Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-184/2025 17.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X7 Mərkəzinin nümayəndəsi X8 və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X7 Mərkəzinin Cavabdeh qarşı özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi tələbinə dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X7 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu Sım kəndi sakini X1 Təngərüd meşəbəyliyinin 5 dolayının 53-cü kvartalın 23-cü bölməsində özbaşına tutduğu (zəbt etdiyi) 0.10 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 1 X7 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X7 Mərkəzinin nümayəndəsi X8 iddianı müdafiə edərək göstərdi ki, Lənkəran X7 Mərkəzinin əməkdaşları tərəfindən 27 iyul 2024-cü il tarixdə Təngərüd meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının X3 tərəfindən təyinatından kənar istifadə halları müəyyən edilmişdir. Odur ki, iddianın təmin edilməsi X3 tərəfindən Təngərüd meşəbəyliyinin 5 dolayının 53 kvartalının 23-cü bölməsində 0.10 ha torpaq sahəsində qeydi-qanuni tikililərin sökülməsi, onun tərəfindən torpağdan istifadəyə qadağa qoyulması, həmin ərazinin əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X7 Mərkəzi iddia ərizəsində göstərmişdir ki, 1 X7 Mərkəzinin əməkdaşları tərəfindən 27 iyul 2024-cü il tarixdə Təngərüd meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Astara rayonu Sım kənd sakini X3 tərəfindən Təngərüd meşəbəyliyinin 5 dolayının 53 kvartalının 23-cü bölməsində 0.10 ha torpaq sahəsində qeyri-qanuni olaraq turizmrekreasiya obyektlərinin tikilərək istifadə edilməsi faktı müəyyən edilmişdir. Həmin fakt əsasında xx.xx.2024-cü il tarixdə müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, və fotoşəkillər akta əlavə edilmişdir. X3 tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahədə tikilən tikililərin sökülməsi və ərazinin könüllü boşaldılaraq təhvil verilməsi barədə ünvanına 30 avqust 2024-cü il tarixli 3-14-27-4/2-141/2024 nömrəli məktubun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnaməyə əsasən Xidmətin- meşə istifadəçiləri meşə qanunvericiliyinin tələblərini pozduqda, istifadə hüququnun dayandırılması və ya məhdudlaşdırılması, habelə istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olmuş vəziyyət və şərtlər aradan qaldırıldıqda, bu hüququn tam həcmdə bərpa edilməsinə dair qərar qəbul etmək, müvafiq sahə üzrə pozuntuların aradan qaldırılmasına dair fiziki şəxslərə, eləcə də vəzifəli və hüquqi şəxslərə qarşı tələblər irəli sürmək vəzifələri vardır. Astara rayonu Sım kəndi sakini X1 Təngərüd meşəbəyliyinin 5 dolayının 53-cü kvartalın 23-cü bölməsində özbaşına tutduğu (zəbt etdiyi) 0.10 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 1 X7 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, qeyd edilən torpaq sahəsindən istifadə, həmçinin orda olan tikililər barədə heç bir rəsmi sənədi yoxdur. Həmin torpaq sahələri meşə fonduna daxildir. Məhkəmə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X7 Mərkəzinin nümayəndəsi X4 və cavabdeh X2 dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran X7 Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X3 tərəfindən Təngərüd meşəbəyliyinin 5 dolayının 53 kvartalının 23-cü bölməsində 0.10 ha torpaq sahəsində qeyri-qanuni olaraq turizmrekreasiya obyektlərinin tikilərək istifadə edilməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlığ məktubundan görünür ki, Cavabdeh tərəfindən 10 gün müddətində ərazidə olan tikililərin sökülməsi, ərazinin əvvəlki vəziyyətinə gətirilməsi və 1 saylı X7 Mərkəzininə təhvil verilməsi tapşırılmış əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.1986-cı ildə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli etibarnamə sənədindən görünür ki, etibarnamədə qeyd edilən hüquqların həyata keçirilməsi 1 saylı X7 Mərkəzinin baş mütəxəssishüquqşunas vəzifəsində işləyən X5 etibar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 11-ci maddəsinə görə, Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Həmin Məcəllənin 15-ci maddəsinə əsasən, müqavilələr, məhkəmə qərarları, bu Məcəllə ilə yol verilən digər əsaslar Meşə fondu sahələrindən istifadə hüququnun əsaslarındandır. Meşə sahələrindən istifadə hüququ, kütləvi servitut istisna olmaqla, meşə fondu sahələrinin icarə müqaviləsinin dövlət qeydiyyatından keçdiyi, meşəqırma bileti, order, meşə bileti alındığı vaxtdan əldə edilir. Həmçinin həmin Məcəllənin 79-cu maddəsinə əsasən, Meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, X3 qeyd olunan torpaq sahəsindən mülkiyyət hüququ olmadan istifadə etməklə qanunvericiliyin müddəalarını pozmuşdur. Qeyd edilən hal iş materialları və cavabdehin izahatında öz təsdiqini tapmışdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Təngərüd Meşəbəyiliyinin 5-ci dolayının 53-cü kvartalın 23-cü bölməsində özbaşına tutduğu 0,10 ha meşə fondu torpağının istifadəsinə qadağa qoyulmalı, həmin torpaq sahəsində olan tikililər sökülməli və torpaq sahəsi boşaldılaraq, əvvəlki vəziyyətə gətirilib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X7 Mərkəzinə təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Təngərüd Meşəbəyiliyinin 5-ci dolayının 53-cü kvartalın 23-cü bölməsində özbaşına tutduğu 0,10 ha meşə fondu torpağının istifadəsinə qadağa qoyulsun, həmin torpaq sahəsində olan tikililər sökülsün və torpaq sahəsi boşaldılaraq, əvvəlki vəziyyətə gətirilib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X7 Mərkəzinə təhvil verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-184/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-184/2025
17.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver