Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1132/2024 28.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər T.Rüstəmov adına Astara rayon Miki kənd ümumi orta məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh1nə qarşı «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi,işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi» tələblərə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər T.Rüstəmov adına Astara rayon Miki kənd ümumi orta məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh1nə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, T.Rüstəmov adına Astara rayon Miki kənd ümumi orta məktəbinin direktoru Namik Əliyev tərəfindən onun barəsində çıxarılmış AR ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 70 nömrəli əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş müddətinə görə aylıq hesablanmaqla işə bərpa olunan günədək aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək iddiasının tam tamin edilməsi barədə məhkəmədən qətnamə çıxarmasını xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx xxxxxx 1986-cı il tarixdə Astara rayonunda anadan olmuş və hal-hazırda Astara rayonunun Miki kəndində qeydiyyatda olmaqla yaşayır. Miki kənd ümumi orta məktəbinin 15 sentyabr 2006-cı il tarixli 89 nömrəli əmri ilə həmin məktəbə ibtidai sinif müəllimi təyin edilməklə qəbul olunmuşdur. 27 iyun 2024-cü il tarixə kimi həmin məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləmişdir. Təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 2023-cü il tarixdə keçirilən sertifikasiyada iştirak etsəmdə X5 Təhsil idarəsinin təşkil etdiyi kompüter vasitəsilə imtahan keçirilən zaman komputerdə nasazlıq yarandığından bir neçə digər imtahan iştirakçısı kimi o da imtahan suallarını kompüterdə qeyd edə bilməmiş və nəticədə imtahan kompüter nasazlığı səbəbindən yarımçıq dayandırılmışdır. Lakin nəticələr elan olunarkən qeyri məqbul nəticə qeydə alınmış və texniki səbələr nəzərə alınmamışdır. Lakin həmin vaxt istər məktəbin direktoru, istərsə də imtahanı təşkil edən Cavabdeh1 kamputerlərdə yaranmış nasazlıq səbəbindən imtahanın yarımçıq dayandırılmasına heç bir münasibət bildirməmiş və nəticələr qeyri məqbul olaraq qeydə alınmışdır. Həmin vaxt bu barədə həm direktora həm də imtahan təşkilatçısı olan X5 Təhsil idarəsinə etirazlarını bildirməklə imtahanın yenidən təşkil edilməsini və kompüterlərdə yaranmış nasazlıqların aradan qaldırılmasını tələb etsələr də növbəti ildə təkrar sertifikasiyanın keçiriləcəyi şanslarının olduğunu bildirməklə yenidən imtahanın təşkil edilməsi mümkün olmamışdır. xx.xx.2024-cü il tarixdə keçirilən təkrar sertifikasiya zamanı isə səhhətilə əlaqədar olaraq imtahanda iştirak edən zaman cavabdehlərdən ona köməkçi təyin edilməsini tələb etmiş, imtahan günü imtahan zalında olan zaman əllə hesablanan məsələlərin kağız daşıyıcıda həll edib cavablarını yazmaqdan ötrü qəlmi əldə tutub hesablama işinin həyata keçirilməsi zərurəti yaranmış və həmin vaxt onun sağ əli əməliyyat olunduğundan əl barmaqları işləmədiyindən qələmi əlində tutub məsələləri həll edib cavab varyantını kompüterdə qeyd edə bilməmişdir. Həmin vaxt həm de cavabdehlərə bu barədə dəfələrlə müraciət etsə də heç bir müsbət nəticə əldə edilməmiş və qanunvericiliklə ona köməkçi təyin edilməli olduğu halda qərəzli olaraq bunu etməmiş və nəticədə hesablanma aparılmasına ehtiyac olmayan suallar sol əlindən istifadə etməklə kompüterin vasitəsilə elektron cavab kartında qeyd edilmiş digər suallar isə hesablama aparılması zəruriliyindən və onun da sağ əli əməliyyat nəticəsində iflic olmaqla işləmədiyindən cavablandırmaq mümükün olmamışdır. Sağ əli 25 may 2024-cü il tarixdə şəxsi təsərrüfatında işləyərkən əlin içəri tərəfindən biləkdən sinirlərin və şah damarının kəsilməsi ilə nəticələnən xəsarət almış və təcili Tibbi yardımla Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdır. Orada əməliyyat olunmuş və damarlar tikilsə öz fəaliyyətini bərpa etməmiş və müalicəsi hazırda da davam edir. Bununla bağlı olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən ona 18- 3-1718/2024 saylı 11 iyun 2024-cü il tarixli arayış da verilmiş və həmin arayış cavabdehlərə tərəfindən təqdim edilmişdir. Lakin buna baxmayaraq cavabdehlər həmin üzürlü səbəbləri nəzərə almadan qərəzli olaraq onun sərbəs şəkildə imatah verməyinə sünu surətdə maneə yaratmaqla (köməkçi etməməklə) imtahanda zəif nəticə göstərməyinə səbəb olmuşlar. bundan sonra 27 iyun 2024-cü il tarixli 70 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ”c” bəndi ilə işdən azad olunması barədə əmr imzalanmışdır. .2024cü il tarixdə o, sözügedən əmrdən xəbərdar olub elə həmin tarixdə də əmrin surətini almışdır və xx.xx.2024-cü il tarixdə mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 21.6-cı maddəsinə əsasən mediasiya prosesinin tətbiqi barədə yazılı formada tərəfə bu Qanunun 22-ci maddəsində göstərilən məlumatları əks etdirən təklifini göndərmişdir. xx.xx.2024-cü il tarixdə isə İlkin mediasiya sessiyası üçün ərizəsini Mediasiya Təşkilatına göndərmişdir. Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə mediasiya sessiyasında iştirak edilməsi barədə bildirişi xx.xx.2024-cü il tarixdə də ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışı almışdır Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən onun əmək hüquqlarının pozulması ilə bağlı onlara müraciətinə cavab olaraq şifahi olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmri ilə razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ qeyd olunmuşdur. Odur ki, sözügedən iddia ərizəsi ilə məhkəməyə müraciət edir. AR ƏM-nin 9-cu maddəsinin q bəndi işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququnu təsbit edir. Sözügedən hüququndan istifadə edərək T.Rüstəmov adına Astara rayon Miki kənd ümumi orta məktəbinin direktoru Namik Əliyev tərəfindən barəsində çıxarılmış AR ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 70 nömrəli əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının alınması tələbi ilə məhkəməyə müraciət edir. Müxtəlif vaxtlarda üzrlü səbəblərdən sağ əlinin əməliyyat olunması və imtahan keçirilən vaxt ifcil olmasına baxmayaraq cavabdehlər onlardan ona köməkçi təyin edilməli olduğu halda bunu etmədən imtahanın nəticələrinin süni surətdə aşağı salmışlar. T.Rüstəmov adına Astara rayon Miki kənd ümumi orta məktəbinin direktoru Namik Əliyev tərəfindən onun barəsində çıxarılmış AR ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 70 nömrəli əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş müddətinə görə aylıq hesablanmaqla işə bərpa olunan günədək aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh T.Rüstəmov adına Astara rayon Miki kənd ümumi orta məktəbinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, T.Rüstəmov adına Astara rayon Miki kənd ümumi orta məktəbinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh T.Rüstəmov adına Astara rayon Miki kənd ümumi orta məktəbinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən zaman cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh1 nümayəndəsi X3 bildirdi ki, Astara rayonu T. Rüstəmov adına Miki kənd Ümumi orta məktəbin ibtidai sinif müəllimi İddiaçı iki dəfə sertifikatlaşma imtahanında iştirak etmiş lakin müvəffəqiyyət əldə etməmişdir. Sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir. Qeyd edilən müddəa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında qərarı, həmçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinin tələblərindən irəli gəlir. Odur ki, iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə İddiaçı, iştirak edən zaman cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh1 nümayəndəsi X1 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialına əlavə edilmiş məktəbin direktor əvəzi Namiq Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 70 nömrəli “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrdən çıxarış sənədinin surətindən görünür ki, Azərbayan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət Ümumi Təhsil müəssisəsələrində (ümumi orta təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndini rəhbər tutular, Təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşə yararlılığının yoxlanması məqsədilə 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma “Dövlət ümumi təhsil müəssisəsələrində (ümumi orta təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Astara rayonu T. Rüstəmov adına Miki kənd Ümumi orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir. İş materialına əlavə edilmiş direktor səlahiyyətlərini icra edən Namiq Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 70 nömrəli “əmək müqaviləsinin xitam verilməsi barədə” əmrin surətindən görünür ki, Astara rayon Miki kənd tam orta məktəb bölməsində “ibtidai sinif müəllimi” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70.”c”-peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” maddəsinə əsasən xx.xx.2024-tarixdən xitam verilmiş, işçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 44.03 məzuniyyət gününün haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞL-01098 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş lakin, Astara rayonu T.Rüstəmov adına Miki kənd ümumi orta məktəbi X7 və Cavabdeh1- X4 iştirak etməmişlər. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamə sənədindən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh1 inzibati təşkilat sektorunun baş məsləhətçisi, dövlət qulluğu müşaviri X2 etibarnamədə göstərilən səlahiyyətlərin həyata keçirilməsi həvalə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V hissəsinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında qərarının 5.4-cü bəndinə əsasən, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında qərarının 1.2-ci bəndinə əsasən, Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Həmin qərarın 1.4-cü bəndində qeyd olunur ki, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində, azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmadan keçmirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında qərarının 3.13-cü bəndinə əsasən, əlilliyi olan şəxslərin sertifikatlaşdırmanın test mərhələsində iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır. Həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 60 dəqiqə artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə görə, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmçinin həmin maddənin qeyd hissəsində qeyd olunur ki, həmin maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Məhkəmə qeyd edilənləri nəzərə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarında qeyd edilən, sertifikatlaşma imtahanlarından keçməyən və sertifikatlaşdırmanın test mərhələsində iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılan şəxslərin siyahına daxil deyil, həmçinin qeyd edilən sertifikatlaşma imtahanlarında müvəffəqiyyət əldə etmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər T.Rüstəmov adına Astara rayon Miki kənd ümumi orta məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh1nə qarşı «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi,işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi» tələblərə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1132/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1132/2024
28.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver