Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-394/2025 13.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «Borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «Borc tələbinə dair» iddia verərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə əsasısız varlanamaya səbəb olan qalıq borc 781 (yeddi yüz səksən bir) manat, gecikdirilmiş faiz borcu 21 (iyirmi bir) manat 16 (on altı) qəpik, 30 (otuz manat ödənilmiş dövlət rüsumunun və 0,40 (qırx) qəpik xidmət haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı "xxxx" ASC-nin Lənkəran filialı ilə Cavabdeharasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********42 saylı Tamkart müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Tərəflər arasında bağlanmış Tam kart müqavilənin 9.6-cı bəndi ilə müəyyən edilmişdir ki, müştəri təsdiq edir ki, Standart şərtlərdə nəzərədə tutulmuş şərtlərlə Texniki overdraft baş verdiyi təqdirdə mövcud Kredit xəttinin müddəti çərçivəsində ABB tərəfindən birtərəfli qaydada Texniki overdraf məbləği qədər Kredit xətti məbləğinin artırılmasına, Kredit xətti mövcud deyilsə Başlanılma (Texniki overdraf yarandığı gün) və bitmə tarixləri arasında ən azı 1 (bir) gün müddət saxlanılmaqla ABB tərəfindən birtərəfli qaydada Texniki overdraf məbləği qədər Kredit xətti təyin edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 356-cı maddəsinin tələbləri nəzərə alınmaqla qabaqcadan razılıq verir. Müştəri bu razılığı heç bir halda ləğv etməyəcəyini bəyan edir.Lənkəran filialının müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 6846.91 AZN məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün 6065.52 AZN ödəniş edilmiş, lakin 781.39 AZN mənfidə qalmışdır. Əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 21.16 AZN borcu mövcüddür. İddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz manat dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli BPM**********42 saylı tam kart müqaviləsindən görünür ki, Cavabdeh hesabına plastik kart vasitəsi ilə 15000 (on beş min) manat pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli əsassız varlanmanı əks etdirən arayışından görünür ki, Cavabdeh Banka hazırki dövr üçün əsassız varlanmaya səbəb olan qalıq borc üzrə 781.39 AZN, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 21.16 AZN faiz borcu olmaqla cəmi 802.55 AZN borcu mövcuddur. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********42 saylı tam kart müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün hesab edirəm ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz manat) ödənilmiş dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli BPM**********42 saylı tam kart müqaviləsi üzrə əsasısız varlanamaya səbəb olan qalıq borc 781 (yeddi yüz səksən bir) manat, gecikdirilmiş faiz borcu 21 (iyirmi bir) manat 16 (on altı) qəpik, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat və xidmət haqqı olaraq ödənilmiş 0,40 (qırx) qəpik məbləğində pul vəsaiti alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(018)-394/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-394/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver