Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1070/2025 20.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin qüvvədən salınmış” hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında olan əmək münasibətlərinin mümkünsüzlüyünü nəzərə alaraq əmək müqaviləsini qüvvədən salınmış hesab edilməsi və bununla bağlı məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququnu iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 4.6-cı maddəsinə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 149.2.4-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. 150.1 və 150.1.7-ci maddəsinə əsasən, iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi Mülki Prosessual Məcəllədə mübahisənin səmərəli həlli üçün effektiv metodlardan biri olan mediasiyaya xüsusi önəm verilmiş, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmələri imperativ qaydada müəyyən edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, bu iştirak istənilən qaydada deyil, məhz “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsində isə imperativ qaydada göstərilmişdir ki, tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Qanunun qeyd edilən tələbinə görə Balakən Rayon Məhkəməsinə müraciət etmiş tərəf məhkəməyə müraciət etməmişdən əvvəl qarşı tərəflə mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, Balakən rayonunda fəaliyyət göstərən mediatora müraciət etməlidir. Balakən Rayon Məhkəməsinə müraciət etmiş şəxsin Balakən rayonunda fəaliyyət göstərən mediatora deyil, qarşı tərəfin razılığı olmadan başqa rayonda fəaliyyət göstərən mediatora müraciət etməsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması, həmin Qanunla müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etməməsidir. Bu da iddia ərizəsinin MPM-in tələblərinə riayət edilməklə verilməsi kimi qiymətləndirilməlidir. MPM-in 151.1-ci maddəsinin tələbinə görə isə iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Balakən rayonunda mediator fəaliyyət göstərməsinə baxmayaraq hazırkı işin materiallarından görünür ki, İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etməmiş, Balakən rayonunda mediator fəaliyyət göstərməsinə baxmayaraq Zaqatala rayonunda fəaliyyət göstərən mediatora müraciət etmiş və Zaqatala rayonunda fəaliyyət göstərən mediatorun verdiyi mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı iddia ərizəsinə əlavə etmişdir. Bundan başqa iddia ərizəsində cavabdehin ünvanı ünvan 1ilməməsi barədə arayışda isə cavabdehin ünvanı ünvan 2eriallarına əlavə edilməmişdir. Eyni zamanda diqqətə çatdırılır ki, MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Hazırkı işdə isə İddiaçı əmək müqaviləsini qüvvədən salınmış hesab edilməsi və bununla bağlı məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququnun iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yəni iddia tələbi düzgün göstərilməmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarına, MPM-in tələblərinə əsaslanaraq bu nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin qüvvədən salınmış” hesab edilməsi tələbinə dair iddia ərizəsinin icraatı mümkün deyildir, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması, yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 4, 114, 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin qüvvədən salınmış” hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması, yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan iddiaçı tərəfindən, qərardad ona rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1070/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1070/2025
20.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver