Məhkəmə qərarları › İş №e-2(017)-927/2024

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(017)-927/2024

24.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № e-2(017)-927/2024 24.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı2, İddiaçı1 Nuşiravən qızının nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 Nuşiravən qızı və İddiaçı2 cavabdehlər Ağcabədi Regional «Asan Xidmət» mərkəzində Notariat Ofisi və Cavabdeh2 qarşı miras əmlak üzərində payların müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki işə Ağcabədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1 Nuşiravən qızı və İddiaçı2 cavabdehlər Ağcabədi Regional «Asan Xidmət» mərkəzində Notariat Ofisi və Cavabdeh2 qarşı miras əmlak üzərində payların müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı2 və İddiaçı1 Nuşiravən qızının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək iddia ərisəsinin baxılmadan onalara qaytarılmasını xahiş etmişlər. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 Nuşiravən qızı və İddiaçı2 cavabdehlər Ağcabədi Regional «Asan Xidmət» mərkəzində Notariat Ofisi və Cavabdeh2 qarşı miras əmlak üzərində payların müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçılara qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı1 Nuşiravən qızı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıa qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263, 264, 266-267-ci maddələrini rəhbər turaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 Nuşiravən qızı və İddiaçı2 cavabdehlər Ağcabədi Regional «Asan Xidmət» mərkəzində Notariat Ofisi və Cavabdeh2 qarşı miras əmlak üzərində payların müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı1 Nuşiravən qızına qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar