Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1442/2025 15.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2da qarşı kredit müqaviləsi üzrə yaranmış borc tələbinə dair kiçik iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə, xx.xx.2022-ci tarixli BPM**********94 saylı krediti müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə cavabdehlərin Banka 3926 (üç min doqquz yüz iyirmi altı) manat 81 ( səksən bir) qəpik əsas, 826 (səkkiz yüz iyirmi altı) manat 81(səksən bir) qəpik faiz borcu olmaqla, cəmi 4753 (dörd min yeddi yüz əlli üç) manat 26 (iyirmi altı) qəpik tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 67 (altmış yeddi) manat 54 (əlli dörd) qəpik dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində göstərmişdi ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********94 saylı Kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 59 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə Bank iləCavabdeh2arasında xx.xx.2022-ci il tarixli BPM**********94 nömrəli zaminlik müqaviləsi bağlamış, həmin müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehlər yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. İddiaçı mübahisənin mediasiya vasitəsi həll etməsi üçün cəhd etsə də, nəticə əldə olunmamış, məcburən hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. "xxxx" ASC-nin “Ağstafa” filialıətrəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, xx.xx.2025-ci il tarixə cavabdehlərin Banka 3926.81 manat əsas, 826.81 manat faiz borcu olmaqla cəmi 4753.26 (dörd min yeddi yüz əlli üç tamyüzdə iyirmi altı) manat borcu yaranmışdır. Göründüyü kimi, cavabdehlər yaranmış borcun ödənilməsi barədə məlumatlandırılmasına baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün hər hansı tədbir görməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. Odur ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə, xx.xx.2022-ci tarixli BPM**********94 saylı krediti müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə cavabdehlərin Banka 3926 (üç min doqquz yüz iyirmi altı) manat 81 ( səksən bir) qəpik əsas, 826 (səkkiz yüz iyirmi altı) manat 81(səksən bir) qəpik faiz borcu olmaqla, cəmi 4753 (dörd min yeddi yüz əlli üç) manat 26 (iyirmi altı) qəpik tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 67 (altmış yeddi) manat 54 (əlli dörd) qəpik dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edirəm ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2022-ci tarixli BPM**********94 saylı krediti müqaviləsindən və ona əlavə edilmiş ödəniş qrafikindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında ona 59 ay müddətinə, 5000. (beş min) manat məbləğində məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlıq şərtilə kredit verilmiş və aylıq ödəniş məbləği müəyyən olunmuş. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci tarixli BPM**********94 saylı krediti müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə cavabdehlərin Banka 3926 (üç min doqquz yüz iyirmi altı) manat 81 ( səksən bir) qəpik əsas, 826 (səkkiz yüz iyirmi altı) manat 81(səksən bir) qəpik faiz borcu olmaqla, cəmi 4753 (dörd min yeddi yüz əlli üç) manat 26 (iyirmi altı) qəpik borcu yaranmışdır. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 67 (altmış yeddi) manat 54 (əlli dörd) qəpik dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun banka borcu yarandığı və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. Sadalanan xüsusatlara əsasən hesab edirəm ki, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçı "xxxx" ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbini qismən təmin edərək, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlirəm ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 51 (əlli bir) manat 31 (otuz bir) qəpik qəpik cərimə pulu azaldılaraq 5 (beş) manat 31 (otuz bir) qəpik həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək, yaranmış 3926 (üç min doqquz yüz iyirmi altı) manat 81 ( səksən bir) qəpik əsas, 826 (səkkiz yüz iyirmi altı) manat 81(səksən bir) qəpik faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi ödənilmiş 67 (altmış yeddi) manat 54 (əlli dörd) qəpik dövlət rüsumu və 40 (qırx) qəpik bank xidmət haqqı cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 3926 (üç min doqquz yüz iyirmi altı) manat 81 ( səksən bir) qəpik əsas, 826 (səkkiz yüz iyirmi altı) manat 81(səksən bir) qəpik faiz borcu və iddia ərizəsi üçün ödənilmiş 67 (altmış yeddi) manat 54 (əlli dörd) qəpik dövlət rüsumu və 40 (qırx) qəpik bank xidmət haqqı məbləğdə pul vəsaiti tutulub "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1442/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1442/2025
15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver