Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1030/2025 05.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Səfərli Dünya Azad qızının katibliyi İddiaçı Balakən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə3, cavabdehlər Cavabdeh4 (Cavabdeh18 qanuni nümayəndəsi), Cavabdeh6, Cavabdeh10, Kahayeva (Qoradayeva) Havva Şərif qızının (Cavabdeh20 və Cavabdeh21 qanuni nümayəndəsi), X1 və Cavabdeh1 nümayəndəsi Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı Balakən Rayonu İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh7, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh32, Cavabdeh31, Cavabdeh9, Cavabdeh1, Cavabdeh4, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh8, Kahayeva (Qoradayeva) Havva Şərif qızına, Cavabdeh20, Cavabdeh21, Cavabdeh3, Cavabdeh6, Cavabdeh22, Cavabdeh23, Uqalayeva (Eyyubova) Ulduz Niyaz qızına, Cavabdeh25, Cavabdeh2, Cavabdeh5, X6, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29 və Cavabdeh30 qarşı “cavabdehlərin, onlarla yaşayan ailə üzvlərinin və digər şəxslərin Balakən rayonunun Mahamalar kəndindən yerləşən liter B kimi qeyd olunan binadakı mənzillərdən çıxarılmaları” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Balakən Rayonu İcra Hakimiyyəti cavabdehlər Cavabdeh7, Cavabdeh9, Cavabdeh1, Cavabdeh4, Cavabdeh8, Cavabdeh3, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh7, Cavabdeh9, Cavabdeh1, Cavabdeh4, Cavabdeh8, Cavabdeh3, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, onlarla yaşayan ailə üzvlərinin və digər şəxslərin Balakən rayonunun Mahamalar kəndində yerləşən, liter B kimi qeyd olunan binadakı mənzillərdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Balakən Rayonu İcra Hakimiyyəti məhkəməyə vəsatət ilə müraciət edərək, cavabdehlərin, onlarla yaşayan ailə üzvlərinin və digər şəxslərin Balakən rayonunun Mahamalar kəndində yerləşən liter B kimi qeyd olunan binadakı mənzillərdən çıxarılmaları barədə” iddia ərizəsində Balakən RİH tərəfindən həmin yaşayış sahələrinin yalnız ailə başçılarının adları qeyd olunmuş, digər ailə üzvlərinin adları ayrı-ayrılıqda cavabdeh kimi qeyd edilməyərək “cavabdehlərlə yaşayan ailə üzvləri və digər şəxslər” kimi ümumi sözlərlə ifadə edilmişdir. Qeyd olunan iş üzrə müvafiq qətnamə qəbul edildikdən sonra cavabdehlə yaşayan ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsinə hüquqları ilə əlaqədar yarana biləcək mübahisələri nəzərə alaraq aşağıdakı şəxslərin də cavabdeh qismində işə cəlb olunmalarını xahiş etmişdir: Cavabdeh7 ailə üzvləri: Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh32, Cavabdeh31, Cavabdeh4 ailə üzvləri: Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh8 ailə üzvləri: X27, Cavabdeh20, Cavabdeh21, Cavabdeh6 ailə üzvləri: Cavabdeh22, Cavabdeh23, X38, Cavabdeh25, Cavabdeh5 ailə üzvləri: X10, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 İyul tarixli 434s nömrəli Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansından Balakən RİH-ə təhvil verilmiş 4 ədəd iki mərtəbəli yaşayış binası və 1 ədəd bir mərtəbəli yaşayış evi RİH başçısının xx.xx.2021-ci il tarixli 95 nömrəli Sərəncamı əsasında Balakən rayon Mənzil İstismar Müəssisəsinin balansına verilmişdir. Yaşayış evləri 1968-1973-ci illərdə tikinti normalarına uyğun olmadan, yəni dəmir-beton sutunlar və dəmir-beton kəmərlər inşa olunmadan tikilmişdir. Bınalar 2018-ci ildə 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən tutulmuş **********09-12101 texniki pasporta görə hərflərlə işarə edilmışdır. Balakən Rayon Mənzil İstismar Müəssisəsitərəfindən binalarda yaşayan və faktiki yaşamadan mənzilləri öz istifadələrində saxlayan vətəndaşlara bir neçə dəfə şifahi olaraq qeyd edilən mənzillərdə yaşamaq hüquqlarını təsdiq edən sənədləri təqdim etmək tövsiyə olunmuş, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində yazılı müraciət olunaraq (onlara göndərilən məktubların surətləri iddia ərizəsinə əlavə olunur) mənzili qanunsuz zəbt etdikləri halda onu 1 həftə müddətinə könüllü boşaltmaları xahiş olunmuş, əks halda həmin mənzillərdə qanunsuz yaşayan vətəndaşların və onların ailə üzvlərinin mənzillərdən çıxarılmaları tələbi ilə aidiyyəti qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin heç kim mənzillərdən çıxmamış, əksinə, bu tələbi onların mənzil hüquqlarının pozulması kimi qəbul etmişlər. Bundan başqa həmin ekspedisiyada ən qısa müddət ərzində belə işləmiş olan şəxslər Balakən RİH-ə müraciət edərək həmin mənzillərə hüquqlarının olduğunu bildirir, onların ərazidə mənzillə təmin edilmələrini tələb edirlər. Binalarda yaşayan və yaşamaq hüquqlarının olduğunu iddia edən şəxslər tərəfindən Balakən rayon Mənzil İstismar Müəssisəsinə daxil olan sənədlərə baxılmış, müvafiq araşdırmalar aparılmışdır. Binada yaşayan sakinlərin bəziləri müxtəlif illərdə ekspedisiyada işləmələrini əsas gətirərək təqdim etdikləri əmək kitabçasının surətinə əsaslanaraq, bəziləri isə müəssisənin iclas protokoluna əsasən onlara yaşayış sahəsinin verildiyini bildirərək mənzillərə qanuni hüquqlarının olduğunu iddia edirlər. Bundan başqa əvvəllər həmin binada xidməti mənzillə təmin olunmuş, hal-hazırda başqa ünvanda qeydiyyatda olan və həmin mənzillərdən “yay evi” kimi istifadə edən, ötən müddət ərzində həmin ərazidə yerləşən binalara normal nəzarət edilməməsi nəticəsində binadakı ayrı-ayrı mənzilləri qanunsuz zəbt edərək uzun müddət məskunlaşmış şəxslərin olması halları da mövcuddur. Mövcud qanunvericiliyə istinad edilərək yuxarıda adları qeyd edilən şəxslərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 iyul tarixli 434s nömrəli Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansından Balakən RİH-ə təhvil verilmiş, RİH başçısının xx.xx.2021-ci il tarixli 95 nömrəli Sərəncamı əsasında Balakən Rayon Mənzil İstismar Müəssisəsinin balansına verilmiş mənzillərdə yaşamaq hüquqlarının tanınması mümkün olmadığından müvafiq iddia ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı Balakən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddia ərizəsi ilə razı olmadığını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, həmin mənzildə doğulub-böyüyüb, anası, yoldaşı, uşağı ilə orada yaşayır. Şəkinskinin qərarı olub ki, ev təmannasız orada yaşayanlara verilsin, Geologiyanın səhvi olubsa, onları niyə evdən çıxartmalıdılar?! Atası Geologiyada işləyib. Balakən Rayon Mənzil İstismar Müəssisəsi ilə müqavilə bağlanıb. Məhkəmə iclasında Cavabdeh6 iddia ərizəsi ilə razı olmadığını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, 1978-ci ildə gənc mütəxəssis kimi evlə təmin edilib, uşaqları orada doğulub-böyüyüb, artıq pensiyaya çıxıb, evdə imkansızlıqdan qalıb, Mənzil İstismar Müəssisəsi ilə müqavilə bağlamışdır. Məhkəmə iclasında Cavabdeh10 iddia ərizəsi ilə razı olmadığını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, 1979-cu ildə Geologiyada tibb bacısı işləyib, yoldaşı sürücü olub, evi təmir ediblər, 4 ildir ki, həmin mənzildə yaşayır. Məhkəmə iclasında cavabdeh X10 iddia ərizəsi ilə razı olmadığını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, yoldaşı 40 il Geologiyada işləyib, o vaxt komendant Elmira onlara evin düşdüyünü demişdir, ev şəraitsizdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iddia ərizəsi ilə razı olmadığını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Solmaz 30-40 il təşkilatda işləyib, başqa qalacaq yeri yoxdur. Məhkəmə iclasında Cavabdeh19 iddia ərizəsi ilə razı olmadığını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qayınatası Geologiyada işləyib, 9 ildir ki, yoldaşı və 2 uşağı ilə həmin mənzildə yaşayır. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında Cavabdeh16 izahat verərək qalmağa başqa yeri olmadığını, 1975-ci ildə həmin mənzilə gəlin gəldiyini, yoldaşının 10 il Ekologiya və Təbii Sərvətlər Nazirliyində işlədiyini, həmin evin daimi istifadə üçün verildiyini, yoldaşının rəhmətə getdiyini və iddia ərizəsi ilə razı olmadığını bildirmiş, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında Cavabdeh3 izahatında iddia ərizəsi ilə razı olmadığını, 4-5 il həmin mənzildə yaşadığını, daha sonra təmir etməyə imkanı olmadığı üçün çıxdığını, hazırda orada yaşamadığını, atasının evində yaşadığını, Balakən Rayon Mənzil İstismar Müəssisəsi ilə müqavilə bağladıqlarını, 30 il Geologiyada işlədiyini, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında Cavabdeh5 izahatında iddia ərizəsi ilə razı olmadığını, mənzilin 1978-ci ildə Geologiya tərəfindən xidməti ev kimi verildiyini, hazırda təmirə görə orada qalmadığını, məhkəmə işinə görə hələ təmir etdirmədiklərini, özlərinin evinin olmasını, Balakən Rayon Mənzil İstismar Müəssisəsi ilə müqavilə bağladıqlarını bildirmiş, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında Cavabdeh30 izahatında iddia ərizəsi ilə razı olmadığını, evin qayınanası Cavabdeh5 Geologiyada işlədiyi üçün verildiyini, evləndikdən sonra problemlər olduğu üçün bir müddət həmin mənzildə yaşadığını bildirmiş, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, digər cavabdehlər Cavabdeh7, Cavabdeh11 (Cavabdeh15 və Cavabdeh32 qanuni nümayəndəsi), Cavabdeh12 (Cavabdeh31 qanuni nümayəndəsi), Cavabdeh13, Cavabdeh14, Cavabdeh9, Cavabdeh16, Cavabdeh17, Cavabdeh8, Cavabdeh3, Cavabdeh22, Cavabdeh23, X28, Cavabdeh25, Cavabdeh5, Cavabdeh27 (Cavabdeh29 qanuni nümayəndəsi), Cavabdeh28, X2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayon Mənzil İstismar Müəssisəsinin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansında olan dövlət əmlakının bir qisminin Balakən Rayon icra Hakimiyyətinin balansına verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2021-ci il tarixli 434a nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmış “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 6.5-cı bəndinə əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balakən Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansında olan, bu Sərəncamın əlavəsində göstərilən dövlət əmlakı Balakən Rayon İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Başçısının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansında olan dövlət əmlakının bir qisminin Balakən Rayon icra Hakimiyyətinin balansına verilməsi barədə 05 noyabr 2021-ci il tarixli 103 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2021-ci il tarixli 434s nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat xidmətinin balansından 07 oktyabr 2021-ci il tarixli təhvil-təslim aktı ilə Balakən Rayon icra Hakimiyyətinin balansına verilmiş Balakən rayonu, Mahamalar kəndinin ərazisində yerləşən 4 ədəd 2 mərtəbəli yaşayış binası və 1 ədəd 1 mərtəbəli yaşayış evin Balakən rayon Mənzil İstismar Müəssisəsinin (aktda göstərilmiş texniki vəziyyətdə) balansına, 1 ədəd transformator yarımstansiyasının KTP 160/10 Balakən rayon Elektrik Şəbəkəsinin balansına verilməsi qərara alınmışdır. 17 oktyabr 2024-cü il tarixli Müqavilənin surətindən görünür ki, birinci tərəf Balakən rayon Mənzil İstismar Müəssisəsinin rəisi X4 rayon Mənzil İstismar Müəssisəsinin balansında olan Mahamalar kəndində yerləşən Liter"A" Liter"B" Liter"C" Liter"D"saylı binanın ümumi istifadədə olan (dam örtüyü,fasadı, giriş blokları) yerlərin təmiri və qorunub saxlanmasını öhdəsinə alır. İkinci tərəf Balakən rayon Mahamalar kənd sakini Cavabdeh6 Mənzil İstismar müəsisəsinin balansında olan Mahamalar kəndində yerləşən Liter"B" saylı binanın ikinci girişdə ikinci mərtəbədə iki otaqlı 52 m2 sahəsi olan mənzilini təmir etməyə, səliqəli saxlamağı, Yaşadığı mənzilin hər kvadrat metrinə Azərbaycan Respublikası Tarif Şurasının 24 noyabr 2011-ci il 5 nömrəli qərarının təsdiq etdiyi qiymətlə (0.02 qəpik) xidmət haqqını hər ayın 30 dan gec olmayaraq Mənzil İstismar müəsisəsinin Kapital bank Balakən rayon şöbəsində olan hesabına ödəməyi öhdəsinə almışdır. Əgər hər hansı bir tərəf müqavilənin şərtlərini pozarsa mövcud qanunvericiliyə əsasən məsuliyyət daşıyır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilən Arayışdan görünür ki, respublika ərazisi üzrə Cavabdeh9 adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş X13 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur. Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının idarə işçiləri və Həmkarlar İttifaqı komitəsinin xx.xx.1982-ci il tarixdə birgə keçirilmiş iclas protokolundan görünür ki, Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının balansında olan yataqxana tipli 2 nömrəli evin 2/mər mənzili 1973-cü ildən ekspedisiyada işləyən və hal-hazırda mənzilə ehtiyacı olan Cavabdeh9 verilməlidir. Cavabdeh9 ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1999-ci ildə ƏM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında tutduğu vəzifədən azad edilmişdir. 17 iyul 2023-cü il tarixli Müqavilədən görünür ki, birinci tərəf Balakən rayon Mənzil İstismar Müəssisəsi Balakən rayon Mənzil İstismar Müəssisəsinin balansında olan Mahamalar kəndində yerləşən Liter "A" Liter "B" Liter "C" Liter "D" saylı binanın ümumi istifadədə olan (dam örtüyü, fasadı, giriş blokları) yerlərin təmiri və qorunub saxlanmasını öhdəsinə alır. İkinci tərəf Balakən rayon Mahamalar kənd sakini Cavabdeh1 mənzilini təmir etməyə, səliqəli saxlamağı, Azərbaycan Respublikası Tarif Şurasının 24 noyabr 2011-ci il 5 nömrəli qərarının təsdiq etdiyi qiymətlə (0.02 qəpik) Xidmət haqqını hər ayın 30 dan gec olmayaraq Mənzil İstismar müəsisəsinin Kapital bank Balakən rayon şöbəsində olan hesabına ödəməyi öhdəsinə almışdır. Əgər hər hansı bir tərəf müqavilənin şərtlərini pozarsa mövcud qanunvericiliyə əsasən məsuliyyət daşıyır. Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilən 31 mart 2022-ci il tarixli 18/C-059 nömrəli arayışdan görünür ki, X16 həqiqətən keçmiş Geologiya və Mineral Ehtiyatlar Komitəsində və Ekologiya və Təbii Sərvətlər Nazirliyində 01 oktyabr 1977-ci ildə Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasına 2-ci dərəcəli təsərrüfat üzrə fəhlə qəbul edilmiş, 30 yanvar 2015-ci ildə Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X34 Fondu tərəfindən verilən xx.xx.2025-ci il tarixli 3-14-23/2-C-xx-xx/2025 nömrəli arayışdan görünür ki, Cavabdeh1 həqiqətən ləğv edilmiş Azərbaycan SSR Geologiya idarəsinin, “Azərbaycangeologiya” İstehsalat Birliyinin, Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsinin Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında, o cümlədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətində və Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət informasiya- Arxiv Fondunda 01 oktyabr 1977-ci il tarixindən (Əmr №159/k, xx.xx.1977-ci il) - 30 yanvar 2015-ci il tarixinədək (Əmr № 008/k, xx.xx.2015-ci il) təsərrüfat işçisi, bağban, xadimə, radiooperator, nümunə üyüdücüsü, mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis vəzifələrində işləmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 1264 nömrəli Arayışdan görünür ki, respublika ərazisi üzrə Cavabdeh1 adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş X13 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur. ИT-İ seriyalı ******* nömrəli Cavabdeh1 məxsus əmək kitabçasının surətindən görünür ki, 30 yanvar 2015-ci il tarixdə ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətində və Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət informasiya- Arxiv Fondunda tutduğu vəzifədən azad edilmişdir. Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının idarə işçiləri və Həmkarlar İttifaqı komitəsinin xx.xx.2004-cü il tarixdə birgə keçirilmiş iclas protokolundakı qərarından çıxarışdan görünür ki, Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının balansında olan yataqxana tipli 2 nömrəli evin ¼-cü mənzili 1990-cı ildən ekspedisiyada aparıcı mühasib vəzifəsində işləyən və hal-hazırda mənzilə ehtiyacı olan Cavabdeh3 Şamsuda qızına verilməlidir. ИT-İ seriyalı ******* nömrəli Cavabdeh3 Şamsuda qızına məxsus əmək kitabçasının surətindən görünür ki, 17 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2001-ci il tarixli 303 nömrəli əmrinə əsasən işdən azad olunmuşdur (ƏM-nin 70-ci maddəsinin “a” bəndi). AZ-İ seriyalı 683713 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 23 oktyabr 2014-cü ildə ölmüşdür. X7 məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. 25 may 2023-cü il tarixli Müqavilədən görünür ki, birinci tərəf Balakən rayon Mənzil İstismar Müəssisəsinin rəisi X4 rayon Mənzil istismar Müəssisəsinin balansında olan Mahamalar kəndində yerləşən Liter "A" Liter "B" Liter 'C" Liter "D" saylı binanın ümumi istifadədə olan (dam örtüyü, fasadı, giriş blokları) yerlərin təmiri və qorunub saxlanmasını öhdəsinə alır. İkinci tərəf Balakən rayon Mahamalar kənd sakini Cavabdeh4 Mənzil İstismar müəsisəsinin balansında olan Mahamalar kəndində yerləşən Liter "A" saylı binanın birinci girişdə birinci mərtəbədə dörd otaqlı 82 m2 sahəsi olan mənzilini təmir etməyə, səliqəli saxlamağı, Azərbaycan Respublikası Tarif Şurasının 24 noyabr 2011-ci il 5 nömrəli qərarının təsdiq etdiyi qiymətlə (0.02 qəpik) Xidmət haqqını hər ayın 30 dan gec olmayaraq Mənzil İstismar müəsisəsinin Kapital bank Balakən rayon şöbəsində olan hesabına ödəməyi öhdəsinə almışdır. Əgər hər hansı bir tərəf müqavilənin şərtlərini pozarsa mövcud qanunvericiliyə əsasən məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin 26 aprel 1994-cü il tarixli 59 nömrəli əmrindən görünür ki, ”Dövlətgeolkomda” Baş Qafqaz geoloji ekspedisiyasının balansında olan 4 ədəd 2 mərtəbəli, 12 mənzilli daş binaların orada yaşayan sakinlərin şəxsi mülkiyyətinə əvəzsiz verilməsinə baxılmasının və həll edilməsini operativ həll etmək üçün Ə.D.Səmədov, Ə.M.Çanibəyov, Q.İ.Hacıkərimov, F.M.İsmayılov və X.B.Ağcayevdən ibarət komissiya yaradılmışdır. Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının idarə işçiləri və Həmkarlar İttifaqı komitəsinin xx.xx.2002-ci il tarixdə birgə keçirilmiş iclas protokolundan görünür ki, Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının balansında olan 1 nömrəli evin 2/1-ci evin mənzili 1973-cü ildən sürücü vəzifəsində işləyən və hal-hazırda mənzilə ehtiyacı olan Cavabdeh7 verilməlidir. Cavabdeh7 əmək kitabçasının surətindən görünür ki, Baş Geoloji Kəşfiyyat İdarəsində sürücü vəzifəsində işləmişdir. 25 noyabr 2024-cü il tarixli Müqavilənin surətindən görünür ki, birinci tərəf Balakən rayon Mənzil İstismar Müəssisəsinin rəisi X4 rayon Mənzil istismar Müəssisəsinin balansında olan Mahamalar kəndində yerləşən Liter "A" Liter "B" Liter 'C" Liter "D" saylı binanın ümumi istifadədə olan (dam örtüyü, fasadı, giriş blokları) yerlərin təmiri və qorunub saxlanmasını öhdəsinə alır. İkinci tərəf Balakən rayon sakini Cavabdeh7 Mənzil İstismar müəsisəsinin balansında olan Mahamalar kəndində yerləşən Liter "B" saylı binanın birinci girişdə birinci mərtəbədə iki otaqlı 52 m2 sahəsi olan mənzilini təmir etməyə, səliqəli saxlamağı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 mart tarixli,40 nömrəli qərarına əsasən mənzillər üzrə 1 kv.m yaşayış sahəsi üçün 1 ayda - 0.02 AZN məbləğ xidmət haqqı hesablanır. Xidmət haqqını hər ayın 30 dan gec olmayaraq Mənzil İstismar müəsisəsinin Kapital bank Balakən rayon şöbəsində olan hesabına ödəməyi öhdəsinə almışdır. Əgər hər hansı bir tərəf müqavilənin şərtlərini pozarsa mövcud qanunvericiliyə əsasən məsuliyyət daşıyır. 03 dekabr 2024-cü il tarixli Müqavilənin surətindəndən görünür ki, birinci tərəf Balakən rayon Mənzil İstismar Müəssisəsinin rəisi X4 rayon Mənzil İstismar Müəssisəsinin balansında olan, Mahamalar kəndində yerləşən Liter "A" Liter "B" Liter "C" Liter "D" saylı binanın ümumi istifadədə olan (dam örtüyü, fasadı, giriş blokları) yerlərin təmiri və qorunub saxlanmasını öhdəsinə alır. İkinci tərəf Balakən rayon Mahamalar kənd sakini Cavabdeh9 qızı mənzilini təmir etməyə, səliqəli saxlamağı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 mart tarixli, 40 nömrəli qərarına əsasən mənzillər üzrə 1 kv.m yaşayış sahəsi üçün 1 ayda - 0.02 AZN məbləğ xidmət haqqı hesablanır. Xidmət haqqını hər ayın 30 dan gec olmayaraq Mənzil İstismar müəssisəsinin Kapital bank Balakən rayon şöbəsində olan hesabına ödəməyi öhdəsinə almışdır. Əgər hər hansı bir tərəf müqavilənin şərtlərini pozarsa mövcud qanunvericiliyə əsasən məsuliyyət daşıyır. AZ-İİ seriyalı 252171 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 02 sentyabr 2004-cü ildə ölmüşdür. 29 yanvar 2008-ci il tarixli 02 nömrəli arayışdan görünür ki, Baş Qafqaz GAE-nın Balakən rayonunun Mahamalar kəndində yerləşən bazasındakı 1 nömrəli evin 3 nömrəli, iki otaqlı mənzili 1994-cü il tarixdən ekspedisiyanın sabiq işçisi X8 verilmişdir. X8 məxsus əmək kitabçasından görünür ki, Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsində olan vəzifəsinə xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2001-ci il 17 noyabr tarixli 303 nömrəli əmrinə əsasən Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasının ləğvi ilə əlaqədar işdən azad olunmuşdur (ƏM-nin 70-ci maddəsinin “a” bəndi). Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının idarə işçiləri və Həmkarlar İttifaqı komitəsinin xx.xx.2000-ci il tarixdə birgə keçirilmiş iclas protokolundakı qərarından çıxarışdan görünür ki, Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının balansında olan 1 nömrəli evin 3 nömrəli, iki otaqlı mənzili 1973-cü ildə ekspedisiyada kassir-mühasib işləyən və hal-hazırda mənzilə ehtiyacı olan X8 verilməlidir. Balakən Rayon Məhkəməsinin e-2(019)-203/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Balakən Rayon Mənzil İstismar Müəssisəsinin cavabdehlər X24, X18, Cavabdeh9, Cavabdeh3, X30, X19, X20, X15 və X25 qarşı mənzildən çıxarma tələbinə dair iddiası təmin olunmamışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-928/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2(019)-203/2024 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsinin cavabdehlər X35, X31, Cavabdeh9, Cavabdeh3, X39, X32, X33, X23 və X25 qarşı “mənzildən çıxarma tələbinə dair” iddiası rədd edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini, iş materiallarında olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan SSR Mənzil Məcəlləsinin: 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınqlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. 104-cü maddəsinə əsasən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. 8.0-cı maddəsinə əsasən mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. 17.1-ci maddəsinə əsasən mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2-ci maddəsinə əsasən mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 17.3-cü maddəsinə əsasən istifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. 91.1.1-ci maddəsinə əsasən xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra– xüsusi təyinatlı yaşayış sahələri) aiddir. 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3-cü maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.6-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 99.7-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. 99.8-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 101.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. 101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 103.3-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.8-ci bəndinə əəsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək Yerli icra hakimiyyəti başçısının səlahiyyətidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materialları əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2021-ci il tarixli 434a nömrəli Sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansında olan, Sərəncamın əlavəsində göstərilən dövlət əmlakı Balakən Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansından Balakən RİH-ə təhvil verilmiş 4 ədəd Liter "A", Liter "B", Liter "C", Liter "D" iki mərtəbəli yaşayış binası və 1 ədəd Liter "J" bir mərtəbəli yaşayış evi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 103 nömrəli Sərəncamı əsasında Balakən Rayon Mənzil İstismar Müəssisəsinin balansına verilmişdir. Balakən Rayon Mənzil İstismar Müəssisəsi tərəfindən binalarda yaşayan və faktiki yaşamadan mənzilləri öz istifadələrində saxlayan vətəndaşlara şifahi və yazılı məlumat verilərək qeyd edilən mənzilləri könüllü boşaltmaları xahiş olunmuş, lakin onlar qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan mənzillərdən çıxmamışlar. Həmçinin həmin mənzillərin heç biri bu günədək özəlləşdirilməmişdir. Onlar qeyd edilən mənzillərə dair hüquqlarını təsdiq edən mötəbər sübut təqdim etməmişdirlər. Göründüyü kimi iddiaçı Balakən Rayon İcra Hakimiyyəti səlahiyyətli dövlət orqanı kimi cavabdehlərin mənzillərdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, cavabdehlər Cavabdeh7, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh32, Cavabdeh31, Cavabdeh9, Cavabdeh1, Cavabdeh4, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh8, Kahayeva (Qoradayeva) Havva Şərif qızı, Cavabdeh20, Cavabdeh21, Cavabdeh3, Cavabdeh6, Cavabdeh22, Cavabdeh23, X28, Cavabdeh25, Cavabdeh2, Cavabdeh5, X10, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29 və Cavabdeh30 mənzillərdən çıxarılmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh7, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh32, Cavabdeh31, Cavabdeh9, Cavabdeh1, Cavabdeh4, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh8, Kahayeva (Qoradayeva) Havva Şərif qızı, Cavabdeh20, Cavabdeh21, Cavabdeh3, Cavabdeh6, Cavabdeh22, Cavabdeh23, X28, Cavabdeh25, Cavabdeh2, Cavabdeh5, X10, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29 və Cavabdeh30 Balakən rayonunun Mahamalar kəndində yerləşən liter “B” kimi qeyd olunan binadakı mənzillərdə daimi və ya mütəmadi yaşayırlar. Məhkəmə cavabdehlərin izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək onların etirazının dəlillərini əsassız hesab edir. Belə ki, cavabdehlər Cavabdeh16 ərinin, Cavabdeh4 atası X3, Cavabdeh3 özünün, Cavabdeh6 özünün, Cavabdeh5 özünün, X9 qayınanası və X10 arvadı Cavabdeh5, Cavabdeh10 özünün və əri Cavabdeh7, Cavabdeh1 özünün və Kahayeva (Qoradayeva) Havva Şərif qızı qayınatasının, Cavabdeh2 qohumu X5 Azərbaycan SSR Geologiya idarəsində və Milli Geoloji Kəşfiyyat Xidmətində işlədiklərinə istinad edərək mənzillərdən çıxmağa etiraz etmişlər. Məhkəmə həmin cavabdehlərin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan SSR Geologiya idarəsində və Milli Geoloji Kəşfiyyat Xidmətində işlədiklərini təsdiq edən sənəd vermiş şəxslərin əmək müqavilələrinə xitam verilmişdir. Qanunvericiliyin tələbinə əsasən əmək müqavilələrinə xitam verildiyindən onların xidməti mənzillərdə yaşaması üçün əsas olmuş hal aradan qalxmışdır. Eyni zamanda xidməti yaşayış sahəsinin digər dövlət orqanının idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. O cümlədən cavabdehlər Balakən Rayon İcra Hakimiyyəti ilə əmək müqaviləsinin tərəfi deyildirlər. Bundan başqa cavabdehlər Cavabdeh7, Cavabdeh9, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh6 məhkəməyə Balakən rayon Mənzil İstismar Müəssisəsi ilə bağlanmış müqavilə təqdim etmişlər. Müqavilələrin məzmununa əsasən Balakən rayon Mənzil istismar Müəssisəsi binanın ümumi istifadədə olan (dam örtüyü, fasadı, giriş blokları) yerlərin təmiri və qorunub saxlanmasını, cavabdehlər isə mənzili təmir etməyi, səliqəli saxlamağı, yaşayış sahəsi üçün xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin müqavilələr xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri hesab edilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə əsasən xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Lakin hazırki mülki iş üzrə səlahiyyətli dövlət orqanı tərəfindən yaşayış sahələrinin verilməsi haqqında qərar qəbul edilməmişdir. Həmçinin dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə əsasən yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir. Eyni zamanda “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin” forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmişdir. “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin” formasına əsasən müqavilədə - 1. predmet, yəni kirayə verənin yaşayış sahəsinin haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə, müəyyən müddətə Kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürməsi, Kirayəçinin ailə üzvləri, 2. Tərəflərin hüquq və vəzifələri, 3. Müqavilə üzrə ödəniş (kirayə haqqı), 4. Tərəflərin məsuliyyəti, 5. Müqavilənin şərtlərinin dəyişdirilməsi və müqavilənin ləğv edilməsi şərtləri göstərilməlidir. Lakin cavabdehlərin təqdim etdiyi müqavilələr Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş formaya uyğun deyildir. Həmin müqavilələrdə mənzillərin haqqı ödənilməklə cavabdehlərə kirayə verilməsi, kirayə haqqı, ailə üzvləri və s. müddəalar öz əksini tapmamışdır. İddiaçı Balakən Rayon İcra Hakimiyyəti iddia tələbində qeyd edilmiş cavabdehlərin ailə üzvlərini müəyyən edərək onların cavabdeh kimi işə cəlb edilməsini xahiş etmiş, lakin “digər şəxslərin” kimliyi müəyyən edilməmişdir. Odur ki, iddia tələbi digər şəxslər hissəsində qeyri-müəyyən olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh7, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh32, Cavabdeh31, Cavabdeh9, Cavabdeh1, Cavabdeh4, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh8, Kahayeva (Qoradayeva) Havva Şərif qızı, Cavabdeh20, Cavabdeh21, Cavabdeh3, Cavabdeh6, Cavabdeh22, Cavabdeh23, Eyyubova (Uqalayeva) Ulduz Niyaz qızı, Cavabdeh25, Cavabdeh2, Cavabdeh5, X10, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29 və Cavabdeh30 Balakən rayonunun Mahamalar kəndində yerləşən liter “B” kimi qeyd olunan binadakı mənzillərdən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğu üçün 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh7, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh32, Cavabdeh31, Cavabdeh9, Cavabdeh1, Cavabdeh4, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh8, Kahayeva (Qoradayeva) Havva Şərif qızı, Cavabdeh20, Cavabdeh21, Cavabdeh3, Cavabdeh6, Cavabdeh22, Cavabdeh23, Uqalayeva (Eyyubova) Ulduz Niyaz qızı, Cavabdeh25, Cavabdeh2, Cavabdeh5, X10, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29 və Cavabdeh30 Balakən rayonunun Mahamalar kəndində yerləşən liter “B” kimi qeyd olunan binadakı mənzillərdən çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh7, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh9, Cavabdeh1, Cavabdeh4, Cavabdeh16, Cavabdeh17, Cavabdeh8, Kahayeva (Qoradayeva) Havva Şərif qızı, Cavabdeh3, Cavabdeh6, Cavabdeh22, Cavabdeh23, Uqalayeva (Eyyubova) Ulduz Niyaz qızı, Cavabdeh25, Cavabdeh2, Cavabdeh5, X10, Cavabdeh27, Cavabdeh28 və Cavabdeh30 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-1030/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1030/2025
05.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver