-cü il tarixli 64 saylı əmrin çıxarışından və 03 aprel 2023-cü il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh İddiaçı Satış şöbəsində 03 aprel 2023-cü il tarixdən “administrator” vəzifəsinə keçirilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 03 aprel 2023-cü il tarixli “X3 haqqında” müqavilədən görünür ki, bu müqavilə öhdəliyində olan mallar üzərində məsuliyyət daşıması ilə əlaqədar Cavabdeh ilə İddiaçı arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 05 aprel 2024-cü il tarixli, 32-x saylı mrin çıxarışından və 05 aprel 2024-cü il tarixli, 32-x saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2024-cü il tarixli müqaviləyə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş İddiaçındə çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə 18 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə təftiş yoxlaması və təhvil-təslim işləinin nəticəsi olaraq xx.xx.2023-cü il tarixdə 3582,09 manat, xx.xx.2024-cü il tarixdə 5177,72 manat çatışmazlıq aşkar edilmiş və Cavabdeh 18 oktyabr 2024-cü il tarixə İddiaçınə ümumi borcu 7033,77 manat təşkil edir Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X3 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci bəndinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 203-cü maddəsinin 2-ci bəndinə əsasən araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X3 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 05 dekabr 2022-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçındə satıcı-kassir vəzifəsinə qəbul edilmişdir. 03 aprel 2023-cü il tarixli, 64 saylı əmrlə Cavabdeh “OBA Market» Məhdud Məsuliyyətli Cəmiyyətində administrator vəzifəsinə keçirilmiş və həmin tarixdə İddiaçı ilə Cavabdeh arasında tam maddi məsuluyyət haqqında müqavilə imzalanmışdır. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 16 oktyabr 2023-cü il və 11 mart 2024-cü il tarixlərində İddiaçı MMCnin OBA Ağcabədi mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. 16 noyabr 2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3581,27 manat, 11 mart 2024-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən isə yekun ziyan məbləği 5177,72 manat təşkil edir. Sözügedən inventarizasiya yoxlamaları şəxsən Cavabdeh iştirakı ilə keçirilmiş, inventarizasiyanın nəticələrinə dair yekun aktlara, üzləşmənin nəticələrinə və iltizamnaməyə imza atmaqla kəsr gələn mallarla vurduğu ziyanıetiraf etmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 7033,77 manat borc qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 7033,77 manat ziyanı tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 7033,77 manat ziyan alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 60 manat mediasiya xərci, 41 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 60 manat mediasiya xərci və 41 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 7033,77 manat ziyan, 60 manat mediasiya xərci və iddia qaldırılarkən ödənilmiş 41 manat dövlət rüsumu, cəmi 7134 (yeddi min bir yüz otuz dörd) manat 77 (yetmiş yeddi) qəpik alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-405/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-405/2025
13.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver