Məhkəmə qərarları › İş №e-2(017)-547/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-547/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-547/2025 14.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ona və onun mərhum əri X2 torpaq almaqla köməklik edəcəyini vəd etməklə 14.000 manat və 3 ha torpaq sahəsinin pulu olan 15.000 manat pulu borc alaraq heç bir iş görməmiş və ödənilmiş pulu geri qaytarmamışdır. Dəfələrlə pulu tələb etməyimə baxmayaraq heç bir ödəniş etməmişdir. Bununla bağlı o, xx.xx.2021-ci il tarixində Ağcabədi RPŞ-nə ərizə ilə müraciət edərək həmkəndlisi Cavabdeh ona 14000 manat pul və 3 ha torpaq sahəsinin pulu olan 15000 manat pul borclu olduğunu, lakin borclu olduğu pulu vermədiyini bildirməklə barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı Cavabdeh ona 29.000 manat pul borclu olduğunu bildirmiş, 15.000 manatı xx.xx.2021-ci il tarixinədək qalan pulu isə hər il 3000 manat olmaqla 10 il müddətinə həmin pulu ödəməyə hazır olduğunu bildirmişdir. Bu barədə hətda öz xətti və imzası ilə qəbz yazıb ona vermişdir. Lakin hal-hazıradək cavabdeh tərəfindən öhdəlik icra edilməmiş və pul qaytarılmamışdır. Ağcabədi RPŞ-də araşdırma zamanı Cavabdeh izahat verərək, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Şənlik kəndində yerləşən özlərinə məxsus fərdi yaşayış evində yaşadığını və fərdi əməklə məşğul olduğunu, X4 tanıdığını, aralarında isə heç vaxt ədavət və ya düşmənçilik olmadığını, onun və mərhum əri Rəsul Nuriyevin 2014-cü il tarixdə Rusiya Federasiyası ərazisində yaşadıqlarını, həmin vaxt onun və mərhum X1 ona şərikli xırdabuynuzlu heyvan alıb saxlamağı təklif etdiklərini, onlarında razılaşdığını, bundan sonra isə onların hissə-hissə ona ümumilikdə 51000 ABŞ dolları pul göndərdiklərini, həmin vaxt isə ABŞ dollarının kursunun 0.78 AZN olduğunu, onun da özünə məxsus yaşadığı Şənlik kəndi ərazisində yerləşən 10.0 ha torpaq sahəsini şərikli yaratdıqları təsərrüfat sahəsinə daxil etdiyni, sonra onların göndərmiş olduqları pula hissə-hissə təxminən 200 baş xırdabuynuzlu heyvanlar və həmin heyvanların otlaması üçün ona məxsus torpaq sahəsi kifayət etmədiyi üçün əlavə olaraq təxminən 20.0 ha torpaq sahəsini 5 il müddətinə icarəyə aldığını, daha sonra isə onun heyvanları özünün saxladığını və əldə olaraq təxminən 50.0 ha torpaq sahəsini 5 il müddətinə icarəyə aldığını, daha sonra isə onun heyvanları özünün saxladığını və əldə edilən gəlirləri isə Rəsul Nuriyevlə bölüşdüyünü, 2018-ci il tarixində isə Rəsul Nuriyevin vəfat etdiyini, bundan sonra onun Rəsul Nuriyevin ferma təsərrüfatının yaradılması üçün göndərmiş olduğu pulu geri tələb etməyə başladığını, bu zaman onun qardaşı Zaur Ağayevlə və Rəsul Nuriyevin qardaşı qardaşı Rəşid Nuriyevlə birlikdə oturub hesablaşdığı və onun mərhum Rəsul Nuriyevin torpaq və heyvanları almaq üçün göndərdiyi 44.600 manat pulu Rəşid Nuriyevə qaytarıb verməsi barədə nəticəyə gəldiklərini, həmin puldan sonra isə 14.0 ha torpaq sahəsi ilə iki hissəyə, yəni cavabdehlə və onun arasında bölünməli olması barədə razılaşdıqlarını, həmin vaxtdan sonra cavabdehin Rəşid Nuriyevə ümumillikdə 30.500 manat pul ödədiyini, lakin onun qalan 14.0 ha torpaq sahəsindən 4.70 ha torpaq sahəsini satdığı üçün və onun maddi imkanının olmadığı üçün 44.600 manat pulun qalan hissəsi olan 14.100 manat pulu ödəyə bilmədiyini, buna görə də həmin torpaqdan və alınan zaman öz adına sənədləşdirdiyi 3.0 ha torpaq sahəsini 15.000 manat pula satdığını, həmin vaxtdan onun İddiaçı və ya Zaur Ağayevi görmədiyini yalniz Zaur Ağayevlə mobil telefonda aralarında mübahisə yarandığını, mübahisə zamanı isə sərxoş olduğu üçün səhvən Zaur Ağayevin ünvanına nalayiq sözlər işlətdiyini. Onun İddiaçı borclu olduğu 14.000 manat pulu və satmış olduğu torpaq sahəsinin 15.000 manat pulunu hər il 3.000 manat olmaqla 10 il müddətə ödəməyə hazır olduğunu etiraf etmişdir. Cavabdehdən borcunu dəfələrlə istəmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. O, məcbur qalaraq Məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Ona görə məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh 29.000 məbləğində borcun, və ödənilmiş 177 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili “Mirzəyev və partnyorlar” Vəkil Bürosunun vəkili Nümayəndə “Elektron məhkəmə” sistemi vasitəsilə məlumat göndərərək Bakı Ağır Cinayətlər Məhkəməsində təyin edilmiş məhkəmə prosesində iştirakı ilə bağlı məhkəmə iclasına gələ bilmiyəcəyini, iddianı müdafiə etdiyini iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavbdeh Cavabdeh iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Şənlik kəndində yerləşən özlərinə məxsus fərdi yaşayış evində yaşayır və fərdi əməklə məşğuldur. X4 tanıyır və aralarında heç vaxt ədavət və ya düşmənçilik olmayıbdır. Nüşabə və mərhum əri Rəsul Nuriyev 2014-cü il tarixdə Rusiya Federasiyası ərazisində yaşayırdılar. Həmin vaxt Nüşabə və mərhum X3 ona şərikli xırdabuynuzlu heyvan alıb saxlamağı təklif etmişlər və o da razılaşmışdır. Bundan sonra isə hissə-hissə ona ümumilikdə 51000 ABŞ dolları pul göndərilmiş, həmin vaxt isə ABŞ dollarının kursunun 0.78 AZN idi. O da Şənlik kəndi ərazisində yerləşən özünə məxsus 10.0 ha torpaq sahəsini şərikli yaratdıqları təsərrüfat sahəsinə daxil etdiyni, sonra onların göndərmiş olduqları pula hissəhissə təxminən 200 baş xırdabuynuzlu heyvanlar və həmin heyvanların otlaması üçün ona məxsus torpaq sahəsi kifayət etmədiyi üçün əlavə olaraq təxminən 20.0 ha torpaq sahəsini 5 il müddətinə icarəyə almışdır. Heyvanları özü saxlamış və əldə olan təxminən 50.0 ha torpaq sahəsini 5 il müddətinə icarəyə almış və əldə edilən gəlirləri isə Rəsul Nuriyevlə bölmüşdür. 2018-ci il tarixdə isə Rəsul Nuriyevin vəfat etmiş, bundan sonra X6 ferma təsərrüfatının yaradılması üçün göndərmiş olduğu pulu geri tələb etmiş, bu zaman o, Nüşabənin qardaşı Zaur Ağayevlə və Rəsul Nuriyevin qardaşı qardaşı Rəşid Nuriyevlə birlikdə oturub hesablaşmış və onun mərhum Rəsul Nuriyevin torpaq və heyvanları almaq üçün göndərdiyi 44.600 manat pulu Rəşid Nuriyevə qaytarıb verməsi barədə nəticəyə gəlmişlər. Həmin puldan sonra isə 14.0 ha torpaq sahəsi ilə iki hissəyə, yəni cavabdehlə və onun arasında bölünməli olması barədə razılaşmış, həmin vaxtdan sonra o, Rəşid Nuriyevə ümumillikdə 30.500 manat pul ödəmişdir. Nüşabiyə 29000 manat borca görə iki dəfənə ümumilikdə 3000 manat pul vermiş, qalan borcu torpaqdan istifadə edərək hissə-hissə tam ödəyəcəkdir. Lakin ondan torpağı aldıqları üçün qalan borcu ödəyə bilməmişdir. Odur ki göstərdiklərini nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş 10 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh izahat verərək iddiaçıya borcunun olduğunu və hissə-hissə qayataracağını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, cavabdeh öz xətti və öz imzası ilə qəbz yazaraq iddiaçıya borclu olduğu 29000 manat pulun 15000 manatını 09 Avqust 2021-ci il tarixədək, qalan puluisə hər il 3000 manat olmaqla 10 il müddətə ödəyəcəyini söz vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 177 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı ümumilikdə 29000 manat məbləğində borcu olmuş, həmin borcdan cavabdeh tərəfindən iki dəfənə ümumilikdə 3000 manat ödəniş olunmuşdur. Qalan 26000 manat borc cavabdeh tərəfindən hazırkı vaxtadək ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 168 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı 29000 manat borcu olmuş, həmin borcdan cavabdeh tərəfindən ümumilikdə 3000 manat qaytarılmış, lakin qalan 26000 manat puldan cavabdeh tərəfindən iddiaçıya heç bir məbləğdə ödəniş olunmamışdır. Ona görə iddia qismən təmin olunaraq cavabdehdən 26000 manat məbləğdə pul tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 26000 (iyirmi altı min) manat məbləğində borc pul və ödənilmiş 168 (yüz altmış səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar