Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1106/2025 15.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətin 1 Saylı X4 Mərkəzinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətin 1 Saylı X4 Mərkəzinin Cavabdeh qarşı «özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılaraq təhvil verilməsi tələbinə dair iddiaları üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətin 1 Saylı X4 Mərkəzinin Cavabdeh qarşı «mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonunun Astara rayonu Marzasəy kənd sakini Cavabdeh Əsxənəkəran meşəbəyliyinin 6 saylı meşə dolayının 13-ci kvartalının 15-ci bölməsində özbaşına tutduğu (zəbt etdiyi) 0.20 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və ərazinin poşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 1 saylı X4 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətin 1 Saylı X4 Mərkəzinin nümayəndəsi X5 iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətin 1 Saylı X4 Mərkəzi iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1 saylı X4 Mərkəzinin əməkdaşları tərəfindən Əsxənkəran meşəbəyliyinin 6 saylı meşə dolayının 13-ci kvartalının 15-ci bölməsində aparılan araşdırma zamanı Astara rayonu, Marzasay kənd sakini Cavabdeh tərəfindən 0.20 ha torpaq sahəsinin zəbt olunması, təbii yeniyetmə və çücərtilərin məhv olunması və 5 (beş) ədəd yemişan kolunun kəsilməsi faktı aşkar edilmişdir. Nəticədə Dövlət meşə fonduna 59 (əlli doqquz) manat ziyan vurulması müəyyən edilmişdir. Aşkar edilmiş faktlar barədə xx.xx.2025- ci il tarixli 004867 akt tərtib edilmişdir. Dövlət meşə fonduna dəymiş ziyan Cavabdeh tərəfindən 07 aprel 2025-ci il tarixində Mərkəzin hesabına ödənilmişdir. Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün ərazinin könüllü boşaldılaraq təhvil verilməsi barədə ünvanına 19 mart 2025-ci il tarixli 3-14- 27-4/2-101/2025 nömrəli məktubun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. Astara rayonunun Astara rayonu Marzasəy kənd sakini Cavabdeh Əsxənəkəran meşəbəyliyinin 6 saylı meşə dolayının 13-ci kvartalının 15-ci bölməsində özbaşına tutduğu (zəbt etdiyi) 0.20 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və ərazinin poşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 1 saylı X4 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, torpaq sahəsini çoxdan zəbt edib və həmin torpaq sahəsinə sənədi yoxdur. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi X3 və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialına əlavə edilmiş xx.xx.2025- ci il tarixli 004867 aktın surətindən görünür ki, 1 saylı X4 Mərkəzinin əməkdaşları tərəfindən Əsxənkəran meşəbəyliyinin 6 saylı meşə dolayının 13-ci kvartalının 15-ci bölməsində aparılan araşdırma zamanı Astara rayonu, Marzasay kənd sakini Cavabdeh tərəfindən 0.20 ha torpaq sahəsinin zəbt olunması, təbii yeniyetmə və çücərtilərin məhv olunması və 5 (beş) ədəd yemişan kolunun kəsilməsi faktı aşkar edilmişdir. Nəticədə Dövlət meşə fonduna 59 (əlli doqquz) manat ziyan vurulması müəyyən edilmişdir. İşə əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1975-ci ildə anadan olmuşdur. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, cavabdeh Əhmədov X2 meşəbəliyin 6 saylı dolayının 13-cü kvadratının 15-ci bölməsində 0,20 ha meşə fondu torpaq sahəsini qanunsuz zəbt edərək, torpaq sahəsindən istifadə edir. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə 50 (əlli) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Əsxənkəran meşəbəliyin 6 saylı dolayının 13-cü kvadratının 15-ci bölməsində zəbt etdiyi 0,20 ha meşə fondu torpaq sahəsindən istifadə etmək qadağan edilməli və Cavabdeh tərəfindən zəbt edilmiş Əsxənkəran meşəbəliyin 6 saylı dolayının 13-cü kvadratının 15-ci bölməsində yerləşən 0,20 ha meşə fondu torpaq sahəsi əvvəlki vəziyyətə gətirilərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətin 1 Saylı X4 Mərkəzinə təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh Əsxənkəran meşəbəliyin 6 saylı dolayının 13-cü kvadratının 15-ci bölməsində zəbt etdiyi 0,20 ha meşə fondu torpaq sahəsindən istifadə etmək qadağan edilsin və Cavabdeh tərəfindən zəbt edilmiş Əsxənkəran meşəbəliyin 6 saylı dolayının 13-cü kvadratının 15-ci bölməsində yerləşən 0,20 ha meşə fondu torpaq sahəsi əvvəlki vəziyyətə gətirilərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətin 1 Saylı X4 Mərkəzinə təhvil verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. . Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1106/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1106/2025
15.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver