Məhkəmə qərarları › İş №e-2(019)-102/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-102/2025

28.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-102/2025 28.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı2, digər iddiaçılar İddiaçı4,İddiaçı1,Məmmədova (Müseyibova) Türkan İntiqam qızının nümayəndəsi-vəkili Nümayəndə1, iddiacı İddiaçı4 nümayəndəsi X3, cavabdehlər Cavabdeh4, Cavabdeh3 və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1,Məmmədova (Müseyibova)Türkan İntiqam qızının cavabdehlər Cavabdeh2,Cavabdeh4,Cavabdeh3 və Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması, orada tikilmiş tikililərin sökülməsi tələbinə dair ilk,Cavabdeh3 iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, Məmmədova (Müseyibova)Türkan İntiqam qızına qarşı mübahisəli 0.06 ha həyətyanı torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evinin və əlavə tikililərin ümumi dəyəri 32 000 manat və torpaq sahəsinin alqı-satqısı üçün ödədiyi 1000 ABŞ dollarının indiki məzənnə ilə dəyəri 1700 (bir min yeddi yüz) manatın alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, Məmmədova (Müseyibova)Türkan İntiqam qızı cavabdehlər Cavabdeh2,Cavabdeh4 Nəsrəddin qızına,Cavabdeh3 və Cavabdeh1 qarşı Balakən Rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə iddiaçılar İddiaçı4 , İddiaçı2,İddiaçı1 və Məmmədova (Müseyibova) Türkan İntiqam qızının mülkiyyətinə verilmiş, ünvan 2ndə yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh2, X19, Cavabdeh3, Cavabdeh1 tərəfindən boşaldılması, həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdirlər. Cavabdeh3 iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, Məmmədova (Müseyibova) Türkan İntiqam qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ona qarşı torpaq sahəsinin boşaldılması, orada tikilmiş tikililərin sökülməsi tələbinin rədd edilməsi, ilk iddia təmin edilərsə iddiaçılardan mübahisəli 0.06 ha həyətyanı torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evinin və əlavə tikililərin ümumi dəyəri 32 000 manat və torpaq sahəsinin alqı-satqısı üçün ödədiyi 1000 ABŞ dolların indiki məzənnə ilə dəyəri 1700 (bir min yeddi yüz) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, Məmmədova (Müseyibova)Türkan İntiqam qızı iddia tələbini onunla əsaslandırmışlar ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, X9 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi müvəqqəti istifadə etmək üçün xx.xx.2013-cü il tarixdə 7E-575 reyestr nömrəli etibarnamə ilə Cavabdeh2 vermişdir. Həmin torpaq sahəsinə verdikləri etibarnaməni xx.xx.2022-ci il tarixli 8Î-17 reyestr nömrəli ərizəyə əsasən Balakən Regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisində ləğv etdirmişlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 həmin torpaq sahəsini qanunsuz istifadə etməklə oradan çıxmırlar, onların həmin torpaq sahəsinə girmələrinə və çıxmalarına məhdudiyyət yaradırlar. Həmçinin, həmin torpaq sahəsində onların razılığı olmadan tikililər tikmişlər.Odur ki, Balakən Rayon Aqrar İslahat Komissiyası 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, Məmmədova (Müseyibova)Türkan İntiqam qızının mülkiyyətlərində olan ünvan 2ndə yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində tikilmiş tikililərin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı2 ilk iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, qarşılıqlı iddianı etiraf etməyərək göstərdi ki, qarşılıqlı iddia əsassızdır.Onlar torpaq sahəsini Cavabdeh3 və ailə üzvülərinə satmamışlar, müvəqqəti istifadə üçün vermişlər. Qarşılığında da 1000 ABŞ dolları almışlar. İlk iddianın təmin edilməsi, ünvan 2ndə yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh2,X19,Cavabdeh3,Cavabdeh1 tərəfindən boşaldılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa olunmuş talvar və su anbarının onların öz hesablarına sökülməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı4 nümayəndəsi X16 ilk iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O,qarşılıqlı iddianı etiraf etməyərək göstərdi ki, qarşılıqlı iddia əsassızdır. Onlar torpaq sahəsini Cavabdeh3 və ailə üzvülərinə satmamışlar, müvəqqəti istifadə üçün vermişlər. Qarşılığında da 1000 ABŞ dolları almışlar. Ekspert rəyi ilə müəyyən olunur ki, onların torpaq sahəsində cavabdehlərə məxsus ev yoxdur, yalnız talvar və su anbarı mövcuddur.Onlar da talvar və su anbarının sökülməsini tələb edirlər. İlk iddianın təmin edilməsi,ünvan 2ndə yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh2,X19, Cavabdeh3, Cavabdeh1 tərəfindən boşaldılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa olunmuş talvar və su anbarının onların öz hesablarına sökülməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı2,İddiaçı4, İddiaçı1, Məmmədova (Müseyibova) Türkan İntiqam qızının nümayəndəsi və vəkili Nümayəndə1 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsi,ünvan 2ndə yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh2, X19, Cavabdeh3, Cavabdeh1 tərəfindən boşaldılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa olunmuş talvar və su anbarının onların öz hesablarına sökülməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X24 ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, ailəsi üçün rayon mərkəzində yaşayış evi almaq üçün, dost tanışlarına müraciət etmişdir. Əgər satlıq ev olarsa özünə xəbər etməsini dostlarından xahiş etmişdir.O, Azpetrolun arxa hissəsində üzərində evlə birlikdə satlıq torpaq sahəsi olduğunu eşitmişdir.Deyilən həmin ünvana getmiş və ev və torpaq sahəsinin satılmasını öyrənəndən sonra torpaq sahəsinin mülkiyyətçisi ilə görüşmüş və alqı-satqı ilə razılaşaraq X10 ona məxsus 0,06 ha həyətyanı torpaq sahəsini və üzərində inşa etdiyi evlə birlikdə almışdır. Həmin torpaq sahəsini aldıqdan bir neçə il sonra oğlu Racuna el adəti üzrə toy edərək evləndirdikdən sonra qərara gəlmişlər ki, Racuna ev tikmək üçün torpaq sahəsi alsınlar.Yenə də eyni torpaq sahəsi satan olarsa dost tanışlara xahiş etmişdir ki, satlıq torpaq sahəsi olarsa özünə xəbər etsinlər. Bir neçə gündən sonra torpağını aldığı Akiflə təsadüfən küçədə rastlaşanda,satlıq torpaq sahəsinin olmasını bilibbilməməsi barədə ondan soruşanda Akif bildirmişdir ki,ona satdığı torpaq sahəsinin ön tərəfindəki torpaq sahəsi onun kiçik qardaşınındır,o,həmin torpaq sahəsini satır. Beləliklə o, ilk iddiaçı ilə 1998-ci il tarixində razılaşaraq ona və ailə üzvlərinə məxsus torpaq sahəsini iki yüz dollara almış,iddiaçı İntiqam JN-805 A nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməni ailəsinin yanında ona vermişdir. Bundan sonra o, oğlu üçün aldığı torpaq sahəsinin kənarlarını hasara almış və az-az tikinti materialları alıb həmin torpaq sahəsinə yığmışdır ki, oğluna ev inşa etsin. 2013-cü ildə torpağını aldığı İddiaçı4 yaxınlaşaraq ondan aldığı torpaq sahəsini oğlunun adına rəsmiləşdirmək istədiyini bildirmiş, o, da heç nə deməmişdir. Sonra İntiqam qardaşı Akif Məmmədov ilə evinə gələrək bunun üçün etibarnamə verəcəyini bildirmiş və bunun əvəzində ondan təkrar olaraq 1000 (bir min ABŞ doİları) istəmişdir. O, əlacsız qalıb qardaşı Akifin və qonşusu X11 yanında ona 1000 ABŞ dolları verdikdən sonra ertəsi gün İntiqam notariat ofisinə gedərək oğlu Racunun adına 13 fevral 2013-cü il tarixli ƏN-1061094 saylı etibarnamə vermişdir ki, onun satdığı torpaq sahəsinin öz adlarına rəsmiləşdirilməsi və onunla bağlı bütün hərəkətləri həyata keçirə bilsinlər. Həmin etibarnamə 20 il yəni, xx.xx.2013-cü il tarixindən 13.02.33-cü il tarixinədək olan müddətə verilmişdir. İddiaçının qardaşı Akif Məmmədov ona bildirmişdir ki,həmin torpaqla bağlı hər-hansı mübahisə yaranarsa şahid qismində məhkəmədə qardaşı İntiqamın öz torpaq sahəsini ona satmasını sübut edəcəkdir.Etibarnamə oğlu Cavabdeh2 adına verilərkən etibarnamədə qeyd edilmişdir ki, JN -805 A olan şəhadətnaməyə əsasən ona məxsus olan 0.06 ha həyətyanı torpaq sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka(girov) qoymağı, pulunu almağı, buna dair müqavilələri imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir.O,iddiaçıdan torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsi üzərində külli miqdarda vəsait xərcləməklə bir mərtəbəli dəyəri, 32 000 (otuz iki min ) manat miqdarında fərdi yaşayış evi inşa etmişdir. Həmin evin tikintisinə xərclədiyi məbləğin miqdarı ilə bağlı müstəqil Qiymətləndirici Mobil MMC-nin Fərdi yaşayış evinin və əlavə tikililərin bazar dəyərinin müəyyən edilməsi barədə 103 saylı xx.xx.2024-cü il tarixli rəyi alınmışdır. İddiaçı öz iddasında mübahisəli torpaq sahəsi üzərində ona xx.xx.2013-cü il tarixli etibarnamə üzrə müvəqqəti istifadəsinə verdiyini bildirir.İddiaçı Dövlət Notariat Kontorunda öz imzası ilə verdiyi etibarnamənin məzmununu unudub və həmin etibarnamənin surətini məhkəməyə qəsdən təqdim etməyib. Həmin etibarnaməyə nəzər salındıqda görünür ki, müvəqqəti istifadəyə vermək sözü ilə həmin torpaq sahəsi üzərində bütün sərəncamları vermək sözü arasında çox böyük fərqlər vardır.Həmin torpaq üzərində inşa edilmiş bir mərtəbəli fərdi yaşayış evinin 2016-cı il tarixində inşa olunması şahidləri və Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2050 saylı 09 dekabr 2024-cü il tarixli arayışı ilə sübut edilir. İddiaçı həmin torpaq sahəsi üzərində ev inşa etməyini görmüş,lakin buna etirazını bildirməmiş,heç bir rəsmi orqana şikayət etməmişdir.Onun etibarnaməni ləğv etməsinə səbəb təkrar olaraq ondan həmin torpaq sahəsinə indiki məzənnə ilə müqayisə edərək 6000 manat miqdarında pul tələb etməsidir.Həmin məbləği vermədiyi üçün iddiaçı etibarnaməni xx.xx.2022-ci ildə ləğv etdirərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.Hesab edir ki, iddiaçı öz iddiasında haqlı deyil və torpaq sahəsini tələb etdiyi təqdirdə o, zaman ona vurduğu zərərin əvəzini tamamilə ödəməlidir.Qeyd edilənləri nəzərə alıb,ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı müdafiə edərək cavabdeh X17 izahatına uğun izahat verərək ilk iddianın təmin edilməməsi,qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər X25 və X20 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehlər X25 və X6 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İH Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 20 sentyabr 2024-cü il tarixdə verilmiş1634 nömrəli arayışda göstərilmişdir ki, X2 şəhəri, Ü.Hacıbəyov küçəsi 2 saylı ünvanda qeydiyyatdadır və həmin ünvanda aşağıda qeyd edilmiş ailəsi vardır. Ailə başçısı X24 xx.xx.1960;oğlu X25 xx.xx.1985;nəvələri- X20 xx.xx.2008;X22 xx.xx.2010 və X26 xx.xx.2013. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı4 ünvanlanmış 10 yanvar 2022-ci il tarixli 39 nömrəli məktubda göstərilmişdir ki,xx.xx.2013cü il tarixdə Balakən rayon Dövlət Notariati Kontorunda Sizin tərəfinizdən X21 verilmiş 7E- 575 reyestr nömrəli etibarnamə,sizin xx.xx.2022-ci il tarixli 8İ-17 reyestr nömrəli ərizənizə əsasən Balakən regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən ləğv edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-805,Kod 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki,Balakən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə İddiaçı4, X9, İddiaçı2 və İddiaçı1 Balakən şəhəri ərazisindən 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 16954 nömrəli qəbzdən görünür ki, İddiaçı4 100 manat dövlət rüsumu ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 28 dekabr 2024-cü il tarixli 3-21-3-47/2-5453/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki: 1.Balakən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 və Məmmədova (Müseyibova) Türkan İntiqam qızına JN-805A kod 40101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş Balakən şəhəri, Ü.Hacıbəyov küçəsi ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin naturada yeri müəyyən edilmişdir.

2. JN-805A kod 40101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı4,İddiaçı2, İddiaçı1 İintiqam oğlu və Məmmədova (Müseyibova) Türkan İntiqam qızının mülkiyyətinə verilmiş, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi cavabdehlər X25, Cavabdeh4, X24, X20 və digər şəxslər tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi cavabdehlər tərəfindən bütövlükdə istifadə olunur və ərazinin yerləşmə vəziyyəti,ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 3.İddiaçılar İddiaçı4,İddiaçı2, İddiaçı1 və Məmmədova (Müseyibova) Türkan İntiqam qızının mülkiyyətinə verilmiş Balakən şəhəri, Ü.Hacıbəyov küçəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin hüdudları daxilində talvar və su anbarı mövcuddur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İH Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 09 dekabr 2024-cü il tarixdə verilmiş 2050 nömrəli arayışda görünür ki, Balakən İH şəhəri üzrə nümayəndəliyinin 27 saylı ev təsərrüfatlarının uçotu kitabının 100 saylı səhifəsində Üzeyir Hacıbəyov küçəsi 2 saylı ünvanda X18 qeydiyyatda olduğu 2594 saylı təsərrüfat qeyd edilmişdir. Həmin təsərrüfatda 2016-cı ildə tikilmiş, 1(bir) mərtəbəli, 1(bir) otaqlı, 50 kv.m ümumi sahəsi, 25 kv.m yaşayış sahəsinə malik yardımçı tikilisi olması və 1990-cı ildə tikilmiş 1(bir) mərtəbəli, 4 (dörd) otaqlı ,124 kv.m ümumi sahəsi 80 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evi və həmin ünvanda 0.12 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 10 yanvar 2025-ci il tarixli 3-21-3-47/2-128/2025 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki: Balakən Rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, Məmmədova (Müseyibova) Türkan İntiqam qızına JN-805A kod 40101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə” əsasən verilmiş ünvan 2 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin naturada yeri müəyyən edilmişdir. 2.JN-805A kod 40101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə” əsasən,iddiaçılar İddiaçı4,İddiaçı2, İddiaçı1, Məmmədova (Müseyibova) Türkan İntiqam qızının mülkiyyətinə verilmiş, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 oglu, Cavabdeh1 və ya digər şəxslər tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi cavabdehlər tərəfindən bütövlüklə istifadə olunur və ərazinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 3.İddiaçılar İddiaçı4,İddiaçı2,İddiaçı1, Məmmədova (Müseyibova) Türkan İntiqam qızının mülkiyyətinə verilmiş, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin hüdudları daxilində talvar və su anbarı mövcuddur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 fevral 2025-ci il tarixli 10/9795 nömrəli ekspert rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2025-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən: Qərardadın birinci sualı üzrə: Balakən Rayon Aqrar İslahat komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə iddiaçılar X12, İddiaçı2, İddiaçı1, Məmmədova (Müseyibova) Türkan İntiqam qızına JN 805 A kod 40101004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş, ünvan 2 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinin naturada yeri müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: JN-805 A kod 40101004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən,iddiaçılar X12,İddiaçı2, İddiaçı1, Məmmədova (Müseyibova) Türkan İntiqam qızına JN 805 A kod 40101004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş,ünvan 2 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi cavabdehlər Cavabdeh2,Sofiyeva X8 Vaqif Yusif oğlu,Cavabdeh1 və ya digər şəxslər tərəfindən istifadə olunur.Həmin torpaq sahəsi cavabdehlər tərəfindən bütövlükdə istifadə olunur və ərazinin yerləşmə vəziyyəti,ölçüləri və koordinatları tərtib edilmiş yerqurluşu planında göstərilmişdir. Qərardadın üçüncü sualı üzrə: İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1,Məmmədova (Müseyibova) Türkan İntiqam qızına JN 805 A kod 40101004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş, ünvan 2 ünvanında torpaq sahəsinin hüdudları daxilində talvar və su anbarı mövcuddur. Məhkəmə, məhkəmə iclasına gəlmiş iddiaçının,digər iddiaçının nümayəndəsinin, iddiaçıların nümayəndəsi-vəkilinin və məhkəmə iclasına gəlmiş cavabdehlərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, ilk iddia təmin ,qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə iddiaçılar İddiaçı4,İddiaçı2, İddiaçı1,X7 ümumi birgə mülkiyyətinə Balakən şəhəri Ü. Hacıbəyov küçəsində 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.Onlar 2013-cü ildə 1000 ABŞ dolları alaraq həmin torpaq sahəsini cavabdehlərə vermişlər və bununla bağlı İddiaçı4 torpaq sahəsi üzərində sərəncam vermək,satmaq, bağışlamaq, ipotekaya qoymaq, pulunu almaq,buna dair müqavilə imzalamaq,bu tapşırığın yerinə yetirilməsi ilə bağlı adından ərizə vermək və digər hərəkətlər etmək hüququ ilə Cavabdeh2 xx.xx.2013cü il tarixli, 7E-575 reyestr nömrəli etibarnamə vermişdir.Cavabdehlər həmin torpaq sahəsindən istifadə etmişlər və orada talvar və su anbarı tikmişlər. İddiaçılar torpaq sahəsinə görə verdikləri etibarnaməni xx.xx.2022-ci il tarixli 8Î-17 reyestr nömrəli ərizəyə əsasən Balakən Regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisində ləğv etdirmişlər.Bundan sonra onlar torpaq sahəsini geri tələb etməyə başlamışlar.Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3,Cavabdeh1 isə həmin torpaq sahəsindən çıxmayaraq oradan qanunsuz istifadə etməkdə davam etmişlər,iddiaçıların həmin torpaq sahəsinə girmələrinə və çıxmalarına imkan verməmişlər.Odur ki,iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.Cavabdeh3 isə torpaq sahəsinə görə verdiyi 1000 ABŞ dollarını və oradakı tikililərin dəyərini tələb edir. İlk iddia tələbini əsaslı hesab edən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işin hallarını, mübahisəli 0.06 ha torpaq sahəsinin iddiaçılar İddiaçı4,İddiaçı2,İddiaçı1 və Məmmədova (Müseyinova) Türkan İntiqam qızının mülkiyyətində olmasını,həmin torpaq sahəsinə cavabdehlərin heç bir hüquqlarının olmamasını,tələb edilməsinə baxmayaraq cavabdehlərin həmin torpaq sahəsindən çıxmamalarını,eyni zamanda cavabdehlərin iddiaçının mülkiyyətində olan 0,06 ha torpaq sahəsində inşa etdirdikləri talvar və su anbarını sökməmələrini maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehlər X20,X25,Cavabdeh4 və X24 iddiaçıların mülkiyyətində olan ünvan 2ndə yerləşən 0.06 ha torpaq sahəsindən çıxarılmalı və orada onlar tərəfindən inşa olunmuş tikililər-talvar və su anbarı cavabdehlərin özlərinin hesabına sökülməlidir Qarşılıqlı iddianı qismən əsaslı hesab edərək məhkəmə qeyd edir ki, Cavabdeh3 iddiaçıların mülkiyyətində olan torpaq sahəsini aldığını iddia etsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 144.1-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsinə dair müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir.Müqavilədə tərəflərin hüquqları və vəzifələri,torpaq sahəsinin hüquqi statusu,öhdəliklər,məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Cavabdeh3 torpaq sahəsinin alqı-satqısına dair mötəbər sübutu məhkəməyə təqdim edə bilmir, torpaq sahəsi hazırda da iddiaçıların mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən isə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə iclasında müəyyən edildi ki,Cavabdeh3 iddiaçıların qohumu Akif Məmmədovdan aldığını iddia etdiyi torpaq sahəsi belə onun deyil, qardaşı X23 mülkiyyətindədir. Torpaq sahəsi üzərində hər cür sərəncam vermək hüququ ilə 20 il müddətə Cavabdeh2 verilmiş və 05 yanvar 2022-ci ildə ləğv edilmiş xx.xx.2013-cü il tarixli, 7E-575 reyestr nömrəli etibarnamə ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MMnin 362.1-ci maddəsinə əsasən etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Göründüyü kimi etibarnamə əmlakın alqı-satqısını deyil, vəkalət vermiş şəxsin adından etibarnamədə qeyd edilmiş hərəkətlərin yerinə yetirilməsinə səlahiyyət verən sənəddir. Bundan başqa etibarnamənin məzmunundan görünür ki, etibarnamə İddiaçı4 tərəfindən verilmişdir,halbuki sözügedən 0.06 hektar torpaq sahəsi İddiaçı4,İddiaçı2,İddiaçı1, X7 ümumi birgə mülkiyyətindədir. Odur ki, İddiaçı4 belə etibarnamə vermək səlahiyyəti də olmamışdır. 2022-ci ildə də həmin etibarnamə ləğv olunmuşdur. Buna baxmayaraq məhkəmə hesab edir ki, iddiaçılar torpaq sahəsinə görə Cavabdeh3 1000 ABŞ dollarını hüquqi əsas olmadan alaraq əsassız varlanmışlar. Odur ki,həmin xarici valyutanın bu günə olan dəyəri -1700 manat iddiaçılar İddiaçı4,İddiaçı2,İddiaçı1, X4 alınıb Cavabdeh3 qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmışşəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mübahisəli torpaq sahəsində inşa olunmuş ev və digər tikililərin dəyərinin tələb edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işdə olan ekspert rəyindən görünür ki, mübahisəli torpaq sahəsində cavabdehlər tərəfindən tikilmiş talvar və su hovuzu vardır. Ekspert rəyi ilə müəyyən olunur ki, həmin torpaq sahəsində ev inşa olunmamışdır. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş,Balakən rayon İH Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 09 dekabr 2024-cü il tarixdə verilmiş 2050 nömrəli arayışdan da görünür ki, 2016-cı ildə tikilmiş, 1(bir) mərtəbəli tikili ev deyil, yardımçı tikilidir. Su hovuzu və talvar ilə bağlı məhkəmə qeyd edir ki,Cavabdeh2 verilmiş xx.xx.2013cü il tarixli,7E-575 reyestr nömrəli etibarnamədə Cavabdeh2 torpaq sahəsi üzərində sərəncam vermək,satmaq, bağışlamaq,ipotekaya qoymaq, pulunu almaq, buna dair müqavilə imzalamaq, bu tapşırığın yerinə yetirilməsi ilə bağlı adından ərizə vermək və digər hərəkətlər etmək səlahiyyəti verilsə də, orada hər hansı tikinti aparmaq səlahiyyəti verilməmişdir.Belə olan halda cavabdehlər qanunsuz olaraq həmin torpaq sahəsində talvar və su anbarı inşa etmişlər.Həmin tikililər iddiaçılar tərəfindən bəyənilmir və sökülməsini tələb edirlər.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Cavabdeh3 vicdanlı sahib hesab olunmadığından və iddiaçılar həmin tikililərin sökülməsini tələb etdiklərindən Cavabdeh3 bu tələbi əsaslı hesab oluna bilməz və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk iddia tələbi təmin edildiyindən,İddiaçı4 tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərci cavabdehlər X5, X13, Cavabdeh4 və X14 alınaraq İddiaçı4 verilməli, 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər X5, X13, Cavabdeh4 və X14 tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X15, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən Cavabdeh3 tərəfindən ödənmiş 192 manat dövlət rüsumunun 0,96 manatı iddiaçılar İddiaçı4, İddiaçı2,İddiaçı1 və X4 alınıb Vaqif İsgəndərova verilməli, qalan hissəsi Vaqif İsgəndərovun özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, cavabdehlər X25, X24, Cavabdeh4 və X1 Rayon Aqrar islahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 və X7 ümumi birgə mülkiyyətinə verilmiş, ünvan 2ndə yerləşən 0.06 ha həyətyanı torpaq sahəsini boşaltmalı, cavabdehlər X25, X24, Cavabdeh4 və X20 tərəfindən həmin torpaq sahəsində inşa edilmiş tikililər-su anbarı və talvar onların öz hesabına sökülməlidir. Qarşılıqlı iddia qismən təmin edilməli, torpaq sahəsinə görə verilmiş 1000 ABŞ dolları Azərbaycan manatına olan məzənnə ilə dəyəri-1700 (bir min yeddi yüz) manat iddiaçılar İddiaçı4,İddiaçı2,İddiaçı1 və X4 alınıb Vaqif İsgəndərova verilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı4 tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərci cavabdehlər X25, X24,Cavabdeh4 və X5 alınaraq İddiaçı4 ödənilməlidir. Qarşılıqlı iddia ərizəsinə görə X24 tərəfindən ödənmiş 192 manat dövlət rüsumunun 0,96 manatı iddiaçılar İddiaçı4,İddiaçı2,İddiaçı1 və X4 alınıb Vaqif İsgəndərova verilməli, qalan 191,04 manat hissəsi Vaqif İsgəndərovun özünə aid edilməlidir. 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər X25, X24, Cavabdeh4 və X5 tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X15, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi: İlk İddia təmin edilsin. Cavabdehlər X25,X24,Cavabdeh4 və X20 tərəfindən Balakən Rayon Aqrar islahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 və X7 mülkiyyətinə verilmiş,ünvan 2ndə yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi boşaldılsın, cavabdehlər X25, X24, Cavabdeh4 və X20 tərəfindən həmin torpaq sahəsində inşa edilmiş tikililər-su anbarı və talvar onların öz hesabına sökülsün. Qarşılıqlı iddia qismən təmin edilsin. Torpaq sahəsinə görə verilmiş 1000 ABŞ dollarının Azərbaycan manatına olan məzənnə ilə dəyəri-1700 (bir min yeddi yüz) manat iddiaçılar İddiaçı4, İddiaçı2,İddiaçı1 və X4 alınıb Cavabdeh3 verilsin;qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İddiaçı4 tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərci cavabdehlər X5, X13, Cavabdeh4 və X14 alınaraq İddiaçı4 verilsin. Cavabdeh3 tərəfindən ödənmiş 192 manat dövlət rüsumunun 0,96 manatı iddiaçılar İddiaçı4, İddiaçı2,İddiaçı1 və X4 alınıb Vaqif İsgəndərova verilsin, qalan hissəsi Vaqif İsgəndərovun özünə aid edilsin. 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər X13, X14, Cavabdeh4 və X5 tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X15, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar