Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-21/2025 26.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 nümayəndəsi (vəkil) Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilinin sökülməsi, gediş-gəliş yolunun açılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilinin sökülməsi, gediş-gəliş yolunun açılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 qonşuların istifadə etdiyi ümumi məhəllədə (gedişgəliş yolunda), ona məxsus olan həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla torpaq sahəsində qanunsuz çəkdirdiyi hasarın və hasarın üzərində tikilmiş üst tikilinin və ona məxsus torpaq sahəsinin daxilində apardığı tikintinin onların hesabına sökülərək köhnə vəziyyətinə gətirilməsi və gələcəkdə tikinti işlərinin aparılmasının onlara qadağan olunması, ona məxsus olan məhv edilmiş beş ədəd feyxoa ağaclarının qiymətinin hesablanaraq Cavabdeh1 və Cavabdeh2 alınaraq ona ödənilməsi, qeyri-qanuni tikinti işlərinin aparılmasına və ağacların qanunsuz kəsilməsinə görə dəymiş 10.000 manat məbləğində mənəvi ziyanın Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan 8 sotdan ibarət olan torpaq sahəsi ünvan 1 ünvan Lenin küçəsi 82 olmuşdur). Həmin torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi 16 fevral 1968-ci ildə X1 adından oğlu X4 adına qeydiyyata alınmışdır. X8 vəfat etdikdən sonra X11 torpaq sahəsi və evə sahiblik etmiş və onun adına torpağın mülkiyyətə verilməsinə dair JN- 663A seriyalı, 80101004 saylı və JN-663B seriyalı, 80101004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. (Həmin şəhadətnamələrin surətləri ərizəyə əlavə olunacaqdır). Torpağın mülkiyyətə verilməsinə dair JN-663A seriyalı, 80101004 saylı şəhadətnaməyə əsasən iddiaçının 0.05 ha torpaq sahəsi və JN663B seriyalı, 80101004 saylı şəhadətnaməyə əsasən isə 0.03 ha torpaq sahəsi vardır. Sözügedən hər iki torpaq sahəsi Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı Qərarına əsasən iddiaçının mülkiyyətinə verilmişdir. Bu torpaq sahələri əslində qardaşı Məmmədov Nurəlinindir. O, uzun müddətdir ki, Almaniyada yaşayır. X10 ölkədə olmamasından istifadə edən cavabeh Cavabdeh1 heç kimin istifadəsində olmayan məhəllədə (gediş-gəliş yolunda) olan torpaq sahəsini zəbt etməyi özünə fürsət bilib onlara məxsus torpaq sahəsində də qanunsuz tikinti aparır. Bu qanunsuz hərəkət (torpaqda qanunsuz tikinti aparmaq, yaxud torpaq sahəsinin zəbt olunması) artıq ənənə halını alıb. Bu hala birdəfəlik son qoyulmalıdır. Çünki onlar hər dəfə bu cür qanunsuz hərəkətin qarşısını ala bilmir (Məhkəmə işi №:2 (018)-401/2018 əlavə edir). Torpaq sahəsi qardaşınındır. Cavabdehlər özünə aid olmayan və mülkiyyətində olmayan torpaq sahəsində tikinti aparır. Həyətyanı qonşusu Cavabdeh1 (JN - 663A KOD 80101004 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə 661A kimi qeyd olunan sahənin sahibi) kimsədən icazə almadan 2023-cü ilin avqust ayının ortalarında 2023-ci il JN - 663A KOD 80101004 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə B-dən C-yə kimi göstərilən, ona məxsus olan hissədə, 4 ədəd ona məxsus olan Feyxoa ağacını məhv edib qonşuların istifadə etdiyi məhəllədə (gediş-gəliş yolunda) tikinti işi aparmış və torpağının bir hissəsini də zəbt edərək, JN - 663A KOD 80101004 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə B-dən C-yə kimi göstərilən gedişgəliş yolunu tutmuşdur. Cavabdehlərin apardığı qanunsuz tikinti sahəsinin sxemini əlavə edir. Cavabdehlər ağacları kəsib, zir-zibili töküb onların torpaq sahəsinə. Ağacları kəsib bərbad günə qoyub. Kəsilən ağaclar dörd ədəd feyxoa ağacları olmaqla məhsul gətirdiyi vaxtda kəsilib. Evlərində kirayə qalan adamların evdə olmadığı bir neçə gündə qanunsuz tikinti işləri görülüb və tikinti gedir. Cavabdehlərin apardığı qanunsuz tikinti işlərinin nəticəsinin video diskini ve şəkillərini iddia ərizəsinə əlavə edir. Həmin mülki iş üzrə sonradan müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilinin sökülməsi, gediş-gəliş yolunun açılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 qonşuların istifadə etdiyi ümumi məhəllədə (gediş-gəliş yolunda), ona məxsus olan həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla torpaq sahəsində qanunsuz çəkdirdiyi hasarın və hasarın üzərində tikilmiş üst tikilinin və ona məxsus torpaq sahəsinin daxilində apardığı tikintinin onların hesabına sökülərək köhnə vəziyyətinə gətirilməsi və gələcəkdə tikinti işlərinin aparılmasının onlara qadağan olunması, ona məxsus olan məhv edilmiş beş ədəd feyxoa ağaclarının qiymətinin hesablanaraq Cavabdeh1 və Cavabdeh2 alınaraq ona ödənilməsi, qeyriqanuni tikinti işlərinin aparılmasına və ağacların qanunsuz kəsilməsinə görə dəymiş 10.000 manat məbləğində mənəvi ziyanın Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq mübahisələri tələbinə dair mülki iş icraatdadır. O, 825 kv.m-dən ibarət olan Astara şəhəri, Qum küçəsi 64 ünvanında yerləşən torpaq sahəsinin mülkiyyətçisi X6 vərəsəsidir. Bu faktları təsdiq edən sənədləri əlavə edir. Hazırda, o da bu torpaq sahəsi üzrə iddiaçı tərəfdən müstəqil tələb irəli sürən şəxs kimi mülki işə qoşulmaq istəyir. Ona məxsus olan 8 sotdan ibarət olan torpaq sahəsi ünvan 1 ünvan Lenin küçəsi 82 olmuşdur). Həmin torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi 16 fevral 1968-ci ildə X1 adından oğlu X4 adına qeydiyyata alınmışdır. X8 vəfat etdikdən sonra X11 torpaq sahəsi və evə sahiblik etmiş və onun adına torpağın mülkiyyətə verilməsinə dair JN-663A seriyalı, 80101004 saylı və JN-663B seriyalı, 80101004 saylı torpağın mülkiyyətə olunacaqdır). verilməsinə dair şəhadətnamələr verilmişdir. (Həmin şəhadətnamələrin surətləri ərizəyə əlavə olunacaqdır). Torpağın mülkiyyətə verilməsinə dair JN-663A seriyalı, 80101004 saylı şəhadətnaməyə asasən iddiaçının 0.05 ha torpaq sahəsi və JN-663B seriyalı, 80101004 saylı şəhadətnaməyə əsasən isə 0.03 ha torpaq sahəsi vardır. Sözügedən hər iki torpaq sahəsi Astara rayon Aqrar ahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı Qərarına əsasən iddiaçının mülkiyyətinə verilmişdir. Bu torpaq sahələri əslində onundur. O, uzun müddətdir ki, Almaniyada yaşayır. Onun ölkədə olmamağından istifadə edən cavabeh Cavabdeh1 heç kimin istifadəsində olmayan məhəllədə (gediş-gəliş yolunda) olan torpaq sahəsini zəbt etməyi özünə fürsət bilib onlara məxsus torpaq sahəsində də qanunsuz tikinti aparır. Bu qanunsuz hərəkət (torpaqda qanunsuz tikinti aparmaq, yaxud torpaq sahəsinin zəbt olunması) artıq ənənə halını alıb. Bu hala birdəfəlik son qoyulmalıdır. Çünki onlar hər dəfə bu cür qanunsuz hərəkətin qarşını ala bilmirlər (Məhkəmə işi Nr:2 (018)-401/2018 əlavə edir). Torpaq sahəsi qardaşınındır. Cavabdehlər özünə aid olmayan və mülkiyyətində olmayan torpaq sahəsində tikinti aparır. Həyətyanı qonşusu Cavabdeh1 (JN-663A KOD 80101004 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə 661A kimi qeyd olunan sahənin sahibi) kimsədən icazə almadan 2023-cü ilin avqust ayının ortalarında 2023-ci il JN-663A KOD 80101004 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə B-dən Cyə kimi göstərilən, ona məxsus olan hissədə, 4 ədəd ona məxsus olan Feyxoa ağacını məhv edib qonşuların istifadə etdiyi məhəllədə (gediş-gəliş yolunda) tikinti işi aparmış və torpağının bir hissəsini də zəbt edərək, JN 663A KOD 80101004 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə B-dən C-yə kimi köstərilən gediş-gəliş yolunu tutmuşdur. Cavabdehlərin apardığı qanunsuz tikinti sahəsinin sxemini əlavə edir. Cavabdehlər ağacları kəsib, zir-zibili töküb onların torpaq sahəsinə. Ağacları kəsib bərbad günə qoyub. Kəsilən ağaclar dörd ədəd feyxoa ağacları olmaqla məhsul gətirdiyi vaxtda kəsilib. Evlərində kirayə qalan adamların evdə olmadığı bir neçə gündə qanunsuz tikinti işləri görülüb və tikinti gedir. Cavabdehlərin apardığı qanunsuz tikinti işlərinin nəticəsinin video diskini ve şəkillərini iddia ərizəsinə əlavə edir. Məhkəmə iclasında İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, onun hasarının İddiaçı və X5 heç bir aidiyyatı yoxdur. O, hər hansı bir feyxoa ağacını kəsməmişdir. Onlara məxsus ağacların budaqları ona məxsus həyətə düşdüyündən və dəfələrlə bu barədə özlərinə məlumat verilsə də, tədbir görülmədiyin, öz həyətlərinə düşən budaqlar tərəfindən kəsilmişdir. Ağacların kəsilməsi üçün tərəfindən həmin həyətə daxil olması lazım idiki, bu da mümkünsüzdür. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs ona şər atır. Ona görə də, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, onun hasarının İddiaçı və X5 məxsus torpaq sahəsinə və gediş gəliş yoluna heç bir aidiyyatı yoxdur. Qardaşı tərəfindən hər hansı bir feyxoa ağacını kəsməmişdir. İddiaçı və X9 onlara şər atır. Ona görə də, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkilini, cavabdehləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan, JN – 663A, KOD 80101004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə 0.05 hektar həyətyanı torpaq sahəsi X6 və İddiaçı ümumi paylı mülkiyyətinə verilib. Şəhadətnamə 421 nömrə ilə kitabda qeydə alınmışdır. İş materiallarında olan, 29 avqust 2018-ci il tarixli, 2(018)-401/2018 saylı qətnamənin surətindən görünür ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “tutulmuş gedişgəliş yolunun açılmasına” dair ilk iddiasının rədd olunması, cavabdeh İddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşı “maneçiliyin aradan qaldırılması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının qismən təmin olunması, cavabdeh İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsindən istifadəyə iddiaçılar tərəfindən edilən maneçiliyin aradan qaldırılması qət edilmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 131.7 kvm olan fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materialına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6443 saylı, 30 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- 2215/2024 saylı mütəxəssis rəyinə əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2215/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı əsasında JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və X6 mülkiyyətlərina verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin naturada və sənəd üzrə sərhədləri və dongə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 0,05 ha həyətyanı torpaq sahəsinin "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə sənədindəki məkan göstəriciləri ilə faktiki vəziyyətdəki məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqların (sərhəd və konfiqurasiya fərqlərin) mövcud olması müəyyən olunmuşdur (torpaq sahəsinin sənəd üzrə vəziyyətilə faktiki vəziyyətin müqayisəli təhlili mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2215/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********12-10301 reyestr nömrəli Çıxarışa əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətinə verilmiş 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin naturada və sənəd üzrə sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsinin ölçüsünün hüquqmüəyyənedici sənədlərdə qeyd edilən sahə ölçüsündən çox olması, həmçinin torpaq sahəsinin şərq sərhədinin koordinatlarının faktiki vəziyyətə uyğun olmaması müəyyən edilmişdir. (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2215/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı əsasında JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və X6 mülkiyyətlərinə verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətin uyğun gəlməməsi səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Buna görə də JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə iddiaçılar İddiaçı və X6 mülkiyyətlərində olan 0,05 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilib-edilməməsini müəyyənləşdirmək mümkün olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lankaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2215/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı əsasında JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və X6 mülkiyyətlərinə verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə gedişgəliş yolunun cavabdehler Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməməsi (tutulmaması) müəyyən olunmuşdur. Faktiki olaraq həmin torpaq sahəsinə qərb istiqamətdən gediş-gəliş yolunun mövcud olması müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Astara şəhərində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-663A yadilən 0.05 hektar həyətyanı torpaq sahəsində kəsilmiş feyxoa ağaclarının kötüyünün olub-olmamasının müəyyən edilməsi məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid deyildir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3- 43/2-2215/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı əsasında JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və X6 mülkiyyətlərinə verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətin uyğun gəlməməsi səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Buna görə də həmin torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022- ci il tarixli, ********** qeydiyyat nömrəli və **********12-10301 reyestr nömrəli Çıxarışa əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətinə verilmiş 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı və X6 mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin faktiki vəziyyətdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. İş materialında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/7539/2025 saylı mütəxəssis rəyindən görünür ki, Torpaq islahatı zamanı Astara şəhəri ərazisində Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi tərəfindən İddiaçı və X6 mülkiyyətlərinə 0,05 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" sənədi işlənilmişdir. Araşdırma zamanı sözügedən 0,05 ha həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi tərəfindən tərtib olunmuş JN-663A "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" sənədinin koordinatlarının faktiki vəziyyətdə natura ilə üst-üstə düşməməsi, torpaq sahəsinin "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə sənədindəki məkan göstəriciləri ilə faktiki vəziyyətdəki məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqların (sərhəd və konfiqurasiya fərqlərin) mövcud olması müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının sözügedən "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" sənədinin koordinatlarına tam həcmdə uyğun olmaması və həmçinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün şəhadətnamə sənədində qeyd edilen sahə ölçüsündən az olması (şəhadətnamə üzrə 0,05 ha, faktiki istifadədə 0,048 ha) müəyyən olunmuşdur. Qeyd olunan səbəblərdən həmin 0,05 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə konkret sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********12-10301 reyestr nömrəli Çıxarışa əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olan 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin 2024-cü il tarixdə bağışlanma müqaviləsi əsasında Cavabdeh2 hədiyyə verilməsi (bağışlanması) müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********12-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin naturada və sənəd üzrə sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Həmçinin Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları müəyyən olunmuş və faktiki istifadədə olan torpaq sahəsinin ölçüsünün 0,058 ha (mülkiyyətdə olan 0,04 ha torpaq sahəsi ilə birgə) olması məlum olmuşdur. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün hüquqmüəyyənedici sənəddə qeyd edilən sahə ölçüsündən çox (sənəd üzrə 0,04 ha, faktiki istifadədə 0,058 ha) olması müəyyən edilmişdir. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı əsasında JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə İddiaçı və X6 mülkiyyətlərinə verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatlarının faktiki vəziyyətdə natura ilə, eləcə də iddiaçı tərəfindən faktiki vəziyyətdə istifadə edilən torpaq sahəsinin koordinatları ilə tam həcmdə üst-üstə düşməməsi səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə konkret sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Buna görə də, JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə iddiaçılar İddiaçı və X6 mülkiyyətlərində olan 0,05 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilib-edilməməsini də müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçının iddia tələbinə uyğun, torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı məlum olmuşdur ki, torpaq islahatı aparılan zaman İddiaçı və X6 faktiki istifadələrində 0,06 ha torpaq sahəsi mövcud olmuş və həmin 0,06 ha torpaq sahəsinin 0,05 ha- JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında İddiaçı və X6 mülkiyyətlərinə verilmiş, qalan 0,01 ha- (145 kv.m) isə onların istifadələrində olmaqla bələdiyyə mülkiyyətində saxlanılmışdır.Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı İddiaçı və X6 istifadələrində olan bələdiyyə mülkiyyətinə aid həmin 0.01 ha (145 kv.m) torpaq sahəsinin faktiki vəziyyətdə təxminən (qeyd olunan uyğunsuzluğun mövcud olmasına rəğmən) 0.007 ha hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində (üzərində onlara məxsus həyət tikilisinin mövcud olması da müəyyən olunmuş) olması, təxminən 0.006 ha hissəsinin digər şəxsin (kimliyini müəyyənləşdirmək mümkün olmamış) faktiki istifadəsində (Üzərində digər şəxsə məxsus həyət tikilisinin mövcud olması da müəyyən olunmuş) olması müəyyən olunmuşdur. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı əsasında JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və X6 mülkiyyətlərinə verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməməsi (tutulmaması) müəyyən olunmuşdur. Faktiki olaraq həmin torpaq sahəsinə layihədə nəzərdə tutulan qərb istiqamətdəki gediş-gəliş yolunun mövcud olması müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Lakin 3-cü sualın cavabında qeyd olunduğu kimi İddiaçının iddia tələbinə uyğun, torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı məlum olmuşdur ki, torpaq islahatı aparılan zaman İddiaçı və X6 faktiki istifadələrində 0,06 ha torpaq sahəsi mövcud olmuş və həmin 0,06 ha torpaq sahəsinin 0,05 ha-1 JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında İddiaçı və X6 mülkiyyətlərinə verilmiş, qalan 0,01 ha-ı (145 kv.m) isə onların istifadələrində olmaqla bələdiyyə mülkiyyətində saxlanılmışdır. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı İddiaçı və X6 istifadələrində olmuş bələdiyyə mülkiyyətinə aid həmin 0,01 ha-ı (145 kv.m) torpaq sahəsinin şimal qonşuluğunun yol ilə (hazırda iddia olunan yol) sərhəd olması müəyyən olunmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və digər şəxs tərəfindən bələdiyyə mülkiyyətinə aid həmin 0,01 ha-i (145 kv.m) torpaq sahəsindən istifadə edilərək iddiaçının şimal istiqamətdəki həmin yola giriş-çıxışın bağlanması (İddiaçının həmin yoldan istifadə edə bilməməsi) müəyyən olunmuşdur. Araşdırma zamanı torpaq islahatına dair kompleks yerquruluşu layihəsində nəzərdə tutulan qeyd olunan mübahisəli gediş-gəliş yolunun faktiki vəziyyətdə naturaya (yerə) uyğun gəlməməsi də müəyyən olunmuşdur. 5-ci sualı cavablandırmaq mütəxəssisin imkanı xaricindədir. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı əsasında JN-663A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və X6 mülkiyyətlərinə verilmiş Astara rayonu, Astara şəhəri ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatlarının faktiki vəziyyətdə natura ilə, eləcə də iddiaçı tərəfindən faktiki vəziyyətdə istifadə edilən torpaq sahəsinin koordinatları ilə tam həcmdə üst-üstə düşməməsi səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə konkret sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Buna görə də həmin torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********12-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Bütün bunlar rəyə əlavə edilmiş yerquruluşu planlarında göstərilmişdir. İş materiallarında olan videogörüntülərdən görünür ki, iki torpaq sahəsini çəpər ayırır, həmin çəpərin bir tərəfində yerləşən torpaq sahəsindəki ağacların budaqları digər torpaq sahəsinə düşür. Digər videogörüntüdə isə iki torpaq sahəsini ayıran çəpərin digər tərəfindəki ağacların kəsildiyi görünür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 174.1-ci maddəsinə əsasən əgər çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa və onun şikayəti ilə ağlabatan müddətdə aradan qaldırılmazsa, o, həmin budaqları və kökləri kəsib özündə saxlaya bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, mütəxəssis rəyi və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, tərəflərə aid torpaq sahələrinin üst-üstə düşməsi müəyyən oluna bilməmiş, lakin iddia edilən gediş-gəliş yolunun bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğu, faktiki olaraq cavabdehlərin və kimliyi müəyyən edilməyən şəxsin istifadəsində olduğu müəyyən edilmişdir. Həmçinin, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin torpaq sahəsinə qərb istiqamətdən gediş-gəliş yolunun mövcud olması müəyyən olunmuşdur. Həmçinin, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin torpaq sahəsinin cavabdehlərə məxsus torpaq sahəsinə bitişik hissənin çəpər vasitəsilə ayrılması və orada ağacların olması, həmin ağacların budaqlarının cavabdehlərə məxsus torpaq sahəsinə düşməsi, həmçinin həmin kəsildiyi müəyyən edilmişdir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Hazırki tələb 3 hissədən ibarətdir. Birincisi qanunsuz tikilinin sökülməsi, ikincisi məhv edilmiş feyxoa ağaclarının dəyərinin ödənilməsi və dəymiş maddi ziyanın ödənilməsi. Üçüncü hissənin təmin edilməsi tələbin 1-ci və 2-ci hissəsinin təmin edilməsi ilə birbaşa bağlıdır. Birinci hissə ilə bağlı məhkəmə qeyd edir ki, sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin, istifadə hüququ isə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Qanunun mənasına görə mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: əmlakın mülkiyyətçiyə məxsus olması, əmlakın başqa şəxsin sahibliyində olması və sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini (qanuni sahibi) MM-in 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Mütəxəssis rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, mütəxəssis ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmiş, ona görə də, məhkəmə mütəxəssis rəyini daha mötəbər sübut hesab edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin torpaq sahəsinin sərhəddinin pozulmasını, cavabdehlərin qanunsuz sahibliyində olduğunu təsdiq edən sübutlar təqdim edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Həmçinin, iddia tələbinin məhv edilmiş feyxoa ağaclarının dəyərinin və dəymiş mənəvi ziyanın ödənilməsinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən sübut edilə bilməmişdir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşmüş, lakin, sübut edilə bilməmişdir. Əksinə cavabdehlər tərəfindən onlara məxsus həyətə iddiaçı tərəfin həyətində yerləşən ağacların budaqlarının düşdüyü və bu budaqların kəsildiyi bildirilmiş, təqdim edilən videogörüntülər ilə də, təsdiqini tapmışdır ki, məhkəmə hesab edir ki, cavabdeh çıxıntılı budaqların kəsilməsində haqlı olmuşdur. Tələbin birinci və ikinci hissəsi əsassız olduğundan 3-cü hissəsi də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyi üçün iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən məhkəməyə müra tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilməli və 50 manat tikinti-texniki ekspertizası xərci isə İddiaçı tutulmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilinin sökülməsi, gediş-gəliş yolunun açılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiaları təmin edilməsin. Tikinti-texniki obyektlərin tədqiqi üçün hesablanmış 50 (əlli) manat rüsum İddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE**********0002088501, Adı: X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №e-2(018)-21/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-21/2025
26.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver