Məhkəmə qərarları › İş №e-2(017)-791/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-791/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-791/2025 24.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1800 manat məbləğində dəymiş zərərin, həmçinin ödənilmiş 38 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə etdi və izahatında göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 05/04252 nömrəli “Operativ lizinq” müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayn onun istifadəsinə verilmişdir. Müqavilə əsasında Cavabdeh istifadəsinə verilmiş SR-2045 markalı taxılyığan kombayn bölməyə təhvil verilərkən baxış keçirilmiş və nəticədə texnikaya 1800 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Həmin taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. SR-2045 markalı taxılyığan kombaynın bərpası üçün 1800 manat dəymiş maddi ziyan hesablanmışdır. Ona görə də 1 ədəd SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1800 manat məbləğində dəymiş maddi ziyanın, həmçinin ödənilmiş 38 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, onunla İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 05/04252 nömrəli “Operativ lizinq” müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayn onun istifadəsinə verilmişdir. Müqavilə əsasında istifadəsinə verilmiş SR-2045 markalı taxılyığan kombayn bölməyə təhvil verilərkən baxış keçirilmiş və nəticədə texnikaya zərər dəydiyi müəyyən edilmişdir. Dəymiş zərərlə bağlı mütəxəssis rəyi alınmış, zərərin məbləği 590 manat müəyyən edilmişdir. Mütəxəssis rəyi ilə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 05/04252 nömrəli “Operativ lizinq” müqaviləsinin və digər sənədlərin surətindən görünür ki, «Aqroservis” ASC-yə məxsus 1 ədəd SR-2045 markalı taxılyığan kombayn xx.xx.2024-cü il tarixli, 05/04252 nömrəli “Operativ lizinq” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli texnika rayon bölməsinə qaytarılarkın tərtib edilmiş aktın surətindən görünür ki, 1 ədəd SR-2045 markalı taxılyığan kombayn 30.102024-cü il tarixdə iddiaçının nümayəndəsi tərəfindən təhvil alınmışdır. Təhvil alınarkən mühərrik nasaz vəziyyətdə olmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qüsur aktının surətindən görünür ki, 1 ədəd SR-2045 markalı taxılyığan kombayna baxış keçirilmiş, baxış zamanı mühərrikin qazpaylayıcı valında yaranmış nasazlığa görə mühərriki işə salan zaman mühərrikin işəsalma sistemi pozulur, mühərriki işə salmaq olmur. Yoxlama zamanı qazpaylayıcı valda və aralıq şestrnasında olan ftulkalar yararsız hala düşmüşdür. Həmin nasazlıqları öz şəxsi vəsaiti hesabına təmir edib işlək vəziyyətə gətirəcəyinə Cavabdeh öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş taxılyığan kombaynın saz vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixli, 05/04252 nömrəli “Operativ lizinq” müqaviləsinə əsasən müvəqqəti olaraq Cavabdeh istifadəsinə verilmiş SR-2045 markalı taxılyığan kombaynın saz vəziyyətə gətirilməsi üçün -mühərrikin qazpaylayıcı valı 1650 manat, işçilik haqqı 150 manat olmaqla cəmi 1800 manat hesablanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 38 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli LP-082/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, SR-2045 markalı taxılyığan kombaynın qazpaylayıcı valının ftulkalar və rezin üzüyünün hazırkı orta bazar qiyməti 440 manat, həmçinin düzəldilməsi üçün lazım olan usta haqqı (işçi haqqı) 150 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli LP-082/2025 nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. xx.xx.2024-cü il tarixli zərər aktı ilə xx.xx.2025-ci il tarixli LP-082/2025 nömrəli mütəxəssis rəyini müqayisəli şəkildə tədqiq edib məhkəmə hesab edir ki, mütəxəssis rəyi xüsusi biliyə və iş stajına malik mütəxəssis (ekspert) tərəfindən verildiyindən, daha mötəbər və əsaslı faktlara əsaslandığından həmin mütəxəssis rəyi mötəbər sübut kimi qiymətləndirilərək qəbul edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, «Aqroservis” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 05/04252 nömrəli “Operativ lizinq” müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayn Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş «Aqroservis” ASC-nin mülkiyyətində olan 1 ədəd SR-2045 markalı taxılyığan kombayn xx.xx.2024-cü il tarixdə iddiaçıya geri qaytarılmışdır. SR-2045 markalı taxılyığan kombayna baxış keçirilmiş, baxış zamanı qazpaylayıcı valda və aralıq şestrnasında olan ftulkalar yararsız hala düşməsi açkar olunmuş, həmin nasazlıqları öz şəxsi vəsaiti hesabına təmir edib işlək vəziyyətə gətirəcəyinə Cavabdeh öhdəsinə götürmüşdür. SR-2045 markalı taxılyığan kombaynın qazpaylayıcı valının ftulkalar və rezin üzüyünün hazırkı orta bazar qiyməti 440 manat, həmçinin düzəldilməsi üçün lazım olan usta haqqı (işçi haqqı) 150 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1). Zərər vurulmalıdır. 2). Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3).Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh kombaynın bərpası üçün 590 manat, həmçinin ödənilmiş 38 manat dövlət rüsumu alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh 300 manat məbləğində mütəxəssis xərci alınaraq, "xxxx" MMC, VÖEN **********, Bank: "xxxx" ASC Yasamal filialı, KOD 512565, VÖEN ********** (bankın VÖEN-i), H/H AZ30AZRT********************, Müxbir hesab AZ02NABZ********************, SWİFT AZRT AZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 590 manat məbləğində dəymiş maddi zərərin və ödənilmiş 38 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh 300 manat məbləğində mütəxəssis xərci alınaraq, "xxxx" MMC, VÖEN **********, Bank: "xxxx" ASC Yasamal filialı, KOD 512565, VÖEN ********** (bankın VÖENi), H/H AZ30AZRT********************, Müxbir hesab AZ02NABZ********************, SWİFT AZRT AZ 22 nömrəli hesaba köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar