Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1061/2023 25.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, ərizəçi və digər ərizəçilər Ərizəçi5, Ərizəçi2, Ərizəçi1, Ərizəçi4 nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Nümayəndə, Ərizəçi5, Ərizəçi2, Ərizəçi1, Ərizəçi4 Balakən rayon Aqrar İslahatı Komissiyasının qərarına əsasən verilmiş torpaq sahəsinə dair JN-421,kod 40100038,xx.xx.1999-cu il tarixli "Dövlət Aktı"nın onlara məxsus olması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçilər Nümayəndə, Ərizəçi5, Ərizəçi2, Ərizəçi1 və Ərizəçi4 ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Aqrar Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarına əsasən ona və ailə üzvlərinə verilmiş 2.25 ha torpaq sahəsinin Torpağa mülkiyyət hüququna dair JN-421 Dövlət Aktı sənədinə mülkiyyətçilərin siyahısında düzəliş edilərək adlarının şəxsiyyət vəsiqələrinə uyğun qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Ərizəçi və digər ərizəçilərin nümayəndəsi Nümayəndə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Balakən rayonu Aqrar İslahatı Komissiyasının 1998ci il 19 aprel tarixli 09 saylı qərarı ilə onlara verilmiş 2.25 ha torpaq sahəsi barədə JN-421 kod 40100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı sənədinin onlara məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Nümayəndə, Ərizəçi5, Ərizəçi2, Ərizəçi1 və Ərizəçi4 ərizələrini onunla əsaslandırmışlar ki, onlar Balakən rayonu İtitala kəndində yaşayırlar. Balakən rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 19 aprel tarixli 09 saylı qərarı ilə onlara, yəni Nümayəndə, Ərizəçi5, Ərizəçi2, Ərizəçi1 və Ərizəçi4 Balakən rayonu İtitala kəndindən 2.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılıb verilmişdir. Ancaq onlara verilən torpağın mülkiyyət hüququ haqqında Dövlət aktında yuxarıda adları göstərilən ailə üzvlərinin adları deyil, texniki səhv olaraq digər kənar şəxslərin adları-Ərizəçi5 Novruz qızı, X6,X3,X8 qeyd edilmişdir.Dövlət aktında bu ad səhvliklərinə görə onlar Daşınmaz Əmlakın Dövlət Kadastrı ilə Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən özlərinə məxsus pay torpaq sahələrinə və yaşadığı həyətyanı sahəsinə “çıxarış” ala bilmirlər. Bu barədə DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət də etmiş, lakin həmin idarə onların ərizəsinə imtina cavabı vermişdir.Odur ki, onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Məhkəmə iclasında ərizəçi və digər ərizəçilər Ərizəçi5, Ərizəçi2, Ərizəçi1,Ərizəçi4 nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Nümayəndə bacanağı, Ərizəçi5 baldızı, Ərizəçi2 , Ərizəçi1 və Ərizəçi4 onların uşaqlarıdır. Kəlimətin atasının adı Novruz deyil, Rəcəbdir. Onların ailəsində X6, X3 və X8 adlı şəxslər yoxdur və olmamışdır. Onlara verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət aktında Kəlimətin atasının adı düzgün yazılmamış, uşaqların adları isə ümumiyyətlə yazılmamış, başqa şəxslərin adları yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi5 onun bacısı, Nümayəndə isə bacısının əridir. Ərizəçi2 , Ərizəçi1 və Ərizəçi4 onların uşaqlarıdır. Kəlimətin atasının adı Novruz deyil, Rəcəbdir. Onların ailəsində X6, X3 və X8 adlı şəxslər yoxdur və olmamışdır. Onlara verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət aktında Kəlimətin atasının adı düzgün yazılmamış,uşaqların adları isə ümumiyyətlə yazılmamış, başqa şəxslərin adları yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN 421, KOD 40100038 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Nümayəndə, Ərizəçi5 Novruz qızı, X6, X3 və X7 Balakən rayonu İtitala kəndi ərazisindən 2.25 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış 22 fevral 2023-cü il tarixli 3- 21-3-47/2-21-0025-2/2023-667 nömrəli məktubda göstərilmişdir ki, “Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmiş torpaq sahəsinə dair JN-421 nömrəli Dövlət aktı sənədində mülkiyyətçilərin siyahısında düzəliş edilərək adların şəxsiyyət vəsiqələrinə uyğun qeyd olunaraq torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və reysestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ərizənizin icrası ilə bağlı məlumat veririk ki, Aqrar İslahat Komissiyasının qərarı əsasında Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-421 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədində düzəlişlərin edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. “ İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Balakən rayon Dövlət arxivi tərəfindən Nümayəndə ünvanlanmış 09 yanvar 2023-cü il tarixdə verilmiş 3-48-7RA/2-M-xx-xx/2023 nömrəli Arxiv arayışından görünür ki, Balakən rayon İtitala kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən 1996-2000-ci illər üzrə birinci yazılan təsərrüfat üzvü-Nümayəndə, Ərizəçi5, Ərizəçi2, X2, Ərizəçi4dur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki Ərizəçi5 xx.xx.1960-cı ildə anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,Ərizəçi4 xx.xx.1989-cu ildə anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1985-ci ildə anadan olmuşdur İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1986-cı ildə anadan olmuşdur Məhkəmə ərizəçi və digər ərizəçilərin nümayəndəsi Nümayəndə izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Nümayəndə, Ərizəçi5 ,Ərizəçi2 , X2 və Ərizəçi4 ümumi birgə mülkiyyətinə Balakən rayonu İtitala kəndi ərazisindən 2.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Onların həmin torpaq sahəsinə hüquqlarına dair JN 421 KOD 40100038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı hazırlanmışdır.Lakin Dövlət aktında ərizəçilərin adı, soyadı ata adı düzgün qeyd edilməmiş, dövlət aktında torpaq sahəsinin Nümayəndə, Ərizəçi5 Novruz qızı ,X6, X3 və X7 verilməsi yazılmışdır. Ərizəçilər mülkiyyətlərində olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişlər, lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi sözügedən uyğunsuzluğa görə qeydiyyat aparmaqdan imtina etmişdir.Onlar həmin sənədi başqa qaydada ala bilmirlər. Buna görə də ərizəçilər Mahmayev üleyman Ramazan oğlu, Ərizəçi5, Ərizəçi2 , X2 və Ərizəçi4 hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Nümayəndə , Ərizəçi5 Novruz qızı ,X6, X3 və X5 adına verilmiş, hüquqmüəyyənedici sənəd hesab edilən JN-421, kod 40100038 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ərizəçilər Nümayəndə, Ərizəçi5, Ərizəçi2, Ərizəçi1 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Nümayəndə, Ərizəçi5 Novruz qızı ,X6, X3 və X5 adına verilmiş, hüquqmüəyyənedici sənəd hesab edilən JN-421, kod 40100038 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ərizəçilər Nümayəndə, Ərizəçi5, Ərizəçi2, Ərizəçi1 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1061/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1061/2023
25.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver