Məhkəmə qərarları › İş №e-2(019)-1144/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1144/2025

03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1144/2025 03.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, iddiaçı "xxxx" ASC-nin cavabdeh X2 vərəsəsi və digər vərəsələr X4 və X3 qanuni nümayəndəsi Cavabdeh qarşı borc tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdeh X2 vərəsəsi və digər vərəsələr X4 və X3 qanuni nümayəndəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, sadələşdirilmiş icraat qaydasında işə baxaraq, X2 vərəsəsi və digər vərəsələr X4 və X3 qanuni nümayəndəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BPM**********01 saylı Kredit Müqaviləsinə əsasən 931.34 manat əsas, vəfat etdiyi tarixədək 0.01 manat faiz borcu olmaqla, cəmi 931.35 manat borcun, xx.xx.2022-ci il tarixli BPM**********01 saylı Tamkart Müqaviləsinə əsasən 951.91 manat əsas borc, 4.46 manat faiz borcu olmaqla cəmi 956.37 manat borcun, ümumilikdə cəmi 1887.72 manat (bir min səkkiz yüz səksən yeddi manat yetmiş iki qəpik) borcun , 38.88 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X5 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli BPM**********01 saylı Kredit Müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə 3600 AZN məbləğində kredit, xx.xx.2022-ci il tarixli BPM**********01 saylı Tamkart Müqaviləsinə əsasən ona 36 ay müddətinə 300 AZN məbləğində kredit verilmişdir. Daha sonra onun xx.xx.2022-ci il tarixdə olan müraciəti üzrə həmin Tamkarta xx.xx.2025-ci il tarixədək müddətə 2500 AZN məbləğində kart kredit limiti təyin edilmişdir. Tərəflər arasında bağlanmış Kredit Müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2024-cü il tarixdə borclu X5 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********01 saylı Kredit Müqaviləsinə əsasən 931.34 manat əsas, vəfat etdiyi tarixədək 0.01 manat faiz borcu olmaqla cəmi 931.35 manat borc , xx.xx.2022-ci il tarixli BPM**********01 saylı Tamkart Müqaviləsinə əsasən 951.91 manat əsas borc, 4.46 manat faiz borcu olmaqla cəmi 956.37 manat borc olmaqla ümumilikdə cəmi 1887.72 manat borcu yaranmışdır. Şirvan şəhər 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli 2V-44 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X1 qalmış mirası X4, X6 və Cavabdeh qəbul etmişdir. Müqavilələr üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X2 vərəsəsi X2 vərəsəsi və digər vərəsələr X4 və X3 qanuni nümayəndəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 11 sentyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və 15 sentyabr 2025-ci il tarixdə Cavabdeh iddia ərizəsi və mülki prosessual hüquq və vəzifələri barədə bildiriş rəsmi qaydada göndərilmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh 16 sentyabr 2025-ci il tarixində məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid tələb olduğunu, qarşılıqlı iddia verilməməsini, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti olmamasını, tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etməsini, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti olmamasını nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməsinə zərurət yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli BPM**********1 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********01 saylı Kredit Müqaviləsinə əsasən ona 36 ay müddətinə 3600 AZN məbləğində kredit, xx.xx.2022-ci il tarixli BPM**********01 saylı Tamkart Müqaviləsinə əsasən ona 36 ay müddətinə 300 AZN məbləğində kredit verilmiş, xx.xx.2022-ci il tarixdə olan müraciəti üzrə həmin Tamkarta xx.xx.2025-ci il tarixədək müddətə 2500 AZN məbləğində kart kredit limiti təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli BPM**********1 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********1 saylı Tam kart üzrə kart hesabının açılması və kartından istifadəyə dair müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X2 "xxxx" ASC-nə xx.xx.2022ci il tarixli kredit müqaviləsi üzrə 951.97 manat əsas 4.46 manat faiz borcu olmaqla-cəmi 956.37 manat borcu yaranmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, X2 "xxxx" ASC-nə xx.xx.2022ci il tarixli kredit müqaviləsi üzrə 931.34 manat əsas 0.01 qəpik faiz borcu olmaqla-cəmi 931.35 manat borcu yaranmışdır. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən 02 sentyabr 2024cü il tarixdə verilmiş AZ-İİ seriyalı,421295 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2024-cü ildə ölmüşdür. İş materiallarında olan Şirvan şəhər 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli 2V- 44 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X1 qalmış mirası X4, X6 və Cavabdeh qəbul etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli BPM**********01 saylı Kredit Müqaviləsinə əsasən ona 36 ay müddətinə 3600 AZN məbləğində kredit, xx.xx.2022-ci il tarixli BPM**********01 saylı Tamkart Müqaviləsinə əsasən ona 36 ay müddətinə 300 AZN məbləğində kredit verilmişdir. Daha sonra onun xx.xx.2022-ci il tarixdə olan müraciəti üzrə həmin Tamkarta xx.xx.2025-ci il tarixədək müddətə 2500 AZN məbləğində kart kredit limiti təyin edilmişdir.Tərəflər arasında bağlanmış Kredit Müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2024-cü il tarixdə borclu X5 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır.Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********01 saylı Kredit Müqaviləsinə əsasən 931.34 manat əsas, vəfat etdiyi tarixədək 0.01 manat faiz borcu olmaqla cəmi 931.35 manat borcu, xx.xx.2022-ci il tarixli BPM**********01 saylı Tamkart Müqaviləsinə əsasən 951.91 manat əsas borc, 4.46 manat faiz borcu olmaqla cəmi 956.37 manat borcu olmaqla ümumilikdə cəmi 1887.72 manat borcu yaranmışdır.X1 qalmış mirası X4, X6 və Cavabdeh qəbul etmişdir.Buna görə də iddiaçı "xxxx" ASC hazırkı iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh- mərhum X2 vərəsəsi və digər vərəsələr X4 və X3 qanuni nümayəndəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BPM**********01 saylı Kredit Müqaviləsinə əsasən 931.34 manat əsas, 0.01 manat faiz borcu olmaqla, cəmi 931.35 manat borc , xx.xx.2022-ci il tarixli BPM**********01 saylı Tamkart Müqaviləsinə əsasən 951.91 manat əsas borc, 4.46 manat faiz borcu olmaqla cəmi 956.37 manat borc, ümumilikdə cəmi 1887.72 manat (bir min səkkiz yüz səksən yeddi manat yetmiş iki qəpik) borc iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 38.88 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı Cavabdeh tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq iddiaçının təqdim etdiyi mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli,cavabdeh-mərhum X2 vərəsəsi və digər vərəsələr X4 və X3 qanuni nümayəndəsi olan Cavabdeh xx.xx.2022-ci il tarixli BPM**********01 saylı Kredit Müqaviləsinə əsasən 931.34 manat əsas, 0.01 manat faiz borcu olmaqla cəmi 931.35 manat borc , xx.xx.2022-ci il tarixli BPM**********01 saylı Tamkart Müqaviləsinə əsasən 951.91 manat əsas borc, 4.46 manat faiz borcu olmaqla cəmi 956.37 manat borc, ümumilikdə cəmi 1887.72 (bir min səkkiz yüz səksən yeddi manat yetmiş iki qəpik ) manat, 38.88 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh-mərhum X2 vərəsəsi və digər vərəsələr X4 və X3 qanuni nümayəndəsi Cavabdeh xx.xx.2022-ci il tarixli BPM**********01 saylı Kredit Müqaviləsinə əsasən 931.34 manat əsas, vəfat etdiyi tarixədək 0.01 manat faiz borcu olmaqla cəmi 931.35 manat borcu, xx.xx.2022-ci il tarixli BPM**********01 saylı Tamkart Müqaviləsinə əsasən 951.91 manat əsas borc, 4.46 manat faiz borcu olmaqla cəmi 956.37 manat borc olmaqla, ümumilikdə cəmi 1887.72 (bir min səkkiz yüz səksən yeddi manat yetmiş iki qəpik ) manat, 38.88 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar