Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1006/2024 27.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyətə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Cavabdeh 3832 (üç min səkkiz yüz otuz iki) manat əsas borc məbləği, 60 (altmış) manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ və 300 (üç yüz) manat hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən haqq, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 02 (iki) manat, cəmi 4194 (dörd min yüz doxsan dörd) manatın tutularaq İddiaçı Qapalı Səhmdar cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “İddiaçı QSC-nin nümayəndəsi Vəkil məhkəməyə elektron ərizə ünvanlayaraq, iddia tələbini müdafiə etdiklərini, iştirakları olmadan məhkəmə iclasının keçirilməsi və yekun məhkəmə aktının çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı) ilə, Cavabdeh (bundan sonra cavabdeh) arasında 14 iyul 2023-cü il tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Müqavilədə cavabdehin əsas iş yeri İddiaçı QSC, vəzifə olaraq isə satıcı qismində fəaliyyət göstərəcəyi qeyd edilmişdir. Cavabdeh İddiaçı QSC-nin satış şöbəsində çalışdığı zaman ona, 4478 manat pul məbləği dəyərində lotoreya biletləri təhvil verilmişdir. Təhvildən bir müddət sonra cavabdeh tərəfindən ona təhvil verilmiş biletlərin bir qisminin mənimsənildiyi müəyyən olunmuşdur. Belə ki, tərəflər asında imzalanmış 15 aprel 2024-cü il tarixli üzləşmə aktına əsasən Cavabdeh təhvil verilən biletlərin sayımı zamanı, cavabdehin hesabında 4478 manat çatışmazlıq aşkar edilmişdir. Bununla da işçi əmək funksiyasını yerinə yetirən zaman qanun pozuntusuna yol vermiş, İntegral Express QSC-nə 4478 manat əyərində maddi ziyan vurmuşdur. Maddi ziyandan ümumilikdə 646 manat ödənilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı QSC-nə vurduğu maddi ziyanın məbləği 3832 manat təşkil edir. Nəticədə işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənə 3832 manat məbləğində maddi ziyan vurulmuşdur. Beləliklə, Cavabdeh İddiaçı QSC qarşısında öhdəliyi aşağıdakı məbləğdə müəyyən edilir: 19 iyul 2024-cü il tarixli maliyyə arayışına əsasən əsas borc məbləği–3832 manat, ilkin mediasiya sessiyası üzrə xərclər–60 manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq–300 manat, ödənilmiş dövlət rüsumu əvəzi olaraq–2 manat Cəmi: 4194 manat. Cavabdeh 3832 manat əsas borc məbləği, 60 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ və 300 manat hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən haqq, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2 manat, cəmi 4194 manatın tutularaq İddiaçı Qapalı Səhmdar cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, üzləşmə aktından görünür ki, İddiaçı QSC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı QSC-nin əməkdaşı Cavabdeh təhvil verilmiş malların sayımı nəticəsində 4478 (dörd min dörd yüz yetmiş səkkiz) manat çatışmazlıq aşkar edilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilədən görünür ki, işçi Cavabdeh ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti və digər öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan “X3 iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli, MŞL-00862 saylı arayışdan görünür ki, İddiaçı QSC-nin nümayəndəsi Vəkil mediasiya prosesində iştirak etsə də, Cavabdeh iştirak etməmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli malların təhvil-təslim aktından görünür ki, Cavabdeh 870 (səkkiz yüz yetmiş) manat və 2130 (iki min yüz otuz) manat məbləğində mal təhvil verilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən vurulmuş maddi ziyan məbləğindən xx.xx.2024-cü ildə 646 (altı yüz qırx altı) manat məbləğində ödəniş edildikdən sonra xx.xx.2024-cü il tarixinə qalıq borcu 3832 (üç min səkkiz yüz otuz iki) manat təşkil edir. İş materialına əlavə edilmiş xx.xx.2023-cü il tarixli etibarnamə sənədindən görünür ki, həmin etibarnamədə nəzərdə tutulan hüquqların həyata keçirilməsi Vəkil etibar edilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli vəkil orderindən görünür ki, Vəkil əmək mübahisəsi üzrə İddiaçı QSC-nə hüquqi yardım göstərir. İş materialında olan AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2002-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən iddia ərizəsinə görə 02 (iki) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş məlumatından görünür ki, İddiaçı QSC tərəfindən X3 iştirak üçün 60 (altmış) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş məlumatından görünür ki, İddiaçı QSC tərəfindən “Sirius” vəkil bürosuna hüquqi yardım üçün 300 (üç yüz) manat rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 02 (iki) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri və cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3832 (üç min səkkiz yüz otuz iki) manat əsas borc, 60 (altmış) manat mediasiya xərci, 300 (üç yüz) manat hüquqi yardıma görə ödənilən xərc və dövlət rüsumu üçün ödənilmiş 02 (iki) manat məbləğində pul vəsaiti alınıb İddiaçı QSC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 3832 (üç min səkkiz yüz otuz iki) manat əsas borc, 60 (altmış) manat mediasiya xərci, 300 (üç yüz) manat hüquqi yardıma görə ödənilən xərc və dövlət rüsumu üçün ödənilmiş 02 (iki) manat məbləğində pul vəsaiti alınıb İddiaçı QSC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1006/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1006/2024
27.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver