Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1042/2024 20.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı oğlunun nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin evdən çıxarılmaları tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı oğlu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı oğlunun adına reyestr nömrəsi **********76-10301 olan, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mülkiyyət hüququ qeydə alınmış Balakən rayonu Tülü kəndində 0.2031 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 77.3 kv/m-dən ibarət fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlunun həmin tələb üzrə iddia ərizəsi icraata qəbul edilmiş və e-2(019)- 1042/2024 nömrəli mülki iş olaraq Balakən Rayon Məhkəməsinin icraatındadır. Eyni zamanda məhkəmənin icraatında iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və İddiaçı oğluna qarşı Balakən rayonu Tülü kəndində 0.2031 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 77.3 kv/m-dən ibarət fərdi yaşayış evindən istifadə hüququnun tanınması tələbinə dair iddiası üzrə e-2(019)-1149/2024 nömrəli mülki iş vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını hərtərəfli araşdırıb, tərəflərin işlərin birləşdirilməsinə etiraz etməmələrini nəzərə alaraq hesab edir ki, yuxarıda qeyd edilən mülki işlər eyni tərəflərin iştirak etdiyi, eyni predmet barəsində olan işlər olduğundan və həmin işlərin həllinin nəticələri bir-birindən asılı olduğundan, iş materiallarının hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırılmasından ötrü bu işlərin birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehlərə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu maddədə göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Balakən Rayon Məhkəməsinin icraatında olan, İddiaçı oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin evdən çıxarılmaları tələbinə dair 2(019)-1042/2024 nömrəli və iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və İddiaçı oğluna qarşı fərdi yaşayış evindən istifadə hüququnun tanınması tələbinə dair 2(019)-1149/2024 nömrəli mülki işlər bir icraatda birləşdirilməli və e-2(019)-1149/2024 nömrə ilə birlikdə baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 169.3, 169.4, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Balakən Rayon Məhkəməsinin icraatında olan, İddiaçı oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin evdən çıxarılmaları tələbinə dair 2(019)- 1042/2024 nömrəli və iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və İddiaçı oğluna qarşı fərdi yaşayış evindən istifadə hüququnun tanınması tələbinə dair 2(019)-1149/2024 nömrəli mülki işlər bir icraatda birləşdirilsin və e-2(019)-1149/2024 nömrə ilə birlikdə baxılsın. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1042/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1042/2024
20.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver