Məhkəmə qərarları › İş №e-2(019)-1054/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1054/2022

01.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1054/2022 01.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Ərizəçi Maraqlı şəxs 484 saylı 04.*0 20*6-cı il tarixli arayışında qeyd edilən təqvim illərinin iş stajına əlavə edilməsi faktının müəyyən edilməsinə dair ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs 484 saylı 04.*0 20*6-cı il tarixli arayışında qeyd edilən təqvim illərinin iş stajına əlavə edilməsi faktının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəyə baxaraq, hesab edirəm ki, məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə hazırki ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) *53.2.*-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının *3.*-*3.3-cü bəndlərində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3*.2-*-ci maddəsinə əsasən sığorta olunanın əmək kitabçası üzrə 2006-cı il * yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 3*.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığorta olunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının **.*2.20*7-ci il tarixli *7 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın *dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Hazırki ərizədən görünür ki, ərizəçi Maraqlı şəxs 484 saylı 04.*0 20*6-cı il tarixli arayışında qeyd edilən təqvim illərinin iş stajına əlavə edilməsi faktının müəyyən edilməsini xahiş edir. Yuxarıda istinad olunan qanun normasının tələbinə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9cu il tarixli, 03 saylı qərarına əsasən əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Məhkəmə işin hallarını, hazırki işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamasını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Ərizəçi Maraqlı şəxs 484 saylı 04.*0 20*6-cı il tarixli arayışında qeyd edilən təqvim illərinin iş stajına əlavə edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Həmçinin Ərizəçi Maraqlı şəxs 484 saylı 04.*0 20*6-cı il tarixli arayışında qeyd edilən təqvim illərinin əmək stajına daxil edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Balakən rayon şöbəsinə müraciət etməsi, həmin arayışda həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmasından imtina edildikdə DSMF orqanına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılması hüquqi izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *53,263-264 və 266-268-ci maddələrini rəhbər tutub q ə r a r a a l d ı m: Ərizəçi Maraqlı şəxs 484 saylı 04.*0 20*6-cı il tarixli arayışında qeyd edilən təqvim illərinin iş stajına əlavə edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçi Maraqlı şəxs 484 saylı 04.*0 20*6-cı il tarixli arayışında qeyd edilən təqvim illərinin əmək stajına daxil edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Balakən rayon şöbəsinə müraciət etməsi, həmin arayışda həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmasından imtina edildikdə DSMF orqanına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılması hüquqi izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar