Məhkəmə qərarları › İş №e-2(017)-558/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-558/2024

06.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-558/2024 06.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Ağcabədi regional Asan Xidmətində Notariat Ofisinə, X6, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlak üzərində payların müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı vəkili və nümayəndəsi Nümayəndə cavabdehlər Ağcabədi regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı İddiaçı mərhum əri X1 miras qalmış “VAZ 21074 minik” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində 1/6 hissədə payların müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmə hazırlıq iclası zamanı İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X1 miras qalmış “VAZ 21074 minik” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə X3, 1/6 hissəsinə Cavabdeh1, 1/6 hissəsinə Cavabdeh5, 1/6 hissəsinə Cavabdeh2 və 1/6 hissəsinə Cavabdeh3 payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə mərhum əri X5 ilə faktiki nikaha girməklə ailə qurmuş və 21 noyabr 2022-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. İddiaçı ilə mərhum əri X2 birgə nikahlarından 23 dekabr 2022-ci il tarixdə X7 adlı uşaqları doğulmuşdur. X5 03 oktyabr 2023-cü il tarixdə vəfat etmiş və ondan “VAZ 21074 minik” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. İddiaçı miras qalmış əmlaka dair vərəsəlik haqqında şəhadətnamə alınması üçün Ağcabədi regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin iddiaçıya vərəsələr arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 və həmçinin azyaşlı X7 mərhum X2 1-ci növbə vərəsələridirlər. Ona görə də göstərilənlərini nəzərə alaraq X1 miras qalmış “VAZ 21074 minik” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə X3, 1/6 hissəsinə Cavabdeh1, 1/6 hissəsinə Cavabdeh5, 1/6 hissəsinə Cavabdeh2 və 1/6 hissəsinə Cavabdeh3 payının müəyyən edilməsi barəədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəməyə mktub ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında elan edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı 21 noyabr 2022-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 23 dekabr 2022-ci il tarixdə doğulmuş və onun atası X5, anası İddiaçıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21074 minik” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin 22 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, X1 miras qalmış əmlakın bölüşdürülməsi zamanı vərəsələr arasında mübahisə olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 03 oktyabr 2023-cü il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 05 aprel 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı, X7, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 03 oktyabr 2023-cü il tarixdə vəfat etmiş X2 vərəsələridirlər. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisə edilməyən hallarından görünür ki, miras qoyan X5 03 oktyabr 2023-cü il tarixdə vəfat etmiş, X2 miras əmlakı “VAZ 21074 minik” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət olmuşdur. Miras qoyan X2 birinci növbədə vərəsələri İddiaçı, X7, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3dır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsində görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə görə məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair» 22 aprel 2014-cü il Qərarında Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, 03 oktyabr 2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış “VAZ 21074 minik” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə X3, 1/6 hissəsinə Cavabdeh1, 1/6 hissəsinə Cavabdeh5, 1/6 hissəsinə Cavabdeh2 və 1/6 hissəsinə Cavabdeh3 payı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. 03 oktyabr 2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış “VAZ 21074 minik” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə X3, 1/6 hissəsinə Cavabdeh1, 1/6 hissəsinə Cavabdeh5, 1/6 hissəsinə Cavabdeh2 və 1/6 hissəsinə Cavabdeh3 payı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar