Məhkəmə qərarları › İş №e-2(019)-105/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-105/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-105/2025 02.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh ) İddiaçı nümayəndəsivəkili Nümayəndə1, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı qaz borcunun silinməsi tələbinə dair ilk, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İddiaçı Mikayıl qızına qarşı 3939.84 manat borcun və 60 manat dövlət rüsumunun tutulması tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək,"Azəriqaz" İB-nin X9 İstismar İdarəsinin əməkdaşları tərəfindən hesablanmış 32832 kub metr itirilmiş qaz sərfinin müəyyən edilərək hər kub metri 12 qəpik olmaqla 3939.84 manat qazdan istifadə etməyinə görə yaranmış cərimənin abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Gərəkli kəndi ünvanında yaşayır. Balakən rayonu Gərəkli kəndində yaşadığı ev əri X2 adınadır. Uzun müddətdir ki, yaşadığı ev təbii qazla təmin olunmuşdur. "Azəriqaz" İB-nin X9 İstismar İdarəsi ilə X5 arasında qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır.12 avqust 2024cü il tarixdə "Azəriqaz" İB-nin X9 İstismar İdarəsinin əməkdaşları tərəfindən yaşadıqları evin qaz xəttinə baxış keçirilmiş, sayğacdan kənar uzun boru vasitəsi ilə qanunsuz xətt aşkar edilmişdir. 12 avqust 2024-cü ildə "Azəriqaz" İB-nin X9 İstismar İdarəsi əri X2 adına Təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT tərtib etmiş və onun 32832 kub metr qazdan istifadəyə görə hər kub metri 12 qəpik olmaqla 3939.84 (üç min doqquz yüz otuz doqquz manat səksən dörd qəpik) manat borcun yarandığı qeyd edilmişdir. AKTda göstərilir ki, sayğacdan kənar uzun boru vasitəsi ilə qanunsuz xətt aşkar edilmişdir. O, həmin vaxt evdə olmadığına, əri X5 isə Rusiya Federasiyasında olduğuna görə AKT yetkinlik yaşına çatmayan oğlu Polad Alibekovun iştirakı ilə tərtib edilmiş, uşağa AKT-a imza etdirilmişdir. Lakin onlar bunlarla razılaşmamış, çünki onlar qaza heç bir müdaxilə etməmişlər. İstifadə etdikləri sayğac həyətində deyil, evdən aralıda küçədədir və onun qorunması onun vəzifəsi deyildir. Cərimə olunduğunu bildikdən sonra o, qaz idarəsinin məsul işçilərinə bildirmişdir ki, sayğaca onun tərəfindən heç bir müdaxilə olunmamışdır. Müntəzəm olaraq da qaz idarəsinin işçiləri tərəfindən sayğaca hər ay nəzarət edilmişdir. Sayğacdan kənar xətt aşkar edilsə də, nə o, nə də əri X5 həmin boru vasitəsi ilə qazdan istifadə etməmişlər."Azəriqaz" İB-nin X9 İstismar İdarəsinin əməkdaşları baxış keçirərkən sayğacdan kənar uzun boru vasitəsi ilə qanunsuz xətt aşkar etsələr də, həmin xəttin şəbəkəyə qoşulması da aşkar edilməmişdir. Eyni zamanda qaz idarəsinin işçiləri tərəfindən sayğaca hər ay nəzarət edilmiş, sayğacdan kənar qanunsuz xəttin olması aşkar edilməmişdir. Lakin iş materialında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, mənzildəki mövsümlük qaz cihazının xarici sobanın maksimal saatlıq qaz sərfinin 1.6 kub metr saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, digər qaz cihazının 2 ədəd PQ-3 maksimal saatlıq qaz sərfinin 0.8 kub metr saat,orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, digər qaz cihazının 2 ədəd axımlı su qızdırıcısı (24L) maksimal saatlıq qaz sərfinin 2.6 kub metr saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hər üç cihaza görə cəmi 32832 kub metr itirilmiş qaz sərfi müəyyən edilərək hər kub metri 12 qəpik olmaqla 3939.84 manat cərimə yazılmışdır.Yaşadığı evə cərimə bildirişi gəldikdən sonra Rusiya Federasiyasında yaşayan əri X5 ona etibarnamə verərək fərdi yaşayış evinin qaz uçotunun onun adına qeyd edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra fərdi yaşayış evinin qaz uçotu onun adına keçirilmişdir. Cərimə olunmağı qanunsuzdur. Cərimənin silinməsini Cavabdeh İB Zaqatala idarəsindən tələb etmişdir. Lakin orada ona mübahisə ilə bağlı Məhkəməyə müraciət etməli olmağı izah edilmişdir. Buna görə də barəsində tərtib edilmiş borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh İstehsalai Birliyi İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə İddiaçı Cavabdehnə qarşı akt əsasında hesablanmış 3939.84 manat borcun silinməsinə dair iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X6 qarşı borcun tutulmasına dair tələbinin təmin olunması, cavabdeh Balakən rayonu Gərəkli kəndində yaşayan xx.xx.1986-cı il təvəllüdlü cavabdeh İddiaçı itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 3939.84 manat, əvvəlcədən ödənilmiş 60.80 manat dövlət rüsumunun, ümumilikdə isə 4000.64 (dörd min manat 64 qəpik) manat borcun (pulun) tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, SOCAR Cavabdeh İBnin X9 istismarı İdarəsinin Balakən xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Balakən rayonu Gərəkli kəndində yaşayan cavabdeh İddiaçı məxsus mənzilində alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh İddiaçı **********07370 saylı qaz hesabında ödənilməmiş 3939.84 manat borc vardır və həmin borc iddiaçı tərəfindən mübahisələndirilməkdədir. Dəymiş ziyan ilə bağlı aparılmış hesabata görə yaranmış borcla bağlı məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı yaşadığı ünvanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik Qaydaları”nın tələbləri pozularaq həyətyanı sahənin ərazisi artırılaraq hasarlandığından d-57 mm-lik orta təyziqli qaz kəməri artırılmış ərazinin daxilinə salınmış və bununla da kəmərin mühafizə zonası pozulmuşdur. Bununla əlaqədar olaraq hazırkı iddiaçının həyat yoldaşı X2 adına xəbərdarlıq məktubu ünvanlayaraq mübahisəli tikilinin sökülməsi tələb olunmuşdur.Hazırda iddia tələbində mübahisələndirilən qeyri qanuni kənar xətt məhz həmin həyətyanı sahənin daxilinə salınmış d-57 mm-lik orta təzyiqli qaz kəmərinə birləşdirilərək uçotsuz təbii qazdan istifadə edilmişdir. Qeyd edir ki, sözügedən mənzilin **********07370 saylı qaz hesabı əvvəllər X2 adına olmuş, daha sonra İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti əsasında onun adına sənədləşdirilərək alqı-satqı müqaviləsi bağlanılmışdır.İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 3939.84 manat həcmindəki borc cavabdeh İddiaçı yaşadığı Balakən rayonu Gərəkli kəndində yerləşən mənzilin həyətyanı sahənin daxilinə salınmış küçə xəttindən qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2024-cü il tarixdə İddiaçı yaşadığı mənzilin həyətyanı sahənin daxilinə salınmış küçə xəttindən qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Qeyd edir ki, istehlakçının ünvanında “Smart kart” tipli sayğacdır və ona göstəricinin götürülməsi üçün hər ay baxışın keçirilməsi nəzərdə tutulmamışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024cü il tarixli ******* saylı akt tərtib edilmiş, qaz cihazlarının inventarizasiyası aparılmış (istismarında olan cihazlar: Axımlı su qızdırıcı 2 ədəd, Dəmir soba 1 ədəd, PQ3 2 ədəd) və akt istehlakçı tərəfindən imzalanmışdır. Mənzildəki mövsümlük qaz cihazının xarici sobanın maksimal saatlıq qaz sərfinin 1.6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, digər qaz cihazının 2 ədəd PQ3 maksimal saatlıq qaz sərfinin 0.8 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, digər qaz cihazının 2 ədəd axımlı su qızdırıcısı (24L) maksimal saatlıq qaz sərfinin 2.6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən Zaqatala RQİİ-nin xx.xx.2024-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 32832 m3 (və ya 3939.84 manat) həcmində dəymiş ziyan müəyyən edilmişdir. İddiaçı yaşadığı ünvanda bundan əvvəl xx.xx.2021-ci il tarixdə qazdan istifadə qaydalarının pozulması faktı (sayğacdan kənar qanunsuz qoşulma) aşkar edilmiş və ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında 799.20 manat həcmində maddi ziyan müəyyən edilmişdir. Qeydə alınan borc məbləği istehlakçı tərəfindən könüllü şəkildə ödənilmədiyindən Cavabdeh İB tərəfindən məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e- 2(019)-501/2021 saylı qətnaməsi ilə borcun məcburi qaydada tutulması qət edilmişdir. Qeyd edilənləri nəzərə alib ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək iddia ərzəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı müdafiə edərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli Aktda göstərilmişdir ki, istehlakçıya məxsus qaz sayğacından kənar, rezin boru vasitəsi ilə qeyri-qanuni qoşulma aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 13 avqust 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilmişdir ki, X3 istifadəsində olmuş mənzildəki mövsümlük qaz cihazının xarici sobanın maksimal saatlıq qaz sərfinin 1.6 kub.metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, digər qaz cihazının 2 ədəd PQ-3 maksimal saatlıq qaz sərfinin 0.8 kub.metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, digər qaz cihazının 2 ədəd axımlı su qızdırıcısı (24 L) maksimal saatlıq qaz sərfinin 2.6 kub.metr/saat , orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparıİmış, itirilmiş qazın miqdarı 32832.kub/m həcmində müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Abonentin saldosundan göstərilmişdir ki, İddiaçı 3939.84 manat dəyərində təbii qazdan istifadə etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2024-cü il tarixli AK- 14703/09-24 nömrəli müqavilədən görünür ki,Cavabdeh İB X9 İstismarı idarəsi ilə İddiaçı arasında təbii qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır.Müqavilənin 2.1.7-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli e-2(019)-501/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi,cavabdeh X1 1128.90(bir min bir yüz iyirmi səkkiz manat doxsan qəpik) manat əsas borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) manat bank xidmət haqqı,ümumilikdə 1159,30 (bir min bir yüz əlli doqquz manat otuz qəpik) manat borcun (pul) tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh xeyrinə (bank hesabları: ÄBB,Kod805153,VÖEN**********,M/H:AZ03NABZ********************,S.W.İ.F.TİBAZAZ2X,Az əriqaz İB,VÖEN-**********,İBAN:AZ50İBAZ********************) ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 06 noyabr 2024-cü il tarixli MN seriyali ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki,həmin protokol X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə tərtib edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 20 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki,X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 may 2025-ci il tarixli 9/2013 nömrəli ekspert rəyindən görünür ki,məhkəmə-mühasibat ekspertizalarının apardığı tədqiqatla abonentin saldosundan ,xx.xx.2024-cü il tarixli 04011985 nömrəli “AKT”dan,xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə sənədlərindən və s. məlumatlardan göründüyü ktimi, Cavabdeh tərəfindən abunəçi İddiaçı 2024-cü ilin avqust ayına olan qaz sərfiyyatına görə hesablanmsış 32832 kub.metr (3939,84 manat) məbləğində borcu olması müəyyən edilir. (32832kub.metr x 0.12 qəp=3939.84 manat). Cavabdeh İB-nin təqdim etdiyi videogörüntüyə məhkəmə iclasında baxış keçirilmişdir. Videogörüntüdə görünür ki,xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələri xidməti yoxlama zamanı Balakən rayonu Gərəkli kəndində İddiaçı yaşadığı mənzilə aid smart tipli sayğaca baxış keçirirlər. Baxış zamanı küçə xəttindən qeyri-qanuni rezin borcu ilə qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunur. Həmin vaxt da rezin boru ilə təbii qazın sızdığı müəyyən olunur. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, ilk və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, SOCAR Cavabdeh İB-nin X9 istismarı İdarəsinin Balakən xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Balakən rayonu Gərəkli kəndində yaşayan İddiaçı məxsus mənzilində alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İddiaçı yaşadığı ünvanda d-57 mm-lik orta təyziqli qaz kəməri onlara məxsus hasarın daxilinə salınmış, cavabdeh Azəriqaz” İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin xx.xx.2024-cü il tarixdə apardıqları xidməti yoxlama zamanı İddiaçı yaşadığı mənzilin həyətyanı sahənin daxilinə salınmış küçə xəttindən rezin boru ilə qeyri-qanuni qoşulma vasitəsilə uçotsuz təbii qazdan istifadə edildiyi müəyyən olunmuşdur.Baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edilmiş, qaz cihazlarının inventarizasiyası aparılmış, istismarında olan cihazlar: Axımlı su qızdırıcı 2 ədəd, Dəmir soba 1 ədəd, PQ3 2 ədəd) və akt istehlakçı tərəfindən imzalanmışdır. Mənzildəki mövsümlük qaz cihazının xarici sobanın maksimal saatlıq qaz sərfinin 1.6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, digər qaz cihazının 2 ədəd PQ3 maksimal saatlıq qaz sərfinin 0.8 m3/saat,orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, digər qaz cihazının 2 ədəd axımlı su qızdırıcısı (24L) maksimal saatlıq qaz sərfinin 2.6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən Zaqatala RQİİ-nin xx.xx.2024-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 32832 m3 (və ya 3939.84 manat həcmində dəymiş ziyan hesablanmışdır.Həmin mənzil mülkiyyət hüququ ilə İddiaçı əri X2 adına qeydə alındığından alqı-satqı müqaviləsi onunla bağlanmış,inzibati xəta haqqında protokol onun barəsində tərtib olunmuş və o, inzibati qaydada cərimə olunmuşdur.X5 hazırda Rusiya Federasiyasında yaşadığından onun razılığı ilə İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti əsasında onun adına sənədləşdirilərək alqı-satqı müqaviləsi bağlanılmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisə itirilmiş qaz sərfiyyatına görə hesablanmış zərərin ödənməsi ilə bağlı olduğundan hazırkı mübahisəyə aşağıdakı hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etiməlidir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 25 iyun 2023-cü ildən qüvvədə olan 6.5-ci bənd. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “Qazdan istifadə qaydaları”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa 13.8-1-ci maddə əlavə edilmişdir. Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 218 saylı qərarı ilə “Qazdan istifadə Qaydaları”na dəyişikliklər edilmiş, nəticədə Qaydaların 6.5-ci bəndi yeni redaksiyada verilmiş və 6.5-1-6.5-4-cü bəndlər əlavə edilmişdir. Hazırki halda, akt 2022-ci ilin mayın 1-dən sonra tərtib edildiyindən həmin akta əsasən cərimənin hesablanması qeyd edilən dəyişikliklərə uyğun həll edilməlidir. 23. xx.xx.2024-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla bağlı xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar mövcuddur. Bununla belə, vurulmuş zərər hesablanarkən “Qazdan istifadə Qaydaları”nın yeni dəyişikliklərlə 6.5-1-ci bəndinin tələblərinin nəzərə alınması müəyyən edilməmişdir. Belə ki, həmin bənddə göstərilir ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Cavabdeh xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2024-cü il tarixli ******* saylı Akta əsasən **********07370 saylı abonent hesabına 32832 m3 dəymiş ziyan hesablanmışdır. Bununla belə, həmin sayğacdan kənar xəttin konkret hansı tarixdən istifadə olunması müəyyən edilmir və tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatı mövsümlük qaz cihazının hesabat müddəti 180 gün, digər qaz cihazının 360 gün götürülməklə hesabat aparılmışdır ki, həmin müddətin hansı əsasla 360 gün hesablanması ilə bağlı cavabdeh təşkilat tərəfindən heç bir sübut və ya dəlil təqdim edilməmişdir. Cavabdehin əməkdaşları mütəmadi olaraq bu və ya digər qaz sayğaclarına baxış keçirirərək, kənar qoşulmanın olub-olmamasına nəzarət edirlər. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qanunla edilmiş dəyişikliklə 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir.Hazırkı işdə göstərilən dövrdə iddiaçının evinə quraşdırılmış sayğac üzrə 3 aylıq hesabatın aparıbaparılmaması,hesabatın nəticələri barədə Cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd edilən pozuntunun da elə aşkar olunduğu vaxtdan 3 ay ərzində törədilməsini,həmin vaxtdan əvvəl törədilmiş olsaydı mütləq aşkar edilməli olmasını nəzərə alaraq iddiaçıya əsassız olaraq 360 gün üçün itirilmiş təbii qazın dəyərinin hesablanması yolverilməzdir. Qeyd olunan normanın tələbinə əsasən hesabat müddəti 3 ay götürməklə hesablama aparılmalı,itirilmiş qaz sərfiyyatına görə 1088,67 manat (mövsümlük qaz cihazının xarici sobaya görə 1.6 X12X90=1728 kub/metr, 2 ədəd axımlı su qızdırıcısına görə 2X2,6X12X 90 = 5616 kub/m , 2 ədəd PQ-3 qaz cihazına görə 2X 0,8X12X90=17281728 kub/metr,cəmi 9072,2 kub/m X 0,12qəpik =1088,67 manat) yazılması haqlı hesab edilməli,ilk iddia 2851,17 manata (3939,84 manat- 1088,67manat=2851,17 manat) aid hissədə əsaslı, qalan 1088,67 manata aid hissədə əsassız; qarşılıqlı iddia 1088,67 manata aid hissədə əsaslı, qalan 2851,17 manata aid hissədə isə əsassız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10000 manatadək olduqda iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, hazırki iddianın qaldırılması üçün İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə,dövlət rüsumu ödəməmişdir. İlk iddia qismən təmin edildiyi üçün məhkəmə hesab edir ki, Cavabdehndən 30,88 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Qarşılıqlı iddia qismən təmin edildiyindən Cavabdeh tərəfindən ödənmiş 60,80 manat dövlət rüsumunun 17,02 manatı İddiaçı alınıb Cavabdeh hesabına ödənməli,qalan hissəsi Cavabdeh özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki,ilk iddia qismən təmin edilməli,Cavabdeh tərəfindən İddiaçı itirilmiş qaz sərfiyyatı üçün aparılmış hesabata görə hesablanmış 2851,17 manat borc silinməli, İlk iddia tələbi qalan hissədə təmin edilməməlidir.İlk iddia tələbinə görə Cavabdehndən 30,88 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı itirilmiş qaz sərfiyyatı üçün aparılmış hesabata görə 1088,67 manat borc və ödənmiş dövlət rüsumuna görə 17,02 manat alınıb Cavabdeh xeyrinə ödənilməlidir. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı itirilmiş qaz sərfiyyatı üçün aparılmış hesabata görə hesablanmış 2851,17 manat borc silinsin; ilk iddia tələbi qalan hissədə təmin edilməsin.İlk iddia tələbinə görə Cavabdehndən 30,88 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı itirilmiş qaz sərfiyyatı üçün aparılmış hesabata görə 1088,67 manat borc və ödənmiş dövlət rüsumuna görə 17,02 manat alınıb Cavabdeh xeyrinə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar